241
fərq
sadəcə dördüncü aktda deyil, digər aktlarda, o cümlədən üçüncü
aktda da özünü göstərməlidir.
Opponentlərimizin nəzərinə çatdırmaq istərdik ki,
leksik
vahidlərin, qrammatik qaydaların, sintaktik normaların fərqli olması,
əslində, dil struktur vahidlərinin və onların nitqdə sıralanmasının
fərqliliyidir ki, nitqdə istifadə olunan
dil struktur vahidlərinin sərbəst
və ixtiyari seçimi haqda əvvəldə ətraflı danışılmışdır.
Başqa
dilin daşıyıcılarının müxtəlif anlayışlarla bağlı fərqli
düşüncə tərzinə malik ola bilməsinə gəlincə, hörmətli opponentləri-
mizin diqqətinə aşağıdakıları çatdirmaq istəyirik.
Ənənəvi psixolinqvistikada, eləcə də ənənəvi dilçilikdə düşün-
mə və təfəkkür proseslərinin minimal vahidini sözə ekvivalent hesab
edən tədqiqatçılara görə azərbaycanlı
“acmışam”, türkiyəli “
karnim
acıktı”, alman “
ich habe hunger” deyirsə, onlar fərqli şəkildə düşü-
nürlər. Çünki onların birincisi özündən, ikincisi qarnından, üçüncüsü
isə sahib olduğu bir şeydən danışır.
Əslində, nəzərə almaq lazımdır ki, bu şəxsləri nitqyaratma fəa-
liyyətinə yönəldən ehtiyac aclıqdır və həmin şəxslər üçün vacib olan
isə bu ehtiyacın ödənilməsidir. Mövcud aclıqla bağlı nə demək və
necə demək, əslində, onlar üçün ikinci dərəcəli əhəmiyyət kəsb edir.
Bu deyilənlərə düşünmə prosesinin sözlərlə deyil, intellekt
obrazları ilə reallaşdığını da əlavə etsək, məlum olar ki,
“fərq üçüncü
aktda da özünü göstərməlidir” fikri havadan asılı vəziyyətdə qalır.
Çünki üçüncü aktda birinci intellekt obrazlarının məntiqi sıralanması,
yəni fəaliyyətlə bağlı planın formalaşması baş verir və bu aktın söz,
nitq və dillə heç bir əlaqəsi yoxdur.
Nitqin ötürülməsi mexanizmi və üsulunun
daim dəyişkən
olmasına baxmayaraq, tədqiqatçılarda bununla bağlı köklü fikir ayrı-
lıqlarına təsadüf olunmur. Belə ki, nitqin şifahi və yazılı formalarının
olduğu və əsas etibarı ilə analoji şəkillərdə ötürüldüyü qeyd edilir.
Nitqin ötürülməsi üsulu ilə bağlı əsas fikirlər də mahiyyətcə bənzər-
dir. Sadəcə hər kəs öz dövrünün ən qabaqcıl texnologiyalarına əsasla-
nan nitqötürmə üsulunun daha mütərəqqi olduğunu qeyd etməkdədir.
242
Bu, təxminən ona bənzəyir ki, daş dövrünün insanları nitqin şifahi
şəkildə nitqyaradanın özü və yazılı formada daş kitabələrlə, antik
dövr insanları nitqin şifahi şəkildə nitqyaradanın özü və carçılar
tərəfindən, yazılı formada isə daş kitabələrlə, ən yaxşısı isə papirus-
lara yazmaqla, orta əsr insanları nitqin şifahi şəkildə nitqyaradanın
özü, carçılar, səsi gücləndirən silindrşəkilli borular vasitəsilə, yazılı
formada isə daş kitabələrlə, papiruslara, ən yaxşısı isə dəri üzərinə və
ya kağıza yazmaqla və s.
və nəhayət, müasir insanlar nitqin şifahi
şəkildə nitqyaradanın özü, radio, televiziya, kompüter, internet, peyk
və s. və s. tərəfindən, yazılı formada isə, qəzet, jurnal, internet
səhifələrində və s. ötürməyin çox effektiv olduğunu qeyd edir. Yəni
müasir dövrümüzdə nitqin ötürülmə üsulları çox zəngindir,
gələcəkdə isə daha zəngin olacağı şübhəsizdir. Bu haqda fikir
ayrılığına və mübahisələrə yer yoxdur.
Nitqin qəbulu və mənimsənilmə mexanizmini modelləşdir-
mədən əvvəl
onu qeyd edək ki, nitqin yaranması və ötürülməsi daxil-
dən xaricə yönələn proses idisə, nitqin qəbulu və mənimsənilməsi
xaricdən daxilə yönələn prosesdir.
Məlum olduğu kimi, bir şəxs tərəfindən yaradılmış nitqin baş-
qa bir şəxs tərəfindən mənimsənilməsi, heç də nitqin mövzusu ilə
bağlı birinci şəxsin bütün duyğu və düşüncələrinin olduğu kimi ikinci
şəxs tərəfindən mənimsənilməsi deyil. Əslində başqa şəxs tərəfindən
yaradılmış nitqin mənimsənilməsi, haqqında danışılan gerçəklik ele-
menti ilə bağlı sadəcə ümumi təəssürat və ya fon yaradır. Həmin ger-
çəklik elementi haqqında tam təfərrüat
isə nitqi qəbul edərək mənim-
səyən şəxsin özü tərəfindən və baş beyində mövcud olub nitqi təşkil
edən dil struktur vahidlərinə ekvivalent olan ikinici və birinci intellekt
obrazlarının əksetdirmə imkanı səviyyəsində yaranır
1
.
Nitqin nominal şəkildə mənimsənilməsi o halda mümkündür ki,
dil struktur vahidi və onun ikinci intellekt obrazına ekvivalent olan
gerçəklik elementi həm nitqi yaradan, həm də onu qəbul edən şəxs
tərəfindən tamamilə eyni tərzdə dərk olunsun və bu dərketmə nəticə-
1
Müqayisə et: Потебня А.А. Из записок по теории словесности. Харьков, 1905, стр. 599.
243
sində yaranan intellekt obrazının sadəcə özü deyil,
onun daxil olduğu
kodun və hətta kodətrafı yan təsir və ya əlavə məlumatlar fonu da
eyni, ən azı bir-birinə identik olsun.
Nitqin mənimsənilməsi ilə bağlı burada bilərəkdən
ideal ter-
minindən deyil,
nominal terminindən istifadə edirik. Çünki
ideal ter-
mininin əsas mənası ən effektiv və ya praktik olan, yaxud maksimum
nəticənin əldə olunmasına şərait yaradan kimi,
nominal termininin
mənası isə, nəticənin verilənlərə proporsionallığı kimi başa düşülür.
Bəzən nitqi qəbul edən şəxsdə həmin nitq söyləminin yaratdığı
təəssürat, nitqi yaradan şəxsin həmin gerçəklik elementi ilə bağlı tə-
əssüratlarının tam əks mahiyyətini daşıyır.
Məsələn, piknikdə çadırına girən qurbağadan çox iyrəndiyini
və hətta allergiya olduğunu danışan Alyonanın nitqi fransalı dostu-
muz Morisdə tamamilə fərqli təəssüratlar yaratdı. Moris babasının
xüsusi reseptlə qurbağanın arxa budlarından bişirdiyi kababın ləzzə-
tindən danışmağa başladı. O, danışa-danışa qeyri-ixtiyari olaraq man-
qalın yanından götürdüyü şişlərdən birinin üstündəki yanmış ət qırın-
tılarını təmizləyirdi və sanki kabab çəkməyə hazırlaşırdı.
Başqa bir nümunə: şəhər kənarında yeni tikilib istifadəyə ve-
rilmiş tələbə yataqxanasında şəraitin daha yaxşı olduğunu, amma
ətrafda çoxlu itlər olduğuna görə oraya köçməyə qorxduğunu danışan
Allanın nitqi, onun vyetnamlı əri Xomun dostlarının təcili olaraq hə-
min yataqxanaya köçməsinə səbəb oldu.
Nəzərdən keçirilən nümunələrdə qəbul edilən
nitqin tamamilə
əks məna yükü daşıyan yan effektlər yaratmasının səbəbi, dil struktur
vahidlərinə və ikinici intellekt obrazına ekvivalent olan birinci intel-
lekt obrazlarının daxil olduğu intellekt kodlarındakı yan təsir və ya
əlavə məlumatlardır. Belə ki, qurbağa və ya it müstəqil gerçəklik
elementləri olaraq rusiyalı Alyona və Alla üçün dördayaqlı canlı var-
lıqlardır və eyni zamanda da iyrənc və qorxuncdurlar. Fransalı Moris
və vyetnamlı tələbələr üçün isə qurbağa və ya it müstəqil gerçəklik
elmentləri olaraq dördayaqlı canlı varlıqlar olmaqla yanaşı, eyni za-
manda çox ləzzətli delikotez və ya yeməli ət mənbəyidir.
244
Bəzən nitqi qəbul edən şəxsdə həmin nitq söyləminin yaratdığı
əsas məna, nitqi yaradan şəxsin həmin gerçəklik elmenti ilə bağlı
nəzərdə tutmuş olduğu mənaya deyil, tamamilə fərqli bir gerçəklik
elementinə aid əsas mənaya uyğun gəlir. Belə hallar əksərən qohum
və ya yaxın dillərin daşıyıcıları olan şəxslər arasında
baş verən və az
da olsa, mövcud olan dil fərqlərini nəzərə almadan həyata keçirilən
nitq mübadiləsi prosesində müşahidə olunur.
Məsələn, Azərbaycandan Türkiyəyə gələn qonaq “Sizə Azər-
baycandan qucaq dolusu salam gətirmişəm” deyəndə Türkiyə türkü
bunu “Sizə Azərbaycandan qucaq dolusu kolbasa gətirmişəm” kimi
başa düşərək, “Payın çox olsun” deməsi və ya avtobus sürücüsünə
“Şofer, avtobusu buralarda bir yerdə saxla, mən düşürəm” deyəndə
Türkiyə türkü bunu “Şofer, avtobusu buralarda bir yerdə gizlət, mən
yıxılıram” kimi başa düşərək, “Avtobusu niyə gizlədim, oturduğu
yerdə bu adam niyə yıxılır, sərxoşdurmu nədir?” deyə təəccüblənmə-
sinin səbəbi tələffüzü eyni olan sözlərin Azərbaycan və türk dillərin-
də fərqli mənalara malik olmasıdır.
Nümunələrdən
də göründüyü kimi, burada sadəcə effektiv ün-
siyyət prinsipi deyil, ümumiyyətlə, ünsiyyət prinsipi pozulmuş olur.
Belə ki, eyni bir dil struktur vahidi və onun ikinci intellekt obrazı
nitqi yaradıb söyləyən şəxsin beynində bir birinci intellekt obrazına
və ona ekvivalent olan gerçəklik elementinə bağlı olduğu hada, hə-
min dil struktur vahidi və onun ikinci intellekt obrazı nitqi qəbul edib
mənimsəyən şəxsin beynində tamamilə başqa bir birinci intellekt
obrazına və ona ekvivalent olan gerçəklik elementinə bağlı olur.
Nitqin qəbulu və mənimsənilməsi prosesi, belə demək olar ki,
müəyyən fərqlərlə kommunikal nitqyaratma prosesinin əks ardıcıllığı
ilə cərəyan edir.
Yaranma növündən və məqsədindən asılı olmayaraq qəbul
edilən istənilən nitq kommunikal nitq mahiyyəti daşıyır, yəni, bu və
ya digər gerçəklik elementi haqqında məlumatın əldə olunmasına
xidmət edir və onun qəbulu da, kommunikal nitqin yaranması prose-
sində olduğu kimi total modullaşma üsulu ilə baş verir.