133
«Ön söz»d
əki aşağıdakı cümlələr fikrimizi təsdiq edir: «Azərbaycan xalqının
keç
mişini bilənləri, mücadiləsini həyata keçirənləri zaman əritməkdədir. O halda
g
ələcək nəsil bu mübarizəni necə və haradan öyrənəcəkdir? Bax, bu kitabları mənə
yazdıran bunlardır» (səh 11). H.Baykara daha sonra fikrini davam etdirərək yazır:
«Öz n
əsli ilə mücadilənin içində olan bir istiqlalçı üçün öz xalqının əsirlik
tarixini
yazmaq n
ə qədər acı isə, xalqının əsarətdən qurtarmaq üçün fəaliyyətini və
qurtuluşa inanmasını görmək də o qədər qürurvericidir. Sağlıq durumunun,
yaşımın və çevrəmin əlverişli olmadığı bir zamanda bu işi görmək dözümlü sinir
gücü ist
əyirdi… (səh.13).
Əlbəttə, mühacirət memuar ədəbiyyatı bir tərəfdən mücahidlərin həyat və
f
əaliyyətlərinin, onların yaşam və düşüncə tərzinin, daha dəqiq, dürüst
öyr
ənilməsində ilkin, maraqlı və mötəbər mənbədirsə, digər tərəfdən bütövlükdə
sovet rejimin
ə və bolşevik ideologiyasına qarşı mübarizə yolu və vasitələrinin
geniş öyrənilməsində mühüm məxəzdir.
Filologiya üzr
ə elmlər doktoru Almaz Həsənqızı «Mühacir yazıçı Məmməd
Altunbayın yaradıcılığında soyqırım məsələsi» adlı məqaləsində 1918-ci il mart
soyqırımından bəhs edərkən göstərir ki, həmin illərin hadisələri ilə bağlı ən doğru
m
əlumat yalnız hər cür senzura basqısından uzaq ölkələrdə yaşayan ziyalıların
siyasi v
ə bədii əsərlərində əks olunmuşdur. Həmin əsərlər XX əsrin dəqiq
m
ənzərəsini təsəvvür etməyə imkan verən qiymətli mənbələrdir. Müəllif yazır:
«Mühacir
ətdə yaşamaq zorunda qalan ziyalılar son nəfəslərinə qədər Vətənin
əsarəti ilə barışmadan mübarizə aparmış, xalqının çəkdiyi bütün acıları gələcək
n
əsillərə daha dolğun, doğru çatdırmaq üçün əllərindən gələni etmişlər. Onların
h
əm tarixi-kulturoloji, həm siyasi-tədqiqatlarında, həm də xatirələrində o dövrün
əsl mənzərəsi əks olunmuşdur”.( AMEA Folklor İnstitutu. Bakı, Elm və Təhsil
n
əşriyyatı, 2015. («Soyqırımlar xalq yaddaşında Beynəlxalq Elmi Konfransın
materialları. Bakı, 2 mart, 2015-ci il, 296 səh).
134
Biz yuxarıda Azərbaycan memuar ədəbiyyatının tədqiqi vəziyyəti, tarixi ilə
bağlı müəyyən fikirlər söyləmişdik. Mühacirət memuar ədəbiyyatına gəldikdə isə,
ayrı-ayrı tədqiqatçıların ara-sıra bu qəbildən olan irsə müraciətinə baxmayaraq,
küll halında mühacirət memuar ədəbiyyatının araşdırıldığını da iddia etmək olmaz.
Görk
əmli tədqiqatçı Elçin Əfəndiyev, mühacirət irsinin tanınmış
araşdırmaçıları Xaləddin İbrahimli, Vilayət Quliyev, Vaqif Sultanlı mühacirət
mövzusunda yazark
ən yeri gəldikdə, bəzi memuaristlərin yaradıcılığına da
toxunmuş, əsərlərə peşəkar münasibət bildirmişlər. Filologiya üzrə fəlsəfə doktoru,
dosent Nikpur Cabbarlı, «Azərbaycan mühacirət nəsri» kitabında ( Bakı, «Elm və
t
əhsil», 2011, 140 səh.) tədqiqat probleminə uyğun olaraq mövzuya daha dərindən
toxunmuş və Azərbaycan mühacirlərinin qələmə aldığı gündəliklərdən - memuar
ədəbiyyatından ətraflı bəhs etmişdir. KİV və elmi nəşrlərdə bir sıra digər
mü
əlliflərin də mühacirət memuar ədəbiyyatı nümunələri ilə bağlı maraqlı
m
əqalələri dərc olunmuşdur.
Mühacir yazarlardan B.E.Ağaoğlunun «Solovkidə gördüklərim» («Bildiriş»
q
əzeti, İstanbul, 14 avqust-13 noyabr, 1931, №2-15; Bakı, Günəş, 2004, 80 səh.),
Mehmet Altunbayın «Azadlığa uçan türk» (Ankara, Azərbaycan
Kültür Dərnəyi
Yayınları, 1989, 254 səh; Bakı, Maarif, 1994, 172 səh.), Nağı Şeyxzamanlının
«Az
ərbaycan istiqlal mücadiləsi xatirələri (1905-1920” (Ankara, İlke, 1998, 218
s
əh; Bakı, «Azərbaycan nəşriyyatı, 1997, 160 səh.), Əhməd Ağaoğlunun «Serbest
Fırka hatıraları (2. baskı), İstanbul, Baha matbaası, 1969, 160 s); «Mütareke və
sürgün hatıraları», İstanbul, Doğu kitabevi, 2010, 168 səh.), Abay Dağlının «Onlar
türkl
ərdi» (Ankara, Sebat matbaası, 1851, 151 səh), M.Ə.Rəsulzadənin «Bir türk
milliyetçisinin Stalinl
ə ihtilal hatıraları (İstanbul, Turan Xasınçılık, 1997, 120
s
əh.), Abdul Vahab Yurdsevərin «Azerbaycan istiklal savaşından sahnelər»
(Azerbaycan Türk Kültür Dergisi, Ankara, 1954-1967
, №28-35-47; 49,55; 58-59;
76-83; 85-144; 157-162; 168; 178-
180) adlı əsərləri mühacirət memuar
ədəbiyyatının parlaq nümunələrindəndir.
135
Göründüyü kimi, b
əzi nümunələr dilimizə tərcümə edilmiş və ölkəmizdə də
n
əşr olunmuşdur. Fikrimizcə, mühacirət memuar ədəbiyyatının bütün nümunələri
toplanılmalı, tədqiq edilməli, dəyərləndirilməli, nəşr olunmalıdır. Sadalanan
nümun
ələrin
demək olar ki, hamısının əsas mövzusu istiqlal uğrunda mücadilədən
götürülmüşdür. Haqqında bəhs edəcəyimiz Ceyhun Hacıbəylinin «Bir il
x
əyallarda... və bütöv bir ömür» əsəri də bir istiqlal aşiqinin gündəliyidir, həyat
dastanıdır, memuarın ruhu, xəmiri, belə demək mümkünsə, istiqlal davasından
yoğrulmuşdur. Bu, çoxşaxəli, çoxplanlı, ilk baxışda yüzlərlə temanın pərakəndə
toplusu, lakin d
ərindən nüfuz etdikcə vahid süjeti, ideya istiqaməti, məramı olan
möht
əşəm əsərdir. Memuarı oxuduqca, sanki onun qəmə, qüssəyə bürümüş sətirləri
arxasından istedadlı və müdrik, zəngin həyat və qələm
təcrübəsinə malik, fəqət
dalğın və kədərli Ceyhun Hacıbəyli boylanır…
“ Memuarı qurtarsam, möcüzə olar”
Əsərin qələmə alınma tarixi haqqında danışarkən qeyd olunmalıdır ki,
memuarda bu bar
ədə müəyyən işarələr var. Müəllif öz yaradıcılığı barədə bəhs
ed
ərkən yazır ki, bir yığın mövzulara toxunur, amma heç birinin üzərində dayana,
fikrimi d
ə tamam qurtara bilmirəm. Kimsə mənə yeni bir mövzu danışır, mən onu
t
əzəcə çəkib qurtardığım balaca bir rəsm əsərinin (Ceyhun Hacıbəylinin həvəskar
r
əssam olduğu bəllidir – T.A) üstündə bir vərəqə yazıram və bunu da əlavə edirəm.
«Bu da bel
ə, sən oldun on üçüncü».
Ceyhun Hacıbəyli memuarla eyni vaxtda 8 müxtəlif mövzu üzərində işlədiyini
göst
ərir və yazır: «… memuarı qurtarsam, möcüzə olar. Fikrimi mövzuların
müxt
əlifliyi dağıdır, onu zəiflədir, müxtəlif tərəflərə dartır, ümumiləşdirməyə, bir
yerd
ə qərar tutmağa qoymur. Bu dəqiqə gərək
bir mövzu üzərində işləyəm,
dig
ərləri beynimin küncündə özlərinə arxayın bir yer taparlar”. Memuarist daha