20
Mədəniyyət.AZ / 9 • 2016
...Açılış mərasimindən sonra festivalın ilk tamaşası –
Akademik
Milli Dram Teatrının “Ölülər”i oynanıldı. Ötən teatr mövsümündə
teatrın baş rejissoru Azər Paşa Nemətin quruluşunda premyera-
sı gerçəkləşən bu ikihissəli komediya Mirzə Cəlilin personajlarının
dəqiq təsviri baxımından qiymətləndirilə bilən tamaşalardandır.
Akademik Milli Dram Teatrının səhnəsinə ilk dəfə çıxmayan “ölülər”
və “dirilər” yeni yozumda, xarakterləri bir qədər fərqli detallarla açıl-
mağa cəhdlə təqdim edildi. Tamaşadan sonra çıxış edən Ə.Vəliyev
yaradıcı heyəti sənət uğuru və layiqli töhfə münasibətilə təbrik
edərək Mədəniyyət və Turizm Nazirliyinin xatirə hədiyyəsi ilə şəhər
rəhbərini
mükafatlandırdı. Öz növbəsində E.Usubov isə Şəki şəhər
İcra Hakimiyyəti adından rəmzi mükafatı tamaşanın quruluşçu rejis-
soru Azər Paşa Nemətə təqdim etdi. Akademik Milli Dram Teatrının
şəhərə hədiyyəsi teatrın tarixindən bəhs edən ikicildlik nəşr, “Ölülər”
tamaşasının afişa və proqramı oldu.
TÜRKSOY toplantısı və ərəb qadınlarının
“Mirvari günləri”
Şəkinin bu il türkdilli dövlətlərin “Mədəniyyət paytaxtı” elan
edilməsi festivalın əhəmiyyətini daha da artırmışdı. “Üç məkan” II
Şəki Beynəlxalq Teatr Festivalının ikinci gününün ilk yarısında 2016-
cı ilin Şəki şəhərinin türkdilli dövlətlərin mədəniyyət paytaxtı elan
edilməsi ilə əlaqədar və festivalın xassəsinə uyğun olaraq TÜRKSOY
Teatr Direktorları Şurasının V toplantısı baş tutdu.
Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un ortaq dilli, mədəniyyətli
xalqlar arasında əlaqələrin genişlənməsi və dünyaya açıq olması
istiqamətində reallaşdırdığı tədbirlərdən biri kimi “Üç məkan”
festivalı çərçivəsində TÜRKSOY Teatr Direktorları Şurasının V
toplantısı bu əhəmiyyətə daha bir töhfə verdi. “Mədəniyyət paytaxtı”
ili çərçivəsində TÜRKSOY xəttiylə bir sıra layihələr gerçəkləşib. Və bu
ildən etibarən şurada Azərbaycanı S.Rəhman adına Şəki Dövlət Dram
Teatrının direktoru Hikmət Nəbili təmsil edir. Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı
toplantıda diqqətə çatdırdı ki, təşkilatın nəzdində Teatr Direktorları
Şurası 2011-ci ildə yaradılıb. Ötən müddət ərzində türkdilli ölkələrin
dramaturqlarının pyeslərindən ibarət 2 almanax çap olunub.
Üçüncü almanaxda isə uşaq pyeslərinə yer ayrılması planlaşdırılır.
TÜRKSOY-da təmsil olunan və təmsil olunmayan türkdilli ölkələr
arasında dramaturgiya və rejissor mübadiləsi aparılıb, dramaturqlar
arasında müsabiqə keçirilib. Türkiyənin Adana şəhərindəki Çukurova
Universitetində gənc qazax dramaturqu Oljas Janaydarovun müasir
gənclərin həyatından bəhs edən “Rəqslər, üstəgəl”
pyesinə həmin
universitetin azərbaycanlı professoru Cahangir Novruzov quruluş
verib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru
Nicat Kazımov isə Moldovanın Dionis Tanasoğlu adına Qaqauz Milli
Teatrında türk yazıçısı Əziz Nesinin “Öldür məni, can-ciyər” pyesini
tamaşaya qoyub. TÜRKSOY-un qərarı ilə “Kitabi-Dədə Qorqud”
dastanının 12 boyu üzrə 12 ölkədə teatr tamaşasının hazırlanması
işləri də uğurla davam edir – artıq 8 boy səhnələşdirilib.
* * *
Axşam isə S.Rəhman adına Şəki Dövlət Dram Teatrının
səhnəsində Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əhli Dubay Teatrı”
“Mirvari günlər” tamaşasını təqdim etdi. Müəllifi B.Abdullah, quru-
luşçu rejissoru Naci Əlhay olan tamaşada iki iştirakçı var. İkisi də
qadındır. Bədriyyə Əhməd və Budur Muhəmməd nəsibi acı tale ol-
muş iki qadını – hafizəsini itirmiş ananı və onun İngiltərədə balet
təhsili almış qızını canlandırmağa çalışdılar. Tamaşanın ovqatını
zəngin, amma qumarbaz ailə başçısı ucbatından həyatın
dibinə yuvarlanan dolanışıq, nostalji əhvallar, xatirələr, öv-
ladlıq borcu, vətən sevgisi və Qərbmeyilli peşə seçimi kimi
fərqli durumdan doğan mirvarisayaq,
başqa sözlə, göz yaşı
damlalarını andıran ab-hava təşkil edir. Ərəb dünyasının
teatr aləminə üz tutmasının özü bir fakt (tarixi ötən əsrin
50-ci illərindən başlasa da) kimi o dərəcədə maraqdoğuran
və təqdirəlayiqdir ki, tamaşanın bədii keyfiyyətlərinin, akt-
risaların plastikasının, artistizminin səviyyəsi barədə nəinki
tənqidi, hətta analitik fikir söyləmək də yersiz görünür.
Tamaşa bitəndən sonra S.Rəhman adına Şəki Dövlət
Dram Teatrının baş rejissoru Mirbala Səlimli və S.Vurğun
adına Azərbaycan Dövlət Dram Teatrının direktoru Ədalət
Hacıyev yaradıcı heyəti xatirə hədiyyəsi ilə mükafatlandır-
dılar.
l
l l d l
2
2
2
2
20
0
0
Mədəniyyət.AZ / 9 • 2016
21
Mədəniyyət.AZ / 9 • 2016
Festivalın ikinci günü həm də Mingəçevir Dövlət Dram Teatrın-
da İran İslam Respublikasının “Neğab Teatrı”nın “Kütləvi xoşbəxtlik”
(X.Təğianinin əsəri üzrə) tamaşası da oynanıldı.
“Gözəl güllər”in “Piy”i
“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının üçüncü günü
ukraynalı gənclərin ən yaxşı, teatral mənada, hoqqabazlıqları ilə
yadda qaldı. Xarkovun 5 yaşlı “Gözəl güllər” Müstəqil Teatrının
truppası,
demək olar ki, bütünlüklə pantomima, amma pantomi-
madan fərqli olaraq plastik həllə yox, bədənin müxtəlif üzvlərini
“dilləndirmək” tərziylə, komediya, absurd, komikslər janrında qu-
rulan tamaşalarının dramaturji materialını əsasən özləri düşünüb
tərtib edirlər. Festival çərçivəsində xarkovlu gənclər özlərinin ən
məşhur səhnə əsərlərindən olan “Piy” tamaşasını oynadılar və Şəki
teatrsevərlərinə əsl zövq yaşatdılar. Teatrın yaradıcılarından biri İqor
Klyuçnikin müəllifi olduğu “Piy” müasir
cəmiyyətin şərtlərinə uyğun-
laşıb aqressivləşən və uyğunlaşmayıb göylərə qovuşmağı üstün tu-
tan insanların həyat hekayətlərinin kaleydoskopudur. Bu kaleydos-
kopda yalnız hər gün baş verən, iştirakçısına çevrildiyimiz, müşahidə
etdiyimiz, yaxud xəbər tutduğumuz hadisələr
göstərilmir, həm də ola biləcəklər, gözlənilənlər
də təqdim olunur. 2013-cü ildə hazırlanan sati-
rik tamaşada müxtəlif sosial mətləblərə az qala
projektor işığı salınır.
Bu mətləblərə hakimiyyət
və maddi təminat hərisliyi, televiziyadan, so-
sial şəbəkələrdən asılılıq, ziyanlı vərdişlər və
bunlardan doğan kəmsavadlıq, dardüşüncəlilik,
mənəviyyatsızlıq, məhəbbəti ötəri hisslə səhv sal-
ma, məzmunsuz yaşam tərzi, müasir cəmiyyətin
artıq nəsnələri və məşğuliyyətləri aid edilir. Au-
dio eff ektlərlə müşayiət olunan komiks plas-
tik etüdlərlə zəngindir. Tamaşanın doğurduğu
təəssüratlardan biri rus dilindəki məşhur “С жиру
бесится” (“Qudurasan, qurbağa”)
deyiminə necə
kökləndisə, daha o kökdən düşmədi.
Teatrın truppası festivalın diplomu və şəhər icra hakimiyyətinin
xatirə hədiyyəsi ilə təltifl əndi.
Gürcüsayaq yuğlama
Festivalın dördüncü günü Şəki Dövlət Dram Teatrının səhnəsində
“Ev yiyəsi və qonaq” əsərinin nümayişi məhz bu anımı doğurdu. Gür-
cüstan Respublikasının Axmeteli adına Tbilisi Dövlət Dram Tetrının
quruluşunda Vaja Pşavelanın əsərinin səhnə quruluşu yaddaqa-
lan oldu. Rejissoru İrakli Qogiya olan tamaşada söhbət qan davası
ənənəsi ilə qonaqpərvərlik səciyyəsinin sözün məcazi və müstəqim
mənalarında qarşıdurmasından gedir. Rus klassikləri tərəfindən
bir neçə dəfə rus dilinə, həmçinin Avropa dillərinə tərcümə edilən,
kinematoqrafçıların sevimli mövzusuna çevrilən “Ev yiyəsi və qo-
naq” poeması əsasında İrakli Qogiyanın ustalıqla hazırladığı
tamaşa
əsərin daşıdığı pritça yükünü yarı yolda yerə atmadı, sonadək daşı-
yıb mənzilbaşına çatdırdı.
Dekorasiyasında gürcü sənət adamlarına xas müstəsna yaradı-
cı yanaşma (güzgü eff ekti, epik poemaya uyğun qədimi
dekorasiya və libasların və ifadəliliyi) aktyor ifasında və
deməli, rejissor yozumunda isə savadlılıq və məsuliyyət
olan səhnə əsəri bədii mətnin təsvirini deyil, belə demək
mümkünsə, düzgün mütaliəsini və fərdi qavrayışını çat-
dırdı. Tamaşada rolları gənc nəslə mənsub aktyorlar çox
məharətlə ifa etdilər. Belə gənclərdən biri Musa rolunun
ifaçısı, səhnədə canlandırdığı personajın şərti təyinində
kəndin ağsaqqalı olan Georgi Miqriaulidir (gerçəklikdə
çox şən, söhbətcil gürcü gənci): “Əslində Musa perso-
naj, surət yox, o epoxanın çox pis tərəfidir.
Bütün ta-
maşa əsərin qanadlı kəlamı olan “evindəki qonaq qan
düşməninsə də, ona hörmət əskik olmamalıdır” cümləsi
üzərində qurulub. Tamaşa ucqar gürcü kəndlərində,
həmçinin Pşavelanın doğulduğu Çarqalidə və elə mənim
də kəndimdə oynanılıb. Pşavelanın yaratdığı bu möcüzə
hər bir gürcü üçün doğma, yaxın mövzudur. Poemada
təsvir olunan anlayışlar bu gün də Gürcüstanda aktualdır