M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


Şihabəddin Yəhya Suhrəvərdinin dünyagörüşü



Yüklə 363,25 Kb.
səhifə85/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   81   82   83   84   85   86   87   88   ...   91
Muhazire fəlsəfə

Şihabəddin Yəhya Suhrəvərdinin dünyagörüşü (1154-1191) N.Gəncəvi ilə eyni dövrdə yaşamışdır. Şihabəddin Əbülfütuh Yəhya Həbəş oğlu Suhrəvərdi böyük filosof, şiraqilik fəlsəfəsinin banisidir.
Şihabəddin Suhrəvərdi dinin zəngin yaradıcılığında peripatetizm, sufizm və işraqilik məsələləri işıqlandırılmışdır. Azərbaycan filosofu məntiq, metafizika və təbiətşünaslığa dair "Qeydlərində" (Əl-təlvihat), "Müqavimətlər" (Əl-müqavimət", "Baxışlar" (Əl-ləməhat) və başqa kitablarında fəlsəfi kateqoriyaların yeni təsnifatını hazırlamış, peripatetik təlimini inkişaf etdirmişdir. "Filosofların görüşləri" traktatında Şərq peripatetizmini ortodoksal islam ideoloqlarının hücumlarından qorumuşdur. "Cəbrail qanadının səsi", "Qızğın əql", "Bir gün sufi camaatla birlikdə", "Uşaqlıq haləti haqqında", "Qarışqaların dili", "Simurqun civiltisi", "Ürəklərin bağı" (yaxud "Ürəklərin çəməni") və başqa traktatlarında o öz sufi sələflərinin ideyalarını təbliğ edib, panteizmə yaxın mövqe tutmuşdur.
Şihabəddin Suhrəvərdinin "İşıq heykəlləri", "İmaməddin lövhələri", "İşıqnamə", xüsusən "İmraq fəlsəfəsi" və bir sıra başqa əsərlərində Şiraqilik təliminin başlıca məsələləri verilmişdir. Şiraq (Əl-şiraq - işıq saçma) emanasiya termininə uyğundur. Şiraqilik (Əl-şiraqiyyə) bu sözdən əmələ gəlib, "Şirağa məxsus" deməkdir. Bu təlimə görə işıqlardan və onun kölgələrindən təşəkkül tapmış bütün mövcudatın zirvəsində işıqlar işığı durur. Tək və səbəbsiz olan həmin işıqdan mərtəbə-mərtəbə digər işıqlar və onların kölgələri (cisimlər) vücuda gəlmişdir. Bununla şiraqilik fəlsəfəsində Şərq peripotetizmindəki əql, nəfs və cismin üçlük sisteminə əsaslanan yeni bir emanasiya nəzəriyyəsi yaradılmışdır. Şiraqilik fəlsəfəsində idrakın hissi, əqli və intuitiv mərhələləri qəbul edilir. İctimai fikirlərə gəldikdə, o Şihabəddin Suhrəvərdinin poeziyasında daha qabarıq verilmişdir. Haqsızlığa və ədalətsizliyə qarşı çıxan mütəfəkkir bədxah insanları əjdahaya və ilanlara bənzədirdi. Onun fikrincə xalqa layiqli adam başçılıq etməlidir, O, deyirdi "siyasət onun əlində olarsa, zaman işıqlı olar".
Şihabəddin Suhrəvərdinin . fəlsəfəsini, xüsusən onun Şiraqilik təlimini Şəmsəddin Şəhrəzuri (?-1250), İbn-Kəmmunə İsrailin (?-1277), Qütbəddin Şirazi (1236-1311), Vədud Təbrizi (?-1524), Sədrəddin Şirazi (?-1610) və b. görkəmli filosoflar inkişaf etdirmişlər.
XIV əsrdə yaşamış Azərbaycanlı filosof Sədəddin Mahmud Əbdülkərim oğlu Şəbüstəri Təbrizi (1287-1320) Sufi–panteist mütəfəkkiridir. Özünün xəbər verdiyi kimi o, Misir, Şam və Hicaz ölkələrinə səfər etmiş, kəndbəkənd, şəhərbəşəhər gəzmiş, hər yerdə adamlar və şeyxlərlə görüşmüş, elmi axtarışlarda olmuşdur.
Mütəfəkkir Sufizmə və onun fəlsəfəsinə aid "Dünyaların ağasını dərk etməyə dair yəqinliyin həqiqəti", "Həqiqət axtaranların güzgüsü", "Sirlər gülşəni" və "Səadət kitabı" əsərlərini yazmışdır. Şəbüstəri olduqca məşhur şair və filosof olmuşdur. Mahmud Şəbüstərinin 1317-ci ildə qələmə aldığı "Sirlərin gülşəni" kitabında başlıca ideya varlığın vəhdətinin poetikcəsinə əsaslandırılmasıdır. M.F.Axundov bu fəlsəfi poemadakı mütərəqqi fikirləri yüksək qiymətləndirmişdir. Dünya şöhrəti tapmış "Sirlər gülşəni" fəlsəfi poeması tanınmış mütəfəkkirlər tərəfindən şərh edilmiş, fars, eləcə də rus, ingilis, alman, fransız və türk dillərində çapdan çıxmışdır.
«Sirr gülşəni» əsərində şair və filosofun dünyagörüşünün sufi-panteist tendensiyası öz əksini tapmışdır. M.Şəbüstərinin fikrincə, insan təkcə allah ilə deyil, bütün aləm onun müxtəlif təzahürü ilə eynidir, vəhdətdədir. Filosof panteizmi inkişaf etdirmiş, allah, insan və təbiəti eyni təzahürlər saymışdır. Qədim yunan fəlsəfəsi ilə dərindən tanış olmuşdur. Əslində antik fəlsəfə Şərq fəlsəfəsi ilə birlikdə onun yaradıcılığının ideya mənbəyi olmuşdur. Qeyd etmək lazımdır ki, dini qəbul edən Şəbüstəri çox vaxt ona əsaslanmışdır. Eyni zamanda o, bir sıra hallarda ortodoksal ehkamlarla razılaşmamış və tez-tez onları kəskin surətdə tənqid etmişdir. Dünyanın daxili və xarici hissədən ibarət olduğunu irəli sürən Şəbüstəri xarici hissəni planet və elementlərlə, minerallar, bitkilər və heyvanlarla əlaqələndirmişdir. Daxili hissəni isə ruhlar və əqllər aləmindən ibarət hesab etmişdir. İnsanlarda həm daxili, həm də xarici hissələr vardır. İnsan dünyanın mövcudluğu nümunələrindən biridir. Ümumiyyətlə, Mahmud Şəbüstəri Azərbaycan ictimai fikrində olduqca əhəmiyyətli mövqeyə malik olmuşdur.


Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə