148
«palıd kimi» adam qızılgül kolluğuna düşürük»; «Bol arpa götürəcəyimizə
inandığımız şırımlarda qəmgin, hüznlü otlar ağalıq edir, hər yeri alaq otu
basmışdır. Təbiətdən gələn bu təhlükə dalğası hər yeri basmış, süpürüb alt-üst
etmişdi»; «Onun yorğun və həyəcanlı sifəti yaşlı bir adamın müsibətlərini
xatırladır»; «Bu bəlanın, bu qədər dərd-qəmin hansı ifadələrlə yazılacağını özüm-
özümd
ən soruşuram… gərək dəryalar mürəkkəb, qamışlar qələm olsun!»;
«Gözl
ərim qanlı göz yaşları axıdır», «Bütün dünya mənim şikayətlərimdən
x
əbərdardır, bədbəxt taleyimsə heç vaxt ayılmayacaqdır» - kimi cümlələr bir
t
ərəfdən müəllifin fikrini tam və düzgün çatdırmağa xidmət edirsə, digər tərəfdən
d
ə əsəri oxunaqlı, canlı edir.
C.Hacıbəyli «yanaqları çuxurlanmış, arıq bədənli», «həmişə xırıldayan» Xanlıq
K
ərimi də unutmadığını, onun qolunun, ya da çiyninin üstünə qoyduğu qızılquşla
müt
əmadi ova çıxdığını, quşu ovun üstünə buraxdığı zaman bacardığı qədər hay-
küyl
ə ona ürək-dirək verdiyini, ruhlandırdığını da yaxşı xatırlayır: «Onun ovun
dalınca göndərdiyi quşun arxasınca «atam», «anam», «qoçum», «mənim quzum»
dediyini b
əzən indi də eşidirəm, «Sənin gözlərinə dönüm», «Dədəm sənə qurban»,
«S
ənin məmələrini yeyim» kimi məni valeh edən cümlələri indi də
qulaqlarımdadır.
Erm
əni vəhşiliyinin ifşası
Ceyhun Hacıbəyli yaradıcılığında diqqəti çəkən mövzulardan biri də erməni
m
əsələsi, erməni vəhşiliyi, erməni xəyanəti, erməni faşihəliyi, erməni hiyləsi və
m
əkridir. Onun 1918-ci il mart qırğını haqqında 28 noyabr 1920-ci ildə qələmə
aldığı məqalə (Salman Mümtaz adına ARDƏİA, f.649, siyahı 3, saxlama vahidi
№1) dövrün mənzərəsini işıqlandırmaq baxımından əhəmiyyət kəsb edir. Haqqında
b
əhs etdiyimiz memuarda da C.Hacıbəyli nə az, nə çox 59 dəfə murdar ermənilərin
adlarını çəkərək onların insana yanaşmayan xislət və əməllərindən bəhs edir.
149
Uşaqlıq illərindən xatırladığı tanınmış həcv ustası, dükan sahibi Mirzə Cəfərin bir
əsərinin məzmunundan bəhs edərkən, göstərir ki, müəllif burada siyasi hadisələrə
toxunur, yunan-türk müharib
əsi zamanı – ermənilərin osmanlılara hürdüyü
dön
əmin mənzərəsini verir.
Parisin hündür yerl
ərinin birində salınmış xiyabanda tamaşa göstərən, milli
musiqini dinl
əyərək gəzişən, istirahət edən, oxuyan-yazan müsəlman gənclərinin
h
ərəkəti paxıllıqdan qoca erməniləri haldan çıxarır: «Gənclərin inadkarlıqla
işləməsi, erməni gənclərinin isə ləng tərpənməsi qoca erməniləri açıq-aşkar
əsəbləşdirir və bəzən bu, onların öz arasında küsüşməsinə, dalaşmasına səbəb
olurdu». Mü
əllif yazır ki, ermənilər zahirən özlərini Qərbçi kimi göstərir və
arvadla
rının sayəsində malik olduqları mülk, malikanə və torpaq sahələrini
əllərində saxlayırdılar. Əmlak münaqişələrində ermənilər münsiflər məhkəməsi
hakiml
ərini «irqi münaqişələr»ə cəlb edəndə hakimlər adətən, öz dindaşlarına
susmağı, lazım gələrsə hətta g… verməyi tövsiyə edir, eyni zamanda dostyana
m
əzəmmət etməyi də unutmurlar. C.Hacıbəyli qeyd edir ki, hakimlər erməniləri iki
yoldan birini seçm
əyi məsləhət bilirdilər: «…ya siz tamamilə avropalaşmalısınız,
y
əni yunan-avropa bazarına daxil olmalısınız və bu halda bəzi maymaqlar sizin
arvadlarınıza baxırlarsa, siz əsəbləşməməlisiniz, ya da istəyirsinizsə…
arvadlarınızı evdən bayıra çıxartmayın, onları örpəyə bürüyün». Memuaristin bir
yuxusunda t
əsvir etdiyi hadisə ilgincdir. O, ermənilərlə bir yığıncaqdadır. İclası
patriarx aparır. Ermənilər bizə xoş sözlər deyir, lakin səhər yeməyi təklif etmirlər.
Xeyli sonra yem
əyə Tunis balığından hazırlanmış konserv verirlər. Mən onu qonşu
stolda
əyləşənlərə təklif edirəm və yeməyimə heç nə qalmır. Bu zaman mənə
sosiska verirl
ər. Müsəlman olduğum üçün mən onun heç dadına baxmıram. Bu
yuxu il
ə müəllif erməni patriarxının erməni cəmiyyətindəki rolunu göstərməklə
yanaşı, onların xəbisliyinə, qonağa qarşı qeyri-etik münasibətlərinə işarə verir.
Erm
ənilərin qorxaqlığını göstərən səhnəni də müəllif məharətlə təsvir edir:
«Erm
əni terrorçular bizə qarşı həmişəki kimi xəyanətkar hərəkət etmək istəyirdilər.
150
Onlardan biri bizim p
əncərəyə yaxınlaşır. Az sonra mən böyük bir revolveri
paltomun cibind
ə gizlədərək bayıra çıxıram. Terrorçu qrupun üzvləri əllərində
qılınc meydan sulayırlar. Revolverin olduğunu hiss etdirən kimi onlar çul kimi
yer
ə sərilir, şalvarımın əvəzlərinə sarılırlar. Erməni terrorçuların öz məqsədlərinə
çatmaq üçün h
ər cür şərəfsizliyə, alçaqlığa əl atdığını yazan C.Hacıbəyli göstərir
ki, doğrudur, erməni burjuaziyası terrorçu təşkilatların tələblərini ödəyir, onları
yedirir, onlara maliyy
ə dəstəyi göstərirlər. Xidmətdən boyun qaçıran isə dərhal
amansızcasına qətlə yetirilir: «Bu axırıncılar arasında bir nəfər adlı-sanlı bankir
D
əmirovu yaxşı xatırlayıram. O, istənilən məbləği verməkdən boyun qaçırdığına
gör
ə həmin andaca qətlə yetirildi.
Rus-yapon müharib
əsinin qızgın vaxtında fürsətdən istifadə edən erməni
terrorçular xüsusi il
ə fəallaşmışdılar. İş o həddə çatmışdı ki, onlar rusları da hədəfə
alırdı. C.Hacıbəyli yazır ki, başlarını itirmiş nüfuzlu ruslar çıxış yolu axtarırdı.
Bel
əliklə, onlar “dahi” ideyalarını «parçala və hökm sür» prinsipini işə saldılar və
müs
əlmanlarla erməniləri üz-üzə qoydular. Əsərdə, ümumiyyətlə Qafqazda rus
siyas
ətini faş və ifşa edən məqamlar çoxdur. Bu barədə bir qədər sonra bəhs
ed
əcəyik.
1905-ci ild
ə ermənilərin törətdiyi vəhşilikləri xatırlayan müəllif yazır ki,
Bakının, digər şəhərlərin, kəndlərin yüzlərlə evləri ağına- bozuna baxmadan alt-üst
olundu, külli miqdarda
əhalisi yandırıldı, vəhşicəsinə qətlə yetirildi. Ceyhun bəy
qeyd edir ki, qırğın bir müddət sonra başa çatsa da, kiçik bir hadisədən hər an
yenid
ən od tutub alışmağa hazır idi. Belə də oldu. 1918-ci ildə ermənilər Bakıda,
Az
ərbaycanın digər bölgələrində xalqımıza qarşı tarixdə görünməmiş vəhşilik
tör
ətdilər. Bu qırğın Qafqazın yenidən bolşeviklər tərəfindən ələ keçirilməsinə
yardım etdi. Hər iki cəbhənin şovinistləri etiraf edirdi ki, sovetləşmədən sonra bu
regionda qırğının olmaması onu deməyə əsas verir ki, bu xalqların böyük kütləsi
münaqişədən kənardır və qırğın siyasət adamları tərəfindən törədilmişdir.
Dostları ilə paylaş: |