M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə91/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   83   84   85   86   87   88   89   90   91
Muhazire fəlsəfə

Sosial stratifikasiya sosial sistemin üzvlərinin, yəni insanların qeyri-bərabər statusa malik strata və ya səviyyələrdə yerləşməsinə deyilir. Sosial bərabərsizliyə məşğulluq növü, təhsil, mülkiyyət, mənşə, milliyyət, din, şəxsi təsir imkanı və s. kimi müxtəlif amillər səbəb ola bilər. Stratifikasiya gəlirdə, mülkiyyətdə, defisit malların əldə edilməsində və sosial hakimiyyətin digər formalarına nail olunmasında mövcud fərqləri də nəzərdə tutur, Bu nöqteyi-nəzərdən istənilən cəmiyyət, istənilən mədəniyyət müəyyən dərəcədə sosial bərabərsizliyə malikdir.
Sosial bərabərsizlik müəyyən mənada pozitiv funksiyalar yerinə yetirir, tarixi inkişafın güclü stimulu rolunu oynayır. Ona, görə də əgər onun qarşısına süni sədlər çəkilərsə və onu reqlamentləşdirməyə cəhd göstərilərsə ("bərabərləşdirici sosializmdə" olduğu kimi), o həmin andan inkişafın qarşısını alan bir amilə çevriləcəkdir.
Sosioloji ədəbiyyatda aşağıdakı 4 stratifikasiya sistemi qəbul olunmuşdur:
l) quldarlıq sistemi;
2) kasta sistemi;
3) silk sistemi;
4) sosial sinif sistemi.
Quldarlıq fərdlər və sosial qruplar üçün sosial bərabərsizliyin qanuniləşdirilmiş ən fövqəladə formasıdır. Qulların asqı-satqı predmeti olaraq başqalarının mülkiyyətinə çevrilməsi bu sistemin xarakterik cəhəti kimi çıxış edir.
Kasta dini xarakter daşıyan, nisbətən dəyişməz qalan rütbələrin (ranqların) irsi sistemidir. Kasta sistemi adətən Hind dini baxışları ilə assosiasiya olunur. O, Hindistan, Şri-Lanka və Pakistan kimi ölkələrdə geniş yayılmışdır. Bu sistemdə kasta üzvlüyü anadangəlmə müəyyənləşdirilir. Buradan da uşaqlar kastada valideynlərinin malik olduqları mövqeyi tuturlar. Hər bir kastanın rolu kifayət qədər müəyyənləşdirilmişdir və kasta üzvləri, bir qayda olaraq, elə kasta daxilində də ailə qururlar. Hal-hazırda Hindistanda "varnaslar" deyilən dörd əsas kasta və "toxunulmazlar" adlanan qeyri-kasta vardır. Müasir Hindistanda kasta sistemi əsaslı dəyişikliklərə məruz qalsa da, ictimai həyatda öz təsirini hələ də itirməmişdir.
Üçüncü stratifikasiya sisteminə feodal cəmiyyəti ilə assosiasiya olunan silk sistemi aid edilir. Silk kapitalizməqədərki cəmiyyətin adət və ya qanunlarında yerini tapmış irsi hüquq və vəzifələrə malik olan sosial qrupdur. Silki təşkilatlar silklərin bərabərsizliyi ilə səciyyələnirdilər. Məsələn, XVIII əsrin ikinci yarısındakı Rusiyada zadəganlara, ruhanilərə, tacirlərə, meşanlara və kəndlilərə bölünən silki bölgü başlıca yer tuturdu. Kapitalizm münasibətlərinin möhkəmlənməsilə silklərin dağılması prosesi güclənir, onların yerini sinfi sistem tutur.
Sinfi sistem əsasən iqtisadi vəziyyətə əsaslanan elə sosial bölgüyə deyilir ki, burada qazanılmış status sosial mobilliyə və ya yerdəyişməyə təsir göstərmək imkanına malikdir. Burada sosial qruplar arasındakı sərhədlər şərtidir və bir stratadan digərinə keçmək üçün daha geniş azadlıq mövcuddur. Stratifikasiyanın sinfi sistemi cəmiyyətdə daha stabil iyerarxik bölgü yaradır.

1 Bax: Psixoanaliz (yunanca: ruh və dağılma, hissələrə ayrılma) psixoterapiya və psixoloji təlim metodudur. Burada diqqət mərkəzində təhtəlşüur (şüuraltı) psixi proseslər və onların motivasiyası durur.


Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə