inandırıcı şəkildə, emossional və templə ifadə etməyi bacarmır. Odur ki, hazırlıq
prosesind
ə müsahibinə ciddi, xüsusən də müsahibənin əsasını təşkil edən önəmli,
yaxud qıcıqlandırıcı suallar verməkdən çəkinin. Birbaşa əsas suallara keçsəniz
qarşı tərəf psixoloji baxımdan daha çətin vəziyyətə düşəcək, hətta müsahibə
verm
əkdən belə imtina edəcək. Müsahibə prosesində tələsmək olmaz. Çünki
müsahib
ənin nə dərəcədə uğurlu alınması məhz hazırlıq prosesinin yekunundan
asılıdır.
8.3. Müsahib
ə prosesi, sualların verilmə ardıcıllığı
Müsahib
ə prosesinin əvvəlində qarşı tərəfə mövzu ilə bağlı kifayət qədər
asan suallar verin. B
əlkə də, həmin suallara veriləcək cavablar o qədər də vacib
deyil v
ə həmin cavabları siz materialda istifadə etməyəcəksiniz. Lakin müsahibəni
m
əhz ümumi suallarla başlamaq müsahibin özünü daha rahat hiss etməsi və
proses
ə alışması baxımından önəmlidir. Bu zaman hərəkətlərinizə, səs tonunuza və
davranış tərzinizə xüsusi həssaslıqla yanaşın. Adi diqqətsizlik bütün missiyanı alt-
üst ed
ə bilər. Olduqca sakit və təmkinli davranın, müsahibin dediyi hər sözə
diqq
ətlə qulaq asın. Əksər hallarda müsahibənin əvvəlində deyilən fikirlər heç də
yeni olmur. Lakin bu, müsah
ibin sözünü yarımçıq kəsməyə, onun fikirlərinə məhəl
qoymamağa əsas vermir. Yadda saxlayın ki, qarşı tərəf yalnız özünə qarşı maraq,
yaxud hörm
ət gördüyü halda jurnalistin suallarına cavab verəcək. Əks təqdirdə
görül
ən işlərin heç bir mənası olmayacaq.
Fa
ydalı informasiyalar almaq üçün suallar kifayət qədər konkret və aydın
olmalı, sakit tərzdə verilməlidir. Jurnalist heç bir halda özünü hakim, müsahibi isə
mütt
əhim qismində görməməli, müsahiblə aqressiv davranmamalı, kobudluq
etm
əməlidlir. Yadda saxlayın ki, müsahibə almaq əksər hallarda jurnalistə
lazımdır. Məhz buna görə də, jurnalist istər bu gün vacib suallara cavab almaq,
ist
ərsə də müsahiblə münasibətləri uzun müddət qoruyub saxlamaq baxımından
qeyd olunan prinsipl
ərə əməl etməlidir.
H
əm nəzakətli, həm də inadkar olun. Yalnız bu halda müsbət nəticə
qaçılmazdır. Lakin bu, sizi qəliz suallar verməkdən çəkindirməsin. İlk mərhələdə
asan suallar verm
əklə müsahibinizi inandırdınız və onun kamera qarşısında daha
s
ərbəst, rahat olmasını təmin etdiniz. Artıq ikinci və həlledici mərhələyə keçmək
olar. Ağır artilleriyanı işə salın, daha qəliz, qızışdırıcı, problem xarakterli suallar
verin. Artıq 10-15 dəqiqədir ki, özünün iş prinsipindən, əldə etdiyi uğurlardan
danışan müsahib çətin suallardan bir qədər şoka düşsə də, istər – istəməz həmin
suallara da cavab ver
əcək. Təcrübə göstərir ki, daha peşəkar müsahiblər bu zaman
sualdan yayınır, ümumi cavablar verməklə vəziyyətdən çıxmağa çalışırlar. Lakin
unutmayın, əgər müsahib hər hansı sualdan yayınırsa və çətin duruma düşürsə,
dem
əli hədəfi düzgün nişan almısınız. Sonadək mübarizə aparın və həmin suala
cavab almağa çalışın.
8.4.
Müsahib cavabdan yayınırsa...
Suala cavab ala bilmirsinizs
ə, müsahibin üzərinə hücuma keçmək düzgün
olmazdı. Siz nə qədər hücuma atılsanız, müsahib bir o qədər müdafiə olunacaq.
N
əticədə önəmli suala cavab ala bilməyəcək və redaksiyaya əliboş dönəcəksiniz.
S
əbirli olun, ilk dəfədən gözlədiyiniz cavab verilmədikdə, sualı dəyişin.
Müsahib
ə yenidən ümumi suallar verməklə onun fikrini əsas məsələdən
yayındırmağa çalışın. Təxminən 4-5 dəqiqədən sonra yenidən həmin suala
qayıdın, lakin bu dəfə cümlə quruluşunda və ifadələrdə müəyyən dəyişiklik etmək
şərtilə. Əsas mövzu və ya sualın mahiyyəti isə olduğu kimi qalır.
Dig
ər səmərəli vasitə pauzalara yol verməkdir. Jurnalist vacib məsələ ilə
bağlı müsahibin cavabını almağa çalışır və bu üzdən də müsahib hər dəfə fikrini
bitirdikd
ən sonra qısa pauzaya yol verir. Jurnalistin düşünülmüş pauzaya yol
verm
əsi qarşı tərəfin suala daha ətraflı cavab verməsinə, arzuedilməz sualı
cavablandırmasına şərait yaradır.
H
əlledici suala cavab almaq sanki jurnalistlə müsahibin döyüş səhnəsinə
b
ənzəyir. Hər iki tərəf illərlə topladığı təcrübədən yararlanaraq bu döyüşdən qalib
ayrılmağa çalışır. Qələbə qazanmaq üçünsə ümumi dünya görüşü, məlumatlılıqla
yanaşı, psixoloji hazırlıq, səbr və bir çox halda aktyorluq keyfiyyətləri tələb
olunur.
8.5. Müsahib
ə prosesində nəyi etmək olmaz?
Müsahib
ənin uğurlu alınması həm də sualların verilmə qaydasından və
diskussiyanın nə dərəcədə effektli aparılmasından asılıdır. Sualları hazırlayarkən
jurnalist qısa cümlələrdən istifadə etməli, fikrin asan qavranılmasına nail
olmalıdır. Sualların hazırlanmasında əsas prinsiplərdən biri “hə” və “yox” cavabı
ala bil
əcəyiniz suallardan qaçmaqdır. Nəzərə alın ki, müsahibənin alınmasında
m
əqsəd sizin deyil, müsahibin fikirlərini öyrənməkdir. Buna görə də, müsahibəni
“niy
ə”, “necə” və “hansı səbəbdən”, yaxud, “niyə elə düşünürsünüz ki...”, “nə
əsas verir ki, o cür düşünəsiniz...” sualları üzərində qurmaq daha düzgündür.
Bel
ə olan halda həm müsahibin fikirlərini daha geniş şəkildə öyrənmək, həm də
hadis
ə ilə bağlı daha ətraflı informasiya toplamaq imkanınız olacaq.
Sualınızın sual kimi qavranılmasına əmin olun. Bəzən reportyor verdiyi
sualda öz fikrini, m
əsələyə münasibətini ortaya qoyur və bununla da, sualın
verilm
ə prinsiplərini pozmaqla yanaşı, müsahibin öz fikrini sərbəst şəkildə
söyl
əməsinə imkan vermir. Məsələn: “Necə də gözəl konsert proqramını izlədik,
el
ə deyilmi?”. Bu vəziyyətdə jurnalist məsələyə öz münasibətini bildirməklə
müsahibi bir növ istiqam
ətləndirir və onun konsert proqramı ilə bağlı tənqidi
fikirl
ər söyləməsinə imkan vermir.
Sualların verilməsi zamanı çalışın ki, bir dəfəyə yalnız bir sualla müraciət
edin. Əgər iki sualı bir cümlə şəklində müsahibə təqdim etsəniz (Məsələn: “Sizcə
problemin yaranmasına səbəb nədir və bu problemin həll olunması üçün nə kimi
t
ədbirlər görməyi planlaşdırırsınız?”):
-
Müsahib su
alların birindən yayınacaq və daha çox özünün
maraqlarına uyğun sualı cavablandırmağa çalışacaq;
Dostları ilə paylaş: |