M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


Problemin həlli yollarının axtanşı



Yüklə 363,25 Kb.
səhifə83/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   79   80   81   82   83   84   85   86   ...   91
Muhazire fəlsəfə

Problemin həlli yollarının axtanşı. Son illərdə qloballaşmamn sosiomədəni problemlərinin həm milli, həm də beynəlxalq miqyasda tədqiqatlan xeyli genişlənmişdir. Getdikcə daha çox insan başa düşür ki, bu gün qloballaşma şəraitində dünyanın bütün ölkələri - varlı və ya yoxsul, Qərb və ya Şərq ölkəsi, inkişaf etmiş və ya inkişaf etməkdə olan, ənənəvi və ya xarici modellər əsasında inkişaf edən ölkələr bu problemin birlikdə həll edilməsi zərurəti ilə hesablaşmaya bilməzdi. Bu isə bütövlükdə ümumi sosial nəzəriyyəni yenidən qurmağın zəruri olmasına dəlalət edir. Bu gün məsələni belə qoymaq düzgün olardı: ya hamımız birlikdə salamat qalacağıq, ya da heç kəs salamat qalmayacaqdır! Yeni nəzəri təfəkkür yaratmağa, qloballaşma prosesinin mümkün nəticələrinin adekvat şəkildə yenidən dərk edilməsinə çağırışlar getdikcə tez-tez səslənir. “İnkişaf” anlayışırun məzmununa yenidən nəzər salınması və mədəni bənzərsizliyin rolunun aşkar edilməsi insan haqqında elmlərin, ilk növbədə fəlsəfənin mühüm vəzifəsi hesab edilməlidir.


Orta əsr müsəlman Şərq fəlsəfəsi

Orta Əsrlərdə Şərq fəlsəfəsi öz xüsusiyyətlərinə və mündəricəsinə görə iki qola ayrılır. Hindistan, Çin, sonralar isə Yaponiya və b. ölkələrdə yayılmış qədim ideoloji təlimlər mövcud şəraitə uyğun olaraq inkişaf etmişlər. Bu ölkələrin fəlsəfi, dini və ictimai-siyasi fikri arasında yaxınlıq, bir-birindən təsirlənmə halları Orta Əsrlərdə daha artıq dərəcədə özünü göstərir.


Şərq fəlsəfəsinin digər qolu İslam dininin yayıldığı ölkələrə məxsusdur. Hər iki qolun müstəqil inkişaf yolu keçməsinə baxmayaraq, onlar arasında müəyyən yaxınlıq və ümumilik də mövcuddur.
Məhəmməd peyğəmbər tərəfindən hazırlanmış monoteist din olan İslam VII əsrdə meydana gəlib sürətlə yayılmağa başlamışdır. Bu dini təlimin müqəddəs kitabı Quran (mə'nası: qiraət) yalnız dinin deyil, hüququn, şəriətin və bütünlükdə müsəlman xalqlarının ideologiyasının qiymətli mənbəyidir. Orta əsrlərdəki fəlsəfi, ictimai-siyasi, etik, estetik və s. görüşlərin çoxunu Qurandan təcrid etmək qeyri-mümkündür; əksər ideoloji cərəyan və tə'limlər az və ya çox dərəcədə onunla bağlıdır. Bu əzəmətli abidənin təfsirinə və şərhinə həsr edilmiş yüzlərlə dəyərli əsərlər yazılmışdır. Quranın təfsiri, şərhi, hədis, fiqh (hüquqşünaslıq), kəlam (sxolastika) kimi dini elmlər “şəriət” adlanırdılar. Dünyəvi elmlərə “əqli elmlər” deyilirdi. Buraya fəlsəfə, məntiq, təbiət elmləri, riyaziyyat və kosmoqoniya daxil edilirdi.
İslam fəlsəfəsi əvvəldən dini təməl üzərində formalaşmışdır. Erkən Orta Əsrlərdə Yaxın Şərqdə fəlsəfi fikir bütpərəstlik, atəşpərəstlik və xristianlıqla bağlı olmuş, sonralar ideoloji təlimlər islam zəminində və antik mənbələr əsasında təşəkkül taparaq yüksək tərəqqi etmişdir. Xristianlığın özünəməxsus ilkin fəlsəfi müqəddiməsi olduğu halda, yə'ni ellinizm dövrü fəlsəfəsində bu dinin bəzi ehkam və əxlaqi-etik problemləri içəridən şərh və təhlil olunduğu halda, islamın bu cür fəlsəfi sələfı olmamışdır. Doğrudur, islamaqədərki dövrdə ərəb ədəbiyyatı nümunələri Kəbə məbədində nümayiş etdirilirdi Ayrı-ayrı ədilələrin yazıları yayılırdı. Lakin fəlsəfi məzmunlu yazıların ərəblər arasında yayıldığı məlum deyildir. İslamın hənəfilik hərəkatından bəhrələndiyi, təkallahlıq ideyasının oradan götürdüyü qəbul edilir. İslam özündən əvvəlki dinlərdən (iudaizm, zərdüştilik, xristianlıq) xəbərdar olduğu Qurani-Şərifin mətni, hədislər və müsəlman ənənələri asasında sübuta yetirilmiş tarixi fakt sayılır. Amma islam fəlsəfəsinin mənşəyində müsəlman dininin özü durur, bu fəlsəfə islamın müqəddəs kitabı Qurani-Şərifin ehkam və müddəalarına verilən qiymət, izah və şərhlərdən başlayaraq irəliləmişdir. İslam fəlsəfəsi beynəlmiləl fəlsəfədir, onun yaradıcıları sırasında ərəb cəbəriləri və qədəriləri, kəlamçıları, mütəzililəri ilə yanaşı, ərəb - əl-Kindi, ibn-Rüşd, əl-Qəzali ilə birlikdə türk - əl-Fərabi, tacik - ibn-Sina, azərbaycanlı - Əbülhəsən Bəhmənyar və bir çox başqa xalqların nümayəndələri də vardır. İslam peripatetizmi, neoplatonizmi, Panteizmi və başqa fəlsəfi cərəyan və məktəbləri də öz beynəlmiləl tərkibi və islam mənbəyi ilə nəzəri cəlb edir.
Orta Əsrlərdə Qərb ölkələrində kilsə ehkamı hər cür təfəkkürün çıxış momenti və əsası sayıldığı, dini elmlər zəminində yalnız dini fəlsəfə-ilahiyyat (sxolastika və mistika) yayıldığı halda, Müsəlman Şərqində dünyəvi elmlərə əsaslanan elmi-fəlsəfi təlimlər də mövcud olmuşdur. Buradakı dini-fəlsəfi təlimlər özü də son dərəcə geniş mündəricəlidir. Sünni hüquq məktəblərindən hənifilik, malikilik, şafiilik və hənbalilik öz ideya istiqamətlərinə görə fərqlənirdilər. İslam sxolastikası sifatilik, cəbərilik, qədərilik kimi cərəyanların ideya zəminində yaranıb formalaşmışdır.
Həmin cərəyanların ideya zəminində mötəzililik təlimi meydana çıxmışdır. Mötəzililik Vasil ibn Əta (700-749), Əbühüseyi Əllaf (? - 849), İbrahim ibn Səyyar Nəzzam (?-835), Hişam ibn Əmr Füvəti və başqa mütəfəkkirlərin başçılığı ilə müxtəlif qollara ayrılmışdır.
Dini fəlsəfənin mistik istiqaməti şiəlik və sufilikdə öz əksini tapmışdır. Şiələr dördüncü xəlifə Əli ibn Əbutalibin (656-661) tərəfdarı olub, müxtəlif firqələrə bölünürdülər. Şiə firqələri içərisində qalilikismaililik bidətçi cərəyanlar kimi məşhurdur. Müsəlman Şərqində mistik cərəyan kimi sufilik daha mühüm yer tutur.
Orta Əsrlərdə qeyri-dini fəlsəfi təlimlərdən birincisi Şərq peripatetizmidir. Aristotelizm və başqa Antik ənənələr zəminmdə işlənib hazırlanmış bu təlim o dövrdə fəlsəfı fikrin əsasını, nüvəsini təşkil etmişdir. Ərəbdilli alimlər Aristoteli Birinci müəllim (əl-Müəllim əl-əvvəl) adlandırmışlar. XII əsrdə sufizmdə panteizmə meylin gücləndiyi şərait yaranmışdır.
XII əsrdə işraqilik adlı daha bir elmi-fəlsəfı təlim meydana çıxmışdır. Onun banisi Şihabəddin Yəhya Sührəvərdi (1154-1191) idi. XIV əsrin mühüm ideoloji cərəyanlarından biri hürufilik idi.


Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə