fikrinizi h
ələ redaksiyada teleoperatora bildirin ki, o, genişbucaqlı obyektiv
götürsün. Əks halda istəyinizi reallaşdırmaq mümkün olmayacaq.
7.2. Televiziyada videometaforlar v
ə arxiv kadrlarından istifadə
Videometaforlar müc
ərrəd anlayışların görüntü ilə təqdim olunmasıdır.
Müc
ərrəd anlayışlar dedikdə, ölkədə yaşanan iqtisadi durum, qocalıq, cavanlıq,
sosial
münasib
ətlər sistemi, sevgi və s. nəzərdə tutulur. Qeyd olunan məsələlər,
abstraksiyalarla bağlı reportaj hazırlayarkən jurnalist videometaforlara əl atır və
onlara b
ənzər hərəkətləri əks etdirən görüntülərə üstünlük verir. Məsələn,
qocalıqdan danışarkən reportyor yaşlı insanları, yaxud cavanlıqdan, sosial artımdan
b
əhs edərkən yeniyetmə və gəncləri, iqtisadi inkişafdan və ya durğunluqdan söz
açark
ən iri zavodları, sənaye müəssisələrini, fəhlələri göstərir.
Qeyd olunan görüntül
ər televiziyanın arxivində saxlanılır və hər dəfə
g
əncləri, yaxud yaşlı insanları, zavodları, nazirlikləri, dövlət müəssisələri və qeyri-
hökum
ət təşkilatlarını çəkmək üçün jurnalistin harasa yollanmağına ehtiyyac
yoxdur. Arxiv
ə müraciət etməklə həmin görüntülərin əksəriyyətini
tapmaq və
süjetd
ə istifadə etmək mümkündür. Lakin istər videometaforlardan, istərsə də arxiv
materiallarından istifadə edərkən bir sıra mühüm prinsiplərə əməl etmək vacibdir:
-
Videometaforlar v
ə arxiv materialları əksər hallarda bir neçə gün, ay,
h
ətta bir neçə il əvvəl çəkildiyindən onlardan istifadə zamanı sözlə
t
əsvir üst-üstə düşməyə bilər. Odur ki, ehtiyyatlı olmalı və
görüntül
ərin süjetin mövzusuna, ideya xəttinə nə dərəcədə uyğun
g
əldiyini müəyyən etməlisiniz. Məsələn, əgər iqtisadi inkişafdan
danışılırsa arxiv kadrlarda və ya videometaforlarda olan görüntülər
d
ə nikbin olmalı, deyilən fikirləri təsdiq etməlidir. Başqa sözlə,
h
əmin fikirlərin üzərinə xırda emalatxanaları, dağılmış binaları,
yaxud primitiv al
ətlərlə çalışan fəhlələri göstərmək olmaz. Yaxud
pensiya artımından və yaşlı insanların firavan həyatından
danışırsınızsa səliqəli geyimi olan, üzündən sevinc yağan insanları
göst
ərməyiniz məsləhətdir. Eyni prinsip bədbin
notlar üzərində
qurulmuş, başqa sözlə, problem xarakterli materiallarda da tətbiq
edilm
əlidir.
-
Videometaforlar v
ə arxiv kadrlarından istifadə edərkən planların
mövsüm
ə uyğun olmasına da xüsusi diqqət ayırmaq lazımdır. Belə
ki,
əgər hazırda yay mövsümüdürsə, süjetdə göstərilən kadrlar da
bu
f
əsli əks etdirməli, başqa sözlə, kadrda hərəkət edən insanlar yay
paltarında olmalı, günəşli hava şəraiti və yaşıllıq ön planda
dayanmalıdır. Hətta görüntünün üzərində “Arxiv” sözü yazılsa
da,
yay f
əslində qış mövsümünə aid planlardan istifadə yolverilməzdir.
Yalnız istisnalar mümkündür. Əgər jurnalist konkret
fəsildən
danışırsa və ya hər hansı insanın konkret tarixdə müəyyən məkana
g
əldiyini xatırlatma kimi qeyd edirsə, bu halda təqdim olunan
planlar f
əslə uyğun gəlməyə də bilər.
-
İstənilən plan tamaşaçıda müəyyən əhval – ruhiyyə, psixoloji durum
formalaşdırır. Odur ki, videometaforlar və arxiv kadrları da
tamaşaçının çoxdan alışdığı və artıq qəlibləşmiş videoobrazı daha
maraqlı, daha orijinal görüntüylə ictimaiyyətə çatdırmalıdır.
M
əsələn, yaşlı adamlardan söhbət açırıqsa, qoca, lakin enerjili və
faydalı həyat yaşayan insanların görüntülərindən istifadə etmək daha
m
əsləhətdir. Belə süjet tənhalıq və mərhumiyyətlər haqda
formalaşmış stereotipi aradan qaldırmağa imkan verər, psixoloji
g
ərginliyi aradan qaldırar.
7.3. Mikrofon
Mikrofon
yunan sözü olub, m
ənası “μικρός” – kiçik, “φωνη” səs
dem
əkdir. Səs yazmaq və ya səs gücləndirmək üçün istifadə olunan texniki
qurğudur. Bir sıra sahələrdə geniş istifadə olunan mikrofon telejurnalistikanın da
ayrılmaz tərkib hissəsidir. Telejurnalistikada mikrofonun üç növündən geniş
istifad
ə olunur:
-
Əl mikrofonu;
-
Yaxa mikrofonu;
-
Durna mikrofonu (
Журавлик)
Əl mikrofonu
Daha geniş imkanlara malik olan və daha təmiz səs yazma qurğusu sayılan əl
mikrofonu,
əsasən, küçə çəkilişlərində, stəndap zamanı istifadə edilir. Əl
mikrofonları istər güclü külək, istərsə də güclü interküylər fonunda müsahibin
s
əsini daha aydın yazmaq imkanına malik olduğundan jurnalistlərin etibarlı dostu
sayılır. Lakin təkcə buna görə əl mikrofonlarına üstünlük verilmir.
-
Əl mikrofonu özlüyündə jurnalistin və onun aid olduğu telekanalın
bir növ simvolu sayıldığından reportyorlar çəkiliş prosesində onu
daim
əllərində tutmağa üstünlük verir;
-
Əl mikrofonu dözümlülüyü
ilə diqqəti cəlb edir;
-
Əl mikrofonu ağır olduğundan (R.M. əl mikrofonlarının çəkisi
t
əxminən 250 qramdan, 400-450 qrama qədər ola bilir) onu əldə
əsdirmədən, rahat tutmaq mümkündür;
-
Əl mikrofonu xırda səslərin və ya toxunuşların əsas səsə mane
olmasının müəyyən qədər qarşısını alır;
Lakin
əl mikrofonlarının müəyyən çatışmayan cəhətləri də var:
-
Əl mikrofonu ağır olduğundan onu uzun müddət saxlamaq çətindir;
-
Əl mikrofonu rəsmilik və psixoloji gərginlik yaradır. Bu üzdən
rejissorlar s
ənədli və bədii filmlərin çəkilişində digər mikrofon
növl
ərinə müraciət edirlər;
-
Əl mikrofonu hər hansı məhsulun hansı telekanala aid olduğunu
üz
ərindəki emblemlə rəsmən təsdiqləyir. Odur ki, həmin mikrofonla