151
Ceyhun Hacıbəylinin təbirincə desək ,«türk-müsəlman insanlarına nifrət edən
erm
əni fanatiklər yeri gəldikcə lazımi zərbələr almış, lakin tarixin dərslərindən
ibr
ət götürməmişlər, hətta qadınlarımız erməni vəhşilərinin cavabını layiqincə
vermişlər”. Şuşa ətrafında çadırlarda istirahət etdiyi dövrü xatırlayarkən o «qonşu
çadırda olan Həmidə xanımı yada salır və yazır ki, o ermənilərlə qanlı döyüşdə
c
əsarətlə ad çıxarmışdır.
1905-ci il «rus idar
əçiliyi tərəfindən qızışdırılan» erməni-müsəlman davasından
b
əhs edərkən C.Hacıbəyli yazır ki, bu qanlı qarşıdurmaların məsuliyyəti şübhəsiz
ki, erm
əni rəhbərlərinin üzərinə düşürdü. Ceyhun Hacıbəyli yazır ki, daha yaxşı
silahlanmış, təşkil olunmuş, döyüşçülərinin əksəriyyəti peşəkar hərbçilərdən olan
erm
ənilər mənim doğma şəhərimin yüksəkliklərini işğal etmiş, ələ keçirmiş və
əliyalın azərbaycanlıları cavan, yaşlı, qadın, uşaq demədən, aman vermədən kütləvi
sur
ətdə qırmağa başlamışlar. Memuarist 5 gün davam edən döyüşləri bütün təfsilati
il
ə qələmə alır. Şəhərin bir küçəsində azərbaycanlılar aman istəyən ermənilərə
toxunmur, onlara sığınacaq verir, digər küçədə bundan istifadə edən erməni dəstəsi
müs
əlman bazarına soxulur, oranın qida ərzaq məmulatlarını talan edirdilər.
Mü
əllif şahidi olduğu mənzərəni belə təsvir edir: …hətta barışıq günü erməni
m
əhəlləsindən qaçaraq keçmək istəyən 17 nəfər şikəst edilmiş adamın bədənlərini
yerd
ə, yan-yana düzüldüyünü özüm öz gözlərimlə gördüm: bunlar yeni kollecin
tikintisind
ə işləyən, İran vətəndaşları – yazıq, bədbəxt həmşəri hamballar idi.
“Parçala, hökm sür”
Bu münaqişənin bütün tərəfləri və təfərrüatı ilə işıqlandıran müəllif özünə
ünvanladığı «Bəlkə məndən soruşsanız ki, ruslar bu döyüşlər zamanı nə etdilər?”
Ceyhun b
əy dərhal da cavab verir: “Onları nə yaxında, nə uzaqda görən oldu, bü
münaqişəni aradan qaldırmaq üçün onlar təklif verməklə məşğul idilər. Döyüş
152
getdiyi h
əftə ərzində 100 nəfərə yaxın kazak şəhərin 50 kilometrliyində mövqe
tutmuşdu”.
Yuxarıda – 1915-ci il və 1918-ci illərdə ermənilər tərəfindən törədilən
v
əhşiliklərdən bəhs edərkən də qeyd etdiyimiz kimi memuarda Qafqazda rus
siyas
ətinin bütün eybəcərlikləri təkzibolunmaz və tutarlı tarixi faktlarla açılır, ifşa
olunur. «Parçala v
ə hökm sür», ruslaşdırma siyasəti cəmiyyət həyatının bütün
probleml
əri, rəngarəngliyi, özünəməxsusluqları nəzərə alınmaqla, ustalıqla,
hiyl
əgərliklə həyata keçirilirdi. Ceyhun bəy yazırdı ki, hökumət qafqazlıların
Rusiyaya, yaxud h
ər hansı bir xarici ölkəyə təhsil almağa getməsindən belə ehtiyat
edirdi, Qafqaz Universitet, yaxud bir ali m
əktəb hədiyyə etmək daha əlverişlidir və
rus dövl
əti yüksək siyasi hədəflərə görə bu yolu seçirdi. Döyüşkənliyi, igidliyi,
c
əsurluğu ilə fərqlənən müsəlmanlar hərbi xidmətə çağırılmır, orduda olan tək-tək
müs
əlmanlar isə ən yüksək məqama çatırlar. Müəllif çarın «sən»- deyə müraciət
etdiyi general Şıxlınskinin, general Naxçıvanskinin hərbi şücaətindən qürurla bəhs
edir. İstər «yeganə və ayrılmaz Rusiya», yaxud, «Vahid Rusiya» ideoloqlarının,
onların tərəfdarlarının, istərsə də bolşevik rejiminin milli siyasəti, onun yerli
xalqlara g
ətirdiyi bəlalar C.Hacıbəyli qələminin kəskin tənqidinə məruz qalmışdır.
Sovetl
ərin milli siyasətinin iç üzünü ifşa edən C.Hacıbəyli yazır ki, hətta
müs
əlmanların sıxışdırıldığı çar hökumətində generallarımızın olduğuna
baxmayaraq, «b
ərabərhüquqlu», xalqların inkişafı üçün «əlverişli şəraitin»
yaradıldığı Sovet ordusunda bir nəfər də generalımız yoxdur. Müəllif gürcülərin,
erm
ənilərin, yəhudilərin və ukraynlıların mərkəzi hökumətdə yer aldıqlarını, lakin
bizim bir n
əfər belə nümayəndəmizin mərkəzi idarəetmə aparatında olmadığını
göst
ərir və yazır ki, axı, bu dövlətdə 25 milyon müsəlman da yaşayır. Bəs «azad
xalqların» İttifaqı, «muxtar», «müttəfiq», «federal» dövlətlər vədi harada qaldı?!
***
153
Memuarla bağlı deyilənləri yekunlaşdısaq, bu qənatə gəlmək olar ki,
istedadlı yazıçı, publisist, naşir, redaktor, tərçüməçi, diplomat, ictimai xadim
Az
ərbaycanın istiqlallı uğrunda mücahid Ceyhun Hacıbəyli bu memuarında
yaşadığı və mübarizə apardığı dövrün obyektiv mənzərəsini yaratdığından, geniş
bir coğrafi məkanda cərəyan edən hadisələrin ictimai-siyasi mahiyyətini,
insanlararası münasibətləri, mühacir həyatının yaşantılarını, Vətən, ata-ana, bacı-
qardaş, qohum həsrətini , övlad niskilini, yad məmləkətdə və mühitdə milli kökə,
ad
ət- ənənələrə bağlılığı özünəməxsus ustalıqla qələmə aldığından , nəsillərə
nümun
ə ola biləcək fədakar ömrünü təcəssüm etdirdiyindən əsər böyük elmi,
b
ədii-publisistik və
tarixi
əhəmiyyət kəsb edir.
"Ədəbiyyat qəzeti",
17, 24 oktyabr 2015.
«Nejdanovun işi» - dövrün aynası,
Nejdanovun işi rejimin üz qarası
Rus dissident
ədəbiyyatının görkəmli nümayəndəsi Aleksandr Soljenitsinin bir
k
əlamı dilimizdə təxminən belə səslənir: «İnsanların əllərindən hər şeyi
almadığınız müddətdə onlara təsir etmək imkanlarınız qalır. Elə ki, onların əlindən
h
ər şeyi aldınız, o zaman o sizin təsir dairənizdən çıxır. O, artıq azad olmuşdur».
Kims
ə təhkimçiliyin ləğv olunduğu 1861-ci ilədək öz sahiblərinin əşyası olan rus
mujikinin
əlindən hər şeyin alındığını, lakin onun azad olmadığı iddiası ilə bu fikrə
etiraz ed
ə bilər. Şübhəsiz ki, A.Soljenitsin də bu fikri ifadə edərkən iki əsr bundan
əvvəlki rus mujiklərini yox, öz dövrandaşlarını, silahdaşlarını, məsləkdaşlarını
n
əzərdə tuturdu…
Dostları ilə paylaş: |