~ 62 ~
Bilik mühəndisləri ekspert sistemləri nəzəriyyəsi nöqteyi-
nəzərdən hazırlıqlı mütəxəssis olmaqla bərabər, predmet sahəsini
bilməli və həmin sahə üzrə ekspertlərlə onların professianal
dillərində ünsiyyətdə olmağı bacarmalıdırlar ki, onların biliklərini
ekspert sistemlərinin bilikləri ilə formalizə edə bilsinlər.
2.3.6. Paylanmış ekspert sistemləri
Paylanmış ekspert sistemləri eyni bir məqsədə xidmət edən
ayrı-ayrı alt sistemlərdən təşkil edilir. Bu sistemlər müxtəlif təyinatlı
mütəxəssislər kollektivlərinin mürəkkəb xasiyyətli obyektlərin çox
aspektli diaqnostikası və layihələndirilməsində geniş istifadə edilir.
Bu
sinif
sistemlərə
nümunə olaraq, ekolo-iqtisadi
problemlərin, metroloji diaqnostika, xəstələrə həkim-mütəxəssislərin
kompleks araşdırmalar nəticəsində dəqiq diaqnozun qoyulması
məsələlərinin həllini göstərmək olar.
Paylanmış ekspert sistemləri mürəkkəb sistemlərin, o
cümlədən bu kateqoriyaya aid edilən çox funksiyalı çevik istehsal
sistemlərinin avtomatlaşdırılmış layihələndirilməsində geniş tətbiq
edilir.
Məlum
olduğu
kimi
çevik
istehsal
sahələrinin
layihələndirilməsi müxtəlif təyinatlı mütəxəssislər (layihə edən,
texnologiya, avtomatika və sınaq üzrə mütəxəssislər) tərəfindən
texniki tapşırıq, eskiz, texniki, işçi layihələndirmə, sınaq və istismar
mərhələlərində bir-biri ilə qarşılıqlı əlaqədə həyata keçirilir.
Təbiidir ki, bu halda hər mütəxəssis öz problemlərini həll
etmək üçün texniki-proqram kompleksinə malik olmaqla, eyni
zamanda situasiyadan asılı olaraq digər layihə edənlərlə də qarşılıqlı
ünsiyyətdə olmaq üçün bütün vasitələr kompleksləri ilə təmin
edilməlidirlər.
Paylanmış ekspert sistemləri proqramçılar kollektivi
tərəfindən böyük həcmli proqram kompleksləri yaradıldıqda daha
böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə aparılan elmi-tədqiqat
işlərinin nəticələri kimi obyektlərin layihələndirilməsində imitasiya
~ 63 ~
modelləşdirilməsi və onun nəticələrinin animasiya modelləri ilə
simulyasiyasını təmin edən paylanmış ekspert sistemlərinin
yaradılması aktuallıq kəsb edir.
Paylanmış ekspert sistemləri bir çox-terminallı hesablama
kompleksləri və ya komputer şəbəkələri
şəkilində realizə olunurlar
2.3.7. Hibrid ekspert sistemləri
Ənənəvi ekspert sistemlərindən fərdli olaraq hibrid ekspert
sistemləri ancaq məntiqi-linqvistik modellərdən istifadə etməklə
deyil, eyni zamanda riyazi modellərdən də geniş istifadə edir.
Məlum
olduğu
kimi
ənənəvi
avtomatlaşdırılmış
layihələndirmə, planlaşdırma, elmi-tədqiqat, operativ idarəetmə və
s.sistemlərdə əsasən riyazi modellərdən istifadə etməklə problemin
həlli yerinə yetirilir. Onu da qeyd edək ki, bu tip sistemlərdə layihə
edənin, planlaşdırıcının, tədqiqatçının və s. qeyri formal spesifik
biliklərini nəzərə almaq ya çətindir ya da mümkün olmur. Bu
nöqteyi-nəzərdən hibrid ekspert sistemlərində riyazi və məntiqi-
linqvistik modellərin birləşdirilməsi və onlardan problemin həlli
üçün birgə istifadə edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Hibrid ekspert sistemlərində hansı məsələlərin riyazi
modelləşdirmə üsulları ilə və hansıların ekspertlərin spesifik
biliklərindən istifadə etməklə həlli baş layihə edən tərəfindən
müəyyən edilir və sonra onlar birləşdirilərək problemin kompleks
həlli həyata keçirilir.