Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə62/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   58   59   60   61   62   63   64   65   ...   76

 
245 
Nitqin mənimsənilməsi prosesini modelləşdirərək sxematik 
olaraq aşağıdakı kimi göstərə bilərik:  
 
§ 4.7. Uşaqlarda nitqin yaranma və mənimsənilmə 
mexanizminin fərqliliyi 
 
Uşaqlar tərəfindən dil struktur vahidlərinin mənimsənilməsi 
prosesinin izahı zamanı qeyd etmişdik ki, onlarda ətraf aləmdə möv-
cud olan gerçəklik elementinin dərk olunması, dil struktur vahidləri-
nin mənimsənilməsi, nitq yaradıcılığı qabiliyyətinin formalaşması 
prosesləri eyni vaxtda, bir-birinə paralel şəkildə  cərəyan edir, yəni 
onlardan birinin başlaması üçün digərinin bitməsi vacib deyil  
Uşaq eyni vaxtda həm səsin haradan gəldiyini anlamaq üçün 
sındırdığı gəlinciyin başını yenidən bədəninə taxmağa cəhd edir,həm 
qəşəng geyinib televizorda mahnı oxuyan və mehribanlıqla ona 
gülümsəyən “çiçi bəbə” ilə, qonşudan gəlib onu çimdikləyən, itələyib 
yıxan “pıxı bəbə”nin fərqini anlamağa çalışır, həm ananın tələbi ilə 
işə gedən ataya “sağ ol, sağ ol” deyir, həm də nənənin təhriki ilə “ba-
ba gəl, baba gəl” deyə babasını çağırır. 
Uşaqların nitqi ilk başlanğıcda tək sözlərdən ibarət olur. Bir 
xəbərdən ibarət olan bəsit cümlələrin bitkin fikir ifadə etməsi təbii 
Proses 
Kommunikal nitq söyləminin qəbulu və mənimsənilməsi 
Üsul 
Total modullaşma yolu ilə gerçəklik elementi haqqında 
məlumatın əldə edilməsi  
Akt 1 
Nitq söyləminin hiss orqanları vasitəsilə qəbulu 
Akt 2 
Emosional, ekspressiv tonun müəyyənləşdirilməsi 
Akt 3 
Nitqi  əmələ  gətirən dil struktur vahidlərinin baş beyində mövcud olan 
ikinci intellekt oobrazları ilə qarşılaşdırılması  
Akt 4 
Nitqın ikinci intellekt obrazlarına transformasiyası 
Akt 5 
İkinci və birinci intellekt obrazlarının qarşılaşdırılması  
Akt 6 
Birinci intellekt obrazlarının qəbul edilmiş  mətnin məzmununa uyğun 
sıralanması 
Akt 7 
Gerçəklik elementi ilə bağlı informasiyanın mənimsənilməsi 
 
246
haldir, məsələn, “Gəl”, “Get”, “Al”, “Bax”, “Ver”, “Dur”, “Ye”, “İç” 
və s. Amma bəzən adi halda cümlə bitkinliyi yarada bilməyən adi 
sözlər belə uşaq nitqində müxtəlif intonasiyaların, mimika və əl qol 
hərəkətlərinin yardımı ilə bəsit, sadə, amma bitkin fikri ifadə edə bi-
lir. Məsələn, anasını çağıran uşağın söylədiyi tək bir “ana” sözünün 
yarada bildiyi çoxsaylı  məna çalarlarından bir neçəsini nəzərdən 
keçirək. 
1. Uşaq nənənin qucağındadır. Ana paltosunu geyinib mağa-
zaya getməyə hazırlaşır. Uşaq hər iki əlini anasına tərəf uzadır və 
“aaanaaa” deyir. Bu bircə sözdə sanki, “ana nə olar, məni də apar” 
mənası var.           
2. Uşaq hələ də nənənin qucağındadır. 10 dəqiqə keçib. Ana 
hələ mağazadan qayıtmayıb. Uşaq qapıya tərəf boylanır, zarıyaraq 
“anaaa” deyir. Bu sözlə sanki, “ana nə olar, tez gəl” demək istəyir.  
3. Uşaq yenə nənənin qucağındadır. Ana hələ də mağazadan 
qayıtmayıb. 20 dəqiqə keçib. Uşaq nənənin üzünə baxır və 
ağlamsınaraq “aanaaa” deyir və sanki nənəsindən soruşur “anam ha-
rada qaldı, niyə gəlmir”?  
4. Fərqli bir situasiya. Ana dəhlizdədir. Uşaq öz otağında yeni 
oyuncağı atadan alır. Bu, turnikdə oynayan meymundur. Meymun 
turnikdə oynadıqca uşaq gülür və dəhliz qapısına baxaraq “AAnaaa” 
deyir və sanki, “ana gəl bir buna bax!” demək istəyir. 
Tədricən uşaqlar bir sözdən ibarət bəsit təktərkibli cümlələrlə 
yanaşı, “Sən gəl”, “Sən get” tipində müxtəsər cüttərkibli cümlələr, 
“Su iç”, “Evə gəl” tipində cümlələr də qura bilir ki, bunların birləş-
məsi “Sən su iç”, “Sən evə gəl” tipində bəsit cümlə tiplərinin yaran-
masına yardım edir. 
Artıq sübut olunmuşdur ki, uşaqlar dil struktur vahidlərini bö-
yüklərin dilindən eşidib öyrənir, eyni yolla ilkin şablon cümləni 
mənimsədikdən sonra, analogiya əsasında bənzər cümlə tiplərini öz-
ləri müstəqil şəkildə yaradırlar. Məsələn, su sözündən sonra çay, şirə, 
süd sözlərini mənimsəməklə “Sən su iç” cümləsi əsasında asanlıqla 
“Sən çay iç”, “Sən su iç”, “Sən süd iç” cümlələrini də qura bilirlər.  


 
247 
Doğrudur, bəzən eyni analogiyaya istinad etmək onları “Mən 
süd iç”, “Biz süd iç”, “Ata süd iç” tipində cümlələr yaratmağa da 
yönləndirə bilir. Məhz belə məqamlarda diqqətli valideynlərin ope-
rativ müdaxiləsi və köməyi vacibdir. Nəzərə almaq lazımdır ki, “Mən 
süd içirəm” modelinin öyrədilməsi, uşaq tərəfindən bu analogiya 
əsasında “Mən su içirəm”, “Mən çay içirəm”  tipində yeni çoxsaylı 
cümlələrin qurulmasına şərait yaradır. 
Artıq qeyd etdiyimiz kimi, uşaqların nitqi ilkin mərhələdə 
yalnız leksik vahidlərdən ibarət olur: isimlər, bir qayda olaraq adlıq 
halda, fellər isə əmr şəklində olur. Digər qrammatik formaların uşaq 
nitqinə daxil olması daha sonrakı mərhələlərə aiddir. 
Aparılan müşahidələr belə deməyə əsas verir ki, uşaq nitqinə 
gələn növbəti qrammatik formalar ilkin mərhələdə tam tələffüz edilə 
bilməsə belə, ismin yiyəlik halı (mənin-mənim, ataın-atanın), ismi 
xəbərlik forması (mənindi-mənimdir, yotdu-yoxdur),  şuhidi keçmiş 
zaman forması (ditdi-getdi, dəədi-gəldi), feli inkarlıq forması (ditmə-
getmə, bama-baxma) kimi qrammatik formalardır.  
Uşaq nitqinə bu formalardan sonra digər qrammatik forma-
ların hansı mərhələlərlə, hansı ardıcıllıqla gəlməsini müşahidə etmək 
çox çətindir. Belə bir təəssürat yaranır ki, digər qrammatik formalar 
uşaq nitqinə bir dalğa kimi eyni anda gəlir. Amma elə qrammatik 
formalar da var ki, onların uşaq nitqinə çox gec gəldiyini qətiyyətlə 
deyə bilərik. 
Anası ilə artıq bir çox mövzularda sərbəst danışa bilən 4 yaşlı 
qız arasında gedən söhbətin kiçik bir fraqmentini nəzərdən keçirək: 
Ana uşaqla danışarkən uşaq deyir:”Ana, əmi bizə gəlsin də”. 
Ana soruşur: ”Hansı əmi, qızım”? Uşaq deyir: ”Dünən bizə gəldi əmi 
gəlsin”. Ana yenə  təkrarən soruşur: ”Hansı  əmi”? Uşaq bir qədər 
əsəbiliklə: ”Dünən baba ilə gəldi əmi”. Məlum olur ki, söhbət keçən 
ay İsmayıl baba ilə bərabər gələn Fərmayıl əmidən gedir. Burada iki 
maraqlı fakt var ki, onlardan biri keçmişə aid olan istənilən vaxtın 
uşaq nitqində əksərən “dünən” forması ilə ifadə olunmasıdır. 
İkincisi isə, “Dünən bizə  gəldi əmi” formasıdır. Bu, əslində, 
 
248
hərəkəti əlamət kimi təqdim edən formadır və ənənəvi qrammatikada 
belə formalar feli sifət adlandırılır. Məlum olduğu kimi, Azərbaycan 
dilində feli sifətin -di şəkilçili forması, yəni “gəldi əmi” və ya “gəldi 
adam” forması mövcud deyil. Bu məqamda adətən  -ən  şəkilçili 
forma işlənir, yəni “gələn əmi” deyilir. Nəzərə alsaq ki, hər cür fəa-
liyyətin məqsədi, həmin fəaliyyəti şərtləndirən ehtiyacın ödənilməsi-
dir, o halda deyə bilərik ki, burada vacib olan, subyektin hərəkətini 
onun fərqləndirici əlaməti kimi təqdim etməkdir
1
, bu məqsədlə hansı 
şəkilçidən istifadə olunması isə konkret ünsiyyət ehtiyacı baxımından 
ikinci dərəcəli əhəmiyyət daşıyır. 
Uşaqların şifahi nitqində olduqca az işlənən formalara feli si-
fət, feli bağlamaları, sintaktik formalardan isə  tərkibləri, mürəkkəb 
sintaktik birləşmələri, eləcə də mürəkkəb cümlələr və hətta sadə cüm-
lələrin genişlənmiş formalarını aid etmək olar. Elə qrammatik forma-
lar var ki, onlara sadəcə uşaq nitqində deyil, böyüklərin şifahi nitqin-
də  də  az  rast  gəlinir. Doğma dilində belə formaların da olduğunu 
uşaqlar orta məktəbdə oxuyarkən dərsliklərdə görür və tanıyırlar, mə-
sələn felin lazım forması və -ası şəkilçili feli sifət, -dıqca şəkilçili feli 
bağlama və s. 
Uşaqlar tərəfindən nitqin ötürülməsi və mənimsənilməsi mə-
sələsindən geniş şəkildə danışmağa ehtiyac duymuruq. Belə ki, nitqin 
ötürülməsi uşaqlarda sadəcə nitqyaradanın özü tərəfindən şifahi şəkil-
də  həyata keçirilir. Uşaqlarda nitqin mənimsənilməsi də eynilə bö-
yüklərdə müşahidə etdiyimiz prinsip üsul və qaydalarla həyata keçiri-
lir. Doğrudur, bəzən uşaqlar böyüklər tərəfindən yaradılan nitqi tam 
olaraq mənimsəməkdə müəyyən çətinliklərlə rastlaşırlar. Belə ki, bə-
zi hallarda böyüklər öz nitqində uşaqlar tərəfindən mənimsənilməmiş 
dil struktur vahidlərini işlədirlər. Təbii ki, uşaqlar ilk dəfə eşitdikləri 
bu yeni formaların hansı gerçəklik elementini əks etdirdiyini və ya 
hansı birinci intellekt obrazına bağlı olduğunu müəyyənləşdirə və nit-
qin həmin qismini və ya bütövlükdə nitqi qəbul edə bilmirlər. 
                                                 
1
 Daha ətraflı bax: Əsgərov M.B. Türk dillərində zaman formaları, adverbial fel formaları və 
onlar arsında funksional-semantik əlaqələr.  Bakı, “Elm”, 2003, İkinci nəşr, Fəsil 2.    


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə