Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə68/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   64   65   66   67   68   69   70   71   ...   76

 
269 
Təbii ki, burada nəzərə alınması lazım gələn çox vacib bir 
faktor var və bu “insanın istənilən fəaliyyəti, onun hansısa bir ehtiya-
cının ödənilməsinə xidmət edir” faktorudur.  
Əgər haqqında danışılan ovçuların vətənində qar yağmırsa, 
orada şaxta olmursa, onların qarbuzşaxta ilə bağlı anlayışları olma-
dığı kimi, bu anlayışlarla bağlı nitq ehtiyacları da olmur və deməli, 
onların dilində ehtiyac yaranmayan və mövcud olmayan anlayışlara 
ekvivalent olan sözlər də yaranmır. Yəni nitq ehtiyacının ödənilməsi-
nə yönələn söz və nitqyaratma fəaliyyəti də ehtiyaca uyğun şəkildə 
müxtəlif ola bilər. Bu, əslində, dil struktur vahidlərinin yaranma-
sındakı xaotiklik yox, tam onun əksinə, bir sistemə və qanuna tam 
uyğunluqdur.  
Dildə ilkin mərhələdə müşahidə olunan xaotikliyin ən bariz 
nümunəsi bu gün belə dialektlərimizdə izi qalan spesifik fonetik 
səslər, dialekt sözləri, yalnız bu və ya digər dialektlərdə işlənən qram-
matik formalar və hətta az-az rast gəlinməsinə baxmayaraq, istənilən 
halda mövcud olan bəzi sintaktik konstruksiyalardır.  
Bir analogiyaya baxaq: dillərin normal inkişafı prosesində bu 
və ya digər regionda yeni müşahidə olunan və ya haqqında ilk dəfə 
nitq ehtiyacı yaranan bir gerçəklik elementinə bir ad, eyni dil arealı-
nın başqa bir regionunda isə həmin gerçəklik elementinə başqa bir ad 
verilir.  
İkinci bir analogiyaya baxaq: qısa bir ömrü olan (məsələn, 10 
il) bir gerçəklik elementinin bir adının (döşəkçə) olduğu regionda 
həmin gerçəklik elementinin yeni çeşidi (bir az qalın və ipək üzlü) 
yaranır və ona yeni bir ad verilir (nimdər). Bu regionda dəb halını 
alan bu çeşid o qədər məşhurlaşır ki, həmin regionda əvvəlki çeşid 
də, onun adı da istifadədən çıxır. Sonra (30-40 il) bu yeni çeşid əski 
çeşid halına düşsə belə (nazık və üzü bezdən), həmin regionda onun 
adı yenə yeni çeşidin adı olaraq qalır (nimdər).    
Dilin sistemləşməsi deyərkən, təbii ki, ədəbi dilin formalaşdı-
rılması nəzərdə tutulur. Bu, ilk növbədə dildə mövcud olan fonetik 
səslərin və onların qarşılığı olan hərflərin müəyyənləşdirilməsi, əlif-
 
270
banın tərtib olunması
1
 ilə başlayır. Dildə istifadə olunan qrammatik 
normaların vahid qaydasını əks etdirən qrammatika kitabları yazılır 
və bunların  əsasındə dilin lüğət tərkibini  əks etdirən orfoqrafiya 
lüğəti, izahlı lüğətlər tərtib olunur və beləliklə, dil sistemləşdirilmiş 
hesab olunur. Dilin sistemləşdirilməsi ilə dialektlərdə müşahidə olu-
nan fərqlər
2
 azalır, amma bir anda yox olmur. 
Yazılı nitqin yaradılması prosesində dilin sistemləşdirilmiş 
halına, yəni  ədəbi dil normalarına tam və ideal uyğunluğu tələb 
olunur. Sözlərin normal orfoqrafiya qaydalarına uyğun şəkildə yazıl-
ması da daxil olmaqla, bu lüğətdə qeyd edilən normaların istənilən 
şəkildə pozulması, artıq hərf yazılması və ya hərflərin buraxılması, 
yazılı mətndə standart qrammatik qaydalardan yayınma halları, dia-
lekt xüsusiyyətli qrammatik formaların və ya sintaktik vahidlərin işlə-
dilməsi, durğu işarələrinin düzgün qoyulmaması dildəki xaos, 
standartdan yayınma və savadsızlıq əlaməti kimi qiymətləndirilir.  
Müasir dövrdə, doqquz və on bir illik icbari təhsilin tətbiq 
olunduğu bir vaxtda gənc nəsil arasında dili tam sistemləşdirilmiş 
halı ilə, yəni ədəbi dil səviyyəsində mənimsəyə bilməyən, savadsız 
şəxslərin olduğunu düşünmək bir qədər haqsızlıq və bir qədər də 
məsələyə səthi yanaşma kimi dəyərləndirilir. Yəni aid olduğu regio-
nun dialekti ilə danışmaq, bəzi dialekt sözlərini işlətmək belə savad-
sızlıq kimi qəbul edilmir. Bu, danışıq vaxtı tez-tez eyni ifadə və söz-
lərin (məsələn, cümlə başı:  deyirəm axı,  canım sənə desin tipli 
ifadələrin, müraciət forması olaraq: bacıoğlu,  xalaoğlu,  qardaşolğu 
tipində sözlərin) təkrarı kimi alışqanlıq əlaməti olaraq qəbul edilir.  
Amma, əslində, bütün dil daşıyıcıları tərəfindən eyni standart-
lara uyğun yazılı  və  şifahi nitq yaradılmasının tələb edilməsi daha 
doğru və düzgün olardı. Çünki şifahi nitqə verilən bu qədər sərbəst-
lik, əslində, izahı olmayan paradoksdan və bizcə, yanlışdan, sistemi 
əngəlləyən xaosdan başqa bir şey deyil. Əvvəldə də qeyd etdiyimiz 
kimi,  şifahi və ya yazılı formada olmasına baxmayaraq, istənilən 
                                                 
1
 Axundov A.A. Azərbaycan dilinin fonetikası. Bakı, “Maarif”, 1984, s.13. 
2
 Vəliyev A. Azərbaycan dilinin keçid şivələr. Bakı. “Nurlan”, 2005, s. 34. 


 
271 
nitqyaratma prosesi ona başlanğıc verən rezonansın qəbulu, rezonan-
sa uyğun birinci intellekt obrazlarının aktivləşməsi və məntiqi sıra-
lanması, ikinci intellekt obrazlarına transformasiyası, mətn forma-
sında modullaşması, mətnə emosional, ekspressiv tonun verilməsi və 
nitq söyləminin çıxışı modelinə uyğun şəkildə reallaşmalıdır.  
Şifahi nitqə verilən bu sərbəstlik, əslində, “yazılı nitq bu sxe-
mə tam uyğun şəkildə formalaşır, şifahi nitqin formalaşması isə bu 
modeldən kənara çıxa bilər” demək qədər yanlış və qəbuledilməzdir. 
L.Şerbanın qeyd etdiyi kimi, dil sistеminin vahidliyi еyni 
məzmunla bağlı bənzər rеaksiyaların yaranmasını şərtləndirir
1
. Yəni 
ümumi və aktiv dil sisteminin dərk olunan, yaradılan, ötürülən, qəbul 
edilən və mənimsənilən bütün  tərkib hissələri, eləcə də bu proses-
lərin reallaşmasını  təmin edən beyin fəaliyyətləri eyni dil daşıyıcı-
larında bənzər və ya identik olmalıdır. Dil ilə bağlı istifadə edilən 
ümumi  aktiv sistem termininin əsl mahiyyəti məhz budur. Sistem 
anlayışının sadəcə qrammatik formalarla, yəni fonetik, morfoloji, 
sintaktik vahidlər, formalar, qəliblər, normalar, qanunlar və qaydalar-
la məhdudlaşdırılması qəbuledilməzdir.  
  Qeyd  etdiyimiz  kimi,  fonem,  səs və  hərflər, hecalar, ahəng 
qanunu, sadə, düzəltmə  və mürəkkəb sözlər, bütün qrammatik və 
leksik-qrammatik şəkilcilər, qrammatik norma, qayda və prinsiplər
sabit söz birləşmələri, sərbəst söz birləşmələrinin və cümlələrin şab-
lon və qəlibləri, eləcə də bütün sintaktik norma, qayda və prinsiplər 
müvafiq olaraq dilin fonetik, leksik, morfoloji, sintaktik səviyyəli dil 
struktur vahidləridir. Bu vahidlərin eyni dil daşıyıcısı olan hər kəs 
tərəfindən eyni şəkildə mənimsənilmiş olması və öz nitqini qurarkən 
eyni tərzdə yaradılması vacibdir. Bunlar dilin vahid sistem kimi 
fəaliyyət göstərməsinə  təsir edən başlıca faktorlardır, amma dilin 
sistem olaraq sadəcə bunlardan ibarət olmasını düşünmək doğru 
deyildir. 
 
 
                                                 
1
 Щерба Л.В. Языковая система и речевая деятельность. Ленинград. Наука, 1974, с. 28. 
 
272
§ 5.5. Dilin linqvopsixoloji sistem mahiyyəti 
 
Dilin funksiyaları ilə bağlı K.Byülerin təlimini linqvistik prob-
lemlərin psixoloji cəhətdən həllinə cəhd kimi qiymətləndirən R.V.Pa-
zuxin belə hesab edir ki, ”Dilin işlənmə səbəbini, ümumiyyətlə, onun 
strukturunu, eləcə də məlumatın tərkibində olan hər bir dil elementi-
nin mahiyyətini aydınlaşdırmağa qadir olan yeganə funksiyası kom-
munikativlikdir”
1
. Bu tədqiqatında R.V.Pazuxin K.Byülerin dilin 
funksiyaları nəzəriyyəsini, N.S.Trubetskoyun və R.Yakobsonun bəzi 
müddəalarını tənqid hədəfi seçir. R.V.Pazuxinin monofunksionallaq-
la bağlı konsepsiyasının əsas müddəaları ondan ibarətdir ki, 1) dilin 
tək bir funksiyası var və o da kommunikativlikdir, 2) bütün digər 
funksiyalar ondan törəmədir
2

Dilin monofunksionallığı ilə bağlı  fərqli bir fikrə Q.V.Kol-
şanskidə rast gəlinir. O, belə hesab edir ki, “Dilin bir əsas funksiyası 
vardır – o, təfəkkürün gerçəkləşməsidir və ictimai hadisədir”. Hətta 
Q.V.Kolşanskinın fikrincə, dilin bütün funksiyaları, o cümlədən eks-
pressiv (bunu müəllif dərketmə kimi qəbul edir) və kommunikativ 
funksiyaları da bu funksiyanın içərisindədir
3
. A.S.Çikobava dilin bir 
çox funksiyaları olduğunu qəbul etsə də, bütün bu funksiyaları vahid 
bir ierarxiya daxilində yerləşdirməklə monofunksionallığa meyilini 
nümayiş etdirir
4
. V.Hümboldt isə dili əmələ gətirən ehtiyaclarla bağlı 
belə deyir: “Dil yalnız xarici ehtiyacdan, yəni ictimai əlaqə, ünsiyyət 
ehtiyacından deyil, insanlığın daxili ehtiyaclarından yaranmışdır”
5
 və 
bununla da, dilin çoxfunksiyalılığının əsasını qoyur.  
                                                 
1
 Пазухин  Р.В.  Учение  К.Бюлера  о  функциях  языка  как  попытка  психологического 
решения лингвистических проблем. – “Вопросы языкознания”, № 2, М.1963. с. 90-110. 
2
 Yenə orada, s. 103 
3
 Колшанский Г.В. Соотношения субъективных и объективных факторов в языке. М. 
1975,  с.44 
4
 Чикобава  А.С.  К  вопросу  о  взаимоотношении  мышления  и  речи  в  связи  с  ролью 
коммуникативной функции – “Язык и мышление”,  № 2,  М. 1967, с. 18. 
5
 Гумбольдт  В.  О  различии  организмов  человеческого  языка  и  о  влиянии  этого 
различия  на  умственное  развитие  человеческого  рода.  Введение  во  всеобщее 
языкознание. Спб, 1859. с. 47. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə