Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə63/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   59   60   61   62   63   64   65   66   ...   76
    Bu səhifədəki naviqasiya:
  • ... ...

 
249 
Belə bir nümunəyə baxaq:  
Mən 7-ci sinifdə oxuyan qızım Laləyə Azərbaycan dilindən 
dərslərini izah edərkən eksperiment məqsədi ilə “nitq belə yaranır, 
qızım” dedim və bu mətn yazılmış bir kağızı ona verdim, uca səslə 
oxumasını istədim:   
“Nitqyaratma siqnalının qəbulu ilə baş beynimizdə bu siqnala 
uyğun birinci intellekt obrazları aktivləşir, məntiqi şəkildə sıralanır, 
əvvəlcə ikinci intellekt obrazlarına, sonra mətnə çevrilir. Bu mətnin 
emosional-ekspressiv tonu müəyyənləşir və nitq hazır olur”.  
Sonra “Başa düşdünmü, qızım?” deyə sorusdum və təbii ki, o 
“Başa düşmədim” dedi.  
Nəyi və ya hansı sözləri başa düşmədiyini suallar şəklində 
yazmasını istədim və sırası ilə bu sualları yazdı: 
1) Nitqyaratma siqnalı nədir?  
2) Birinci intellekt obrazları nədir?  
3) Onlar necə aktivləşir ?  
4) Məntiqi şəkildə sıralanma nə deməkdir?  
5) İkinci intellekt obrazları nədir?  
6) Mətnin emosional-ekspressiv tonu nə deməkdir?  
Qəbul edən  şəxsə  həmin nitqın aydın olmayan hissələrinin 
əvəzinə, mətndə ixtisar mənası ifadə edən üç nöqtələrdən ibarət 
boşluqlar qoymaqla mətni yenidən yazaq: 
... ... qəbulu ilə baş beynimizdə bu siqnala uyğun ... ..., ... ..., 
əvvəlcə ... ... ..., sonra mətnə çevrilir. Bu mətnin ...-... ... müəyyənləşir 
və nitq hazır olur. 
Təbii ki, cəmisi bu qədər hissəsi başa düşülən nitqi qəbul edib 
mənimsəmək, ümumiyyətlə mümkün deyil.  
Nəzərə almaq lazımdır ki, istənilən nitqyaratma prosesində 
istifadə olunan dil struktur vahidləri və onların ikinci intellekt obraz-
ları nitqi yaradan şəxsin beynində konkret birinci intellekt obrazlarına 
və bu intellekt obrazlarının ekvivalent olduğu gerçəklik elementlərinə 
aiddir, yəni onlara bağlı olur. Amma bəzən, bu nümunədə olduğu 
kimi, nitqi qəbul edib mənimsəməyə çalışan şəxs öz beynində həmin 
 
250
dil struktur vahidlərinin və ikinci intellekt obrazlarının (və ya onların 
bir qisminin) bağlana biləcəyi konkret birinci intellekt obrazlarını və 
ona ekvivalent gerçəklik elementlərini tapa bilmir. Çünki həmin dil 
struktur vahidlərinin və ikinci intellekt obrazlarının (və ya onların bir 
qisminin) aid olduğu anlayış mətni qəbul edən şəxs tərəfindən dərk 
olunmamış və ya mənimsənilməmişdir. Bu səbəbdən də həmin şəx-
sin beynində bu gerçəklik elementinə ekvivalent olan birinci intellekt 
obrazı yaranmamışdır. 
Nitqi qəbul edən şəxs ona verilmiş cumləni sadəcə əzbərləyə 
də bilər. Amma nəzərə almaq lazımdır ki, dərketmənin qaydalarına 
əsasən süni şəkildə əzbərlənilən dil struktur vahidləri və ikinci intel-
lekt obrazları qısa vaxt ərzində gerçəklik elementinə ekvivalent olan 
birinci intellekt obrazı ilə birləşməzsə, unudulmağa məhkumdur
1

Uşaqların nitqinə gec yol tapan dil struktur vahidlərindən biri 
də məcazi mənalı sözlər
2
, o cümlədən frazeoloji vahidlərdir
3
.  
Məcazi mənada deyilən bəzi anlayışları da uşaqlar  əksərən 
hərfi mənada qəbul edib mənimsəməyə çalışırlar. Amma həmin nitqi 
bu mövqedən yanaşmaqla, təbii ki, mənimsəmək mümkün olmur. 
Adətən “böyüklərin sözü uşaqların gözü ilə” rubrikasında gülməcələr 
və  lətifələr kimi məşhur olan belə faktlar bir çox xalqlar arasında 
geniş yayilmışdır və onlara müxtəlif dillərdən çoxsaylı nümunələr 
göstərmək olar. 
Məsələn, belə bir nümunəyə baxaq:  
Ata ilə ana söhbət edir. Ata deyir: “Bir işə bax. Baş mühasibə 
və müdirə heç nə demədilər. Oğurlanmış min çeşiddən artıq xarici 
malı bircə-bircə anbardarın ayağına yazdılar”. Onlara qulaq asan 
uşaq gözlənilmədən söhbətə müdaxilə edir: ”Bu anbardarın nə böyük 
ayağı varmış”.  
Uşaqlarla bağlı buraya qədər dediklərimizə istinadən belə qə-
naətə gəlmək olar ki, bəzi tədqiqatçılar tərəfindən dilin ontogenezini 
                                                 
1
 Bu haqada daha ətraflı bax: Yeni dil struktur vahidinin yaranması 
2
 Bax: Bayramov H.A. Azərbaycan dili frazеologiyasının əsasları. Bakı, 1978, 176 s. 
3
 Bax: Mirzəliyеva M. Türk dilləri frazеologiyasının nəzəri problеmləri. Bakı, 1995, 146 s. 


 
251 
müəyyənləşdirmək məqsədi ilə uşaqlarda dilin formalaşması modeli-
nə istinad etmək yanlışdır. Belə bir qənaətə əsas verən səbəblərdən 
bəziləri bunlardır:    
1. Uşaqlarda valideynlərin təlqini, təkidi və təkrarları nəticə-
sində  mənimsənilən forma, ontogenezdə nümunəsi olmayan fərdi 
yaradıcılığın məhsuludur. 
2. Uşaqlarda əyaniliklə yanaşı, valideynlərin izah və şərhləri 
olduğu halda, ontogenezdə sadəcə fəhm və ixtiyari seçim imkanları 
mövcud olur.   
3. Uşaqlarda analogiya üçün nümunə olduğu halda, ontoge-
nezdə hər sey sıfır bazasında formalaşır və s. 
 
 
§ 4.8. Dördüncü fəsil üzrə nəticə və təkliflər 
 
Nitqin və ya nitq söyləminin linqvopsixoloji analizi aşağıdakı 
nəticələrə gəlməyə əsas verir: 
1.
  Kommunikasiyaya xidmət edən nitqin yaranması dərket-
mə aktının dördüncü fazasında müşahidə olunan total modullaşma 
yolu ilə baş verir.  
2.
  Kommunikasiyaya xidmət edən nitqin yaranma mexa-
nizmi belədir: 1) nitqyaratma prosesinə başlanğıc verən rezonansın 
qəbulu, 2) rezonansa uyğun birinci intellekt obrazlarının 
aktivləşməsi, 3) birinci intellekt obrazlarının məntiqi sıralanması, 4) 
ikinci intellekt obrazlarına transformasiya, 5) ikinci intellekt obrazla-
rının mətn formasında modullaşması, 6) emosional, ekspressiv tonun 
müəyyənləşdirilməsi, 7) söyləmin çıxışı.  
3.
  Nitqin qəbulu dərketmə aktının birinci fazasında baş verir 
və total modullaşma yolu ilə gerçəklik elementi haqqında məlumatın 
qəbulu şəklində cərəyan edir. Nitqin mənimsənilməsi isə, dərketmə 
aktının birinci fazasında gerçəklik elementi haqqında məlumatın 
gerçəklik elementinə ekvivalent olan birinci intellekt obrazı ilə qarşı-
laşdırılması və qeydə alinması yolu ilə baş verir.  
 
252
4.
  Nitqin mənimsənmə mexanizmi belədir: 1) nitq söyləmi-
nin hiss orqanları vasitəsilə qəbulu, 2) emosional, ekspressiv tonun 
müəyyənləşdirilməsi, 3) nitqi əmələ gətirən dil struktur vahidlərinin 
baş beyində mövcud olan ikinci intellekt obrazları ilə qarşılaşdırıl-
ması, 4) nitqın ikinci intellekt obrazlarına transformasiyası, 5) ikinci 
və birinci intellekt obrazlarının qarşılaşdırılması, 6) birinci intellekt 
obrazlarının qəbul edilmiş mətnin məzmununa uyğun sıralanması, 7) 
gerçəklik elementi ilə bağlı informasiyanın mənimsənilməsi. 
5.
  Nitq söyləminin yaranması, evristik xüsusiyyətə malik 
olub gerçəklik elementi və kommunikant faktorlarından birbaşa asılı-
dır, mənimsənilməsi isə, əsasən dərketmənin nominal, yəni dəyişmə-
yən və  dəyişməsi ehtimal belə olunmayan sabit qaydaları  əsasında 
baş verir. 
Nitq söyləmlərinin linqvopsixoloji analizinə  və  əldə edilən 
nəticələrə istinadən təklif edirik: 
  Sintaqmatik vahidlərin linqvistik analizi və funksional 
tədqiqi prosesində nitq söyləmlərinin linqvopsixoloji mahiyyətinin 
nəzərə alınması faydalı ola bilər.  
  Dillərin rəqəmsal fondunun yaradılması, maşın tərcüməsi 
və model analizləri üzrə aparılan araşdırmarda sintaqmatik vahidlərin 
və nitq söyləmlərinin linqvopsixoloji xüsusiyyətlərinin nəzərə alın-
ması qurulan modellərin effektivliyinə  və funksionallığına müsbət 
təsir edə bilər.   
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə