Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə64/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   60   61   62   63   64   65   66   67   ...   76

 
253 
 
V  FƏSİL 
 
TƏFƏKKÜR PROSESLƏRİ VƏ DİL 
 
§ 5.  Gündəlik həyatda və digər elm sahələrində ifadə etdiyi 
çoxsaylı mənalar nəzərə alınmasa belə, təkcə dilçilik elmi daxilində 
dil termini gah fonetikadan sintaksisə qədər bir sıra elmi istiqamətlə-
rin məcmusu, gah bu elm sahələrinin predmeti, yaxud tədqiqat ob-
yekti mənasında, gah da bu və ya digər dildə danışmağa, nitqyaratma 
prosesinə aid olan yazılı və ya şifahi nitq mənasında işlədilir. 
Tədqiqat boyu irəli sürdüyümüz mülahizələr  əsasında dillə 
bağlı mövqeyimiz müəyyən mənada bəlli olsa da, yəni dil deyərkən 
nəyi nəzərdə tutduğumuz artıq aydın olsa da, bu fəsildə dilin əsas 
inkişaf tendensiyalarını, forma və  məna vəhdətinin köklərini, onun 
xaotik mahiyyətini və sistemliliyə meyilini analiz edəcək, burada və 
əvvəlki fəsillərdə əldə edilən nəticələr işığında dilin struktur tərkibini 
həm linqvistik, həm psixoloji baxımdan nəzərdən keçirəcək, onun 
linqvopsixoloji mahiyyətini açmağa çalışacaq. 
 
§ 5.1. Yeni inteqral elm sahələrinin yaranma zəruriyyəti 
 
Bu gün üçün hamı tərəfindən qəbul edilən aparıcı elmi hipo-
teza ondan ibarətdir ki, insanlar arasında ünsiyyətin yeganə vasitəsi 
nitq və ya dildir. Dil struktur vahidlərindən, yəni söz formalarından 
istifadə etmədən insanlar arasında informasiya mübadiləsi ehtiyacını 
ödəmək, hələ ki mümkün deyil.  
Doğrudur, son illərdə bu fikri istisna edən, onu şübhə altına 
alan yeni mövqe və mülahizələr də formalaşır. Onlardan bəzilərini 
nəzərdən keçirək. 
“Ayrı-ayrı insanların və cəmiyyətin ruhunda dərin zidiyyətlər 
yaranmışdır. Klassik təbiətşünaslığın əsaslandığı fraqmental təfəkkür 
insan ruhunun təbiətin ümumi mənzərəsindən çıxarılmasına və bu da 
 
254
öz növbəsində ruhun ətraf mühitlə qarşılıqlı təsirinin unudulmasına 
səbəb olmuşdur. Nəticədə dünyəvi harmoniya duyğusu itirilmişdir. 
İnsanlar tərəfindən bəsitləşdirilimiş dini təsəvvürlər artıq təfəkkürün 
ehtiyaclarını ödəyə bilmir. Tibb nə ruh, nə də insanın ruhi vəziyyəti 
haqda heç nə ilə maraqlanmır. Müasir elmlər çaşqınlıq içindədir. 
Paranormal hadisələrin üzə çıxması materialist fəlsəfədə materiyanın 
birinci, ideyanınsa ikinci olması ilə bağlı onun əsas tezisi ətrafında 
şübhələrə yol açır. İkinci bir tərəfdən, bu fenomenlər real fiziki sub-
stansiya mahiyyəti daşıyan, canlı və cansız təbiətlə aktiv əlaqəyə gir-
mək qabiliyyətinə malik olan ideyanın roluna yeni mövqedən yanaş-
ma zəruriyyəti yaradır. Yaranmış bu vəziyyət  ənənəvi təsəvvürlər-
dən, elmi konsepsiyalardan, metodologiyalardan və s. imtina olun-
masını tələb edir.  
İndi artıq heç kim şübhə etmir ki, qarşılıqlı enerji-məlumat 
əlaqəsi canlı və cansız təbiət sistemlərinin xarakterik xüsusiyyətlərin-
dəndir. Buna görə də bioenreji-informatika adlı yeni elmi paradiqma, 
yəni bir çox fundamental və tətbiqi elmlərə, o cümlədən Misir, Şərq 
və  Qərbdə mövcud olan ezoterika və dinlə bağlı  bəşəri təcrübəyə 
əsaslanan baxışlar, dünyagörüşü sistemləri formalaşır”
1

XVII əsrdə dünyanın Nyuton-Kartrezian modeli yarandı ki, bu 
modelə əsasən materiya bir-birindən asılı olmayan zaman daxilindəki 
üçölçülü məkanda yaranıb. Bu modelə görə dünyada xətti səbəb-nəti-
cə əlaqəsi mövcuddur, dəqiq sərhədləri olan maddi dünya boşluqda 
və məkanda mövcuddur.  
Nyutonun qənaətinə görə kainat passiv və dəyişməz atomlar-
dan ibarət olan mütləq materiyadır. Zərrəciklər arasında cazibə qüv-
vəsi mövcuddur, belə ki, fiziki proseslər nəticəsində yaranan qarşılıq-
lı təsir maddi nöqtələrin yerdəyişməsi ilə müşayiət olunur. Bu proses-
ləri təsvir edə bilmək üçün yeni riyazi model – differensial hesablama 
modeli işlənib hazırlanıb.  
Nyutona görə kainat nəhəng, tam şəkildə determinasiya olun-
                                                 
1
 Гончаренко  М.С.  Валеопедагогические  основы  духовности.  Харьков, «ХНУ  имени 
В.Н.Каразина», 2007, с. 5 


 
255 
muş saat mexanizmidir. Onun hissələri əbədi qanunlara uyğun şəkil-
də işləyir. Bu sadə və passiv dünya haqqında bir elmdir. Orada təsa-
düflərə yer yoxdur, hər şey əvvəlcədən müəyyən olunmuş qaydada 
və heç bir enerji itkisinə yol verməyəcək şəkildə cərəyan edir.  
XIX əsr Faradeyin eksperimentləri, Maksvellin elektromaqni-
tizmlə bağlı nəzəri araşdırmaları, Boltsmanın və Helmholsun termo-
dinamika və statik fizika ilə bağlı tədqiqatları, Darvinin bioloji kəşflə-
ri ilə yadda qalıb. Təbii ki, bütün bunlar Nyuton-Kartezianın dünya 
modelinə sığışmırdı. 
Darvin triadasına (dəyişkənlik, təbii seçmə, irsiyyət) əsaslanan 
təkamül nəzəriyyəsi və termodinamika qanunları dünya haqqında tə-
səvvür modellərinin dəyişməsinə səbəb oldu. Sistem vəziyyətinin eh-
timaliliyi, onun qeyri-sabitliyi, təsadüfilik anlayışları və onlarla birlik-
də entropiya
1
 haqqında təsəvvürlər də bu modeldə özünə yer tapdı. 
Məlum oldu ki, canlılardan fərqli olaraq fiziki təbiət maksimum en-
tropiya istiqamətində təkmilləşir. Kainat fərqliliklər və xaosun taraz-
laşması istiqamətində inkişaf edir. Onun istilikdən məhvolma təhlü-
kəsi var. Bu nəticə  qədim insanların kosmoloji mifi ilə ziddiyyət 
təşkil edir.  
XIX əsr mövcud problemləri həll edə bilmədi. Bu əsr təbiətə 
ehtimali baxış, Maksvell elektromaqnitizmi əsri idi və maddi dünya-
nın sahə forması ilə nəticələndi. Bu məkanda materiya dəqiq sərhəd 
və formaya malik deyildi.  
XX əsrin birinci yarısında atom prosesləri ətrafında Kvant nə-
zəriyyəsinin inkişafı Nyuton modeli ilə bağlı təsəvvürləri məhv etdi. 
Fizika orta ölçü səyyəsində gündəlik problemlərin tədqiqi ilə məşğul 
olduqda dünya haqqında bu model özünü doğruldurdu. Amma 
tədqiqatlar makro və mikrodünya səviyyəsinə keçəndə, Nyuton 
modeli öz əhəmiyyətini itirdi. 
                                                 
1
 Yunanca  en + trope dönüş – 1) fiz. cisimlərin və ya cisim sisteminin istilik halını 
səciyyələndirən kəmiyyətlərdən biri; sistemin daxili qeyri-stabillik ölçüsü; qapalı sistemlərdə 
baş verən proseslərdə entropiya ya artır (idarəolunmaz proseslər), ya da sabit olaraq qalır (idarə 
olunan proseslər)  
 
256
Nyuton modelindən fərqli olaraq, nisbilik nəzəriyyəsinə əsasən 
zaman və məkan dəyişməz deyil, zaman axını qeyri-müntəzəmdir və 
bircinsli deyil. Zaman müşahidəçinin mövqeyindən və müşahidə 
olunan obyektin sürətindən asılıdır. Zaman və  məkan daxilində 
aparılan bütün ölçmələr nisbidir, hətta zaman-məkan strukturunun 
özü belə materiyanın paylanma səviyyəsindən asılıdır
1
.  
Aydın olur ki, subatom zərrəcikləri mücərrəd xüsusiyyətə  və 
ikili təbiətə, yəni həm hissəcik, həm də dalğa təbiətinə malikdir 
(eksperimentdən asılı olaraq). 
Kvant fizikasında yeni məntiqi ehtimal – tamamlayıcılıq prin-
sipi meydana çıxır. Nisbilik nəzəriyyəsinin dahiyanə  kəşfi, mütləq 
enerjidən maddi zərrəciklərin yarana bilməsini və həmin hissəciklərin 
yenidən təmiz enerjiyə çevrilməsini eksperimental şəkildə sübut 
etməsidir. Kütlə və enerji arasındakı mütənasiblik E=mc
2
 düsturu ilə 
hesablanır.  
XX əsrin 70-ci illərində termodinamikanın tərəqqisi, fizika və 
biologiya elmlərinin birləşməsi sinergetika
2
 adlı yeni bir elmin yaran-
ması ilə nəticələndi. Sinergetika entropiyanın enməsini, zəifləməsini, 
yəni xaosun özünü tənzimləmə imkanlarının mümkünlüyünü izah 
etdi. Sinergetika dünyanın yeni modelini yaradır. O, dünyanın sis-
temliliyi və vəhdəti ideyasına əsaslanır. Bütün maddi və mənəvi sə-
viyyələr xaos və qaydaların qarşılıqlı  əlaqəsi və ümumi qanunları 
əsasında inkişaf edir. Sinergetika tarazlıq vəziyyətindən kənarda olan 
termodinamik sistemləri tədqiq edir. Belə sistemlər qeyri-xətti tənlik-
lərlə hesablanır və bir çox həll üsullarına malikdir. Onlara uyğun 
sayda təkamül yolları vardır, çoxvariantlılıq və alternativliyin səbəbi 
də məhz budur. 
Sinergetikanın yaradıcılarından biri olan Nobel mükafatı laure-
atı İ.Priqojin yazır: “Biz açıq texnoloji və yaradıcı dünyada yaşayırıq, 
                                                 
1
 Əsgərov M.B. Türk dillərində zaman formaları, advеrbial fеl formaları  və onlar arasında 
funksional-sеmantik əlaqələr. Bakı, “Elm”, 2003, İkinci nəşr, s 10-46. 
2
 Burada Sinergetika deyərgən, fizika və bologiyanın birləşməsindən, qovuşmasından yaranan 
yeni elm sahəsi nəsərdə tutulur. Sinergetika – yunan sözü olan synergos sözündən əmələ gəlib, 
mənası birlikdə hərəkət edən, birlikdə fəaliyyət göstərən deməkdir.   


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə