-
Daha uğurlu planların taym kodlarını əvvəllcədən montajçıya təqdim
etm
əli və vaxt amilindən səmərəli yararlanmalıdır;
-
Daha h
ərəkətli və aydın planlar seçməlidir;
-
Kadrlar arasında məntiqi ardıcıllıq və bağlılıq olmalıdır;
-
Hadis
ə yerinin planı, başqa sözlə ünvan planı mütləq süjetin əvvəlində
verilm
əlidir;
-
Statik kadrlardan mümkün q
ədər az istifadə olunmalıdır;
-
Kadrı ən pis halda 3 saniyə efirdə saxlamaq, daha sonra onu başqa
planla
əvəz etmək zəruridir;
-
T
əkrar kadrlardan imkan daxilində istifadə etməmək;
Koordinator –
redaksiyada çalışan jurnalistlərin çəkilişlərini siyahı üzrə
t
əşkil edən şəxsdir. Koordinator jurnalistləri maşın və kamera ilə təmin edir, hansı
jurnalistin n
ə zaman çəkilişdən çıxacağı ilə maraqlanır və onun vaxtında
redaksiyaya qayıtmasına çalışır. Koordinator daha çox sürücülərlə əlaqə saxlayır
v
ə onları şəhərin müvafiq yerlərinə istiqamətləndirir. İlk baxışdan o qədər də ciddi
q
əbul edilməyən bu vəzifə əslində televiziya yaradıcılığında kifayət qədər mühüm
ön
əm kəsb edir. Koordinator ümumi işi düzgün qurmasa, sürücü və
teleoperatorlardan s
əmərəli istifadə etməsə çəkilişlər baş tutmaya və ya ən yaxşı
halda reportyor komandası istər çəkilişə, istərsə də redaksiyaya vaxtında çatmaya
bil
ər. Bu isə, yekun nəticədə xəbərlər buraxılışına birbaşa təsir göstərəcək.
M
əhz buna görə də, televiziya koordinatoru çalışdığı şəhər və ya rayonun
bütün küç
ə və prospektlərini dəqiq bilməli, çəkiliş yerinə göndərdiyi qrupun nə
zaman qayıdacağını təxminən müəyyən etməli və çəkilişə hazırlaşan digər qrupun
da hadis
ə yerinə gecikməməsini təşkil etməlidir.
Maşın və ya kamera çatışmadığı halda koordinator eyni istiqamətə getməli
olan iki ç
əkiliş qrupunu bir avtomobillə yola salmaq məcburiyyətində qalır. Çəkiliş
prosesini başa vuran digər qrup isə materialı operativ olaraq redaksiyaya çatdırmaq
üçün maşın gözləyir və aramsız olaraq koordinatora zəng edir. Təcrübəli
koordinator üçün yaranmış vəziyyət adi hallardan biridir. Odur ki, özünü itirməyən
koordinator münt
əzəm olaraq sürücülərlə əlaqə saxlayır, həmin istiqamətdə olan və
öz işini başa vurub redaksiyaya qayıdan sürücünün yolüstü həmin qrupu da
götürm
əsini xahiş edir.
Qrim ustası – televiziyada əsas peşə sahiblərindən sayılır. Aparıcı və
qonaqların efirdə səliqəli görünüşünü təmin edən qrim ustası onların təbiiliyini
saxlamaq şərti ilə, əsasən, üzdə olan ləkələrin aradan qalxmasına çalışır. Lakin
qrim yalnız ləkələri və üzdəki qüsurları aradan qaldırmaq üçün deyil. İnsan dərisi
özünü qorumaq üçün münt
əzəm olaraq yağ ifraz edir ki, bu da studiyada çoxsaylı
işıqların fonunda parıltı yaradır. Qrim həmin parıltının qarşısını alır.
Kişi aparıcılar üçün qrimin müddəti 10-15, qadınlar üçünsə 35-40 dəqiqə
ç
əkə bilər. Yadda saxlayın ki, qrim efirə hazırlığın önəmli tərkib hissəsidir. Qrim
olunmadan efir
ə çıxmaq efir mədəniyyətini və estetikasını bilərəkdən pozmaq
dem
əkdir. Efirə çıxacaq aparıcı işini elə planlaşdırmaldır ki, qrimə də vaxt ayıra
bilsin. Əks halda rəhbəriliyin haqlı narazılığı ilə üzləşəcək.
Avropa v
ə Amerika televiziyalarında yalnız efirə çıxan jurnalistlər deyil,
ç
əkilişə yollanan və hadisə yerində stəndap edəcək reportyorlar da qrim edirlər. Bu
üzd
ən istər qadın, istərsə də kişi jurnalistlər əksər hallarda üzərlərində pudra (ənlik-
kirşan) gəzdirirlər. Amerikanın CBS kanalının baş icmalçısı Den Razer kimi. Bir
gün t
əyyarədə plaşını çıxarıb, səliqə ilə yuxarı rəfə qoyan Razerin cibindən pudra
qutusu düşür. Qutu zərblə yerə dəydiyindən səs də kifayət qədər ucadan çıxır və
ətrafdakıların diqqətini cəlb edir. Pudra qutusunu qaldıran stüardessa onun kimə
m
əxsus olduğunu soruşur: “Bu, kimin pudra qutusudur?”. Lakin nə qədər soruşsa
da s
ərnişinlərdən, o cümlədən, Den Razerdən səs çıxmır və stüardessa pudra
qutusunun sahibi çıxana qədər onu özündə saxlamağa qərar verir. Məhz həmin
andan başlayaraq, hadisə yerinə çatana qədər Den Razeri yalnız bir sual
düşündürürdü: “Aman Allah, mən axı təyyarə yerə enən kimi reportaj üçün stəndap
etm
əliyəm və bunun üçün də mənə təcili qrim lazım olacaq. Nə edəcəm?”. Amma
bu sual onu n
ə qədər narahat etsə də D. Razer pudra qutusunu stüardessadan almır.
Den Razer, Amerikanın CBS kanalının məşhur aparıcısı
Televiziyada efir m
ədəniyyəti yalnız qrimlə bitmir. Peşəkar jurnalist olmağa
çalışan və özünə hörmət edən hər kəs jurnalistika yaradıcılığında mühüm
əhəmiyyətə malik etik kodeksləri öyrənməli və onlara hörmətlə yanaşmalıdır.
İctimaiyyət arasında çox zaman jurnalistin bir qədər üzlü olduğu, işini “qapıdan
qovurlarsa, p
əncərədən gir” prinsipi ilə həyata keçirdiyi bildirilir. Lakin bu fikir nə
q
ədər absurd və məntiqsiz səslənirsə, bir o qədər də jurnalistika sənətinə
hörm
ətsizlik kimi qəbul olunmalıdır. Monoqrafiyanın əvvəlində də qeyd etdiyimiz
kimi, jurnalist c
əmiyyətin elit nümayəndəsi sayılır və istər geyimində, istər danışıq
qabiliyy
əti, jest və maneralarında, istərsə də yaşından, cinsindən, cəmiyyətdə
tutduğu mövqedən asılı olmayaraq nümunəvi şəxs sayılır. İnformasiya əldə etmək
üçün h
ər cür üsula, etikadan kənar davranış qaydalarına, şantaj və yalana əl atan
jurnalist is
ə heç bir halda ictimai hörmətə layiq görülə, şəxsiyyət olaraq qəbul edilə
bilm
əz.
II FƏSİL. REPORTYOR İŞİNİN XÜSUSİYYƏTLƏRİ
2.1. Reportaj
Telejurnalistikan
ın operativ informativ janrlarından olan ilk telereportaj XIX
əsrin ortalarında Almaniyada hazırlanıb. Bu söz latin dilindən götürülüb, “reporto”
- m
əlumat vermək, ötürmək mənasını verir. Almaniyadan sonra İngiltərə, Fransa,
ABŞ və Rusiyada geniş yayılan reportaj ilk növbədə sintetik xarakteri,
operativliyi, r
əngarəngliyi ilə diqqəti cəlb edir və bu janra müraciət edən
jurnalistl
ər üçün geniş yaradıcılıq imkanları açır. Bu səbəbdən də reportaj müasir
dövrd
ə ən geniş yayılmış operativ informativ janrdır. Sintetik dedikdə biz onu
n
əzərdə tuturuq ki, reportajda müsahibənin, xəbərin, oçerkin, hesabatın, şərhin
Dostları ilə paylaş: |