18
Mədəniyyət.AZ / 9 • 2016
“Üç məkan”
II Şəki Beynəlxalq Teatr
Festivalının möcüzələri
Teatr sənətinin yaşı həyatın, insan yaşamının özü qədər qədimdir.
Bu “zərif bədheybət” (A.Blok) haqqında çeşid-çeşid hikmətli
sözlər, sərrast fikirlər mövcuddur. M.K.Atatürk onu “əqlin aynası”,
V.Mayakovski “aynadan daha artıq olan böyüdücü şüşə, A.Gertsen
“həyat məsələlərinin həllindən ötrü ali instansiya”, F.Şiller “qəlbimizin
dumanlı şəkildə duyduqlarını yüksək səs və parlaq obrazlarla təqdim
edən qüvvə” adlandırıb. Və bütün by epitetlər “teatr” adlı möcüzəyə
çox yaraşır. Bu möcüzənin paradı baş tutanda – festival keçiriləndə,
başqa sözlə, bütün sadalanan və sadalanmayan epitetlərin bayramı
təşkil ediləndə isə möcüzənin təsir qüvvəsi genişlənir,
möcüzələr
çoxalır.
7 ölkənin 3 səhnəsi
Eynilə sentyabrın 15-dən 24-dək davam edən “Üç məkan” II Şəki
Beynəlxalq Teatr Festivalı kimi. Mədəniyyət və Turizm Nazirliyi, Şəki
şəhər İcra Hakimiyyəti və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə
iki ildən bir baş tutan festivalımız, deyəsən, doğrudan da, möcüzə
səciyyəsini bütünlüklə doğrultmaq əzmindədir. Elə təkcə onu qeyd
etmək yetərlidir ki, 2014-cü ilin sentyabr ayında
Şəkidə keçiril-
miş I festivalda yerli teatrlardan başqa, cəmi 2 əcnəbi teatr –
B.Basanqov adına Kalmıkiya Milli Dram Teatrı və Q.Musrepov adına
Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı iştirak edirdisə
və bu, beynəlxalq statuslu festival üçün çox az idisə, budəfəki fes-
tivalın coğrafiyası daha geniş idi və bu, teatralları sevindirməyə
bilməzdi. Beləliklə, bu il hər cəhətdən cazibədar Şəki torpağında
Azərbaycan teatrları ilə yanaşı, bir neçə ölkənin teatr “karnavalı”nın
iştirakçısı olduq.
Bunlar Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, İran və
TEATRAL ŞəKI
TEATR
19
Mədəniyyət.AZ / 9 • 2016
Birləşmiş Ərəb Əmirlikləri idi. Və “festival” anlamının, teatr sənətinin
əhatə dairəsinin, təsir qüvvəsinin məkanları məzmunlaşdırmaq
missiyasını doğruldaraq festivalın üç məkanda – Şəki, Mingəçevir
və Bakıda bərqərar olması nəzərdə tutulmuşdu. Təəssüf ki, üçüncü
məkanı – Bakının Musiqili Teatrının səhnəsini məzmunlaşdırmaq
alınmadı; ayın 20-si axşam məlum oldu ki, Bakıda – Musiqili Teatr-
da Elçinin “Şekspir” pyesi əsasında Məlahət Abbasovanın hazırladı-
ğı eyniadlı tamaşa ilə sentyabrın 22-23-ü tarixlərində çıxış
etməsi
nəzərdə tutulan İstanbul Böyükşəhər Bələdiyyəsi Teatrının truppa-
sı Türkiyədəki siyasi vəziyyət ucbatından səfərə çıxa bilməyəcək.
Ümumiyyətlə isə festivalın proqramına Akademik Milli Dram Te-
atrının “Ölülər”, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Te-
atrının “Yeddi gözəl” (Mingəçevir), A.Şaiq adına Azərbaycan Dövlət
Kukla Teatrının “Zəng”, S.Rəhman adına Şəki Dövlət Dram Teatrının
“Vaqif”, Gəncə Dövlət Dram Teatrının “Dəli yığıncağı” (Mingəçevir),
S.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrının “Ev yiyəsi və qonaq”,
N.Dumbadze adına Professional Dövlət Gənclər Teatrının “Sevilya
bərbəri”, Ukraynanın “Gözəl güllər” teatrının “Piy”, Moskvanın “Triks-
ter” teatrının “Bədən üzvləri”, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əhli
Dubay Teatrı”nın “Mirvari günlər”, İran İslam Respublikasının “Neğab
Teatrı”nın “Kütləvi xoşbəxtlik” (Mingəçevir) və İstanbul Böyükşəhər
Bələdiyyəsi Teatrının “Şekspir” (Bakı) səhnə əsərləri daxil idi.
* * *
“İl ərzində bir neçə beynəlxalq statuslu mədəniyyət tədbirinə
ev sahibliyi edən Şəkinin ictimai həyatında beynəlxalq teatr festi-
valının ayrıca yeri var”. Bu fikri tədbirin açılış
mərasimindən öncə
S.Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilən brifinqdə Şəki
şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov səsləndirdi və 2705
yaşlı Şəki şəhərinin təkrarsız təbiəti ilə birgə özünəxas mədəniyyət
ənənələrinin ölkənin strateji dayanıqlığına öz töhfəsini layiqincə verə
bilmək imkanı yaradıldığına görə Mədəniyyət və Turizm Nazirliyinə
dərin təşəkkürünü ifadə etdi. Nazir müavini Ədalət Vəliyev nazir
Əbülfəs Qarayevin ən xoş arzularını çatdırdı. Şəki Beynəlxalq Teatr
Festivalının artıq ikinci dəfə baş tutmasını Şəki şəhər rəhbərliyinin
və Mədəniyyət və Turizm
Nazirliyinin birgə təşəbbüs, müzakirə və
səylərinin nəticəsi olduğunu, festival proqramının tərtibatına heç bir
məhdudiyyət qoyulmadığını vurğuladı.
Festivalın milli teatrın, milli dramaturgiyanın
yaranmasında əvəzsiz xidmətlər göstərmiş Mirzə Fətəli
Axundzadənin vətənində, illər sonra isə SSRİ kimi böyük
dövlətin teatr məkanında müstəsna yeri olan və bu gün də
həmin ənənəni layiqincə
davam etdirən Şəki şəhərində
keçirilməsinin məqsədəuyğunluğu vurğulandı.
Hər iki natiq Şəki Beynəlxalq Teatr Festivalının uzunömürlü ola-
cağını söylədi. Moskvalı teatrşünas, teatra aid bir neçə mətbu or-
qanının məsul şəxsi, Rusiya Federasiyasının Əməkdar mədəniyyət
işçisi Valentina Fyodorova və Səudiyyə Ərəbistanından təşrif buyur-
muş teatr rəhbəri İbrahim Əssirinin də iştirak etdiyi mətbuat konf-
ransının yekununda E.Usubov bu cür
yüksək səviyyəli mədəniyyət
tədbirlərinin keçirilməsi və ümumiyyətlə, mədəni dəyərlərimizin qo-
runmasına görə prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirdi.
Brifinqdən sonra qonaqlar və iştirakçılar ümummilli lider Heydər
Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
“Ölülər”i bir daha diriltmək cəhdi
Nəhayət, ərəfə sevinci, rəsmi hissə əhvalı arxada qaldı. Teatr
bayramı anları ilə dolub-daşmaq məqamı gəlib yetişdi.
Haşiyə. Burda bir məqama toxunmadan keçə bilmirəm.
Festivalın elə ilk günü təsadüfən tanış olduğum, peşəsi,
fəaliyyət dairəsi teatr sənətindən çox-çox uzaq gənc bir
xanımla söhbətimiz şəkililərin
teatra məhəbbətinin içdən
gəldiyinə, yeni nəslin heç də bütün nümayəndələrinin əyləncə,
boş vaxt keçirmək maraqlarının düşünməkdən azad edən
vərdişlərdən ibarət olmadığına, bunun kütləvi hal almadığına
bariz sübut idi.