245
Nitqin mənimsənilməsi prosesini modelləşdirərək
sxematik
olaraq aşağıdakı kimi göstərə bilərik:
§ 4.7. Uşaqlarda nitqin yaranma və mənimsənilmə
mexanizminin fərqliliyi
Uşaqlar tərəfindən dil struktur vahidlərinin mənimsənilməsi
prosesinin izahı zamanı qeyd etmişdik ki, onlarda ətraf aləmdə möv-
cud olan gerçəklik elementinin dərk olunması, dil struktur vahidləri-
nin mənimsənilməsi, nitq yaradıcılığı qabiliyyətinin formalaşması
prosesləri eyni vaxtda, bir-birinə paralel şəkildə cərəyan edir, yəni
onlardan birinin başlaması üçün digərinin bitməsi vacib deyil
Uşaq eyni vaxtda həm səsin haradan
gəldiyini anlamaq üçün
sındırdığı gəlinciyin başını yenidən bədəninə taxmağa cəhd edir,həm
qəşəng geyinib televizorda mahnı oxuyan və mehribanlıqla ona
gülümsəyən “çiçi bəbə” ilə, qonşudan gəlib onu çimdikləyən, itələyib
yıxan “pıxı bəbə”nin fərqini anlamağa çalışır, həm ananın tələbi ilə
işə gedən ataya “sağ ol, sağ ol” deyir, həm də nənənin təhriki ilə “ba-
ba gəl, baba gəl” deyə babasını çağırır.
Uşaqların nitqi ilk başlanğıcda tək sözlərdən ibarət olur. Bir
xəbərdən ibarət olan bəsit cümlələrin bitkin fikir ifadə etməsi təbii
Proses
Kommunikal nitq söyləminin qəbulu və mənimsənilməsi
Üsul
Total modullaşma yolu ilə gerçəklik elementi haqqında
məlumatın əldə edilməsi
Akt 1
Nitq söyləminin hiss orqanları vasitəsilə qəbulu
Akt 2
Emosional, ekspressiv tonun müəyyənləşdirilməsi
Akt 3
Nitqi əmələ gətirən dil struktur vahidlərinin baş beyində mövcud olan
ikinci intellekt oobrazları ilə qarşılaşdırılması
Akt 4
Nitqın ikinci intellekt obrazlarına transformasiyası
Akt 5
İkinci və birinci intellekt obrazlarının qarşılaşdırılması
Akt 6
Birinci intellekt obrazlarının qəbul edilmiş mətnin məzmununa uyğun
sıralanması
Akt 7
Gerçəklik elementi ilə bağlı informasiyanın mənimsənilməsi
246
haldir, məsələn, “Gəl”, “Get”, “Al”, “Bax”, “Ver”, “Dur”, “Ye”, “İç”
və s. Amma bəzən adi halda cümlə bitkinliyi yarada bilməyən adi
sözlər belə uşaq nitqində müxtəlif intonasiyaların, mimika
və əl qol
hərəkətlərinin yardımı ilə bəsit, sadə, amma bitkin fikri ifadə edə bi-
lir. Məsələn, anasını çağıran uşağın söylədiyi tək bir “ana” sözünün
yarada bildiyi çoxsaylı məna çalarlarından bir neçəsini nəzərdən
keçirək.
1. Uşaq nənənin qucağındadır. Ana paltosunu geyinib mağa-
zaya getməyə hazırlaşır. Uşaq hər iki əlini anasına tərəf uzadır və
“aaanaaa” deyir. Bu bircə sözdə sanki, “ana nə olar, məni də apar”
mənası var.
2. Uşaq hələ də nənənin qucağındadır. 10 dəqiqə keçib. Ana
hələ mağazadan qayıtmayıb. Uşaq qapıya tərəf boylanır, zarıyaraq
“anaaa” deyir. Bu sözlə sanki, “ana nə olar, tez gəl” demək istəyir.
3. Uşaq yenə nənənin qucağındadır. Ana hələ də mağazadan
qayıtmayıb. 20 dəqiqə keçib. Uşaq nənənin üzünə baxır və
ağlamsınaraq “aanaaa” deyir və sanki nənəsindən soruşur “anam ha-
rada qaldı, niyə gəlmir”?
4. Fərqli bir situasiya. Ana dəhlizdədir. Uşaq öz otağında yeni
oyuncağı atadan alır. Bu, turnikdə oynayan meymundur. Meymun
turnikdə oynadıqca uşaq gülür və dəhliz qapısına baxaraq “AAnaaa”
deyir və sanki, “ana gəl bir buna bax!” demək istəyir.
Tədricən uşaqlar bir sözdən ibarət
bəsit təktərkibli cümlələrlə
yanaşı, “Sən gəl”, “Sən get” tipində müxtəsər cüttərkibli cümlələr,
“Su iç”, “Evə gəl” tipində cümlələr də qura bilir ki, bunların birləş-
məsi “Sən su iç”, “Sən evə gəl” tipində bəsit cümlə tiplərinin yaran-
masına yardım edir.
Artıq sübut olunmuşdur ki, uşaqlar dil struktur vahidlərini bö-
yüklərin dilindən eşidib öyrənir, eyni yolla ilkin şablon cümləni
mənimsədikdən sonra, analogiya əsasında bənzər cümlə tiplərini öz-
ləri müstəqil şəkildə yaradırlar. Məsələn,
su sözündən sonra
çay, şirə,
süd sözlərini mənimsəməklə “Sən su iç” cümləsi əsasında asanlıqla
“Sən çay iç”, “Sən su iç”, “Sən süd iç” cümlələrini də qura bilirlər.
247
Doğrudur, bəzən eyni analogiyaya istinad etmək onları “Mən
süd iç”, “Biz süd iç”, “Ata süd iç” tipində cümlələr
yaratmağa da
yönləndirə bilir. Məhz belə məqamlarda diqqətli valideynlərin ope-
rativ müdaxiləsi və köməyi vacibdir. Nəzərə almaq lazımdır ki, “Mən
süd içirəm” modelinin öyrədilməsi, uşaq tərəfindən bu analogiya
əsasında “Mən su içirəm”, “Mən çay içirəm” tipində yeni çoxsaylı
cümlələrin qurulmasına şərait yaradır.
Artıq qeyd etdiyimiz kimi, uşaqların nitqi ilkin mərhələdə
yalnız leksik vahidlərdən ibarət olur: isimlər, bir qayda olaraq adlıq
halda, fellər isə əmr şəklində olur. Digər qrammatik formaların uşaq
nitqinə daxil olması daha sonrakı mərhələlərə aiddir.
Aparılan müşahidələr belə deməyə əsas verir ki, uşaq nitqinə
gələn növbəti qrammatik formalar ilkin mərhələdə tam tələffüz edilə
bilməsə belə, ismin yiyəlik halı (mənin-mənim, ataın-atanın), ismi
xəbərlik forması (mənindi-mənimdir, yotdu-yoxdur), şuhidi keçmiş
zaman forması (ditdi-getdi, dəədi-gəldi), feli inkarlıq forması (ditmə-
getmə, bama-baxma) kimi qrammatik formalardır.
Uşaq nitqinə bu formalardan
sonra digər qrammatik forma-
ların hansı mərhələlərlə, hansı ardıcıllıqla gəlməsini müşahidə etmək
çox çətindir. Belə bir təəssürat yaranır ki, digər qrammatik formalar
uşaq nitqinə bir dalğa kimi eyni anda gəlir. Amma elə qrammatik
formalar da var ki, onların uşaq nitqinə çox gec gəldiyini qətiyyətlə
deyə bilərik.
Anası ilə artıq bir çox mövzularda sərbəst danışa bilən 4 yaşlı
qız arasında gedən söhbətin kiçik bir fraqmentini nəzərdən keçirək:
Ana uşaqla danışarkən uşaq deyir:”Ana, əmi bizə gəlsin də”.
Ana soruşur: ”Hansı əmi, qızım”? Uşaq deyir: ”Dünən bizə gəldi əmi
gəlsin”. Ana yenə təkrarən soruşur: ”Hansı əmi”? Uşaq bir qədər
əsəbiliklə: ”Dünən baba ilə gəldi əmi”. Məlum olur ki, söhbət keçən
ay İsmayıl baba ilə bərabər gələn Fərmayıl əmidən gedir. Burada iki
maraqlı fakt var ki, onlardan biri keçmişə aid olan istənilən vaxtın
uşaq nitqində əksərən “dünən” forması ilə ifadə olunmasıdır.
İkincisi isə, “Dünən bizə gəldi əmi” formasıdır. Bu, əslində,
248
hərəkəti əlamət kimi təqdim edən formadır və ənənəvi qrammatikada
belə formalar feli sifət adlandırılır. Məlum olduğu kimi,
Azərbaycan
dilində feli sifətin
-di şəkilçili forması, yəni “gəldi əmi” və ya “gəldi
adam” forması mövcud deyil. Bu məqamda adətən
-ən şəkilçili
forma işlənir, yəni “gələn əmi” deyilir. Nəzərə alsaq ki, hər cür fəa-
liyyətin məqsədi, həmin fəaliyyəti şərtləndirən ehtiyacın ödənilməsi-
dir, o halda deyə bilərik ki, burada vacib olan, subyektin hərəkətini
onun fərqləndirici əlaməti kimi təqdim etməkdir
1
, bu məqsədlə hansı
şəkilçidən istifadə olunması isə konkret ünsiyyət ehtiyacı baxımından
ikinci dərəcəli əhəmiyyət daşıyır.
Uşaqların şifahi nitqində olduqca
az işlənən formalara feli si-
fət, feli bağlamaları, sintaktik formalardan isə tərkibləri, mürəkkəb
sintaktik birləşmələri, eləcə də mürəkkəb cümlələr və hətta sadə cüm-
lələrin genişlənmiş formalarını aid etmək olar. Elə qrammatik forma-
lar var ki, onlara sadəcə uşaq nitqində deyil, böyüklərin şifahi nitqin-
də də az rast gəlinir. Doğma dilində belə formaların da olduğunu
uşaqlar orta məktəbdə oxuyarkən dərsliklərdə görür və tanıyırlar, mə-
sələn felin lazım forması və -ası şəkilçili feli sifət, -dıqca şəkilçili feli
bağlama və s.
Uşaqlar tərəfindən nitqin ötürülməsi
və mənimsənilməsi mə-
sələsindən geniş şəkildə danışmağa ehtiyac duymuruq. Belə ki, nitqin
ötürülməsi uşaqlarda sadəcə nitqyaradanın özü tərəfindən şifahi şəkil-
də həyata keçirilir. Uşaqlarda nitqin mənimsənilməsi də eynilə bö-
yüklərdə müşahidə etdiyimiz prinsip üsul və qaydalarla həyata keçiri-
lir. Doğrudur, bəzən uşaqlar böyüklər tərəfindən yaradılan nitqi tam
olaraq mənimsəməkdə müəyyən çətinliklərlə rastlaşırlar. Belə ki, bə-
zi hallarda böyüklər öz nitqində uşaqlar tərəfindən mənimsənilməmiş
dil struktur vahidlərini işlədirlər. Təbii ki, uşaqlar ilk dəfə eşitdikləri
bu yeni formaların hansı gerçəklik elementini əks etdirdiyini və ya
hansı birinci intellekt obrazına bağlı olduğunu
müəyyənləşdirə və nit-
qin həmin qismini və ya bütövlükdə nitqi qəbul edə bilmirlər.
1
Daha ətraflı bax: Əsgərov M.B. Türk dillərində zaman formaları, adverbial fel formaları və
onlar arsında funksional-semantik əlaqələr. Bakı, “Elm”, 2003, İkinci nəşr, Fəsil 2.