87
Mədəniyyət.AZ / 9 • 2016
(homo-sapiens, 40 000 il əvvəl), sonra
isə təkamül prosesi homo-
sapiens-dən müdriklərə qədər inkişaf yolu keçdi və nəhayət, 2500–
3000 il əvvəl müdriklik elmi sayılan fəlsəfə, daha sonra isə digər
elmlər meydana gəldi. F.Nitsşe: “Fəlsəfə mədəniyyətin düşünən
beynidir” – deyirdi.
Kulturoloq mədəni insan hazırlayır. Həmin işi digər elmlər də
həyata keçirir. Ancaq kulturologiyanın əsas predmeti insan, təbiət
və cəmiyyətdir. Cəmiyyətin sosiallaşması, tolerantlıq, humanizm
və s. ideyalara kulturoloji biliklərlə yiyələnmək olar. Qədim Cin fi-
losofu Lao-tszı: “İncəsənət su kimidir, hara çökəkdirsə, axıb oranı
doldurur” – deyirdi
(3, s. 197). Cəmiyyətdə əmələ gələn nöqsanlara
qarşı ilk reaksiyanı incəsənət verir. Əyər cəmiyyətdə vətənpərvərlik
hissləri zəifl əmişsə, vətənə aid əsərlər yazılmırsa, laqeydlik, meş-
şanlıq, əxlaqsızlıq hökm sürürsə, bunlara qarşı
incəsənət bütün
növləri ilə haray çəkir və cəmiyyətin sosial terapiyası rolunu oyna-
yır. Alman filosofu İ.Kant insanları “istək və borc” çarpışmasında
“istəyin” arxasınca yox, “borc” (vətən, əxlaq, insanlıq borcu) tərəfə
istiqamətlənməyə çağırırdı. Onun sələfi Hegel isə bu tələbin ancaq
incəsənət vasitəsilə mümkünləşəcəyini iddia edirdi: “İncəsənət – in-
san tərəfindən mütləq ideyanın bilavasitə ifadəsidir”. Hegelə görə,
yalnız istedadlı və dahi insanlar mütləq ideyanı görüb ifadə edə
bilərlər, buna görə də onlar incəsənətin yaradıcılarıdır
(9, s. 118). Te-
atr, kino, bədii əsərlər sənətin dili ilə insanları safl aşdırır, tərbiyə edir.
Yaxşı ifa olunan musiqi, aktyorun ifasındakı şeir, rejissor təxəyyülü
ən güclü ordunun belə görə bilmədiyi işi məharətlə həyata keçirir.
Ziqmund Freyd ilkin istəklərin şüuraltına sıxışdırılmasını və bununla
da insanlarda nevroz yaradan yasaları, qadağaları (nəzərə alsaq ki,
mədəniyyət yasalardan, qadağalardan başlayır) elə onun özü ilə –
məhz mədəniyyətin, incəsənətin gücü ilə, sublimasiya (əvəzləmək)
yolu ilə aradan qaldırmaqda görürdü. Mədəni təsisatlar: kinoteatrlar,
idman zalları, teatr salonları, kitabxanalar, muzeylər,
istirahət parkla-
rı, əyləncə mərkəzləri sublimasiya məkanlarıdır. İnsanlar bir ay, bir il
mədəni təsisatlardan bəhrələnməsə ölməz,
ancaq kobudlaşar, aqressivləşər, nizam
pozular, idarəetmə çətinləşər. Bəşəriyyətin
məhvinə yönələn böyük gücə malik silah-
ların düyməsi basıla bilər. Müxtəlif nəzəri
və praktik tədbirlər: konfranslar, sərgilər,
ədəbi-bədii gecələr, mədəni-kütləvi
tədbirlər, disputlar, bayram şənlikləri və s.
insanların mənəvi tələbatlarını ödəyir. İri
holdinqlər, şirkətlər, zavod və fabrikdə ça-
lışanlar maddi nemətlərin istehsalı zamanı
itirdikləri enerjini kulturoloqların müxtəlif
mədəni tədbirləri vasitəsilə bərpa edir,
özündə
sağlam ruh, sağlam təfəkkür və
stimulverici təsir eff ekti yaradır. Professor
S.Xəlilov yazır: “İnsanı düşündürən (məntiqi
yolla) sənətdən-intellektual poeziyadan,
rasionalist nəsrdən, tapmaca rəsmlərdən
daha çox həmin problemlərin emosional
həllini verən, insanların biliyini artırmaq
deyil, hisslərini hərəkətə gətirmək, tərbiyə
etmək vəzifəsini qarşıya qoyan incəsənətə – əsl incəsənətə bu gün
daha böyük ehtiyac vardır
(2, s. 275).
Mədəniyyətin məqsədi insanların xoşbətliyidir. Mədəniyyət in-
sanları müdrikləşdirir. Lakin mədəniyyətə, fəlsəfəyə qarşı zaman-
zaman hücumlar, biganəliklər olmuşdur. E.ə. imperator Neron
fəlsəfəni yasaqlamış və öz müəllimini edam etdirmişdi. Nəticədə
13 il müddətində imperiyası dağıldı. Mədəniyyət insanlara xoşbəxt
olmaq modelini verir. Ona görə də “həyat elmi” adlandırılır
(I, s. 271).
İnsan çətin vəziyyətə düşəndə iki ünvana üz tutur. Birinci, dinə, Al-
laha, ikinci isə müdriklərə, filosofl ara. “Sən Allah, mədəni ol!” – hər
birimizin qeyri-ixtiyari işlətdiyimiz ifadədir. Bir anlıq mədəniyyətsiz
məkan və ya hər hansı insanla birgəliyimizi
təsəvvür etmək belə
çoz dözülməzdir. Mədəniyyət cəmiyyətdə keşikçi rolunu oynayır.
Keşikçi yuxulamışsa, cəmiyyətdə cinayətkarlıq artır, nizam pozulur,
arxasınca böhranlar, kataklizmlər gəlir. Mədəniyyətə qarşı biganəlik
ruhsuzlaşma, mənəviyyatsızlaşma kimi fəsadlar törədir. Məşhur
parapsixoloq Lazarev deyirdi: “Bəşəriyyət üçün təhlükə olan atom
silahının olması deyil, cəmiyyətin ruhsuzlaşması, mənəviyyatın
deqredasiyasıdır”. Kataklizmlər, böhranlar mədəniyyətin olmadığı
yerlərdə baş verir. İntihara cəhd, aqresiya, özünəqapanma, insanın
tənhalığı, baxımsızlığı, həyatın mənasızlığı və bu kimi problemlər
mədəniyyətin böhranı zamanı üzə çıxır. Xüsusilə də son zamanlar
ailə-məişət zəminindəki qətllərin, iqtisadi çətinliklərin burulğanında-
kı intihar cəhdlərinin artması göz qabağındadır. Mədəniyyətin etalon
və paradiqmaları əsasında cəmiyyət yaşayır. Müdriklik alimlikdən
üstündür. Elm hər şey demək deyil. “Elm və sənət qoşa qanaddır”
(Xudu Məmmədov). Elmi xeyirxah məqsədlərə yönəldən müdriklik,
mənəviyyat, düşüncədir – kultivasiyadır.
Yunan alimi Pifaqor deyirdi: “Cəmiyyəti nizamda saxlayan ən
böyük qüvvə əxlaq və dindir”. Əxlaq və din mənəvi dəyərlərimizdir.
Mənəvi
dəyərlərimizin tədrisi, təbliği və tədqiqi kulturoloqların araş-
Mədinə
88
Mədəniyyət.AZ / 9 • 2016
dırdığı əsas məsələlərdəndir. Əgər cəmiyyəti əxlaq qanunları ilə
idarə etmək mümkün olsaydı, bəşəriyyət böyük bir təkamül, sıçrayış
əldə edərdi. Kulturologiyanın da məqsədi budur. O tərəqqiyə, sıçrayı-
şa, kamilliyə məhz kulturologiyanın inkişafı ilə nail ola bilərik.
Yunan filosofu Sokrat təbiət elmlərindənsə, fəzilət (ləyaqət, əxlaq)
elminə daha çox dəyər verirdi. Fizika sahəsində maddi aləmin ya-
ranma səbəbini bilməsək də, özümüzün kim olduğumuzu bilməliyik.
(Özünü dərk et!) Fəzilətli yaşamağımız lazımdır, çünki fəzilətli ya-
radılmışıq. Fəzilət bizim vücudumuzda, quruluşumuzda gizlidir.
Bu, əldə edə biləcəyimiz tək bilikdir. Müzakirə (düşünüş, kultiva-
siya) olmayan yerdə heç bir fəlsəfə, yeni fikir yaranmaz. Təhsil, ilk
anda var-dövlət verməz, ancaq insan zehinində olan gizli toxum-
ları oyandırar, böyüdər, inkişaf etdirər
(7, s. 22). İqtisadi, maddi
yüksəlişimizin təməlində mənəvi kamilliyimiz, ideyalarımız dayanır.
Mənəviyyatımızı, dəyərlərimizi, fəzilətli olmağımızı öyrədən elm isə
kulturologiyadır. Ona görə də kulturologiyanın
cəmiyyətdəki sosial
terapiya rolu nəzərə alınmalı, inkişafına çalışılmalı, bu işdə xüsusilə
baza təhsilli kadrlardan istifadə edilməlidir. Müasir kulturoloq – in-
san, cəmiyyət və dövlət haqqında elmi biliklərin sintezatorudur
(6,
s. 367). Kulturoloji biliklər fəlsəfəni, tarixi, ədəbiyyati kulturoloqlar
üçün əlçatan etsə də, peşəkarların daxili təvazökarlığı və altruiz-
mi öz sözünü deyir. Kulturoloqların pasportu sayılan humanizm,
təvazökarlıq, altruizm, tolerantlıq həm də Azərbaycan multikul-
turalizmini formalaşdıran keyfiyyətlərdir. Fəxr edərək ağızdolusu
danışdığımız tolerantlıq və multikulturalizm ənənəsinin kökündə
kulturoloji biliklər və bu sahə üzrə fəaliyyət göstərən elm və təhsil
ocaqları durur. Ona görə də sözügedən istiqamətdə fəaliyyət
göstərən təşkilatların fəaliyyəti genişləndirilməli, kulturoloq ixtisaslı
kadrların hazırlanması və onlardan təyinatı üzrə istifadəyə xüsusi
diqqət yetirilməlidir. Həmin elmi, pedaqoji müəssisə və təşkilatların
hər bir əməkdaşı birinci növbədə mədəniyyətə
aid ilkin biliklərə
sahiblənməli, xüsusilə kulturologiya və mədəniyyət anlayışlarının
hansının terminoloji baxımdan işlədilməsi aydınlaşdırmalı, tərifini,
predmetini, funksiyalarını, etimologiyasını bilməli və bundan son-
ra müəyyən söz haqqına yiyələnə və ümumi işimizin xeyirinə po-
lemikalarda iştirak edə bilərlər. Çox təəssüf ki, kulturologiya üzrə
nəzəri bilikləri yuxarıda sadalanan səviyyədə belə olmayan bəzi
kadrlar var ki, onlar da müəyyən vəzifə və elmi şuralarda ixtiyar
sahibləridir. Belə təqdirdə, təbii ki, konyunktura və diletantlıq ixtisa-
sını sevənlər həqiqi kadrlar üçün amansız maneəyə çevrilir, həyat
şərtlərinin mürəkkəbliyi də bu cür reallıqları loyallaşdırır. Nəticədə
elmimiz itirir və yunan filosofu Epiktetin – “Heç vaxt cahillər qar-
şısında özünü filosof adlandırma – əgər cahillər fəlsəfi məsələlər
haqqında söz açırsa, susmağa üstünlük ver. Cahillərlə müdriklik
qaydalarını
müzakirə etmə, lakin həmin qaydaları mükəmməl qav-
ramısansa, öz hərəkətinlə göstər” (8, s. 58) – nəsihəti ilə razılaşmaq
məcburiyyətində qalırıq. Baza təhsilli həqiqi kulturoloqlar onsuz da
başqa universitetlərdə işləmək üçün iddialı deyillər, buna can at-
mırlar. Onlar taleyini bitirdikləri universitetə bağlayıb sevdikləri işi
davam etdirmək və qazandıqları uğurları ilə sevinmək, yaşamaq və
yaratmaq istəyirlər. Bu şərəfl i işdə onlara dözüm, iradə, səbir, dile-
tantlara isə mütaliə və kulturologiyanın konseptual anlamını arzu-
layırıq!
88
Mədəniyyət.AZ / 9 • 2016
Ədə biy yat:
1. A.Şükürov. “Kulturologiya”. Adiloğlu nəşriyyatı, Bakı – 2003.
2. S.Xəlilov. “Mənəviyyat fəlsəfəsi”. Azərbaycan Universiteti, Bakı – 2007.
3. N.Mehdi, D.Mehdi. “Fəlsəfə tarixində fəlsəfə”. Qanun nəşriyyatı, Bakı – 2005.
4. N.Abbas, R.Həsənov. “Nəsirəddin Tusinin müdriklik fəlsəfəsi”. ADMİU nəşriyyatı, Bakı – 2013.
5. F.İsmaylov. “Klassik psixoanalizin əsasları”. Bakı – 2003.
6. F.Məmmədov. “Kulturologiya”. Çıraq nəşriyyatı, Bakı – 2008.
7. N.Abbas. “O.Hançerlioğlu. Düşüncə tarixi” (tərcümə) ADMİU nəşriyyatı, Bakı – 2014.
8. Y.Rüstəmov. “Fəlsəfənin əsasları”. Dərslik, Bakı – 2004
9. Z.Bağırov. “Fəlsəfə sxemlərdə” Elm nəşriyyatı, Bakı – 2009.
Summary
In the article, actual problems of culture and culturological de-
velopment are considered, right understanding and solution of
which, by the scheme of the author, opens a way to the compre-
hension
of truth, achievement of stable human development and
growth of people’s life quality, increase of international aff airs
culture, harmonization of cultures and civilizations in the West
and in the East.
Key words: cultural human, wisdom, culture, virtue, moral, va-
lues.
Резюме
В статье даются сведения об этимологии понятия культуры и
культурологии . О культурологии даются сведения и толкования,
именно поэтому ее желателно исползовать в разговорной речи.
Ведуюшую рол в преподовании культурологии играет Азербайд-
жанский Государственный Университет Культуры и Искуств. Для
формирования общего уровня человека культурология имеет ре-
шаюшую рол.
Ключевые слова: культурный человек, мудрость, культура, честь,
мораль, ценности.