229
alınmadan), deməli, həmin proses informasiya mübadiləsində iştirak
edən tərəflərdən birinin yalnız informasiya
yaratmaq və ya vermək
imkanının olduğu passiv ünsiyyət kimi qiymətləndirilməlidir və bu
proses istənilən halda təktərəfli ünsiyyət deyildir.
Bu tədqiqat çərçivəsində indiyə qədər nitqlə bağlı deyilənlər,
əsas etibarı ilə dərketmə və təfəkkür proseslərinin birinci və dördüncü
fazalarında müşahidə olunan və total modullaşma nəticəsində yara-
nan kommunikativ nitqə, yəni dərk olunmuş gerçəklik elementi ilə
bağlı məlumatın ötürülməsinə, başqa sözlə desək, ünsiyyətə xidmət
edən nitqə aid idi. Burada isə,
ümumiyyətlə, nitqin növləri və o cüm-
lədən, sinktual dərketmə nəticəsində yaranan və bu dərketmənin son
məhsulu olaraq meydana çıxan nitq haqqında danışacağıq.
İnsanın şüurlu surətdə icra еtdiyi hər cür fəaliyyətinin birbaşa
və ya dolayısı ilə onun maddi və ya mənəvi еhtiyaclarının ödənilmə-
sinə yönəldiyini qeyd etmişdik.
L.Vıqotski və onun çoxsaylı davamçıları tərəfindən nitqyarat-
ma prosesinin reallaşmasını tələb edən və ya bunu zəruriyyətə çevi-
rən faktorların xaricə və daxilə yönəmiş olması baxımından nitqin
iki qrupa bölündüyü iddia olunur.
Bunlardan birincisinin, yəni xaricə yönəmiş faktorlar əsasında
formalaşan nitqin aktiv ünsiyyətə xidmət etdiyi qeyd olunur. Bu
fikirlə tamamilə razılaşmaq olar. Belə ki, haqqında danışılan nitq
məlumatın ötürülməsi məqsədi ilə dərketmə və təfəkkür proseslərinin
birinci və dördüncü fazalarında müşahidə olunan
və total modullaş-
ma nəticəsində yaranan nitqdir.
L.Vıqotski və onun davamçılarının daxilə yönəmiş faktorlar
əsasında yaranan nitqlə bağlı qeyd etdiyi fikirləri isə, şərh olunduğu
tərzdə qəbul etmək mümkün deyildir.
Əvvəla ona görə ki, L.Vıqotski tərəfindən daxilə yönəlmiş
faktorlarla yarandığı qeyd edilən və bəzən sözsüz nitq də adlandırılan
dərin daxili nitqlə bağlı mülahizələrin analizi zamanı müəyyən edil-
mişdir ki, təfəkkür proseslərinin nitq və ya söz vasitəsi ilə gerçəkləş-
məsi fikri əsassızdır.
230
Biz dərketmə prosesinin növlərindən (sinktual dərketmə) və
ya tərkib hissələrindən, daha doğrusu, onun fazalarından biri olan
düşünmə (xatırlama)
prosesinin intellektt, obraz və kodları ilə real-
laşması fikrini irəli sürmüşük
1
və indi də bu fikirdəyik ki, düşünmə
və ya düşünərək dərk etmə prosesi nitq və ya dildən daha tutumlu
olan intellekt obrazı və ya kodları vasitəsilə həyata keçirilir
2
.
Bu səbəbdən L.Vıqotskinin “daxili nitqin xarici nitqə keçidi,
yəni nitqin yeni strukturda qurulması - tamamilə bəsit, özünəməxsus
sintaksis, daxili nitqə məxsus məna və səs quruluşunun xarici nitqə
məxsus digər struktur formalarına keçməsi ilə reallaşır
3
“
fikrini belə
bir şərt daxilində qəbul edirik ki, daxili nitq birinci və ikinci intellekt
obrazlarının qarışıq kombinasiyası şəklində formalaşır, səslənmə və
ya yazılma anında okkazional nitq ehtiyacına uyğun olaraq ikinci
intellekt obrazlarına transformasiya olunaraq xarici nitqə çevrilir.
Bu isə həqiqi mənada nitqin xarici faktor əsasında formalaş-
dığını və informasiya ötürülməsinə xidmət etdiyini göstərir.
Nitqyaratma prosesi həmişə xaricə yönələn faktorlar əsasında
reallaşır. İnsan tərəfindən söylənilən və ya yazılan hər söz, hər ifadə,
hər cümlə potensial olaraq kiminsə eşitməsi və ya oxuması məqsədilə
söylənilir və ya yazılır. Bəlli bir zaman kəsiyində bu “potensial
kimsəni” müəyyənləşdirmək mümkün olmadıqda çox vaxt belə nitqı
yaradan faktorun daxilə yönəmiş faktor olduğu iddia edilir. Dağlara,
meşələrə, günəşə, aya, ulduzlara, ağaclara, quşlara, çiçəklərə xitabən
bədahətən deyilən bayatılar, şeirlər, monoloqlar və hətta yazılaraq
hamıdan gizlədilən gündəliklər belə,
çox vaxt daxilə yönələn
faktorlar nəticəsində yaranmış nitq hesab olunur. Amma həmin nitqin
yaranma mexanizmini modelləşdirsək görərik ki, bu, əslində, xaricə
yönələn faktorlar əsasında yaranmış nitqdir.
Nitq anına skeptik mövqedən yanaşılsa və həmin anda danışan
olduğu halda, dinləyənin olmadığı iddia edilsə belə, bu nitqin passiv
1
Əsgərov M.B. Dərketmə və onun fazaları. Tədqiqlər. Bakı, 2003, N 4, s. 37-39
2
Əsgərov M.B. Dilin psixolinqvistik mahiyyəti. Tədqiqlər. Bakı, 2004, N 2, s. 60-64.
3
Выготский Л.С. Психология, изд. Апрель Пресс, Москва, 2000. с.375.
231
ünsiyyət modelinə uyğun gəldiyini görməmək mümkün deyildir.
Belə ki, informasiya mübadiləsində iştirak edən tərəflərdən sadəcə
biri var və o da aktiv kommunikantdır. Bu fakt heç bir şübhəyə yer
qoymadan dəqiqliklə müşahidə olunur. Dinləyənin məhz müraciət
olunan dağlar, meşələr, günəş, ay,
ulduzlar, ağaclar, quşlar, çiçəklər
və hətta yazılan gündəliyin özü olduğu qəbul edilsə və ya nitq anına
məsafəli mövqedən yanaşılsa və daha sonrakı zaman kəsiyində bu
nitqin digər oxucular tərəfindən oxunacağı nəzərə alınsa, bu nitqin
aktiv ünsiyyət modelinə aid olduğu da söylənə bilər.
Bu gün Aşıq Ələsgərin “Dağlar”, M.P.Vaqifin və M.V.Vida-
dinin “Durnalar”, A.Puşkinin “Heykəl”, M.Lermontovun “Yelkən”
şeirlərinin oxucuları milyonlarladır. Amma həmin şeirlərin yazıldığı
zaman kəsiyində onları dağa, durnaya, yelkənə, heykələ ünvanlanmış
nitq kimi də xarakterizə etmək olardı. Deməli, nitq anına məsafəli
mövqedən baxılsa, informasiya mübadiləsində iştirak edən tərəflərin
hər ikisini görmək mümkündür.
Nitq anına hansı mövqedən yanaşılmasından və bu qəbildən
olan nitqin aktiv və ya passiv ünsiyyətə xidmət edən nitq kimi qəbul
edilməsindən asılı olmayaraq onların xarici faktorların təsiri ilə ya-
randığı şübhəsizdir.
Qeyd etmişdik ki, sinktual dərketmə məlumatların sadəcə
qəbulu, qruplaşdırılıb yerləşdirilməsi, bölüşdürülməsi və s. deyildir.
Sinktual dərketmənin nəticəsi yalnız
novatorluq, səmərəli təklif, elmi
yenilik, kəşf və ya ixtira ola bilər. Bunu bir daha xatırlatmağımızın
səbəbi sinktual dərketmə nəticəsində yaranan nitq ilə digər dərketmə
və təfəkkür proseslərinin birinci və dördüncü fazalarında total modul-
laşma nəticəsində yaranan nitq arasındakı fərqi bir daha xüsusi olaraq
nəzərə çatdırmaqdır.
Sinktual dərketmə, yəni düşünərək dərketmə nəticəsində yara-
nan hər bir intellekt obrazı həmin dərketmənin başvermə anına qədər
bu prosesi icra edən fərd tərəfindən dərk olunmamışdır. Bu gerçəklik
elementi yalnız həmin dərketmə anında və həmin dərketmə prosesi
nəticəsində dərk olunaraq mənimsənilir.
232
Hər şeydən əvvəl, nəzərə almaq lazımdır ki, dilin bütün struk-
tur vahidləri dili əmələ gətirən elementlər olmaqla yanaşı,
eyni za-
manda insan tərəfindən dərk olunmuş gerçəklik elementləridir.
Dərketmə baxımından dilin struktur vahidləri ilə obyektiv aləmin
digər gerçəklikləri arasında heç bir fərq yoxdur.Ardıcıl şəkildə baş
verən dərketmə prosesləri və birinci intellekt obrazının dildə əks
olunaraq dil struktur vahidinə və həmin dil struktur vahidinin yenidən
müstəqil gerçəklik elementi kimi dərk olunaraq intellekt obrazına
çevrilməsi yolu ilə ikinci intellekt obrazı yaranır.
Bu deyilənləri də nəzərə almaqla yuxarıda sinktual dərketmə
ilə bağlı söylənən mülahizəni sinktual dərketmə yolu ilə nitqyaratma
prosesinə şamil edək: Sinktual dərketmə nəticəsində yaranan nitq
həmin nitqyaratmanın başvermə anına qədər bu prosesi icra edən fərd
tərəfindən yaradılmamışdır, bu nitq yalnız həmin nitqyaratma anında
və həmin nitqyaratma prosesi nəticəsində yaradılaraq mənimsənilir.
İstənilən dərketmə prosesi birinci və ya əsas intellekt obrazı
vasitəsilə, dil struktur vahidinin yaranması və onunla bağlı təfəkkür
prosesləri isə ikinci intellekt obrazları vasitəsi ilə həyata keçirilir.
Dərketmə prosesində fərd tərəfindən məhz gerçəklik elementi dərk
olunur və dərketmə yolu ilə də mənimsənilərək qəbul edilir. İstənilən
üsulla, o cümlədən sinktual dərketmə yolu ilə nitqin yaranması pro-
sesinin isə həm məqsədi, həm də son nəticəsi nitq yaratmaqdır və bu
zaman güzgülər prinsipinə əsasən gerçəklik elementinin dil struktur
vahidinə ekvivalent olduğu qəbul edilir.
Qeyd edilən bu anlayış dəyişkənliklərinin şərhi sinktual dərk-
etmə yolu ilə nitqyaratma prosesinin mahiyyətini
açmağa və onun
nümunələrinin şifahi və ya yazılı mətn şəklində formalaşan fərdi ya-
radıcılıq nümunələri olduğunu iddia etməyə imkan verir. Həcmindən
və məzmunundan, janrından və üslubundan asılı olmayaraq hər cür
nəsr və nəzm əsərləri sinktual dərketmə yolu ilə yaranan nitqdir.
Həqiqətən də, şifahi və ya yazılı mətn şəklində formalaşan bu
əsərlər nitqyaratmanın başvermə anına qədər heç kim tərəfindən,
hətta bu yaradıcılıq prosesini icra edən fərdin, müəllifin özü tərəfin-