M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


Cəmiyyətin inkişafında iqtisadi amil



Yüklə 363,25 Kb.
səhifə87/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   83   84   85   86   87   88   89   90   91
Muhazire fəlsəfə

Cəmiyyətin inkişafında iqtisadi amil

İctimai münasibətlər sistemin sistem yaradıcı komponenti olan maddi istehsal və ya cəmiyyətin iqtisadi varlığını təhlil edək. Cəmiyyətin iqtisadi sistemi və ya varlığı sözün geniş mənasında maddi həyatın üsulunu, mövcud ictimai quruluşun münasibətlərinin məcmusunu təyin edən iqtisadiyyatdır. O, sözün dar mənasında müəyyən bir ölkənin və ya onun iqtisadiyyatının hər hansı tərəfi (sənaye iqtisadiyyatı, kənd təsərrüfatının iqtisadiyyatı və s.) olan xalq təsərrüfatı kimi də başa düşülür. İqtisadiyyata xalq təsərrüfatı sahələrinin məcmusu, istehsal vasitələri və istehlak şeylərinin istehsalı, maddi xidmət sahələri, maddi-texniki təchizat, istehsalat əlaqəsi, ticarət, ictimai məişət, ev əşyalarının təmiri və s. də aiddir. İqtisadiyyat həm də qlobal ölçüyə malikdir, onda dünya təsərrüfat əlaqələri, əmək bölgüsü, dünya ticarəti də öz əksini tapmışdır.


Cəmiyyətdə sistemyaradıcı komponent insanların maddi-əməli fəaliyyət sahəsi, həmin qarşılıqlı təsirdə təşəkkül tapan ictimai munasibətlərdir. Bu sahə yalnız tarixən birinci olmayıb həm də cəmiyyətin həyat fəaliyyətinin bütün sosial, siyasi, mənəvi, ekoloji sahələrinin yaradıcısıdır. Cəmiyyətin bütün digər sistemlərini əsas olmaq etibarı ilə iqtisadi sahə inteqrasiya edir.
Cəmiyyətin iqtisadi həyatının öyrənilməsində maddi istehsalın təhlili aparıcı rol oynayır. Çünki cəmiyyət insanların həyatı üçün zəruri olan maddi nemətlərin istehsalı olmadan mövcud ola bilməz. Yaşayış vasitələrinin istehsalı bəşər tarixinin çıxış nöqtəsini, onul birinci işini təşkil edir.
Maddi istehsaldan danışarkən hökmən nəzərdə tutulmalıdır ki, maddi istehsalla ictmai istehsal bir-birinə yaxın anlayışlar olsalar da, onlar eyniyyət təşkil etmirlər. Çünki maddi istehsal məcmu ictimai istehsalın aparıcı sahəsi olmaq etibarı ilə digər ictimai münasibətlərin də inteqrasiya etməsinin əsasında durur, onlar da maddi münasibətlər kimi çıxış edirlər. Məsələn, insanın istər sahibkar, istərsə də bilavasitə istehsalçı kimi təkrar istehsalı iqtisadi qanunlar vasitəsilə tənzim edilir. Bu məhdud mənadan kənarda ictimai istehsalın maddi istehsalla eyniləşdirilməsi öz mənasını itirir. Həm də qeyd edilməlidir ki, maddi istehsal və mürəkkəb koordinasiya və subordinasiya münasibətlərində olan ictimai münasibətlərlə yanaşı, onlarla birlikdə mənəvi (ideya) münasibətlər də fəaliyyət göstərirlər. İctimai istehsal sisteminə eyni zamanda bilavasitə insanın ozünün, habelə ictimai münasibətlərin də istehsalı və təkrar istehsalı daxildir. Cəmiyyətin real həyat fəaliyyəti prosesində ictimai istehsalın həmin bölmələri xeyli dərəcədə bir-birilə qarşılıqlı təsir göstərir, bir-birinə nüfuz edirlər.
Maddi istehsalın özünün strukturunda iki bir-birini şərtləndirən, vasitələndirən alt sistemləri fərqləndirmək lazımdır. Onlardan biri texnoloji istehsal üsulu, digəri isə iqtisadi istehsal üsuludur. Birinci insanların öz əmək predmet və vasitələri ilə və istehsalın texniki, texnoloji xüsusiyyətləri ilə əlaqədar olan qarşılıqlı fəaliyyət üsullarıdır, ikinci isə cəmiyyətin özünün konkret tarixi inkişaf pilləsində normal fəaliyyət və inkişafına şərait yaradan məhsuldar qüvvələrlə istehsal münasibətlərinin ictimai fəaliyyət üsuludur.
Texnoloji istehsal münasibətləri sistemində insanı istehsalla bağlayan əsas element texnikadır. Texnika ən qədim fenomendir. Texnika fəlsəfəsinin meydana gəlməsini bəyan edən Ernst Kapp (1877) göstərir ki, bəşər cəmiyyətinin tarixi əsaslı surətdə nəzərdən keçirildikdə o, son nəticədə ən yaxşı əmək alətlərinin ixtira edilməsindən ibarətdir. Texnika yunan dilində istənilən sənət, ustalıq, bacarıq mənasını verir. Zaman keçdikcə texnika anlayışı deyilən geniş mə'nadan diferensiasiya olunaraq maddi istehsal proseslərini həyata keçirmək və cəmiyyətin mə'nəvi, məişət və digər qeyri-istehsal tələbatlarına xidmət etmək üçün insanlar tərəfindən yaradılan alət vasitələri mənasını verməyə başladı. İnsan ən primitiv istehsal texnikası və onun inkişaf etdirməklə ictimai insana, ağıllı insana çevrilmişdir. Texniki yaradıcılıq insanın unikal qabiliyyəti olmaqla həm də öz təfəkkürünü maddiləşdirilməsi, predmetləşdirməsidir. İxtiraçı insan (Nomo faber) öz texniki yaradıcılığında təbiəti yamsılamır, məhz ixtira edir, yəni təbiətdə olmayan artefaktlar yaradır.
Cəmiyyətin özünün yaratdığı texnikaya, onun cəmiyyətdə yeri və oynadığı rola öz sosial-psixoloji və ideya məzmununa görə, öz mənşəyi və köklərinə görə münasibəti müxtəlif olmuşdur.
Texnika sivilizasiyanın əsası və məhsuludur, ondan necə istifadə olunması isə cəmiyyətin mədəniyyətindən asılıdır.
Cəmiyyəti təşkil edən digər sistemlər kimi texnika da həm təkamül, həm də sıçrayışlı dəyişilmələri, dəyişilən inkişaf səviyyələri əsasında mövcud olub inkişaf edir, onun xarakteri dəyişilir. Söhbət tarixdə dəfələrlə baş vermiş texniki inqilablardan gedir. Texniki inqilablar iqtisadi istehsal üsulundakı "iqtisadi inqilab"lardan, habelə sosial sistemin daha yüksək üfüqə doğru inkişafından ibarət olan "sosial inqilab"lardan fərqlənirlər.
Əvvəla, hər hansı texniki inqilab iqtisadi istehsal üsulunun digəri ilə əvəz olunmasına gətirib çıxarmır. Məsələn, kaman və oxun kəşfi, daşın yonulması, deşilməsi və cilalanması (b.e. əvvəl XV-XIV minilliklər) yalnız yeni neolit dövrünün başlanğıcı demək idi, o, ibtidai icma cəmiyyətinin zəminində baş vermişdi. Lakin yeni əmək alətlərinin meydana çıxması izafi məhsulun yaranmasına gətirib çıxarmadı və mövcud ictimai istehsal üsulunu dəyişdirə bilmədi. Bu neolit inqilabının sonrakı dövründə, yəni mədəni əkinçilik və maldarlığa və metaldan düzəldilmiş əmək alətlərinə keçidlə əlaqədar olaraq baş verdi.
İkincisi, hər bir yeni iqtisadi istehsal üsuluna keçid texniki inqilab vasitəsilə baş vermir. Quldarlıqdan feodalizmə keçid buna misal ola bilər.
Üçüncüsü, texniki inqilab bir halda sosial inqilabı hazırlaya bilər, lakin həm də onun nəticəsi kimi çıxış edə bilər. XVIII əsrin əvvəllərində İngiltərədoki sənaye inqilabı buna misal ola bilər. Müasir dövrdə isə inkişaf etmiş ölkələrdə elmi-texniki inqilabın təsiri altında ictimai həyatın bütün sahələrinin kökündən dəyişilməsi də deyilənləri təsdiq edir.
Cəmiyyətin iqtisadi varlığının təməlini maddi istehsal təşkil edir. Maddi nemətlərin istehsalı üsulu cəmiyyətdə baş verən bütün sosial, siyasi və mənəvi proseslərin əsasında duraraq onu şərtləndirir.
Maddi istehsal prosesi təbiətə müxtəlif əmək vasitələrinin köməkliyi ilə səmərəli təsir göstərməkdən ibarət olan insanların birgə qarşılıqlı fəaliyyəti prosesidir. Möhz bu qarşılıqlı təsir prosesində insanlar onları əhatə edən təbiətdən özləri üçün zəruri olan yaşayış vasitələrini əldə edirlər. Maddi istehsal sosial varlğın olan insanın özünün formalaşmasının, onun təbiətdən ayrılmasının əsasıdır. İqtisadi istehsal üsulu məhsuldar qüvvələr və istehsal münasibətlərinin dialektik vəhdətindən təşkil olunmuşdur. Məhsuldar qüvvələr cəmiyyətin təbiətə münasibətini, ona malik olmasının dərəcəsini, istehsal-iqtisadi munasibətləri isə istehsal prosesində insanların ictimai qarşılıqlı əlaqə və qarşılıqlı təsirini ifadə edirlər. Məhsuldar qüvvələr mürəkkəb sistem olmaq etibarı ilə özündə həm subyektiv (insan, texnoloji və elmi biliklər), həm də obyektiv, cismani (texnika, istehsal vasitələri) elementləri birləşdirirlər. Məhsuldar qüvvələr cəmiyyətin təbiətə münasibətini ifadə etdiyindən, təbiət özü məhsuldar qüvvələrin tərkib elementi ola bilməz. Təbiət ən ümumi əmək predmetindən ibarətdir, həm də butün təbiət deyil, onun istehsal sahəsinə cəlb edilən və insan tərəfindən istifadə edilən hissəsi bilavasitə əmək predmetidir.
İstehsal münasibətləri maddi istehsalın strukturunu, formasını təşkil etdiyindən, öz təbiətinə görə onu əks etdirməyə bilməz. Bunları daha aydın təsəvvür etmək üçün "maddi istehsal" və "bilavasitə istehsal" anlayışlarının hissə və tam kimi məna tutumunu fərqləndirmək, onlara uyğun olaraq istehsal münasibətlərinin xarakteristikasına yanaşmaq lazımdır. İstehsal munasibətləri iqtisadi münasibətlər olmaq etibarı ilə insanlar arasında bilavasitə istehsal prosesində meydana gələn bölgü, mübadilə və maddi nemətlərin istehlakı munasibətləridir.
İstehsal və ya iqtisadi münasibətlər sistemi özündə üç mühüm elementi birləşdirir. Birinciyə, istehsal vasitələrinə və istehsal olunmuş məhsullara mülkiyyət tipi və formaları, ikinciyə, istehsal prosesində qarşılıqlı fəaliyyət mübadiləsinin xarakteri, üçüncüyə, istehsal olunmuş məhsulların bölgüsü üsulları aiddir.
Bu sistemdə istehsal vasitələrinə olan mülkiyyət aparıcı rol oynayır. Beləliklə, iqtisadi sistemdə ondakı ən mühüm məzmunu aşkar edən əsas istehsal münasibətləri və onun formasındakı ən mühüm olanı aşkar edən ilkin istehsal (iqtisadi) münasibətləri sistem təşkiledici amilləri təşkil edirlər.
Əgər iqtisadi istehsal üsulu daxilində məhsuldar qüvvələr, texnoloji istehsal üsulu daxilində isə texnika əsas həlledici rol oynayırsada, bütün ictimai münasibətlər sisteminə, ideyalar və bütün ictimai təsisatlara nisbətdə həmin rolu bütövlükdə vəhdətdə olan hər iki istehsal üsulu, yəni maddi nemətlərin istehsalı üsulu oynayır. Bu öz ifadəsini ümümsosioloji qanunda tapmışdır. Mühüm nemətlərin istehsalı üsulu cəmiyyət həyatının sosial, siyasi və mənəvi proseslərinin əsası, hərəkətverici və həlledici amilidir. Ona görə də bəşəriyyət tarixinin bütün dövrlərində fəaliyyat göstəran əsas sosioloji qanun iqtisadi və texnoloji istehsal usullarının cəmiyyət həyatının bütun sahələrinə həlledici təsiri qanunu kimi formula edilir.


Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə