M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə2/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   2   3   4   5   6   7   8   9   ...   91
Muhazire fəlsəfə

Mifologiya iki sözün birləşməsindən yaranıb (yunanca «mif» - əsatir, əfsanə, rəvayət mənasındadır, «loqos» isə - təlim deməkdir). İbtidai cəmiyyətdə, bəşər mədəniyyəti inkişafının ilkin dövrlərində meydana gəlmişdir. Mifologıya - qədim dövrün dünyanı anlamaq üsulu, ibtidai cəmiyyətdə universal ictimai şüur forması olmuşdur. Mifik təsəvvürlərin əsasında əfsanəvi varlıqlar, Allahlar və onların fəaliyyəti, qəhrəmanların möcüzələri və s. haqqındakı inamlar, ideya və baxışlar durur. Dünyanın bir çox xalqlarının miflərində kosmik mövzular xüsusi yer tutur. Mifoloji dünyagörüşü təsəvvürlərində dünya ilə yanaşı, insanın mənşəyi, onun həyat inkişafının mərhələləri, ölümü, insanın odu əldə etməsi, sənəti, əkinçiliyi öyrənməsi və s. mövzular da geniş yer tutur.
Miflərdə təbiət və mədəniyyət hadisələri qovuşmuş, təbii cisim və hadisələr canlaşdırılmış, insanabənzərləşdirilmiş, mifoloji obrazlara çevrilmişdir. Reallıq və fantaziya, hiss və fikirlər, bilik və bədii obraz obyektiv və subyektiv olan miflərdə vəhdət halında birləşmişdir, bütöv dünya mənzərəsi yaradılmışdır, Dünyanın mifoloji mənzərəsində reallıq və fantaziya, təbii və fövqəltəbii, bilik və inam çulğaşmışdır.
Dini dünyagörüşü - dünyagörüşün ikinci tarixi növüdür. Şüurun gerçəkliyi ümumiləşdirərək anlayışlar vasitəsilə əks etdirməsi (məsələn, Allah, ruh, axirət və s.) formalarından biridir, gerçəkliyin fövqəltəbii qüvvələrə inam əsasında inikasıdır.
Dini dünyagörüşə görə dünya ikili səciyyə daşıyır: «yer üzü», «bu dünya» - təbii, hiss üzvlərimizlə duyulan dünya və «o dünya», fövqəltəbii, «göy üzü» - fövqəlhissi dünya. Dinə görə əsas, başlıca məqsəd ikincidir, birinci isə keçici və müvəqqətidir.
Din insanın qeyri-adi təbii və sosial qüvvələri əsasında yaransa da, müəyyən tarixi şəraitdə ümumbəşəri dəyərlər, sosial ədalət uğrunda çıxış etmiş, normaların tənzimləyicisi funksiyasını yerinə yetirmişdir. İnsanların əxlaq və davranışını, hissi tərzini və fikirlərini normalaşdırıb sistemə salan din, cəmiyyətdə sosial-mənəvi tənzimetmənin, adət-ənənə və mənəviyyat normalanrın hifz edilməsi və yaşadıqları nəsildən-nəsilə verilməsinin mühüm vasitəsi kimi çıxış etmişdir və edir.
Dinləri monoteist (təkallahlıq) və politeist (çoxallahlıq), ibtidai və müasir, milli və dünyəvi olmaqla müxtəlif qruplara ayırmaq olar. İbtidai dinlər (animizm, fetişizm, magiya, bütpərəstlik və s.), politeist dinlər, müasir dünya dinləri (xristianlıq, islam, buddizm), monoteist dinlər (xristianlıq, islam və s.) misal ola bilər.
Hər bir dinin strukturuna aşağıdakılar daxildir: dini ideya və təsəvvürlər; dini hiss və əhval-ruhiyyə; dini ayinçilik (kult) və dini fəaliyyət. Bunlardan başqa, dini təsisatlar da vardır ki, (dini icmalar, birliklər, kilsələr, məscidlər və s.), onların fəaliyyətindən yaranan normalar, qaydalar və prinsiplər dini dünyagörüşü sistemində mühüm yer tutur.
Elmi dünyagörüşü - təbii-elmi və sosial-tarixi biliklərə, dünyanın təbii-elmi mənzərəsinə əsaslanan, gerçəklikdə hadisə və proseslərin inkişaf və dəyişməsinin elmi səbəblərinə istinad edərək dünya haqqında elmi anlayış və qanunauyğunluqların ümumiləşmiş inikasını ifadə edən baxış, ideya və prinsiplərin məcmusudur. Elmi dünyagörüşü - öz müddəalarında müasiri olduğu elmin son nailiyyətlərinə istinadən insanı əhatə edən gerçəkliyə insan münasibətini xüsusi elmi qanun və kateqoriyalar, təlim və nəzəriyyələr vasitəsilə ifadə edir.
Fəlsəfi dünyagörüşü - elmi dünyagörüşün növ müxtəlifliyindən biridir. O, müəyyən cəhətlərdən elmi dünyagörüşü ilə qovuşur, eyniləşir, müəyyən cəhətlərdən isə ondan fərqlənir.




    1. Yüklə 363,25 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə