Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə65/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   61   62   63   64   65   66   67   68   ...   76

 
257 
klassik elmlərə əsaslanan dünya modelinə müasir mövqedən yanaş-
dıqda görürük ki, onu əsl təkamülün sadəcə karikaturasına bənzət-
mək olar”
1
.  
Bir haşiyə çıxaraq bunu da qeyd etməyi lazım bilirik ki, eyni 
mövqedən dilin mahiyyəti haqqında mövcud olan klassik nəzəri 
müddəlara yanaşdıqda, onların da dilin əsl mahiyyətinin sxematik 
modelindən və ya karikaturasından başqa bir şey olmadığını görürük 
(daha ətraflə bax: § 5.5; § 5.6). 
Fiziki vakuum şəraitində aparılan tədqiqatlar dünyaya baxışın 
formalaşmasında vacib rol oynadı.  İndi bizi əhatə edən dünya ilə 
bağlı  təsəvvürlər genişlənmişdir, indi reallığın  bərk maddə, maye, 
qaz, plazma kimi dörd səviyyəsindən deyil, fiziki vakuum, məlumat 
səviyyəsi və mütləq heçliyin də əlavə edilməsi yolu ilə alınan yeddi 
səviyyəsindən söhbət gedir.  
Nəzəri fizikada vahid sahə nəzəriyyəsinin yaradılma problemi 
öz həllini fiziki vakuum nəzəriyyəsində tapır.  Əvvəllər maddi və 
enerji formalı mövcudluqların bir-birinə təsiri dörd fundamental qar-
şılıqlı təsir əsasında şərh olunurdu: qravitasiya və elektromaqnit təsiri 
(uzaqdan), güclü və zəif təsir (yaxından). Son 15-20 il ərzində fiziklər 
beşinci fundamental qarşılıqlı təsir, yəni uzaqdan təsir xüsusiyyətinə 
malik olan spin-torsionun
2
 mövcudluğu haqqında mülahizələr yürü-
dürlər. Torsion təsirinin əsas fərqi ondan ibarətdir ki, o, maddi-enerji 
xüsusiyyətinə deyil, məlumat-enerji xüsusiyyətinə malikdir. Onun 
praktiki olaraq heç bir enerji sərf etmədən işıq sürətindən daha yük-
sək sürətlə məlumat ötürmə imkanı var.  
İnformatikanın daha sonrakı inkişafı onun elmdəki rolunu daha 
                                                 
1
 Пригожин  И.  Неровновесная  статистическая  механика. (Пер.  с  английского 
В.А.Белоконя  и  В.А.Угорова,  под  редакции  Д.Н.Зубарева),  М.,  Издательство  “Мир”, 
1964, с 34. 
2
 spin-torsion – iki hissədən ibarət olan igilis sözüdür: ayrı ayrılıqda spin - maddi məlumat 
daşıyıcısı,  torsion – isə fırlanmaq və ya burularaq bağlanmaq mənasında işlədilir spin-torsion – 
daimi hərəkətdə olan maddi varlığın malik olduğu informasiya və ya  fəzada asanlıqla yer 
dəyişə bilən maddi informasiya daşıyıcısı xüsusiyyətlərini müəyyənləşdirir və kvantın 
təbiətindən irəli gəlir, elementar hissəciklərin (elektron, proton və neytronların) və ya hər zaman 
bu hissəciklərə aid olan atom nüvəsinin hərəkət miqdarının mexniki momentidir.  
 
258
da artırdı, indi informasiya təbiətin fundamental mahiyyəti kimi nə-
zərdən keçirilir və belə hesab olunur ki, o, dünyanın yaranışı baxı-
mından maddi və  mənəvi cəhətləri özündə birləşdirir. Belə güman 
olunur ki, fiziki vakuum səviyyəsində bütün mövcudluqların infor-
masiya şəklində əks olunması mümkündür. Maddi məlumat daşıyıcı-
larının (spinin) mövcudluğu haqqında ehtimallar irəli sürülmüşdür.  
Sinergetika qanunlarının kəşfi, təbiətdəki fundamental qarşılıqlı 
təsirlərə, fiziki vakuuma, informasiyanın roluna yeni baxış kainatın 
yaranması  və onun inkişaf ssenarisini yenidən nəzərdən keçirməyi 
tələb edir. 
Müasir təbabət, pediatriya, psixologiya, psixiatriya, antropolo-
giyadakı elmi təfəkkür fiziki Kainatın təkamül modellərini əks etdirir. 
Yeni baxışlar dəqiq elmlərin bu sahələrinə müəyyən gecikmələrlə 
daxi olur, bu elmlərin bəzi bölmələri isə indiyə qədər Nyuton para-
diqmalarına əsaslanmaqda davam edir. Bununla belə, transsendental 
psixiatriyanın nəticələri kvant-relyativist fizika əsasında daha asanlıq-
la izah olunur. Təfəkkür və şüurun kvant konsepsiyası ilə bağlı, dil və 
beyin ilə bağlı, yaddaş və təfəkkürün holoqrafik əlamətləri ilə bağlı 
psixologiyada yeni paradiqmalar işlənib hazırlanmışdır.  
Beləliklə, termodinamikanın, informatikanın, nəzəri fizikanın, 
psixologiyanın uğur və nailiyyətləri bu elmlərin nəticələrini yeni elmi 
istiqamətdə - bioenerji-informatikada birləşdirməyə, “ruhi” və ya 
“zərif” dunyanın varlığı haqda ehtimalı əsaslandırmağa imkan verir.  
Güman edilir ki, bu dünyada (dini terminlə - ilahi, elmi termin-
lə - informasiya mühitində) bütün Mövcudluq haqqında məlumatlar 
mühafizə olunur. Bu məlumatlara insan beyni yol tapa bilər.  
Dinlər tarixinə nəzər salsaq, görərik ki, peyğəmbərlərin meracı 
və onlara verilən vəhy bu sonsuz məlumat mənbəyi ilə təmasın ilkin 
nümunələridir. “Fikrimizcə dində  ən mühüm parapsixoloji faktor 
müqəddəs kitabların vəhy yolu ilə verilməsi məsələsidir. Vəhy bütün 
mövcud müqəddəs kitablara xarakterik olub, onların Allah tərəfindən 
verilməsini bildirir”
1

                                                 
1
 Elkin Etibar. Etibarın dünyası, dünyanın etibarı. Bakı, “Zərdabi LTD”, 2008, s. 24  


 
259 
Doğrudur bir çox ədəbiyyatda müqəddəs kitabların bu sonsuz 
məlumat mənbəyi ilə təmas nəticəsində yaranmış olduğu şübhə altına 
alınır. Həmin ədəbiyyatlardan birində deyilir: “Məhəmməd peyğəm-
bər və onun ardıcılları uzun tatixə malik ibtidai etiqadları ərəblərin 
şüurundan çıxara bilmədilər. Məhz buna görə taleyə və alın yazısına 
etiqad Quranda Allah adından verildi”
1
. Həmin ədəbiyyatda cənnətlə 
bağlı deyilir: “Sinifli cəmiyyətdə meydana gələn Quran cənnət 
ehkamını Allah adından təbliğ etməklə zəhmətkeş kütlələri istismara 
qarşı mübarizə aparmaqdan çəkindirmək məqsədini güdmüşdür”
2
.  
Verilən bu misallar onu göstərir ki, belə əsərlərin müəlliflərinin 
fikrincə müqəddəs kitablar ən yaxşı halda peyğəmbərlərin fərdi 
yaradıcılığının məhsuludur və onlar tərəfindən yazılmışdır.  
 “Nəzərə almalıyıq ki, merac hadisəsi və ya ona bənzər hadisə-
lər peyğəmbərlərin də, o cümlədən ayrı-ayrı adi şəxslərin də həyatın-
da baş vermişdir. Buna misal olaraq yoqların qitələrarası üzaq məsa-
fələrə “uçuşunu” (səyahətini) qeyd etmək olar. Məşhur sufi alimi 
Əbu Bəkir ibn əl-Ərəbi (1164-1240) də özünün “Əl-Futuhat  Əl-
Məkkiyə” və “Kitab əl-isra” əsərlərində merac hadisəsinə toxunmuş 
sufinin merac edə bilməsindən bəhs etmişdir”
3
.  
Kainat sonsuz həcmdə yaddaşı olan, qeyri-məhdud zaman 
ərzində sonsuz miqdarda məlumat verən sonsuz sayda informatorlara 
malik nəhəng kompüter kimi nəzərdən keçirilir. Yaddaş bu super-
EHM-in məhdud bir hissəsi kimi təsəvvür olunur. Bu ideyanı bir çox 
elm adamları öz dövrlərinə aid terminlərlə ifadə etmişlər: Platon və 
Nyuton buna “Absolyut” demiş, Hegel onu “Öz-özünə inkişaf edən 
ruh” hesab etmiş, Vernadski onu “Noosfera”, Pekrouz isə “Super-
EHM” adlandırmışdır. Bu anlayışlar kosmik idrakın sinonimləridir.  
Beləliklə, yeni elmi və fəlsəfi dünyagörüşünün işlənib hazırlan-
ması elmi və ezoterik
4
 biliklər, elm və din arsındakı ziddiyyətlərə 
                                                 
1
 Balayev M. İslam və onun ictimai siyasi həyatda rolu. Bakı, “Azərnəşr”, 1991, s. 32  
2
 Yenə orada, s. 30. 
3
 Qasımova A. Məhəmməd peyğəmbərin meracı. Bakı, “Yazıçı”, 1994, s. 46. 
4
 Gizli, daxili 
 
260
deyil, onların vəhdətinə,  ittifaqına əsaslanır. Dünya, materiya, sosi-
um, dil, təfəkkür və s. haqqında  əldə edilən biliklərə  əsaslanmaqla 
meydana çıxan bu cür yeni inteqral elmlərə xüsusi yer ayrılır.  
 
§ 5.2. Dilin inkişaf tendensiyaları 
 
Mahiyyət etibarilə nitqin, ümumilikdə dilin özü insanın ünsiy-
yət və ya informasiya mübadiləsi ehtiyacından yaranmışdır. Ünsiyyət 
insanın daimi ehtiyacları kateqoriyalarındandır və bundan əlavə dilin 
müstəqil gerçəklik elementləri kimi dərk olunmuş leksik və qramma-
tik fondunun böyük bir qismi bəlli zaman çərçivəsində daimi xarak-
ter daşıyır. Bir haşiyə  çıxaraq qeyd etmək istəyirik ki, biz burada 
“daimi xarakter daşıyır” deyərkən onların mütləq daimiliyini, 
ümumiyyətlə dəyişməzliyini nəzərdə tutmuruq.  
Dil problemlərinin həlli ilə bağlı iki əsas tendensiya mövcud-
dur. Bu tendensiyalardan biri “abstrakt obyektivizm” tərəfdarlarının 
mövqeyini əks etdirir və onların fikrincə, dil normativ baxımdan eyni 
olan formaların sabit, dəyişməz sistemidir
1

İkinci tendensiya tərəfdarlarına görə, dil və ya nitqin funksio-
nal rolu onun sosial mahiyyətindədir. Dilə bu mövqedən yanaşanların 
fikrincə, dil konkret olaraq nitqdə mövcuddur və tarixi baxımdan 
məhz ünsiyyətdən yaranır. Başda L.Şerba olmaqla, Peterburq dilçilik 
məktəbinin nümayəndələri məhz bu mövqedən çıxış edirlər. Onlar 
Boduen de Kurtenenin bu fikrini davam və inkişaf etdirirlər ki, “dil ... 
statik sistem deyil, dəyişə bilən dinamik prosesdir. Məsələn, 
L.P.Yakubinski qeyd edir ki, dil formalaşmış, donuq qayda və 
normaların məcmusu yox, daima hərəkətdə olan fasiləsiz prosesdir”
2
.   
Ən cüzi şəkildə  də olsa, baş verən müxtəlif dəyişkənlikləri 
yaradan  şərtləri (ictimai, sosial, təbii və s.) nəzərdən keçirərək 
L.Şerba belə  qənaətə  gəlir ki, nitq fəaliyyəti eyni zamanda dil 
materialı olduğuna görə dil sisteminin də dəyişməsinə səbəb olur. O, 
                                                 
1
 Волошинов В.Н. Марксизм и философия языка. Л., 1929, с. 69. 
2
 Иванов А.М., Якубинский Л.П. Очерки по языку. Л-М., 1932, с. 41. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə