22
Mədəniyyət.AZ / 9 • 2016
– qonaq, onun təhlükəsizliyi bizim üçün müqəddəsdir”.
Tamaşadan sonra gürcü truppası
Mədəniyyət və Turizm Nazirli-
yinin adından və teatrşünas Aydın Talıbzadənin təqdim etdiyi diplom,
Şəki şəhər İcra Hakimiyyəti adından isə xatirə hədiyyəsi ilə müka-
fatlandırıldı.
Festival çərçivəsində ikinci tamaşa – Gəncə Dövlət Dram Teat-
rının “Dəli yığıncağı” tamaşası Mingəçevir Dram Teatrında təqdim
olundu.
“Trikster”in özü və kölgəsi
“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının bütün tama-
şaları Şəki teatralları tərəfindən gerçək, səmimi maraqla qarşıla-
nırdı. Teatr bayramının növbəti qonaqları isə dünyanın ən teatral
məkanlarından biri olan Moskvadan təşrif buyurmuş “Trikster” teatrı
idi. Onların işıq, kölgə, xoreoqrafik elementlər və fəlsəfi mətləblərlə
zəngin “Bədən üzvləri” səhnə əsəri də tamaşaçıları biganə qoymadı.
Müstəqil teatr “Trikster”, demək olar ki, ilkin teatr truppaları tərzində
fəaliyyət göstərir. Amma məşqlər üçün daimi məkanların
olmama-
sı yaradıcı axtarışlara, səhnə əsərlərinin kəmiyyət və keyfiyyətinə
təsir etmir. Teatrın yaradıcılarından biri, Blez Paskaldan yararlanıb
“Bədən üzvləri” tamaşasının müəllifi və rejissoru kimi çıxış edən
Vyaçeslav İqnatov və tamaşanın xoreoqrafı, artistin səhnədəki fiziki
mövcudluğuna gözəl baxış bucağı olan Denis Boroditski bacarıq və
düşüncələrini kinematoqrafik xassəli kölgə teatrı ilə birləşdirərək
baxımlı əsər ərsəyə gətiriblər. Bu əməkdaşılıq ilk dəfə olsa da, Vya-
çeslavın verdiyi ideya Denis tərəfindən dəqiq anlaşılıb. Qeyri-ənənəvi
kontemporari, fiziki, modern yönümlü teatr olan “Trikster”in bu ta-
maşası, müraciəti istənilən problemin öz-özünə, vahid məkanın ay-
rılıqda götürülmüş bir nöqtəsində, məsələn, ayaqda və ya əldə baş
vermədiyini, hər bir problemin bədənin baş adlanan hissəsində ya-
randığını çözələyən müasir pritçadır. Əvvəl fikir yaranır, sonra ideya,
daha sonra hərəkət və bu hərəkətin necə olacağını bizim başımız
həll edir. Adı “Trikster”, yəni istənilən vəziyyətdən ustalıqla çıxa bilən
real və qeyri-real şəxs, varlıq (məsələn,
Xoca Nəsrəddin, Neznayka,
üç muşketyor və s. kimi) olan teatrın kollektivi üçün bu, çətin sayıla
bilməz.
Şəki festivalı çərçivəsində nümayiş etdirdikləri “Bədən üzvləri”
tamaşasından sonra kollektiv Mədəniyyət və Turizm Nazirliyinin
və Şəki şəhər İcra Hakimiyyətinin adından diplom və
hədiyyələrlə mükafatlandırıldı. Mükafatları S.Vurğun
adına Rus Dram Teatrının direktor müavini Valentina
Reznikova və icra hakimiyyətinin aparat rəhbəri Daşqın
Mikayılov təqdim etdilər.
“Sevilya bərbəri” uşaqlar üçün oxudu
Bəli, məhz belə. II Şəki Beynəlxalq Teatr Festivalı-
nın iştirakçılarından biri olan Tbilisinin N.Dumbadze
adına Dövlət Uşaq Gənclər Teatrı (Gənc Tamaşa-
çılar Teatrı) C.Rossininin məşhur operasına kukla
teatrı janrında nəinki uşaqlar üçün uyğun formatda
quruluş verib, hətta beş ildən bəri müxtəlif ölkələrdə
oynanılan opera tamaşasının məzmunu həmin ölkənin kiçikyaş-
lı teatrsevərlərinin doğma dilində yazılmış fonoqramla səslənir və
təsəvvür
etmək çətin deyil ki, necə böyük maraqla qarşılanır. Şəki
məktəbliləri də Sevilya bərbərinin iki sevən gənci – Rozina ilə qraf
Almamivanı nikah telləri ilə birləşdirmək təşəbbüslərini maraqla
izlədilər. Həm də təkcə onlar yox, elə böyüklər də – ağlı kəsənlərin
macəralarına ağlı kəsməyənlərin və ya yenicə kəsməyə başlayan-
ların gözləriylə baxmaq başqa aləm idi. Və bu “başqa aləm” ifadəsi
bu dəfə əlavə, daha gözəl təsir qazanmışdı. Tamaşanın, daha doğru-
su, maarifl əndirmə layihəsinin ideya müəllifi və prodüseri isə işinin
peşəkarlarından olan Quri Zakareişvilidir. Batono Quri çox doğru ola-
raq o qənaətdədir ki, klassik musiqiyə
qulaq asmaq vərdişli uşaqlar-
dan heç bir vəchlə cəmiyyətə ziyanlı vətəndaş yetişə bilməz. Məşhur
operanın 40 dəqiqəlik kukla tamaşasında zal ağzına qədər uşaqlarla
dolu idi. Balaca teatralların sonsuz maraqla izlədikləri tamaşadan
sonra təqdim etdikləri gül dəstələri qucaqlarına sığmayan aktyorlar
Mədəniyyət və Turizm Nazirliyi və Şəki şəhər İcra Hakimiyyəti adın-
dan diplom və mükafatlara layiq görüldülər.
Həmin gün Mingəçevir Dövlət Dram Teatrında S.Vurğun adına
Rus Dram Teatrının “Yeddi gözəl” poemasının motivləri əsasında
olan eyniadlı tamaşası da nümayiş etdirildi.
“Zəng” kimin üçün çalınır və “Yeddi gözəl”in
Litva çaları
23
Mədəniyyət.AZ / 9 • 2016
Sentyabrın 21-də S.Rəhman adına Şəki Dövlət Dram Teatrının
səhnəsində iki tamaşa oynanıldı. Gündüz seansında A.Şaiq adına
Azərbaycan Dövlət Kukla Teatrının “Zəng” adlı sözsüz monota-
maşası təqdim olundu. Teatrın baş rejissoru Qurban Məsimovun
quruluşundakı tamaşada tənha yaşayan Böyük Vətən müharibəsi
veteranının sarsıntılarından bəhs olunur. “Zəng” Qurban Məsimov
dəstxətinin nikbinliyi, şirin istehzası ilə aktyor Rəhim Rəhimovun ifa-
sının həzinliyinin və sadədil yumorunun vəhdətindən ibarət, məramı
qənaəti bölüşüb və ismarıcı çatdırmaq olan səhnə əsəridir.
Nədir bu
qənaət və ismarıc? Tamaşanın müəllifi birdən-birə bir neçə mətləbə
diqqət çəkir – həm şərəfl i ömür yolu keçmiş ahıl bir insanın tənhalıq,
gərəksizlik məngənəsində sıxılmasının yolverilməzliyinə, həm də,
ümumiyyətlə, insan tənhalığının acılığına. Ömür-gün yoldaşı haqq
dünyasına qovuşandan sonra xiff əti daha da artan Qoca nostalji ov-
qatlarını müvəqqəti, aldadıcı ovutmalardan bezib, yorulub çıxış yolu-
nu intiharda görür... lakin nə yaxşı ki, ən son an yetişməmiş çoxdan
bəri susan telefon zəng çalır.
Litvalı rejissor Yonas Vaytkusun S.Vurğun adına Azərbaycan
Dövlət Rus Dram Teatrında qoyduğu “Yeddi gözəl” poemasının dram
tamaşası savadlı, səliqəli, məsuliyyətli və nə qədər təəccüblü, qəribə
olsa da, Nizami yaradıcılığı ilə ilk təmasına baxmayaraq böyük şair
və mütəfəkkiri anlayan və sevən fabula və forması
ilə yadda qal-
dı. Poemanın ilk dram tamaşası olaraq bu layihə yalnız ilkliyi deyil,
həm də və ən əsası – seçilmiş mövzuya layiqliyi ilə diqqəti cəlb edir.
Nizami dühasının ölməz incisini Bakı səhnəsində tamaşaya qo-
yandan sonra Y.Vaytkus bu əsəri Litva teatrında da səhnələşdirib.
Yeddi gözəlin, demək olar ki, bütün hekayətləri inandırıcı və təsirli
olmağın öhdəsindən gəldi. Bu təəssürat isə yalnız vahid kollektiv
əməyin sayəsində baş verən uğurdan doğa bilər . Rus Dram Te-
atrının “Yeddi gözəl” tamaşasının yaradıcı heyətinin hər bir üzvü
Nizamiyə fərdi münasibəti, özəl sevgi, ehtiram, maraq və anlama
cəhdini şəxsi çərçivəsi ilə kiçiltmədi, hər kəs bacardığı
qədər dünya
mədəniyyətinin dahi şair və mütəff əkkirinin sanbalına yekdil töhfə
verməyi bacardı. Və tamaşanın məhz bu cəhəti, yekdil yanaşmadan
sapınmaması onun uğurunu təmin edir.
Şəki festivalındakı tamaşa ilə eyni günə təsadüf edən premyeraya
görə rejissor festivalda iştirak edə bilmədi.
Tamaşalardan sonra yaradıcı heyət Mədəniyyət və Turizm Na-
zirliyinin və Şəki şəhər İcra Hakimiyyətinin diplom və hədiyyələri ilə
mükafatlandırıldılar.
“Üç məkan”ın daha geniş məkanlarınadək
II Şəki Beynəlxalq Teatr Festivalı teatr tariximizdə işıqlı
səhifələrdən birinə çevrildi. Festivalın sonuncu günü teatrsevərlərlə
görüşə ev sahibi olan S.Rəhman adına Şəki Dövlət Dram Teatrı
çıxdı. Mərdan Feyzullayevin dəqiq və diqqətli rejissor yanaşmasında
və mükəmməl quruluşunda ərsəyə gələn Səməd Vurğunun “Vaqif”
dramının yeni yozumu tamaşaçılar tərəfindən müvafiq reaksiya ilə
qarşılandı. Moskvada fəaliyyət göstərən “Dərviş” Teatrının rəhbəri
Mərdan Feyzullayev Səməd Vurğun poetikasının təkrarsızlığını
qətiyyən azaltmadan, yalnız əsərin qadın personajlarını ixtisar
edərək mənzum dramın orijinal versiyasının
süjet xəttindəki haça-
lanan cizgiləri görməyi və cəsarətlə əsas süjetə çevirməyi bacarma-
sı ilə dövrünün ən məşhur dram əsəri olan “Vaqif”in yeni səhifəsini
yazdı desək, yanılmarıq.
Tamaşadan sonra baş tutan festivalın bağlanış mərasimində çıxış
edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov beynəlxalq
teatr bayramının təşkilati işlərində səylərini əsirgəməyən hər kəsə
təşəkkürünü bildirdi. Teatrın kollektivi şəhər icra hakimiyyəti adından
xatirə hədiyyəsi, Mədəniyyət və Turizm Nazirliyinin adından festivalın
diplomu ilə təltif edildi. Şəki şəhər İcra Hakimiyyətinin Mədəniyyət
və Turizm Nazirliyinə ünvanlanmış xatirə hədiyyəsi qurumun teatr
sektorunun baş məsləhətçisi Vəfa Novruzovaya təqdim edildi.
Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Şəki
şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Üç məkan” II Şəki
Beynəlxalq Teatr Festivalı teatr sənətimizin sabahına, beynəlxalq
əməkdaşlığa
və deməli, yeni-yeni festivallara gözəl mənzərə açaraq
başa çatdı. Bu mənzərədə çeşidli möcüzələri görmək və göstərməyə
təpərli olmaq ümidi ilə...
Samirə Behbudqızı
2
2
3
3
3
3
2
Mədəniyyət.AZ / 9 • 2016