Lim standartlarının hazırlanması Nümunəvi peşə standartı


C. MÜƏSSİSƏLƏR ÜÇÜN NÜMUNƏVİ TƏLİM STANDARTI



Yüklə 320,49 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix11.12.2023
ölçüsü320,49 Kb.
#147891
1   ...   7   8   9   10   11   12   13   14   15
1411-0-00112-01 Front office manager az

C. MÜƏSSİSƏLƏR ÜÇÜN NÜMUNƏVİ TƏLİM STANDARTI 
Ön büro meneceri 
Təlim standartına dair qısa məlumat 
Hazırkı təlim standartı müəssisələr, təlim mərkəzləri və institutları, təlim iştirakçıları üçün 
hazırlanmışdır və ön büro meneceri üçün tələb olunan səriştələri əks etdirir. İşlə bağlı səriştənin 
nümayiş etdirilməsi üçün tələb olunan bilik və bacarıqların əldə edilməsinə xidmət edən təlim 
proqramları, kurikulumlar və təlim materiallarının hazırlanmasında bu standartdan təlimat kimi 
istifadə etmək olar. Bu standart əsasında hazırlanmış təlim digər peşələr üzrə səriştələrə malik olan, 
mövcud səriştələrini inkişaf etdirmək, mövcud iş yerində digər vəzifələri icra edə bilmək, yaxud digər 
müəssisədə və ya digər peşə üzrə iş tapmaq üçün yeni ümumi səriştələr əldə etmək istəyən şəxslər 
üçün də uyğun ola bilər. 
Məşğulluq Təsnifatında (MT) (bu təlimin müvafiq 
olduğu) peşənin kodu:
1411 (Bölmə rəhbəri, istehsal və 
istismar/mehmanxana) 
MT-də ixtisas (bacarıq) səviyyəsi: 

ISCO 08-də işin kodu:
1411 (Department manager, production 
and operations/hotel)
ISCO 08-də ixtisas (bacarıq) səviyyəsi: 

Milli İxtisas Çərçivəsi ilə əlaqə: 
ISCED-də kodu: 
Hazırlanma tarixi: 
Aprel, 2012-ci il 
Təsdiq edən qurum: 
Təsdiq tarixi: 
Təklif olunan yenilənmə tarixi: 
Aprel, 2017-ci il 
C.1. SƏRİŞTƏLƏRİN QISA TƏSVİRİ 
Bilik: 

Müştəri və fərdi xidmətlərin göstərilməsi prinsipləri barədə biliklər. Buraya 
müştərinin ehtiyacının qiymətləndirilməsi, xidmətlər ilə bağlı keyfiyyət 
standartlarına cavab verilməsi və müştəri məmnunluğunun 
dəyərləndirilməsi daxildir 

İdarəetmə və inzibatçılıq: strateji planlaşdırma, resursların bölüşdürülməsi, 
insan resurslarının modelləşdirilməsi, liderlik üsulları, istehsal metodları, 
insan və resursların əlaqələndirilməsi ilə bağlı biznes və idarəetmə 
prinsipləri barədə biliklər 

Xarici dil üzrə biliklər 

Riyazi biliklər 

Satış və marketinq – Mal və xidmətlərin nümayiş etdirilməsi, təşviq edilməsi 
və satılması ilə bağlı prinsip və metodlara dair biliklər. Buraya marketinq 
strategiyası və taktikası, məhsulların nümayiş etdirilməsi, satiş texnikası və 
satışa nəzarət sistemləri daxildir 

Kadrlar və insan resursları – Kadrların axtarılması, seçilməsi, təlimi, əməyin 


“ISCO 88/08-
ə
uyğun t
ə
kmill
ə
şdirilmiş peş
ə
standartlarının v
ə
ə
laq
ə
dar t
ə
lim standartlarının hazırlanması” 
23 
ödənişi, əmək münasibətləri və danışıqlar və kadrlara dair informasiya 
sistemi ilə bağlı prinsip və prosedurlara dair biliklər 

Dəftərxana işləri – Mətnlərin yığılması, fayl və qeydlərin idarə edilməsi, 
stenoqrafiya və transkripsiya, dizayn formaları kimi inzibati və dəftərxana 
işləri ilə bağlı prosedur və sistemlərə, eləcə də digər ofis prosedur və 
terminlərinə dair biliklər 

İqtisadiyyat və mühasibat uçotu – iqtisadiyyat və mühasibat uçotu 
prinsipləri, maliyyə bazarları, bank işi, maliyyə məlumatlarının təhlilli və 
hesabatlıq üzrə biliklər 

Kompüter və elektron cihazların tətbiqi prosedurları 

İctimai təhlükəsizlik və təminat – Müvafiq avadanlıqlara, siyasətlərə, 
prosedurlara və insanların, məlumatların, mülkiyyətin və təsisatların 
qorunması üçün təhlükəsizlik məsələləri ilə bağlı yerli, dövlət və ya milli 
fəaliyyətin təşviqi üçün strategiyalara dair biliklər 

Təhsil və təlim – Attestasiya və təlim proqramının hazırlanması metodu və 
prinsipləri, fərdi şəxslər və qrup üçün tədris və təlimatlar, eləcə də təlimin 
təsirinin qiymətləndirilməsi barədə biliklər 

Telekommunikasiya – Ötürmə, yayımlama, yönləndirmə, nəzarət sistemləri 
və telekommunikasiya vasitələrinin işi barədə biliklər

Kommunikasiya və media – Media məhsulları, kommunikasiya və yayımlama 
üslub və metodlar barədə biliklər. Buraya yazılı, şifahi və vizual media 
vasitəsilə alternativ məlumatlandırma və əyləndirmə vasitələri daxildir 

Maliyyə təhlilləri 
Bacarıq: 

Aktiv dinləmə bacarığı - Digər şəxslərin söylədiklərinə diqqətlə qulaq asmaq, 
vurğulanan məqamları başa düşmək üçün lazımı vaxt ayırmaq, müvafiq 
olduğu təqdirdə suallar vermək və lüzumsuz yerdə müdaxilələr etməmək 

İnsan resurslarının idarə edilməsi bacarığı – İşçiləri motivasiya etmək, 
inkişaf etdirmək və istiqamətləndirmək, eləcə də iş üçün ən münasib 
namizədlər tapmaq 

Vaxtın idarə edilməsi – Öz vaxtını və digərlərin vaxtını idarə etmək 

Monitorinq –Düzəlişlər etmək və ya müvafiq korreksiya tədbirləri həyata 
keçirmək üçün özünün və tabeliyində olan işçilərin, digər şəxslərin və ya 
ümumilikdə təşkilatın fəaliyyətini yoxlamaq/qiymətləndirmək 

Qərar qəbul etmək bacarığı – Potensial tədbirlərin nisbi xərclərini və 
faydasını nəzərə alaraq ən münasib olan tədbiri seçmək

Mürəkkəb problemləri müəyyən etmək, seçimləri hazırlamaq, 
qiymətləndirmək və həll yollarını həyata keçirmək üçün müvafiq 
məlumatları nəzərdən keçirmək bacarığı 

İnandırma – Digərlərini inandırmaq və onların fikir və ya davranışlarının 
dəyişməsinə təsir etmək bacarığı 

Danışıq aparmaq – Digər şəxsiləri bir araya gətirmək və fərqləri aradan 
qaldırmağa çalışmaq 

Təlim keçmə bacarığı

Yeni informasiyanın həm hazırkı, həm də gələcək problemlərin həlli və qərar 
qəbulu prosesləri ilə bağlı təsirini başa düşmək 

Sistemin fəaliyyəti ilə bağlı tədbirləri və ya göstəriciləri, eləcə də sistemin 
məqsədilə bağlı fəaliyyətin təkmilləşdirilməsi və ya düzəldilməsi üçün lazım 
olan istiqamətləri müəyyən etmək 

Maliyyə resurslarının idarə edilməsi – İşi yerinə yetirmək üçün pul 
vəsaitlərinin necə xərclənəcəyini və xərclər ilə bağlı uçot sistemini müəyyən 
etmək

Maddi resursların idarə edilməsi – Müvafiq iş üçün tələb olunan 
avadanlıqların, qurğuların və materialların əldə edilməsi və nəzərdən 


“ISCO 88/08-
ə
uyğun t
ə
kmill
ə
şdirilmiş peş
ə
standartlarının v
ə
ə
laq
ə
dar t
ə
lim standartlarının hazırlanması” 
24 
keçirilməsi 

Yeni predmetləri öyrənən və ya tədris edən zaman müvafiq olan 
təlim/tədris metodlarının və prosedurlarının seçilməsi və istifadə edilməsi 
bacarığı;

Sistemlərin təhlil edilməsi – Sistemin necə fəaliyyət göstərməsini və 
şərtlərdəki, əməliyyatlardakı və ətraf mühitdəki dəyişikliklərin nəticələrə 
necə təsir göstərəcəyini müəyyən etmək bacarığı 

Keyfiyyətə nəzarətin təhlili – Keyfiyyəti və fəaliyyət göstəricilərini 
qiymətləndirmək məqsədilə məhsulları, xidmətləri və ya prosesləri 
yoxlamaq və təftiş etmək bacarığı 

Təcrübəli İT istifadəçisi, xüsusilə İnternet, elektron cədvəllər və məlumat 
bazaları 
Yanaşma: 

Dəqiq iş qrafikinə uyğun məsuliyyətli və etibarlı fəaliyyət; 

İş saatları çərçivəsində çeviklik; 

Xidmət yönümlü – Fəal şəkildə insanlara kömək etmək yollarını araşdırmaq; 

Texniki yenilikləri izləmək və yeni bilikləri praktik tətbiq etmək. 
Əlavə / 
ümumi 
səriştələr:

Azərbaycan dilindən başqa digər dillərdə də qonaqlar ilə danışmaq 

Sahibkarlıq yanaşması və davranışı 
 
Peşə standartına uyğun olaraq, bu peşə üzrə təcrübi və nəzəri təlim keçən ön büro meneceri yuxarıda 
göstərilən səriştələri qazanmaqla, aşağıdakı vəzifə və fəaliyyətləri yerinə yetirə bilər:

Yüklə 320,49 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə