daha uğurlu olan insanlardan sorğu götürməyə çalışın. Lakin
bir daha qeyd edirik
ki, insanlar
ın seçimi ilk növbədə süjetin mövzusundan bilavasitə asılıdır.
Sorğunun montaj olunması zamanı da lakoniklik mühüm önəm kəsb edir.
Sorğu götürülən insanların fikirləri bir cümlə şəklində qeyd olunmalıdır. Əgər
sorğu zamanı insan bir neçə suala cavab verirsə, bu, artıq sorğu deyil, müsahibə
anlamına gəlir və janr prinsiplərini kobud şəkildə pozur.
8.11.
Müsahib
ənin dublyaj olunma qaydası
Əcnəbi müsahiblərdən sinxron (müsahibə) götürmək, yaxud həmin sinxronu
dublyaj etm
ək peşəkar jurnalist üçün adi haldır. Lakin bu zaman adi sayılan bəzi
prinsipl
ər iş prosesində çox zaman unudulur. Həmin prinsiplərdən biri əcnəbi
müsahibin yan
ında olan və onun fikirlərini doğma dilə çevirən
tərçüməçinin
s
əsinin əksər hallarda nəzərə alınmamasıdır (R.M. jurnalist tərçüməçinin səsini
əhəmiyyətsiz hesab edir və mikrofonu tərcüməçiyə uzatmağı ya istəmir, ya da ki,
unudur). Lakin jurnalist t
ərçüməçinin səsinin də aydın yazılmasına nail olmalıdır
ki, dublyaj zaman
ı həmin səsi müsahibin səsinin üzərinə atmaqla həm vaxt
qazans
ın, həm də daha təbii və dəqiq dublyaj əldə etsin.
Əgər jurnalist özü dublyaj etmək fikrinə düşübsə, ilk növbədə müsahibə
diqq
ətlə qulaq asmalı, onun tempini tutmalı və sözləri müsahibin danışıq tempinə,
yaşına uyğun tərzdə oxumalıdır. Təsəvvür edin, yaşlı və asta danışan əcnəbi
müsahibi g
ənc və sürətli oxu tərzinə malik jurnalist dublyaj edir. Bu, uğurlu alına
bil
ərmi?. Əlbəttə ki, xeyir. Məhz buna görə də, səslər və danışıq tempi tam
d
əqiqliyi ilə bir – birini tamamlamasa da, ən azından yaxın olmalıdır.
Dublyaj
ın əvvəlində və sonunda qısa (3-4 saniyə) pauzaya yer vermək də
əsas prinsiplərdən sayılır. Həmin pauza tamaşaçıya müsahibin orijinal səsini
eşitməyə imkan verir, eyni zamanda sizin səsinizin
kəsilməməsi və normal efirə
getm
əsi üçün bir növ “захлест” rolunu oynayır. Lakin bu zaman önəmli olan digər
m
əqamlardan biri – dublyajın ilk sözü və ya cümləsi ilə sizin sözünüzün üst-üstə
düşməsidir. Cünki tamaşaçı məhz ilk söz və ya cümləni eşidir. Əgər onun eşitdiyi
v
ə başa düşdüyü sözlə, sizin ilk sözünüz uyğun gəlmirsə, sizin tərcümənizə qarşı
inams
ızlıq yaranacaq.
IX FƏSİL. TELESÜJET, TV-DƏ REKLAM
9.1. Süjetin bloklar üzr
ə hazırlanması
X
əbərlərdən fərqli olaraq, araşdırma süjetinin xronometrajı 5-7
dəqiqə
olmal
ıdır. Süjeti hazırlamazdan öncə jurnalist mövzunu müxtəlif bloklar üzrə
t
ədqiq etməlidir. Bu, sanki qatara bənzəyir. “Qatarın hər vaqonunun” başqa sözlə,
h
ər blokun uzunluğu 30 saniyə olmalıdır.
Mövzu – transplantasiya
Ehtiyyac
ı
olan q
əh.
Az
ərbaycanda
v
əziyyət
Beyn
əlxalq
t
əcrübə
Qorxu
amili
Ikinci
q
əhrəman
Orqan
əldə
etm
əyin
yolu
Donorlar
(30 s.)
(30 s.)
(30 s.) (30 s.) (30 s.) (30 s.) (30 s.)
Az
ərbaycan
tibbi buna
imkan
verirmi?
M
əsələnin
qanuni
t
ərəfi
Donorlara
köm
ək
ed
ən
QHT-l
ər
Donor
m
ədəniyyəti
Sonluq
(30 s.) (30 s.) (30 s.) (30 s.) (30 s.) Ümumi xr. 6
d.
1 d., 1d. 30 s. material üçün minimum 4 blok, 5-7 d. material üçün 10-12
blok olmal
ıdır.
9.2.
Süjetin inkişaf istiqamətləri
Süjetin mövzuya uyğun müxtəlif inkişaf istiqamətləri mövcuddur:
→ → → →
↓ ↑ ↓ - pessimist notlarla bitən süjet
→→→
↑
→ → → - optimist notlarla bitən
süjet
↑
→→→
→→ → →→→→ →→→ ortaq xətt üzərində qurulan süjet
Süjet
əksər hallarda optimist notlar üzərində bitir. Bu da təbiidir. Belə ki,
efir
ə təqdim olunan hər bir material insanların həyat tərzinə, psixoloji durumuna,
sosial – ictimai f
əaliyyətinə bilavasitə təsir edir. Məhz bu üzdən, efir
mədəniyyətini
əsas götürməklə, süjetlər də insanların həyatına müsbət təsir etməli, onları pis
v
ərdişlərdən çəkindirməli və yaşamağa, yaratmağa ruhlandırmalıdır.
9.3. H
ədəf prinsipi
Jurnalist
seçdiyi mövzu v
ə işlədiyi süjetlə 100 faizlik hədəfi dəqiq nişan
almal
ıdır. Tamaşaçını maraqlandıran faktları yüksək ustalıqla təqdim etməyi
bacar
ırsınızsa, deməli 100 faizlik hədəfə yaxınlaşırsınız. Bu halda süjet daha
maraql
ı alınır, ictimai önəm kəsb edir. Hədəf prinsipini faktlara da şamil etmək
olar. Bel
ə ki, hadisə yerindən götürülən ən önəmli fakt 100 faizlik faktlar sferasına
daxildir v
ə material da məhz həmin faktla başlamalıdır.