14-15 kq.
-
Professional ştativin çəkisi:
9-10 kq.
-
İşıq avadanlığının çəkisi:
2-3 kq.
Ç
əkiliş prosesində istifadə olunan mikrofon, şnur, əlavə akkumulyatorlar və
dig
ər texniki avadanlıqları da nəzərə alsaq,
onların ümumi ağırlığı təxminən 30
kq.-
a yaxın olur. Teleoperatorun qeyd olunan ağırlığı çəkiliş boyu üzərində
daşıması və paralel olaraq çalışması sadəcə mümkünsüzdür. Odur ki,
televiziyalarda reportyor komandasına əksər hallarda teleoperator köməkçisi də
daxil edilir.
Bel
əliklə, ikinəfərlik komandanın çəkilişdən əvvəl, çəkiliş zamanı və
ç
əkilişdən sonra yerinə yetirməli olduğu əsas işləri bir daha nəzərdən keçirək:
Reportyorun ed
əcəkləri.
(ç
əkiliş prosesindən əvvəl)
-
Hazırlanacaq süjetin ssenarisi, mövzusu və ideya xətti ilə
teleoperatoru tanış etmək, onun suallarını cavablandırmaq;
-
Ç
əkiliş meydançasında reallaşdırmaq istədiyi ideyaları teleoperatora
izah etm
ək, çəkiliş şəraiti ilə bağlı ona ümumi informasiya vermək;
-
İstər müsahibə, istərsə də stəndap zamanı hansı mikrofon növündən
istifad
ə etməyi nəzərdə tutduğunu teleoperatora bildirmək;
-
Hadis
ə yerinə yollanmazdan öncə istifadə olunacaq texniki
avadanlıqları (kameranı, mikrofonu, kasseti) sınaqdan keçirməyi
teleoperatordan t
ələb etmək;
(ç
əkiliş məkanında)
-
Hadis
ə yerində olan önəmli qonaqlar barədə teleoperatora məlumat
verm
ək;
-
Hadis
ə yerində iştirak edən süjetin əsas qəhrəmanı barədə
teleoperatora m
əlumat vermək, onun müxtəlif rakurslardan
ç
əkilməsini tapşırmaq;
-
Teleoperatorun f
əaliyyətini nəzarətdə saxlamaq və çəkiliş prosesi
ərzində daha çox jest və mimikalardan istifadə etməklə ona
tapşırıqlar vermək;
(ç
əkiliş prosesindən sonra)
-
Teleoperatordan hadis
ə yerində çəkilmiş ən uğurlu planlar barədə
m
əlumat almaq;
-
Montaj zamanı istifadə olunması zəruri olan planlar barədə
teleoperatorla m
əsləhətləşmək və onun tövsiyyələrinə qulaq asmaq.
Teleoperatorun ed
əcəkləri.:
(ç
əkiliş prosesindən əvvəl)
-
Ç
əkiliş məkanı, süjetin ideya xətti və hadisə yerində çəkilməli olan
z
əruri planlar barədə jurnalistdən məlumat almaq;
-
Reportyordan ç
əkiliş kasetini tələb etmək və onu kameraya daxil
etm
əklə bir neçə plan götürmək;
-
Süjetin mövzusuna v
ə ideya xəttinə uyğun işıq effektləri və
qarniturlar götürm
ək;
-
Yolboyu jurnalistl
ə diskussiya aparmaq, onun görmək istədiyi
kadrları müəyyənləşdirmək;
(ç
əkiliş məkanında)
-
Ç
əkiliş prosesində daim jurnalisti diqqət mərkəzində saxlamaq, onun
tapşırıqlarına əməl etmək;
-
Ç
əkiliş meydanında uğurlu və maraqlı planlar çəkməyə çalışmaq, bu
zaman daha çox ümumi v
ə iri planlara üstünlük vermək;
-
Ç
əkiliş prosesində baş verən hadisələrə teleoperator deyil, jurnalist
gözü il
ə baxmaq, çıxış edənlərə imkan daxilində qulaq asmaqla
hadis
ələrin inkişaf tempini müəyyənləşdirmək;
(ç
əkiliş prosesindən sonra)
-
Ç
əkiliş prosesi bitdikdən sonra ən uğurlu planlar barədə jurnalistə
m
əlumat vermək;
-
Hadis
ə yerindən qayıtdıqdan sonra, baxış otağına yollanmaq və
ç
əkilən planlara nəzər salmaq;
-
İmkan daxilində montaj prosesində iştirak etməklə jurnalistə
müxt
əlif tövsiyyələr vermək.
Ümumiyy
ətlə, çəkiliş prosesində teleoperatora tapşırıqlar vermək, onunla
s
əmərəli və məhsuldar iş ortaya qoymaq üçün jurnalist də çəkiliş texnologiyası
bar
ədə məlumatlanmalı, televiziyada mühüm önəm kəsb edən kadrların
özün
əməxsusluğunu öyrənməlidir. Bu, reportyora teleoperatorla peşəkar dialoq
qurmağa, ondan əsaslı şəkildə nəsə tələb etməyə imkan verəcək. Beləliklə, keçək
dig
ər önəmli məsələyə.
2.7. Televiziya reportajının həlledici cəhətləri
Reportajların hazırlanması və ictimaiyyətə ötürülməsi bütün televiziyalar
üçün günd
əlik iş rejimi, adi iş fəaliyyətinin başlıca funksiyasıdır. Təsadüfi deyil ki,
televiziyaların imkanları və yaradıcılıq potensialı da məhz reportajların nə
d
ərəcədə uğurlu olması ilə ölçülür. Çünki uğurlu reportaj ictimai maraq, geniş
auditoriya v
ə yüksək reytinq anlamına gəlir. Məhz buna görə də, televiziya
reportajları və gündəlik xəbərlər bir nəfərə deyil, milyonlarla auditoriyaya
yön
əlməli, tamaşaçıya operativ, obyektiv, ədalətli, məntiqli və faydalı informasiya
çatdırmalıdır. Bunun üçünsə televiziya reportajı yuxarıda qeyd olunan
keyfiyy
ətlərlə yanaşı, daha iki vacib tələbə cavab verməlidlir:
-
Reportaj tamaşaçı ücün gərəkli və zəruri faktlarla zəngin olmalıdır.
Yalnız bu halda tamaşaçı özünü yaxşı məlumatlandırılmış hiss
ed
əcək və reportajı sonadək izləyəcək.
-
Ötürül
ən informasiya tamaşaçıların istəklərinə uyğun gəlməli və
toxunduğu mövzu ilə daha çox auditoriyanı əhatə etməlidir.
2.8.
Qarşılıqlı hörmət və inam
Tamaşaçının etibarını və inamını qazanmaq reportyor üçün əsas
prinsipl
ərdən sayılır. Sizə inanan auditoriya formalaşdırmaq istəyirsinizsə ilk
növb
ədə özünüzə və hazırladığınız xəbərə hörmətlə yanaşmalı, yanlışlğa yol
verm
əməlisiniz. Yalnız dəqiq və əsaslı reportaj tamaşaçı hörməti qazana bilər.
Odur ki, çatdırmaq istədiyiniz faktı, nə dərəcədə önəmli olmasından və
operativliyind
ən asılı olmayaraq, bir neçə mənbədən (R.M. ən azı iki mənbədən)
d
əqiqləşdirməli və yalnız bundan sonra ictimaiyyətə ötürməlisiniz. Beləliklə, sizin
v
əzifəniz işıqlandırılan mövzuya birbaşa dəxli olan önəmli faktların toplanılması
v
ə informasiya qaynağı göstərilməklə auditoriyaya təqdim olunmasıdır. Bu zaman
ön
əm verilən əsas prinsiplərdən biri də hadisələrə qərəzsiz yanaşmaqdır.
Tamaşaçısına hörmət edən və onun etibarını qazanmağa çalışan jurnalist sensasiya
x
ətrinə şayiələrə, dedi-qodulara yol vermir, istənilən məsələ ilə bağlı dəqiq
faktların toplanılmasına çalışır və yaranmış problemlə bağlı müxtəlif tərəflərin
fikirl
ərini öyrənərək materiala əlavə edir.
Dostları ilə paylaş: |