165
istifadə,
ümumiləşdirmə, mücərrədləşdirmə və lakonikliyin ən yük-
sək həddidir. Yəni, əslində, birinci cümlədə danışan şəxs üçün əsas
fikir ikinci sintaqmatik mərkəz vasitəsilə ifadə olunmuş (
o,
qonşumdur) fikirdir. Birinci sintaqmatik mərkəz vasitəsilə ifadə
olunmuş fikir (
Qabaqda bir oğlan qaçır) isə, danışan şəxsi yalnız
əsas fikrin subyektini yerləşdiyi yerə və ya gördüyü işə görə digər
şəxslərdən fərqləndirərək dinləyən şəxsin diqqətinə çatdırmaq
məqsədi daşıyır. Əgər söhbətin kimdən getdiyi dinləyən şəxsə əvvəl-
dən məlum olsaydı, yəni dinləyən şəxs həmin oğlanı özü müşahidə
edib, “O, kimdir?” deyə soruşsaydı, və ya “Bir ona bax” desəydi, o
halda danışan şəxs “
Qabaqda bir oğlan qaçır, o qonşumdur” cümlə-
sinin əvəzinə sadəcə “
O, qonşumdur” deyərdi.
İndi isə
qaçan, qabaqdakı tipində okkazional ismi əlamət for-
malarını dərketmə və təfəkkür prosesləri baxımından nəzərdən
keçirək.
Gördüyümüz kimi, dildə okkazional şəkildə yaranan
qaçan,
qabaqdakı tipində söz formaları və ya dil struktur vahidləri
mövcuddur. Deməli, gerçəklik elementi
olan dil struktur vahidləri
varsa, onlara ekvivalent olan ikinci intellekt obrazları da mövcuddur.
Buradan belə bir sual yaranır:dil struktur vahidi və ona
ekvivalent şəkildə ikinci intellekt obrazı olan bu sözlərin, yəni ikinci
təqdimat nəticəsində meydana çıxan epizodik xarakterli okkazional
formaların birinci intellekt obrazı da varmı? Əgər varsa,nə üçün onlar
müstəqil söz, yəni ikinci tip leksik forma deyil? Yox, əgər birinci
intellekt obrazı yoxdursa, onlar necə dərk olunmuşdur?
Əvvəldə də qeyd etdiyimiz kimi, dildə mövcud olan bütün
formaların, o cümlədən okkazional formaların, birinci intellekt
obrazı, əlbəttə ki, vardır. Çünki yalnız o gerçəklik elementi ilə bağlı
informasiya vermək və ya almaq ehtiyacı yarana bilər ki, həmin
gerçəklik elementi ya əvvəlcədən dərk olunmuş olsun, ya da
birbaşa
informasiya mübadiləsi anında dərk
edilsin
1
. Gerçəklik elementi isə
1
Əsgərov M.B. Dil və dərketmədə qarşılıqlı əksolunmalar. Elmi axtarışlar, AMEA Folklor
institutunun elmi toplusu, XXV buraxılış, Bakı, “Səda”, 2006, s. 111-115.
166
o vaxt dərk olunmış hesab edilir ki, beyin aparatı vasitəsilə onun
birinci intellekt obrazı yaradılmış və yaddaşda qeyd edilmiş olsun
1
.
İlkin variantda ad və ya fel kimi dərk olunmuş gerçəklik ele-
mentlərinin birinci intellekt obrazı müvəqqəti olaraq okkazional
formaların birinci intellekt obrazı funksiyasını yerinə yetirir. Yəni
qaçan tipində okkazional formanın birinci intellekt obrazı
qaçmaq
hərəkətinin ismi əlamət şəklində təqdim olunmuş birinci intellekt
obrazıdır.
Bu halda qaçmaq hərəkətinin birinci intellekt obrazı
ağıllı,
qoçaq, tənbəl, uzun, qısa sözlərinin birinci intellekt obrazları ilə eyni
sıraya qoyulur. Amma müvəqqəti nitq ehtiyacı ödənildikdən sonra
qaçmaq hərəkətinin birinci intellekt obrazı bu sıranı tərk edir, yəni
yalnız özünün əvvəlki hərəkət obrazına ekvivalent olaraq qalır.
Eyni qayda ilə
qabaqdakı tipində okkazional formanın birinci
intellekt obrazı
qabaq adının ismi əlamət şəklində təqdim olunmuş
birinci intellekt obrazıdır. Bu halda
qabaq adının birinci intellekt
obrazı
ağıllı, qoçaq, tənbəl, uzun, qısa sözlərinin birinci intellekt
obrazları ilə eyni sıraya qoyulur. Müvəqqəti nitq ehtiyacı ödəndikdən
sonra
qabaq adının birinci intellekt obrazı bu sıranı tərk edir, yəni
yalnız özünün əvvəlki intellekt obrazı mahiyyətində qalır.
Deməli, tam müstəqil mahiyyət daşımasa belə, istənilən halda
okkazional formaların birinci intellekt obrazı mövcud olur, yəni
onların əmələ gəldiyi leksik formaların intellekt obrazı müvəqqəti
olaraq bu funksiyanı yerinə yetirir. Bu cəhəti təsdiq edən əsas faktor
həmin okkazional formaların bəzən leksikləşməsidir, məsələn,
Ağacdələn – quş adı kimi,
Danaqıran – bitki adı kimi.
Başqa bir nümunəyə baxaq:
Qacar:
- Xoşbəxt xəlq eyləmiş səni Yaradan!
Vaqif:
- Dünyada qalacaq, yalnız yaradan! (S.Vurğun.
“Vaqıf”)
Göründüyü kimi,
burada birinci misrada “Yaradan” sözü
1
Əsgərov M.B. Dərketmənin mexanizmi. “Tədqiqlər”, AMEA Dilçilik İnstitutu, Bakı, “Elm”,
2006, N 4, s. 44-59.
167
Allahın mübarək adlarından biri kimi işlədilmiş, yəni Allah gerçəkli-
yinin birinci intellekt obrazı ilə eyni koda birləşmişdir.
İkinci misradakı “
yaradan” sözü isə bir şeyi icad edən, tikən,
quran, formalaşdıran qeyri-müəyyən bir şəxs, yəni okkazional olaraq
fəaliyyəti əsasında xarakterizə olunan mücərrəd şəxs mənasında
işlədilmişdir.
Belə leksikləşmənin baş verməsinin əsas səbəbi odur ki, hə-
min formanın ekvivalent olduğu ikinci intellekt obrazı eyni kod
daxilində müstəqil gerçəklik elementinə ekvivalent olan birinci
intellekt obrazı ilə birləşir.
Müxtəlif leksik, qrammatik fərqləndirmə, vurğulama üsulları
ilə yanaşı, mücərrədləşdirmədən istifadə də dilin
okkazional ehtiyac-
larından doğur. Okkazional ehtiyac dedikdə - nitq prosesində konkret
kontekst daxilində və məhz bu kontekstdə işlətmək məqsədi ilə hər
hansı bir məna çalarına malik formanın yaradılması nəzərdə tutulur.
Okkazional formanın əsas əlaməti onun amorfluğunda, leksik
və qrammatik kateqoriyalar arasında keçid mərhələsində olma-
sındadır. Belə ki, bu formalar nə tam qrammatik kateqoriyalar kimi
leksik vahidlər arasındakı əlaqə və münasibətləri əks etdirir, nə də
leksik kateqoriyalar kimi yeni müstəqil leksik vahidlər yaradır.
Okkazional formaların yaranma şəkli qrammatik kateqoriya-
lara, yaratdıqları məna çaları isə leksik kateqoriyalara bənzəyir.
Amma, əslində, bu formalar keçici,
müvəqqəti, birdəfəlik ehtiyacın
ödənməsinə xidmət etdiyinə, polifunksionallığına və məna dəyişkən-
liyi yaratdığına görə onları leksik yox, qrammatik kateqoriyalar qru-
puna daxil etmək lazımdır
1
.
Buraya qədər deyilənlərə əsaslanaraq belə nəticəyə gəlmək
olar ki, türk dillərində adlara və fellərə müəyyən şəkilçilərin artırıl-
ması ilə düzələn okkazional formalar ilkin variantda əşya, əlamət və
hərəkət məzmununa malik olan sözləri ikinci dəfə mücərrəd əşya,
ismi və feli əlamət və s. kimi təqdim edir.
1
Гузев В.Г. Система тюркских словоизменительных категорий в фукционально-
семантическом аспекте. АДД. Ленинград, 1986, с. 56-64.
168
Həm adlarda, həm də fellərdə müşahidə olunan bu formaların
məcmusunu müvəqqəti nitq ehtiyaclarını ödəmək məqsədi ilə okka-
zional şəkildə yaranmış leksik-qrammatik formalar kimi
ikinci təqdi-
mat kateqoriyaları ümumi başlığı altında birləşdirmək mümkündür.
Türk dillərində həm adlarda, həm
də fellərdə ikinci təqdimat
kateqoriyalarının mövcudluğu bu araşdırmanın müəllifi tərəfindən
Türk və Azərbaycan dilləri materialları üzrə əsaslandırılmış və funk-
sional-semantik cəhətdən ətraflı şəkildə şərh edilmişdir
1
. Həmin for-
maların linqvopsixoloji cəhətdən ümumi analizinin nəticələri də
funksional-semantik cəhətdən araşdırmanın nəticələrinin düzgünlü-
yünü bir daha təsdiq etdiyinə və qeyd olunan əsərdə kifayət qədər
faktiki dil nümunəsi verildiyinə görə burada nümunələr gətirməklə
nəzəri şəkildə söylənmiş fikirləri yenidən əsaslandırmağa ehtiyac
duymuruq. Sadəcə onu qeyd etmək istəyirik ki,
leksik-qrammatik
formalar quruluş etibarı ilə qrammatik formalara və müəyyən qədər
ikinci tip leksik formalara (əslində ikinci tip leksik formaların özü də
qrammatik formalara) bənzəyir. Yəni bu formalar leksik forma +
konkret lesik-qrammatik şəkilçi qəlibi əsasında yaranır. Amma bu
formalar leksik formalardan fərqli olaraq tam müstəqil birinci
intellekt obrazına malik deyil. Onların ikinci intellekt obrazı isə
eynilə qrammatik formaların ikinci intellekt obrazları kimi müxtəlif
şəkilçilər formasında mövcuddur, qrammatik formalar kimi mə-
nimsənilir. Bu səbəbdən leksik-qrammatik formaların dil struktur
vahidləri və ikinci intellekt obrazları haqda “qrammatik formalar”
başlığı altında ətraflı danışılacaqdır.
§ 3.4. Qrammatik formalar
F. de Sеssürün təbiri ilə dеsək, diaхrоn və sinхrоn linqvistikanın
bəzi cəhətlərindən danışan L.V.Şеrba
qеyd еdir ki, “sinхrоn linqvisti-
kanın rоlunun kifayət qədər qiymətləndirilməməsinin səbəbi nitq fəa-
1
Əsgərov M.B. Türk dillərində zaman formaları, advеrbial fеl formaları və onlar arasında
funksional-sеmantik əlaqələr Bakı, “Elm”, 2003, İkinci nəşr, s. 65-76.