Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə59/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   55   56   57   58   59   60   61   62   ...   76

 
233 
dən belə yaradılmamış və ya yazılmamışdır. Belə əsərlər yalnız hə-
min nitqyaratma anında və  həmin nitqyaratma prosesi nəticəsində 
yaranır və mənimsənilir.  
Gündəlik həyatda istifadə etdiyimiz nitq adətən total modul-
laşma və sinktual dərketmə  nəticəsində yaranan nitq formalarının 
qarışıq kombinasiyasından ibarət olur. Başqa sözlə desək, gündəlik 
həyatda istifadə etdiyimiz nitqdə total modullaşma və sinktual 
dərketmə nəticəsində yaranan nitq formaları növbəli şəkildə bir-birini 
əvəz edir, ümumi nitq axını daxilində məntiqi şəkildə birləşir və bu 
tədqiqat çərçivəsində həmin nitqə kombinal nitq deyirik.  
Bu qarşılıqlı əvəzlənmələrdəki keçidlər o dərəcədə axıcı, bir-
ləşmələr o dərəcədə üzvi və təbii olur ki,çox vaxt ümumi nitq axının-
da əvəzlənmə və birləşmələrin sərhədlərini müəyyənləşdirmək müm-
kün olmur. Bu səbəbdən konkret bir nitqin və ya onun konkret bir 
hissəsinin növünü müəyyənləşdirərkən müxtəlif prinsip və metod-
lardan, o cümlədən həlledici əksəriyyət prinsipi və ya modelləşdirmə 
metodundan istifadə olunur.  
Həlledici əksəriyyət prinsipinə əsasən informasiya mübadələ-
sinə xidmət edən istənilən söhbət, hətta ədəbi, elmi müzakirə, simpo-
zium və disput xarakterli mübahisələr belə total modullaşma nəticə-
sində yaranan nitq kimi qəbul edilir və bu tədqiqat çərçivəsində hə-
min nitqə kommunikal nitq deyirik.  
İri həcmli povest, roman, dastan, epopeya tipində  əsərlərin, 
elmi dissertasiya və monoqrafiyaların həm sinktual dərketmə və həm 
də total modullaşma nəticəsində yaranan nitq formalarının qarışıq 
kombinasiyasından ibarət olduğu  şübhəsizdir. Həlledici  əksəriyyət 
prinsipi  əsasında sinktual dərketmə  nəticəsində yaranan nitq kimi 
qəbul edilən belə  əsərlərin müəyyən hissələrinin total modullaşma 
yolu ilə yaranan nitq olduğuna dair istənilən qədər  nümunə göstər-
mək olar. Amma artıq qeyd edildiyi kimi, bədii və elmi yaradıcılıq 
məhsulu olan istənilən  əsər ümumilikdə bir bütöv, bölünməz bir 
vahid olduğuna və onların aparıcı qisminin məhz sinktual dərketmə 
nəticəsində yarandığına görə, həlledici  əksəriyyət prinsipinə  əsasən 
 
234
həmin əsərlər bütövlükdə sinktual dərketmə nəticəsində yaranan nitq 
hesab edilir və bu tədqiqat çərçivəsində həmin nitq intellektual nitq 
adlandırılır.    
      
§ 4.6. Nitqin yaranma və mənimsənilmə 
mexanizminin modelləşdirilməsi 
 
Nitqlə bağlı buraya kimi deyilənlərdən məlum olur ki, gündə-
lik həyatda təmasda olduğumuz, yəni yaratdığımız, ötürdüyümüz və 
qəbul etdiyimiz nitq bir sıra faktorlardan, o cümlədən əks etdirdiyi 
real gerçəklikdən, bu nitqi yaradan kommunikantdan, nitqin funksi-
yalarından, istifadə edilən nitqyaratma üsul və növlərindən birbaşa 
asılıdır. Bu və ya digər nitqin birbaşa olmasa da, dolayısıyla asılı ol-
duğu, amma bununla belə həmin nitqın həm yaranması, həm ötürül-
məsi, həm də qəbul edilməsində müstəsna rol oynayan digər amilləri, 
yəni dil struktur vahidləri olan leksik, leksik-qrammatik, qrammatik 
formaları, həmçinin müstəqil gerçəklik elementi kimi dərk olunan dil 
sistemi normalarını və prinsiplərini də nəzərə almaq lazımdır. 
Birbaşa və dolayısı ilə asılı olduğu bu faktorlardan əlavə nitqın 
modelləşdirilməsi zamanı nəzərə alınması lazım gələn bir başqa cə-
hət də ümumilikdə nitqin və ya onun hissəsi olan söyləmin yaranma-
sının ünikallığıdır.  
Nitq və ya nitq söyləmi həcmindən asılı olmayaraq həm dərk-
etmə prinsipləri, həm də bu və ya digər dil struktur vahidlərinin 
sərbəst və ixtiyari seçimi, məqama uyğunluq və evristiklik əsasında, 
istənilən halda L.Şerbanin qeyd etdiyi kimi, öz dövrünün ümumi dil 
normalarına uyğunluq həddini aşmayacaq şəkildə
1
, amma kommu-
nikantın fərdiliyi çərçivəsində yaranır, ötürülür və qəbul edilir.   
Nitqin unikallığı deyərkən, məhz dərketmə prinsiplərinin 
dəyişməzliyi fonunda dil struktur vahidlərinin sərbəst və ixtiyari 
seçilməsi, məqama uyğunluq müqabilində evristiklik, öz dövrünün 
ümumi dil normalarına uyğunluq prinsipinə paralel olaraq kommuni-
                                                 
1
 Щерба Л.В. Языковая система и речевая деятельность. Ленинград. Наука, 1974, с. 26. 


 
235 
kantın fərdiliyi nəzərdə tutulur ki, bu cəhətlərin də  yığcam  şəkildə 
izah olunmasını məqsədəuyğun hesab edirik. 
Dərketmə prinsiplərinin dəyişməzliyi fonunda nitqdə istifadə 
olunan dil struktur vahidlərinin sərbəst və ixtiyari seçimi  aşağıdakı 
kimi izah oluna bilər. 
Haqqında danışılan gerçəklik elementlərinin və ya bu gerçək-
lik elementləri arasındakı münasibətlərin dərk olunması nəticəsində 
yaranmış birinci intellekt obrazları ayrı-ayrı  fərdlərdə identikdir. 
Burada bil r kd n “eynidir” s z nd n yox “identikdir” 
s z nd n istifad  edirik. Bel  ki, ger klik elementinin d rk 
olunan minimal vahidl ri  ks r n eyni olsa da, ayr -ayr  
f rdl rd  m yy n f rqli n anslara malik ola bilir. Amma bu 
c h t eyni ger klik elementl rinin m xt lif f rdl r t r find n 
eyni  kild  v  apar c  x ttinin eyni oldu u mahiyy td  d rk 
edilm sin  mane ilik t r tmir 
Belə ki, nitqin yaranması ilə bağlı verilən nümunədən də gö-
rüldüyü kimi, kompüterin hissələri, onların təyinatı, qoşulma qaydası 
şagirdlərə eyni yerdə, eyni vaxtda və eyni müəllim tərəfindən izah 
olunmuşdur. Bütün şagirdlər praktik dərsdə kompüterin bütün hissə-
lərininin hansı funksiyaları yerinə yetirdiyini əyani şəkildə təcrübə-
dən keçirmişlər, yəni onlara izah olunanları qavramış, dərk etmişlər.    
Şagirdlərin dərketmə aparatları və intellekt obrazları ilə əmə-
liyyat mexanizmləri identikdir. Yəni bütün şagirdlər eyni yaşdadadır, 
eyni təhsil səviyyəsinə malikdir, fizioloji, psixoloji cəhətdən praktiki 
olaraq sağlamdır. 
Nitq yaradan fərdlərin nitqyaratma prosesinə başlanğıc verən 
rezonans (tapşırıq) tamamilə eynidir. Yəni bütün dinləyicilərdən eyni 
bir tapşırığa yazılı cavab vermək tələb olunur:”Kompüterin natamam 
sökülərək yerdəyişməyə hazırlanması qaydasını izah edin”. 
Bu qaydanı izah edərkən şagirdlərdən biri yazır:”Kompüterə və 
monitora cərəyan gəlib-gəlmədiyini yoxlamaq lazımdır. Cərəyan gə-
lirsə, onları şəbəkədən ayırmaq lazımdır.Sonra monitordan proses-
sora gələn məlumat və gərginlik kabelini prosessordan ayırıb moni-
torla bərabər  qablaşdırmaq lazımdır. Sonra klaviyənin kabelini pro-
 
236
sessordan ayırmaq və klaviyə ilə  bərabər  qablaşdırmaq lazımdır. 
Sonra mausun kabelini prosessordan ayırmaq və mausla bərabər 
qablaşdırmaq lazımdır. Sonra prosessoru qablaşdırmaq lazımdır”. 
İkincı bir şagird yazır:”Kompüterə və monitira cərəyanın gə-
lib-gəlmədiyini yoxlamaq, cərəyan gəlirsə, onları şəbəkədən ayırmaq 
lazımdır. Sonra mausun və klaviyənin kabelini prosessordan ayırmaq 
və onları qablaşdırmaq, monitorun məlumat və  gərginlik kabelini 
prosessordan ayırıb monitorla bərabər  qablaşdırmaq, sonra pro-
sessoru da öz gərginlik kabeli ilə bərabər qablaşdırmaq lazımdır”
Üçüncü bir şagird yazır:”Cərəyan gəlmədiyinə  əmin olaraq 
prosessora taxılı bütün kabelləri ayırmaq, mausu və klaviyəni ayrı, 
monitoru özünün, prosessoru da özünün gərginlik kabeli ilə birlikdə 
qablaşdırmaq lazımdır”. 
Çox dərin təfərrüatlara varmadan və digər detal fərqlərinə bax-
madan mahiyyətcə eyni prosesi təsvir edən bu yazı nümunələri ilə 
bağlı sadəcə onu demək kifayətdir ki, birinci və ikinci şagirdin 
yazılarında ardıcıllıq fərqi, üçüncü şagirdin yazısında isə ardıcıllıq 
fərqi ilə yanaşı dil struktur vahidi fərqi də müşahidə olunur.  
Aparılan eksperimentin nəticələrindən göründüyü kimi, dərk 
olunmuş eyni gerçəklik elementləri ilə bağlı identik dərketmə aparat-
larının iştirakı ilə eyni rezonans əsasında fərqli fərdlər tərəfindən 
yaranan nitqi təşkil edən dil struktur vahidləri və onların sıralanması 
fərqlidir. Başqa sözlə desək, yazılı  mətndə  işlədilən söz formaları 
şagirdlər tərəfindən sərbəst şəkildə seçilmişdir və şagirdlərin uyğun 
bildiyi sıra ardıcıllığı ilə verilmişdir. 
Bu cəhət nitqyaratma prosesində  dil struktur vahidlərinin 
seçilməsinin sərbəst və ixtiyari şəkildə baş verdiyini təsdiq edir.  
Məqama uyğunluq müqabilində evristiklik deyərkən subyektin 
nitqyaratma məqamına məntiqi baxımdan  ən uyğun olan üsuldan 
deyil, həmin anda kommunikantın ən optimal hesab etdiyi üsuldan 
istifadə etməsi nəzərdə tutulur.  
Qarabağ xanı  İbrahim xanla Kür qırağına istirahətə gedən 
Molla Pənah Vaqifin xan tərəfindən verilən “Şair, səhərdən ətrafı gə-


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə