M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə41/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
Məşğələnin  gedişi:
Məşğələ  oyun  xarakterli  aparılır,  məşğələyə qonaq  gəlmiş 
dovşan və ayı düzbucaqlı kardonlar (akvarium daşıyırlar).
Tərbiyəçi:  «Salam  əziz  avıcıq,  məşğələyə  xoş  gəlmisiz. 
Əlinizdəki nədir? Siz na daşıyırsımz?».
Oyuncaq  ayı:  «Biz balıqlar üçün akvarium almışıq.  Balıq­
ları  isə  bilmirik  hardan  götürək.  Biz  istəyirik  ki,  akvariumda 
çoxlu rəngli balıqlar olsun».
Tərbiyəçi:  «Uşaqlar  biz  uzunqulaq  dovşana  və  oyuncaq 
ayıya kömək edə bilərikmi?».
Uşaqların  cavabından  sonra,  tərbiyəçi  deyir:  «lJşaqlar  lap 
yaxşı,  demək siz belə  qərara gəlirsiniz  ki,  onlara kömək edə bilər­
siniz yəni, müxtəlif istiqamətlərdə üzən balıqlar çəkə bilərsinizx.
Oyuncaq  ayı:  «Biz  çox  istəyirik  ki.  müxtəlif xallı,  cizgili 
və ııöqtəli balıqlar olsun.  Uşaqlar belə rəngliyə bilərsinizmi?».
Tərbiyəçi:  «Mən  indi  balıqları  sizin  istədiyiniz kimi  rong- 
ləvəcəm.  Uşaqlar, siz də əvvəcə baxın,  sonra isə istədiyiniz kimi 
müxtəlif cür  rəngləyin  (tamamlanmamış  nümünəlari  lövhə  üzə­
rində  yerləşdirmək).  Mən  əvvəlcə,  halığın  quyruğunu  və  üzgəc­
lərini  çəkirəm:  bax  belə.  Balığın  belindəki  üzgəci  mən  fırçanın 
xovunu əyərək, bax beləcə bir-birinə sıxılmış əyri-əyri  yaxmalar 
(fırça ilə basma) çəkməklə uzun və dişli üzgəc alıram.  Aşağıdakı 
üzgəclər  qısadır,  ona  görə  fırçanı  2  dəfə  basmaq  kifayət  edir. 
Balığın quyruğunu da əyri yaxmalarla çəkmək olar.
Balığın  üzgəclərini  çəkmək  üçün  arzu  edən  uşaqlardan  bi­
rini  lövhəyə, dəvət etmək.
Ardınca,  uşaqların  hirindon  balığı  necə  rəngləməyi  soruş­
maq  (yaxmalarla,  qırıq  xətlərlə  və  s).  Beləliklə,  hər  3  balığı 
müxtəlif  cizgilərlə:  cprıq  xətlər,  yaxmalar  və  nöqtələrlə  rəng­
ləmək.
Tərbiyəçi  ardınca  oyuncaq  ayı  və  dovşana  müraciət  et­
məklə:  -   «Sizin  akvariumda  belə  balıqların  olmasını  istəyirsi­
niz?  Müxtəlif istiqamətdə  üzən  balıqların  müxtəlif rənglə  rəng- 
131


Təsvın sənət və onun tədrisi metodikası
landivini görürsünüz.  Bir baxın, bu balıqlar sağa, bunlar isə sola, 
bir baxın bu  isə  yuxarı,  bu da aşağı  üzür.  Uşaqlar,  böyük  kağız­
da  işləyənlər 3-4 balıq, kiçik kağızda işləyənlər isə  1-2  balıq  çə­
kə  bilərlər.  Balıqları  vərəqin  üzərində  elə  yerləşdirmək  lazımdır 
ki, onlar sıxılmasın.».
Daha sonra tərbiyəçi, bəzi  uşaqlardan  nədaıı başlayacaqla­
rını, necə işləyəcəklərini soruşaraq bir daha balıqları yerləşdirmə 
texnoloqiyasıııı  izah edir.
İş  prosesində,  uşaqların  işinə  nəzarət  edir,  lazım  gəldikdə 
fərdi  yanaşır,  buraxılan  səhvləri  üzə  çıxardır,  səbəbini  açıqlayır 
və düzəliş yolları üçün məsləhətlər verir.
Balıqlar  çəkildikdən  soııra,  uşaqlara,  akvariumun  dibində 
dəniz  yosunları  çəkməyi  təklif edir,  əyri  yaxmalarla  yarpaqlar 
çəkməyi  izah  edir,  həmçinin  akvarumun  dibində  san  qum  və 
daşlar çəkilir.
Məşğələnin  sonunda,  uşaqların  əl  işləri  kardon  akvariu­
mun.  iç  və çöl  divarlarına  bərkidilir.  Ardınsa.qonaq  gələn oyun­
caq ayı və dovşana müraciətlə:  -  «Görürsünüz, sizin akvariumda 
nə  qədər  çoxlu balıqlar  üzür? Üzən balıqlar  sizin  xoşunuza  gəl- 
dimi?».  Oyuncaqların  dili  ilə  uşaqlann  çəkdikləri  balıq təsvirlə­
rini qiymətləndirir (rəngi, üzgəcləri).
II  variant,  (kompleks  məşğələ)  rəsm yapma  və  aplikasiva 
işi. (qnıplara bölünmə)
MƏŞĞƏLƏ 5
Yapma. «Ordək  balalarını  gölə üznıəvə aparını.
Məqsəd:  Yapma  işində  ördəyin  xarakterik  əlamətlərini 
verməyi  öyrətmək:  bədən  və  baş  ovalvari  formalı,  enli  dimdik 
və  yastı  pəncələr;  ayrı-ayrı  yapma  işlərindən  kompozisiya  qur­
mağı  və  süjetli yapma bacarığını  mənimsətmək.  Gil  işi texnika­
sında əvvəllərdə  əldə  etdiklərini  möhkəmləndirmək (gili  bərabər 
və  müxtəlif hissələrə  bölmək  və  s.)  və  yeni  texniki  bacarıqlar
132


Təsvın sənət və onun tədrisi metodikası
mənimsətmək (dartma, sığallama, hamarlama, çimdiklamə və gil 
çubuğu ilo xırda, xarakterik  hissələrin alınması və s).
Vəsait: Tərbiyəçinin əlində oyuncaq, gildən və ya plastilindən 
yapılmış  müxtəlif  ördəklər,  üzərində  mavi  göl  yapışdırılmış  yaşıl 
vərəqlər. Uşaqlarda gil lövhəsi, gil (və ya plastilin) və gil çubuğu.
Tərbiyəçi uşaqlara ördəyi göstərərək soruşur:  -  «Bu nodir?» 
Cavab aldıqdan sonra:  «Düzdiir bu ördəkdir. Uşaqlar baxın, onun
ləri  də  enli  və  yastıdır,  barmaqların  arası  pərdəlidir,  bu ona,  suda 
pəncələrini vərdənəlayarək. asanca üzməyə kömək edir.  İndi isə bi­
zə qonaq gəlaıı ana ördəkdən soruşaq. Nə üçün o tanhadır?»
Ana  ördək:  -  «Mən  balalarımı  axtarıram,  istəyirəm  onları 
gölə üzməyə aparım, ancaq onları tapa bilmirəm.
Tərbiyəçi: 
«Uşaqlar.  gəlin  ana  ördəyə  kömək  edək,  onun
balalarını tapaq.  Əvvəlcə mən. ördək balasını yapacam, siz isə baxa­
caqsınız,  sonra  da  özünüz  yapacaqsınız.  Bunun  üçün  ıııən  baxın, 
əlimdəki gil parçasını beləcə ovcumda yumşaldıram, daha sonra onu 
böyük və kiçik hissələrə bölürəm. Böyük hissədən bədən yaparaq  uc 
hissəsini, yəni quyruğunu dartaraq alıram, daha sonra ördəyin bədə­
nini  hamarlayaraq sığallayıram bax beləcə.  Gördünüz,  uşaqlar ıııən 
əvvəlcə iki ovcum arasında kürə forması aldıııı daha sonra isə əlinidə 
vordənoloyorok. oval forması aldıııı. on sonda dartaraq balaca quy nıq 
düzəltdim.  Ördəy in bədəni hazırdır.  İndi nə çatmır? Düzdür,  qanad­
lan.  Bunun üçün ıııən. gil çubuğundan istifadə edirəm, baxın çubuğu 
beləcə əyərək ördəyin quyruğunu alıram. Uşaqlar bəs indii ördəyə nə
Məşğələnin  gedişi:
bədəni yumurtaya oxşayır, 
quyruğa  doğru  nazilir. 
Görürsünüz,  quyruğu  ne­
cə  balaca  və  iti  ucludıır? 
Başı  da  balaca yumurtaya 
oxşayır.  Baxın,  dimdiyi 
isə enli və yastıdır, pəncə-


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə