273
V.A.Avrorinin
fikrincə,”Dilin kommunikativ və ekspressiv
funksiyaları bir medalın iki üzüdür” və hətta “dil ifadə etmədən fikir
yarada bilməz, fikir yaratmadan isə onu ifadə edə bilməz. Bunu dil
formasında təzahür edən vahid fikir prosesinin iki cəhəti kimi nəzər-
dən keçirmək olar”
1
.
R.A.Budaqovun fikrincə, “kommunikativlik və fikri ifadə
funksiyalarının vəhdəti olmadan nə dil, nə də dil haqqında elm ola
bilməz”
2
.
L.Vıqotski bir tərəfdən qeyd edir ki,”ünsiyyət mütləq şəkildə
ümumiləşdirmə və sözün mənasının təkmilləşdirilməsini nəzərdə
tutur.Yəni ümumiləşdirmə ünsiyyətin inkişafı nəticəsində mümkün
olur”. Digər tərəfdən isə, qeyd edir ki: “insanlara
xas olan ali,
psixoloji ünsiyyət formaları yalnız ona görə mümkündür ki, insan
təfəkkür vasitəsilə gerçəkliyi ümumiləşdirilmiş şəkildə əks etdirir”.
Bu qəbildən olan fikirlər irəli sürməklə L.Vıqotski “ümumiləşdirmə
və ünsiyyət, kommünikasiya və təfəkkürün vəhdəti”ni məntiqi
şəkildə şərh etməyə çalışır
3
.
L.A.Kiselyovanın mövqeyi tamamilə fərqlidir, o, belə hesab
edir ki, “dilin dialektik vəhdət təşkil edən, sosial baxımdan bərabər-
hüquqlu olan bu iki funksiyası… onların determinasiyasını şərtləndi-
rən təfəkkür və ünsiyyət adlı ehtiyacların özləri qədər müstəqildir və
onları bir-birinin tərkibinə daxil etmək, məzmun və ya forma
baxımından birini digərinin hesabına tamamlamaq olmaz” və onun
fikrincə, “dilin ünsiyyət və təfəkkür funksiyaları, ümumiyyətlə, ün-
siyyət ehtiyacı və ümumiyyətlə, düşünmək ehtiyacı kimi,
təfəkkürün
və ünsiyyətin özü qədər ən ümumi şəkildə abstraktlaşdırılmadır. Bəlli
olduğu kimi, real gerçəklikdə ən başlıcaları, ikinci dərəcəliləri və
törəmələri də daxil olmaqla ünsiyyət və təfəkkür ehtiyaclarının ierar-
xiya sistemleri mövcuddur ki, bunlar dilin ünsiyyət və təfəkkür funk-
siyalarının tip və növlərinin ierarxiya sistemlərini… determinasiya
1
Аврорин В.А. Проблемы изучения функциональной стороны языка. Л. 1975. с. 36-40.
2
Будагов Р.А. Введение в науку о языке. М. 1958. с. 3.
3
Выготский Л.С. Избранные психологические исследования М. 1956. с. 51.
274
edir. Beləliklə, təfəkkür və kommunikasiya funksiyaları müxtəlif tip
və növlərə malik olmaqla müstəqil ierarxiya sistemi əmələ gətirir”
1
.
İstinad etdiyimiz tədqiqatçıların hamısı qəbul edir ki, dilin əsas
funksiyası (və ya funksiyalarından biri) ünsiyyətdir. Bu məsələ ətra-
fında mübahisə yarada biləcək heç bir fikir ayrılığı yoxdur.
Dilin fikir yaratmaq və ya fikri formalaşdırmaq funksiyası da
həmin tədqiqatçıların böyük əksəriyyəti tərəfindən dəstəklənmiş,
bununla belə ünsiyyət funksiyasında olduğu qədər, yəni 100%-lik
tam dəstək almamış, kiçicik bir şübhə yeri qoymuşdur. Bu şübhələrin
bizi haraya qədər apara biləcəyinə nəzər salaq.
V.A.Avrorinin
fikri belə idi ki, “dil ifadə etmədən fikir yarada
bilməz, fikir yaratmadan isə onu ifadə edə bilməz”. Amma, həqiqə-
tən də, “fikri yaradan dildirmi?”– sualına cavab axtaraq və fikir yarat-
mağın psixoloji köklərinə baxaq.
Bu tədqiqat çərçivəsində şərh etdiyimiz müddəalar və ümum-
psixoloji rəy baxımdan “fikir yaratmaq” və ya “düşünmək” bir beyin
aktivliyi olub, baş beyindəki məlumatların müəyyən kriteriyalar əsa-
sında seçilməsi, sıralanması, düzülməsi və ya başqa bir şəkildə analiz
edilməsidir.
Baş beyində olan məlumatların mahiyyətini anlamaq üçün on-
ların da psixoloji köklərini eyni əsaslara uyğun olaraq ümumi şəkildə
nəzərdən keçirək: baş beyində olan məlumat
gerçəklik elementlərinin
bəlli xüsusiyyətlərinin hiss orqanlarına təsiri nəticəsində mənimsənil-
məsi yolu ilə toplanan informasiyadır.
Fikri yaradan, formalaşdıran apellyativ vahidin və ya təfəkkür
prosesinin əsas elementinin dil olduğunu qəbul etsək, onu da qəbul
etməliyik ki, baş beynimizdəki məlumatlar yalnız dil struktur vahid-
lərindən, yəni sözlərdən və ya formalardan ibarətdir. Çünki söz,
forma olmadan dilin hər hansı bir funksiyanı icra etməsi mümkün
olmadığı kimi, dilin sözdən və ya formadan başqa bir funksional aləti
və ya apellyativ vahidi də yoxdur.
1
Киселева Л.А. Вопросы теории речевого воздействия. Ленинград, Издательство
“Ленинградского университета”, 1978, с. 40.
275
Bu vəziyyətdə qəribə bir seçim qarşısında qalırıq. Ya qəbul
etməliyik ki, söz qarşılığı olmayan, yəni adı olmayan əşyanı, varlığı,
vəziyyəti, hərəkəti anlamırıq,
dərk etmirik, yəni baş beynimizdə söz
qarşılığı olmayan heç bir anlayış yoxdur, ya da qəbul etməliyik ki,
baş beynimizdə mövcud olan, amma söz qarşılığı olmayan heç bir
anlayışla bağlı düşünməyə, fikirləşməyə qadir deyilik.
Amma sadəcə adı deyil, özü də məlum olmayan minlərlə var-
lıq kəşf və icad olunmuşdur. “Dilsiz fikir yarana bilməz” prinsipin-
dən çıxış etsək, bu kəşf və icadlarla bağlı yəqin belə deməliyik ki,
onları “düşünmədən etdik”, “fikirləşmədən oldu”. Bu isə məntiqsiz-
likdən başqa bir şey deyil.
Aparılan araşdırmalar dərketmə və təfəkkür kimi beyin fəaliy-
yətlərinin də dil və onun söz, forma, söyləm, nitq kimi vahidləri ilə
yox, intellekt obrazları və kodları ilə reallaşdığını göstərir.
Dərketmə
və təfəkkür kimi beyin fəaliyyətləri ilə bağlı aparılan araşdırmalar
nəticəsində məlum olmuşdur ki, sinktual dərketmə istisna olmaqla,
digər dərketmə növlərində dil və onun struktur vahidləri, yalnız dərk-
etmə aktının birinci fazasında və sadəcə gerçəklik elementi ilə bağlı
məlumatın əldə edilməsi yollarından biri kimi müşahidə olunur.
Dərketmənin sonrakı fazalarında isə dil, ümumiyyətlə, iştirak etmir.
Bu tədqiqat boyu təqdim edilən nəzəri mövqedən yanaşmaqla
dillə bağlı irəli sürülən başlıca müddəaların psixoloji qayda və nor-
malar əsasında şərh edildiyini gördük. İstənilən dil struktur vahidinin
və intellektual nitqin sinktual dərketmə nəticəsində və hazırılıq mər-
hələsindən sonra gələn dərketmə aktının birinci və ikinci fazalarında,
kommunikal nitqin dərketmə aktının üçüncü və dördüncü fazalarında
yarandığını, yaradılmış nitqin mənimsənilməsinin isə, dərketmə aktı-
nın birinci və ikinci fazalarında baş verdiyini müşahidə etdik.
Digər tərəfdənsə, gördük ki, insanın
hər bir əməli və psixoloji
fəaliyyətinin əsasını təşkil edən, bu fəaliyyətin hərəkətverici qüvvəsi
kimi çıxış edən ehtiyac və motivasiya burada nitq ehtiyacı və onun
ödənilməsi motivasiyası şəklində təzahür edir. İnformasiya mübadi-
ləsi kimi ən başlıca funksiyasını icra edərkən dil və onun struktur va-
276
hidləri psixoloji norma və prinsiplərə tabe olduğu kimi, bütün linq-
vistik qanun və normalara da tabe olur. Dilin özünün ümumilikdə
nitq ehtiyacından, onun maddi əsasını təşkil edən struktur vahidlə-
rinin isə yuxarıda nəzərdən keçirilən psixoloji proseslər nəticəsində
yarandığını nəzərə almaqla dilin ikili, yəni həm linqvistik,
həm də
psixoloji mahiyyətə malik bir kateqoriya olduğunu söyləyə bilərik
1
.
Əsas xüsusiyyətləri ilə bağlı tədqiqat boyu qeyd olunan müd-
dəalara istinadən linqvopsixoloji kateqoriya kimi dili belə xarakterizə
edə bilərik:
Ünsiyyət zamanı okkazional şəkildə yaranan dil struktur vahid-
ləri və söyləmlər əks etdirdiyi gerçəklik elementinin yaddaşdakı intel-
lekt obrazları ilə birləşdikdə dilə çevrilir
və ya
Dil - ünsiyyət zamanı okkazional şəkildə yaranan dil struktur
vahidlərinin və söyləmlərin əks etdirdiyi gerçəklik elementinin
yaddaşdakı intellekt obrazları ilə birləşməsidir.
Dilin strukturu, yəni onu əmələ gətirən vahidlər və hətta dilin
özünün də daxil olduğu qlobal sistemlərlə bağlı elmi ədəbiyyatda bir-
birinə daban-dabana zidd olan çoxsaylı mülahizələr mövcuddur.
Burada biz əsas diqqəti onların yanlış və ya doğru olmasının anali-
zinə deyil, öz mövqeyimizin şərhinə yönəltməyi daha məqsədəuyğun
hesab edirik. Çünki həmin mülahizələrin əksəriyyətinə əvvəlki
fəsillərdə və paraqraflarda kifayət qədər münasibət bildirmişik və
onları yenidən təkrarlamağa ehtiyac duymuruq.
Biz o mövqenin tərəfdarıyıq ki,
ünsiyyət yaratmaq və informa-
siya ötürmək ehtiyacının ödənilməsinə xidmət edən bütün formalar,
formayaratma, nitqyaratma proses və fəaliyyətləri təfəkkürün və
onun aktiv sistemlərindən biri olan dilin daxili elementi, struktur va-
hidi və reallaşma metodudur.
Bu mövqedə bizim opponentlərimiz – dili lüğət tərkibindən və
nitq prosesindən kənarda mövcud olan və sadəcə qrammatik forma,
1
Əsgərov M.B. Dilin psixolinqvistik mahiyyəti. “Tədqiqlər”. АМЕА Dilçilik İnstitutu. Bakı,
“Elm”, 2004, № 2, s. 60-64.