139
alınmışdır. Maarifçi-publisistin mühacirətəqədərki yaradıcılığında başlıca
mövzular elm, t
əhsil, mədəniyyət, incəsənət, xeyriyyəçilik problemləri, dini
d
əyərlər, erməni məkri və hiyləsinin ifşası, mühacirətdən sonrakı yaradıcılığında
bolşevizmə qarşı mücadilə, istiqlal uğrunda ideoloji mübarizə, milli
m
ədəniyyətimizin xarici ölkələrdə təbliği olmuşdur. Elə haqqında söz açacağımız
memuarda da mü
əllif çox məsələlərə, mətləblərə toxunsa da, əsərin mövzusu
yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanla, onun istiqlalı ilə bağlıdır.
Memuarın qəm, qüssə, kədər və göz yaşları ilə yazılmasının tək səbəbi qürbət
h
əyatının əziyyətləri, məşəqqətləri və məhrumiyyətləri deyil. Bu əsər qələmə
alınanda Ceyhun bəy demək olar ki, qürbət həyatına alışmış, uyğunlaşmışdı: dili
mük
əmməl bilirdi, işi-gücü, legioner və digər həmvətənlər arasında dostları var idi,
kifay
ət qədər nüfuz sahibi idi. Memuarın göz yaşları ilə yazılmasının əsas səbəbi
əsərin bu cümləsindən də bəlli olur: «Taleyin sarsıdıcı zərbəsi axırıncı Dünya
Müharib
əsi zamanı məni çaşdıraraq rəhmli sıxıntı keçirtməyə və daha rahat
sığınacaq axtarıb tapmağa – məcbur etdi». Burada – C.Hacıbəyli «taleyin sarsıdıcı
z
ərbəsi» deyəndə heç şübhəsiz ki, 23 yaşlı oğlu hərbi təyyarə pilotu Ceyhunun
(Ceyçik) almanların Parisə hava hücumu zamanı tarana gedərək həlak olmasına
işarədir. Əlbəttə, övlad itkisi C.Hacıbəylini sarsıtmış, belini bükmüşdü.
İstedadlı həmkarımız Bəxtiyar Qaraca «Azərbaycan» qəzetinin 29 sentyabr
2015-ci tarixli nömr
əsində dərc etdirdiyi «Durun gedək evimizə» adlı məqaləsində
yazır: «İkinci Dünya Müharibəsinin ağrıları Ceyhun bəyin ailəsindən də yan
keçm
ədi: Üzeyir bəyin hər bir məktubunda xatırlanan, əzizlənən, Bakıda dünyaya
g
ələn, 1937-ci ildə Paris Hərbi Akademiyasını uğurla bitirəndən sonra alman
faşizminə qarşı mübarizəyə təyyarəçi kimi qatılan oğul Ceyhun düşmənlə qeyri-
b
ərabər döyüşdə qəhrəmanlıqla həlak olur. 23 yaşlı oğlunu itirən Ceyhun bəy
sarsıntılar keçirir. Bir tərəfdən Vətən həsrəti, digər tərəfdən isə oğlunun faciəsi onu
ömrünün sonuna kimi rahat buraxmır. Memuarın qələmlə yox, göz yaşı ilə
140
yazılmasının da əsas səbəbi bu idi. Ceyhun bəy əsərdə dəfələrlə bu itkiyə işarə
vurur.
Bu baxımdan «Xalamgildə çörək yeyirəm» - cümləsi ilə nəql olunan yuxu daha
t
əsirli, kədərlidir. Ceyhun bəy oğlunu axtarır, tapır, bir süfrə arxasında əyləşirlər.
Süfr
ədə çörək, tort var. Lakin yağ çatışmır, qurtarıbdır. Biz yeyərkən bir it bizə
yaxınlaşır və başını çörək yediyimiz stolun üstünə qoyur… Sonra səhnə dəyişilir.
C.Hacıbəyli aprelin 9-da oğlunun hərbi xidmətə çağırıldığını, sonra ondan bir
müdd
ət xəbər gəlmədiyini, həyəcanla onu axtardığını, nəhayət, onu «üstləri tikanlı
kol-
kosla örtülmüş topların arxasında» tapdığını, oğlunu bu yerlərdə yeganə olan
mehmanxanaya apardığını, orada yeyib-içib şənləndiklərini qeyd edir və yazır.
«Kefim düz
əlmişdi, yaxşı idi… Şən idim… birinci və axırıncı dəfə:
C.Hacıbəyli yuxularında oğlunu müxtəlif vəziyyətlərdə – qatarda
bombalandığı, qorxunc buynuzlu öküzlə üz-üzə qaldığı, küçədə adamların içində
gücl
ə yeridiyi, dərd-qəm içində boğulduğu, qatardan düşən səyahətçilər arasında
oğlunu tapmadığı hallarda görür və həmin yuxularla bağlı kədərli, bəzən də
qarmaqarışıq, anlaşılması çətin əhvalatlar danışır… Oğlunun nisgili ilə bağlı
memuarda n
əql olunan yuxular canlı, obrazlı nəql edilir, bədii təsvir üsulları,
ric
ətlər müəllifin şəxsi duyğu və düşüncələrini oxucuya daha təsirli çatdırmağa
xidm
ət edir.
«X
əyallara sitayiş»in səbəbi…
Memuar üslubuna, quruluşuna görə də xeyli fərqlidir. Bu əsər bir-biri ilə
q
ətiyyən əlaqəsi olmayan yüzlərlə parçadan ibarətdir. Bir parçada nəql olunan
hadis
ə bir andaca, xəyal, yuxu surəti ilə digəri ilə əvəz olunur, o da az sonra bir göz
141
qırpımında başqası ilə əvəzlənir. Üslub isə C.Hacıbəyli yaradıcılığına bələd olanlar
üçün doğma və tanışdır. O, hələ ilk qələm təcrübələrində – kiçik həcmli felyeton və
hekay
ələrində yuxudan bədii priyom kimi istifadə edir, bu vasitə ilə maraqlı əsərlər
yazırdı. Adından da göründüyü kimi, bu memuar xəyalların, yuxuların məhsuludur.
Ceyhun b
əy «xəyallara sitayişini» onların nəsillərində qədim zamanlardan
qalma ad
ətlə izah edir, yazır ki, həyatımızı az qala yuxularımıza uyğun qururduq.
S
əyahət, toy, nişan ərəfəsində, alqı-satqıda, yaxud işə götürmə, işdən azad etmə
zamanı anamız yuxuları yozaraq atama, bizə yol göstərirdi. «Bizim ən qorxulu
x
əyallarımızın elementləri bunlar idi: od, alov, toy, dişin düşməsi və s. bununla
yanaşı su, at, səfillik, gecə vaxtı təsis edilmiş nişanlar uğurlu işlərin əlaməti
sayılırdı».
Ceyhun Hacıbəyli fikirlərini əsaslandırmaq üçün kiçik yaşlarında ikən gördüyü
yuxunu, onun yozumunu v
ə yuxulara inamının səbəbini belə nəql edir:
«…t
əxminən 4 yaşım olardı. Günlərin bir günü gecə yuxuda gördüm ki, bizim
bağla yaxınlıqdakı bağın başlanğıcını birləşdirən çəpərin üstündən qəfildən alov
qalxdı. Ancaq, bunun sabahısı səhər, mənim yuxumda gördüyüm yerdən Mirzə
Süleymanın başı göründü: bu, bizim ailənin dostu, dueldə öldürülən dayımızın
faci
əvi ölüm xəbərini ailəmizə çatdıran mömin bir adam idi… Ceyhun bəy “kədərli
v
ə xətərli” bir hadisədən xəbər verən yuxunun İkinci Dünya Müharibəsi zamanı
gerç
əyə çevrildiyinə inanır və üstüörtülü olsa da, həmin yuxunu oğlunun ölüm
x
əbəri ilə əlaqələndirir. Yeri gəlmişkən, memuar boyu yəqin ki, Ceyhun Hacıbəyli
oğlunun həlak olması ilə bağlı yuxularını bir neçə dəfə yazır, yozur: «Enişli bir
küç
ə ilə aşağı düşürəm, bu zaman balaca bir uşağın mənə çağırdığını eşidirəm:
«Ata!» Arxaya çevrilir
əm və cavan bir qadının balaca oğlunu gəzdirdiyini
görür
əm. Bu uşaq qaçaraq mənə çatır. Mən onu əllərimlə tuub başımın üstünə,
göy
ə qaldırıram, düzünü desək, o ağır idi. Sonra əl ağacımı ona verdim, o isə
d
ərhal onu ayaqlarının arasına keçirib at kimi mindi: Mən qışqırdım: «He, dəh,
d
əh!» Balaca əylənir, ancaq tez də əməlindən çəkinir. Anası gəlib bizə qoşulur və
Dostları ilə paylaş: |