M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə82/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   78   79   80   81   82   83   84   85   ...   91
Muhazire fəlsəfə

Demoqrafiya problemi. Demoqrafiya iki yunan sözündən (demos - xalq, qrafıka-təlim) ibarət olub, əhali artımı haqqında elm deməkdir. Bu xüsusi bilik sahəsinin banisi ingilis alimi Con Qraunt (1620-1674) hesab edilir. Bu elm ayrı-ayrı ölkələrdə əhalinin ümumi sayını, cins və yaş tərkibini, artım sürətini öyrənməklə məşğuldur. Əhalinin təkrar istehsalı, məskunlaşması, yerdəyişməsi, sosial, milli-etnik, irqi və dini strukturu, təhsil səviyyəsi, işlə təmin olunması və nəsillərin bir-birini əvəzetmə dinamikası demoqrafiya elminin mərkəzi problemi, əsas tədqiqat obyektidir. Əhali artımı müəyyən müddət ərzində doğulanlarla ölənlərin say nisbətindən ibarət olduğu üçün ölkədə nigah bağlanmasının, boşanma hallarının və ölüm faizinin araşdırılması da bu elmin vəzifəsinə daxildir. Yer kürəsində və yaxud müəyyən bölgələrdə, ayrı-ayrı dövlətlərin ərazisində əhali artımının qanunauyğunluqlarını müəyyənləşdirmək, onun sosial-iqtisadi strukturunun təhlilini vermək olduqca böyük iqtisadi-ictimai və siyasi əhəmiyyətə malikdir. Odur ki, demoqrafik göstəricilərə təsir edən sosial, iqtisadi, siyasi, mədəni, hüquqi, dini amillər mütəmadi olaraq dərindən tədqiq və təhlil edilməlidir.
XIX əsrin əvvəllərindən etibarən planetimizin əhalisi sürətlə artmağa başlamışdır. BMT-nin məlumatına əsasən 1820-ci ildə Yer kürəsində bir milyard əhali məskunlaşmışdı. 1927-ci ildə onun sayı iki milyarda, 1960-cı ildə üç milyarda çatmış, 1978-ci ildə artıq dörd milyard olmuşdur. 1987-ci ildə, yəni 9 ildən sonra onun miqdarı beş milyardı ötüb keçmişdir.
Əhalinin sürətlə artmasını göstərmək üçün təkcə bu fakt kifayətdir: hərgah X əsrdən sonrakı dövr ərzində dünya əhalisinin 275 milyondan 446 milyona çatması, yəni 171 milyon artması üçün beş yüz il lazım olmuşdursa, onun bir milyard artaraq dörd milyarddan beş milyarda çatması üçün cəmi doqquz il kifayət etmişdir.
Demoqrafik proseslərin inkişafında əhalinin bir yaşayış məntəqəsindən digərinə keçməsi çox mühüm rol oynayır. Bu, bir tərəfdən bəzi ölkələrə adamların kənardan gəlməsi -immiqrasiya, digər tərəfdən isə onların bir qisminin xarici ölkələrə köçüb getməsi emiqrasiya hesabına baş verir. Müxtəlif səbəblər üzündən, xüsusilə də müharibələr, etnik münaqişələr nəticəsində, sənayenin inkişafı, iri mədəniyyət və təhsil mərkəzlərinin yaranması ilə adamların bir yerdən başqa yerə köçərək orada məskən salması adi hala çevrilmişdir. Miqrasiya adlanan bu proses çox zaman kənd əhalisinin şəhərlərə axınına səbəb olur ki, bu da nəhəng şəhərlərin əmələ gəlməsinə gətirib çıxarır. Odur ki, urbanizasiya adlanan bu proses müasir dövrdə böyük vüsət almışdır. Bu həm də şəhərin rolunun artması, burada məişət şəraitinin, xidmətin yüksək olması və ümumiyyətlə, şəhər həyat tərzinin cazibədarlığı ilə bağlıdır. Bu, ayrı-ayrı dövlətlərdə aqrar siyasətin düzgün aparılmaması nəticəsində də baş verir.
Demoqrafiya əhali artımı qanunlarını müəyyən edərkən cəmiyyətin ümumi inkişaf qanunlarına əsaslanmalıdır. Lakin demoqrafiya sahəsində xüsusi tədqiqat metodlarından da geniş istifadə edilir. Burada miqdarın müəyyənləşdirilməsi daha vacib olduğundan riyazi üsullar geniş tətbiq edilir. O, demoqrafik statistikanın əsasını təşkil edir. Müasir EHM-lər bu sahədə çox geniş imkanlar açır. Burada həm deskriptiv, həm də analitik metodlardan geniş istifadə olunur, hipotetik və təsviri metodlar da tez-tez tətbiq edilir.
Demoqrafiya bu metodlara əsaslanaraq əhali artımına dair elmi proqnozlar işləyib hazırlayır. O, əhali artımmı tənzim etmək, demoqrafik prosesləri mövcud şərait üçün optimallaşdırmaq, əlverişliliyə yaxınlaşdırmaq, miqrasiyanı nizamlamaq məqsədilə demoqrafik siyasət hazırlayıb həyata keçirməyə kömək edir.
TEXNIKA

XXVII fəsil. Bəşəriyyət informasiya-texnologiya aləmində ■ Qloballaşma, standartlaşdtrma və sosial dünya obraztmn transformasiyası təhlükəsi ■ Problemin həlli yollartntn axtanşt Oloballaşma. standartlaşdtrma və sosial dünya obraztmn transformasiyast təhlükəsi.


Bu gün dünya getdikcə dərinləşən qloballaşma prosesinin - siyasət, iqtisadiyyat, din, mədəniyyət, sosial həyat, hərbi əməkdaşlıq və başqa sahələrdə dövlətlər arasmda münasibətlərin intensivləşməsinin şahidi olur. Bu prosesin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, Qərbin mədəni standartları əsasında cərəyan edir. Birmədəniyyətliliyin və yekdilliyin tamamilə yeni səviyyəsini doğuran qloballaşma inkişafın Qərb modelləri üzrə genişmiqyaslı standartlaşdırmaya çevrilir: dünyanın müxtəlif guşələrində insanlar eyni cür - Avropasayağı geyinir, eyni modaya, eyni adətlərə və zövqlərə üstünlük verir, eyni filmlərə baxır, eyni musiqini dinləyir, əksəriyyəti Qərb mədəniyyətini təmsil edən eyni kumirlərə pərəstiş edir. 2001-ci il sentyabrm 11-də ABŞ-da baş vermiş məlum hadisələrdən sonra yeni parametrlər kəsb etmiş bu proses ayrı-ayrı ölkələrdə tarixən bərqərar olmuş ənənəvi həyat tərzini, xeyirxahlıq, gözəllik və ədalət haqqında qərarlaşmış anlayışları, meyarları və təsəvvürləri kənardan dağıdır, insanlarm adət etdiyi mənəvi dəyərləri puç edir, milli həyatın mənəvi komponentlərini cılızlaşdmr. Bu ölkələrdə “milli”, “milli bənzərsizlik”, “milli sərhədlər” anlayışlarınm mahiyyəti tədricən transformasiyaya məruz qalır. İntemetin törətdiyi informasiya inqilabı vahid informasiya məkanının formalaşmasma şərait yaratmaqla milli sərhədləri qısaldır, mədəniyyət, əxlaq və mənəvi dəyərlər barədə Qərb standartlarmı dünyanın bütün ölkələrinə zorla qəbul etdirir. Bu və ya digər ölkənin vətəndaşlarımn şüurunda üstünlük təşkil edən sosial dünya obrazı yenidən qurulur. Bu proses əks reaksiyaya - antiqlobalizmə, milli mədəniyyətlərin öz bənzərsizliyirü qorumaq, “özününkünü” “özgəninkiyə” qarşı qoymaq cəhdinə səbəb olur. Həmişə də istər milli bənzərsizliyin qorunub saxlanmasımn, Qərbdən gətirilmiş təsisatların radikal şəkildə devrilməsinin tərəfdarı olan, istərsə də Qərb dəyərlərini dərhal mənimsəməyin tərəfdarı olan sosial qüvvələr tapılır. Akademik D.Lvov haqlı olaraq belə hesab edir ki, dünya xalqlarının mədəni müxtəlifliyi müasir dünyanın sabitliyinin həlledici komponentlərindən biridir. Onun fikrincə, bu müxtəlifliyin standart yeknəsəqliklə əvəz edilməsi, əslində dünyanı dağıtmaq, onu xaos və kataklizmlər vəziyyətinə gətirməkdir. O, qloballaşmanın sosial nəticələrini bitki və heyvanat aləminin ayrı-ayrı növlərinin yox olması ilə müqayisə edərək yazır: “Lakin insan cəmiyyətinin özündə bu təhlükə indiyə qədər yetərincə dərk edilməmişdir. Son əsrlərdə bir sıra tayfalar və xalqlar məhv olmuşdur. Kiçik xalqlar deyilən xalqlar sürətlə ölüb getməkdədir. Onları bəşəriyyətin məhv olan növlərinin qırmızı kitabına daxil etməyin vaxtı çoxdan yetişib”. Onu da qeyd etmək lazımdır ki, qlobalizm ilə antiqlobalizmin qarşıdurmasında qloballaşmaya məruz qalan xalqların mədəni özünəməxsusluğun ifadəçisi olan islama xüsusi əhəmiyyət verilir. Bu xalqlarm çoxu islam dininə etiqad bəsləyir və onu öz mədəni irsinin ayrılmaz tərkib hissəsi hesab edir. İslamda fundamentalizm meyillərirün artması səbəblərindən birini bununla izah etmək olar. Kommunikasiya sistemlərinin qloballaşması islamın da qloballaşmasma şərait yaradır.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə