136
sonra başqa bir mövzunun həsrəti ilə də yaşadığını yazır və bu qənaətə gəlir ki,
ancaq n
ə etmək olar, insan həmişə istədiyinə nail ola bilmir…Deyilənlərdən bu
n
əticəyə gəlinir ki, həm işinin çoxluğu, həm də kədərlə keçən həyatı memuarın da
qısa müddətdə ərsəyə gəlməsinə əngəl olmuşdur.
Memuarın bir bölməsi bu cümlə ilə başlayır: «Bəli, etiraf etməliyəm: öz
adamlarımdan ayrıldığım və indi də davam edən bu 40 il ərzində öz bacılarım üçün
nadir hallarda xiff
ət etmişəm…» Bir qədər sonra isə C.Hacıbəyli özünə xitabən
bildirir: «S
ən indi onlardan ayrıldığın 41-ci ilin içindəsən… Sən onları bu müddət
ərzində heç vaxt görməmişsən və onları heç vaxt, qətiyyən görməyəcəksən –
kişilər və qadınlar – onlar bir-birinin ardınca gedirlər. Və sənin «özün də... ». Bu
k
ədərli sətirlərdən, eləcə də memuarın ayrı-ayrı hissələrindəki qeydlərdən bəlli olur
ki, mü
əllif əsəri XX əsrin 40-cı illərinin sonundan qələmə almağa başlamış, 50-ci
ill
ərin sonunda bitirmişdir. Memuar fransız dilində qələmə alınmışdır. İndiyədək
n
əşr olunmamışdır. Makina ilə əlyazması S.Mümtaz adına Azərbaycan
Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində (ARDƏİA) saxlanılır (fond
№649. siy.1, saxlama vahidi 11, vərəqlərin sayı 104).
Memuarı Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA
N.G
əncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Millət vəkili, akademik İsa
H
əbibbəylinin şəxsi təşəbbüsü ilə səriştəli tərcüməçi Şamil Zaman 2015-ci ilin
əvvəllərində dilimizə çevirmişdir. Yeri gəlmişkən, mərhum f.e.namizədi Bayram
Ağayev də vaxtı ilə bu sətirlərin müəllifinə, digər həmkarlarına əsərin tərcüməsi
il
ə məşğul olduğunu bildirsə də, tərcümə ortaya çıxmamışdır. Ceyhun Hacıbəylinin
bir neç
ə əsərini, o cümlədən qürbətdə fransız dilində qələmə aldığı 4 hekayəni
dilimiz
ə çevirən fransız dili mütəxəssisi Mirzəbala Əmrahov da memuarın bəzi
parçalarını tərcümə etmişdir. Biz Şamil Zamanın tərcümə variantına əsasən
memuarla b
ağlı fikir və mülahizələrimizi yürüdürük.
Ceyhun Hacıbəylinin «Bir il xəyallarda ... və bütöv bir ömür» memuarı
mövzusunun genişliyi, aktuallığı, toxunulan problemlərin taleyüklülüyü, tarixi və
137
ədəbi dəyəri baxımından Azərbaycan bədii publisistikasının, mühacirət
ədəbiyyatının ən parlaq və nadir nümunələrindəndir.
Memuar
- V
ətən həsrəti ilə yaşayan və onun istiqlalı uğrunda mücadilə aparan istiqlal
aşiqinin ürək çırpıntıları, qəlbinin səsidir;
- çar v
ə sovet imperiyasının milli siyasətinin əsl mahiyyətini,
eyb
əcərliklərini göstərən və ifşa edən sənəddir;
- 1905-ci v
ə 1918-ci illərdə ermənilərin Azərbaycanda, xüsusilə Bakıda
tör
ətdikləri vəhşiliklərə, qırğınlara şahidlik edən məxəzdir;
- milli ad
ət-ənənələri, xalqımıza mənsub ailə-məişət münasibətlərini, dini
m
ərasimləri, şifahi ədəbi nümunələri əks etdirən mənbədir;
- inqilabdan
əvvəlki Bakı həyatı, xüsusi ilə qoçuların şəhərdəki
f
əaliyyəti, əhali arasındakı nüfuzu barədə müəllifin özünəməxsus
görüşləridir;
-
Qarabağın, xüsusən Şuşanın Azərbaycan tarixində və mədəni
h
əyatındakı yerinə, roluna işıq salan əsərdir;
- bir mühacirin qürb
ət - Paris macəralarıdır;
- n
əhayət, böyük Hacıbəylilər nəslinin zəngin və maraqlı həyat hekayəsindən
bir p
arçadır. Bu məziyyətlərinə görə memuarın tərcüməsi və nəşri aktual
v
ə təqdirəlayiqdir.
Memuar mü
əllifin gördüyü yuxunun təsiri, təəssüratı ilə yazdığı bu cümlələrlə
bitir: «Kabab qoxusu il
ə hara gedirsən, get, amma buradakı (qərib ölkə nəzərdə
tutulur –
T.A.) kababın dadı oradakı (Vətəndəki – T.A.) kababın dadından çox
f
ərqlənir. Bəlkə bu, kabablıq üçün seçilmiş ətin növündən irəli gəlir… Orada –
doğma Vətəndə ət daha ləzzətlidir, dadlıdır…» Əlbəttə, əsərin belə sonluğu
138
memuarın bitmədiyi, yarımçıq qaldığı fikrini də yarada bilər. Bu ehtimalı müəllifin
axırıncı cümlədən sonra yazdığı «son» sözü inkar edir. Deməli, bu oxucunu
düşündürmək, onu intizarda qoymaq niyyəti ilə seçilmiş bir üsuldur. Bəlkə də
yuxuların, xəyalların sərhədlərinin olmadığına müəllifin bir işarəsidir. Bütün
hallarda ayrı-ayrı epizodlardan, yuxulardan, hekayələrdən ibarət memuar bitkin bir
əsər təəssüratı yaradır.
Bir sıra nəzəriyyəçilər memuarları, gündəlikləri hadisələri dəqiq, dürüst,
obyektiv çatdırdığına görə onları bədii nümunələrlə fərqləndirir və elə buna görə
d
ə yuxuları, xəyalları, təxəyyül məhsullarını bu janrın tələblərinə uyğun
görmürl
ər. Lakin «janr resepti» ilə əsərin ərsəyə gəlmədiyi də məlumdur, hansı
ədəbi qaydalarlasa müəllifin əl-qolunu bağlamaq, onu çərçivəyə salmaq, müəllifin
yaradıcılıq laboratoriyasına müdaxilə etmək, düzgün deyil və əgər müəllif
hadis
ələri təhrif etmədən, saxtalaşdırmadan yuxularla, xəyallarla öz əsərinə , belə
dem
ək mümükünsə bəzək vurur, onu daha oxunaqlı, təsirli edirsə, fikrimizcə, bu
q
əbahət deyil, janrın tələblərinə də kölgə salmır.
Ceyhun Hacıbəyli bədii əsərlərində də tez-tez istifadə etdiyi özünəxas və
doğma vasitədən – yuxulardan memuarında məharətlə istifadə etmişdir. Bu priyom
mü
əllifin reallıqların, tarixi hadisələrin obyektiv təqdiminə nəinki mane olur,
əksinə olayların daha koloritli, daha canlı və təsirli çatdırılmasına yardım edir.
Başqa sözlə desək, bu memuar C.Hacıbəylinin yaddaşı ilə xəyallarının birgə
m
əhsuludur, onlar bir-birini inkar etmir, bir-birini tamamlayır.
«Şən idim - birinci və axırıncı dəfə…»
Fikrimc
ə, Ceyhun Hacıbəylinin peşəkar mühərrir, mahir redaktor və nasir kimi
t
əqdimata ehtiyacı yoxdur. Onun bu keyfiyyətləri haqqında artıq xeyli yazı qələmə
Dostları ilə paylaş: |