130
ail
əsindən yan keçilir. Bunu izah etmək çox çətindir. Hər halda xalq
xadiminin
ail
əsinə nəinki yardım göstərilmir, əksinə bu ailənin üzvləri sıxışdırılır, öz əməkləri
hesabına yaşamağa maneəçilik törədilir, öz qabiliyyətlərini üzə çıxarmağa imkan
verilmir. Bunlar n
əyə lazımdır? Nə məqsədlə edilir? Bəzilərinin bildiyi, lakin
susduğu, bəzilərinin isə bilmədiyi bu vəziyyət xüsusi öyrənilməli, araşdırılmalıdır.
Yoxsa, öz canyandıranımızın, himayədarımızın xatirəsinə bu cür münasibət az-çox
m
ədəni cəmiyyətdə hələ təsadüf olunmayan xüsusiyyətlərimizi üzə çıxara bilər.
H
ətta vəhşilər belə öz başçılarının məzarlarını bəzəyirlər. Bizdə vəhşilik dövrü
keçmişdirsə də, mədəni dövr hələ başlamamışdır…”
Ceyhun Hacıbəyli təxminən 100 il əvvəl Azərbaycan tarixində mühüm
xidm
ətləri olan Həsən bəy Zərdabinin xatirəsinin əbədiləşdirilməsi üçün çox səy
göst
ərmiş, çalışmışdır. İstiqlal mücahidinin arzusu Sovet hakimiyyəti illərində
qism
ən, Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra isə tamamilə
h
əyata keçirilmişdir. Qarşıdan Ceyhun bəyin anadan olmasının 125 illik yubileyi
g
əlir. Fikrimizcə, C. Hacıbəyli də xatirəsinin əbədiləşdirilməsi haqqını qazanmış
görk
əmli xadimdir.
07.07. 2015.
“Ədəbiyyat qəzeti”, 11 iyul 2015,
“525-ci q
əzet”, 22, 23 iyul 2015.
X
əyal və həqiqətin parlaq bədii-publisistik təcəssümü
(Ceyhun Hacıbəylinin “Bir il xəyallarda... və bütöv bir ömür” memuarı
ətrafında düşüncələr)
131
Bir neç
ə söz
Ədəbi termin kimi istifadə etdiyimiz «memuar» sözü fransız dilindən
alınmışdır, mənası «yaddaş» deməkdir. Bu janrda ilk nümunələr də XIII əsrdə
Fransada q
ələmə alınmışdır. Yazəçının əsasən yaddaşına istinad edərək yazdığı
memuar onun yaşadığı mühiti, tarixi hadisələri, insanlararası münasibətləri,
c
əmiyyətdə baş verən prosesləri işıqlandırır, keçmişi göz önündə canlandırır,
olayların gerçək mənzərəsini əks etdirir və bu zaman oxucu hadisələrin
iştirakçısına çevrilir, o da hiss-həyəcan keçirir, təsirlənir, duyğulanır. Bu janrın
imkanları ilə yazıçı milyonların qəlbinə, beyninə yol tapır, onları fəth edir.
T
əsadüfi deyil ki, Qərb və rus ədəbiyyatının ən məşhur simalarının əksəriyyəti
memuar janrına müraciət etmiş və əbədiyaşar əsərlər yaratmışlar.
Az
ərbaycan memuar ədəbiyyatının rüşeymlərinə, köklərinə Nəsirəddin Tusi,
Əbül Üla Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi kimi klassiklərin irsində,
el
əcə də digər müəlliflərin qələmə aldığı təzkirə, salnamə, kitab, xatirə və yol
qeydl
ərində təsadüf edilsə də, sonrakı dövrlərdə, xüsusi ilə XIX əsrdə bu janrda ilk
əsərlər – Abbasqulu ağa Bakıxanovun, İsmayıl bəy Qutqaşınlının, Mirzə Fətəli
Axundovun… xatir
ə, səyahət oçerkləri, gündəlikləri, avtobioqrafik əsərləri ərsəyə
g
əlsə də, XX əsrdə Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Məmməd
S
əid Ordubadi, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli, bir qədər sonralar Əziz
Şərif, Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Mehdi Hüseyn, Elçin, Anar,
Qasım Qasımzadə…gündəlik və səyahətnamələrin- memuar ədəbiyyatının kamil,
parlaq v
ə zəngin örnəklərini qələmə alsalar da, bu qəbildən olan əsərlərin elmi-
n
əzəri və təcrübi məsələlərinin ardıcıl, sistemli araşdırılması, dəyərləndirilməsi,
memuar
ədəbiyyatının yaranması, təşəkkülü və inkişaf mərhələlərinin tədqiqi
çağdaş ədəbiyyatşünaslığımızın payına düşmüşdür.
132
Uzun ill
ər bizdə memuar ədəbiyyatı ayrıca tədqiqat obyekti kimi fundamental
öyr
ənilməsə də, bir sıra araşdırmaçılar ara-sıra bu problemə toxunmuş, ayrı-ayrı
yazıçıların memuarlarından az-çox bəhs etmişlər. Filologiya üzrə elmlər doktoru
Nail
ə Səmədovanın sanballı araşdırmaları, xüsusilə «Azərbaycan memuar
ədəbiyyatı tarixi» (Bakı, «Nurlan», 2006, 331 səh), «İnsan, zaman və həyat
h
əqiqəti» (Bakı, «Nurlan», 2011, 262 səh) kitabları diqqəti çəkir, təqdirəlayiqdir və
memuar
ədəbiyyatının tədqiqi sahəsinə layiqli töhfədir. Müəllif həmin elmi-
t
ədqiqat işlərində memuar janrı, onun yaranması, təşəkkülü, özünəxas
m
əziyyətləri, digər janrlarla oxşar və fərqli cəhətləri ilə bağlı Qərb və rus
ədəbiyyatşünaslarının elmi-nəzəri materiallarını gözdən keçirir, onları müqayisə və
t
əhlil edir, müəyyən qənaətlərə gəlir, Azərbaycan memuar ədəbiyyatı tarixindən,
nümay
əndələrindən və nümunələrindən bəhs edir. Nailə Səmədova konkret
əsərlərə istinad edərək memuar ədəbiyyatını mövzu, məram, ideya, aktuallıq və
əhəmiyyət baxımından dərin və dolğun təhlil edir, dəyərləndirir, mühüm elmi
n
əticələrə gəlir.
Mühacir
ət memuarları
Mühacir
ət ədəbi irsində memuarlar mühüm yer tutur ki, bu da təsadüfi deyil.
İstiqlal mücahidlərinin keçdiyi mənalı, eyni zamanda məşəqqətlərlə dolu şəxsi və
ictimai h
əyatı, fəaliyyəti maraqlı, unudulmaz, örnək fakt və hadisələrlə zəngindir.
Ömrünü milli mücadil
əyə həsr etmiş qələm sahibləri heç şübhəsiz ki, yaşadıqlarını,
gördükl
ərini, yaddaşlarına əbədi həkk olunanları bölüşmək, paylaşmaq istəyir.
N
əticədə növbəti gündəlik, memuar ərsəyə gəlir. Elə bilirəm ki, istiqlal aşiqi
Hüseyn Baykaranın (1904, Şuşa-1984, İstanbul) Sovet İmperiyasının dünyaya
meydan oxuduğu bir dövrdə – 1975-ci ildə qələmə aldığı «Azerbaycan istiklal
mücadelesi tarihi» (İstanbul, Genclik basmevi, 1975, 341 səh.) kitabına yazdığı