M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


Qlobal problemlər, yaranma səbəbləri və əsas xüsusiyyətləri



Yüklə 363,25 Kb.
səhifə79/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   75   76   77   78   79   80   81   82   ...   91
Muhazire fəlsəfə

15.4. Qlobal problemlər, yaranma səbəbləri və əsas xüsusiyyətləri

“Qlobal problem” anlayışı əsrimizin 50-ci illərindən başlayaraq elmi ədəbiyyatda geniş miqyasda işlənməyə başlanmışdır.


Qlobal xarakterli problemlər o problemlərə deyilir ki, onlar ayrı-ayrı ölkələri və xalqları deyil, bütün dövlətləri, bəşəriyyəti narahat edir.
Əlbəttə, qlobal problemlər həmişə bu şəkildə, bu xarakterdə olmamışlar, onlar əvvəl ayrı-ayrı ölkələrdə baş verərək lokal, yəni yerli xarakter daşımışlar. Sonralar müxtəlif bölgələri bürüyərək regional, daha sonra isə bütün dünya ölkələrini və yaxud da onların əksəriyyətini əhatə edərək qlobal miqyas kəsb etmişlər.
Hər bir ölkə öz iqtisadi-ictimai, mədəni və siyasi inkişafında bir sıra çətinliklərlə, həll edilməsi zəruri olan problemlərlə üzləşməli olur. Çünki sosial tərəqqinin yolu hamar deyil, o, mürəkkəb və ziddiyyətli bir prosesdir. Ona asanlıqla, ortaya çıxan çətinlikləri aradan qaldırmadan, problemləri həll etmədən nail olmaq mümkün deyil. Odur ki, onlar əvvəlcə bir ölkənin daxilində irəli gəldiyinə, bir dövləti, bir xalqı narahat etdiyinə görə lokal, yəni yerli problemlər adlandırılır. Ayrı-ayrı dövlətlərin daxilində baş verən milli-etnik münaqişələr, təhlükəli xəstəliklərin epidemiyası, quraqlıq, qıtlıq və bu kimi digər problemlərə aid edilə bilər. Lakin bəzi hallarda bu problemlər ölkənin sərhədlərini aşaraq qonşu dövlətləri də əhatə edir, artıq bir ölkənin deyil, bir neçə ölkənin, böyük bir bölgənin, dövlətlər qrupunun problemlərinə çevrilirlər. Bu halda onlar regional, yəni bölgə problemləri adlandırılır.
Demək olar ki, müasir dövrün bütün qlobal problemlərinin istər ekoloji problem, istər energetika problemi, istər demoqrafiya problemi, istərsə də digər problemlər olsun, onların hamısının yaranma və inkişaf dinamikası məhz belə olmuşdur. Əlbəttə, müasir dövrdə qlobal problemlər çoxdur. Onlar əhəmiyyətinə, miqyasına, əhatə dairəsinə və təhlükəlilik dərəcəsinə görə o biri problemlərdən kəskin şəkildə fərqlənirlər. Doğrudur qlobal problemlər lokal və regional problemlərdən törəyir, lakin onları eyniləşdirmək düzgün olmaz.
Qlobal problemləri, əsasən, aşağıdakı cəhətlərinə görə səciyyələndirmək olar: onlar bütün ölkələri, yaxud da bu ölkələrin əksəriyyətini əhatə edir; həm təbii, həm də sosial sistemlərin ziddiyyətlərini özündə birləşdirir; dünya sivilizasiyasının mövcud olması üçün ciddi təhlükə törədir; sosial tərəqqi yolunda böyük əngələ çevrilir.
Müasir qlobal problemlərin bir qismi elmin və texnikanın sürətli tərəqqisi ilə bağlı olaraq meydana gəlmişdir.
Şübhəsizdir ki, müharibələrin, narkomaniyanın, beynəlxalq terrorizmin, insanlara böyük maddi zərər vuran kortəbii fəlakətlərin qarşısının alınması, yoxsulluğun, aclığın aradan qaldırılması, ictimai ədalətin bərqərar edilməsi, bütün insanların zəruri yaşayış vasitələri ilə təmin edilməsi, mənzilə, maarifə, təhsilə, səhiyyəyə, nəqliyyata, rabitəyə, kütləvi kommunikasiya və informasiya vasitələrinə, xammala və enerjiyə olan tələbatın ödənilməsi, dünya ölkələrinin sosial-iqtisadi inkişafının təxmini bərabərləşdirilməsi, insan hüquqlarının qorunması, torpaqlardan, bütün təbii sərvətlərdən səmərəli istifadə edilməsi, əhali artımının tənzimlənməsi, ayrı-ayrı bitki və heyvan növlərinin yoxa çıxmasına qarşı tədbirlər görülməsi, dünya okeanının, kosmosun birgə mənimsənilməsi və dünya miqyasında həll edilməsi vacib olan bu kimi məsələlər qlobal problemlər sırasında durur.
Lakin aşağıdakı qlobal problemləri ön plana çəkərək, diqqəti onlara cəlb etməyi xüsusilə vacib bilirik:
1. Nüvə müharibəsi təhlükəsinin aradan qaldırılması, planetdə sülhün və əmin-amanlığın bərqərar olması;

  1. Ekoloji fəlakətin qarşısının alınması;

  2. Energetika böhranının aradan qaldırılması.

  3. Demoqrafiya problemlərinin həlli.

Əlbəttə, zəif inkişaf etmiş ölkələr problemi də əslində ciddi qlobal problemdir. Yoxsulluq, müflislik, aclıq, savadsızlıq və epidemiyalar bir sıra Asiya, Afrika və Latın Amerikası ölkələrinin böyük bəlasıdır. 2,5 milyard əhalisi olan bu bölgələrdə adamların 50 faizə qədəri savadsızdır, burada hər il 12-16 milyon adam acından ölür. Bu ölkələrin əksəriyyəti xarici borc içərisində boğulur. Təqribi hesablamalara görə onların xarici borcları 1,3 trilyon dollardan çoxdur.
Beləliklə, planetimizdə çox ciddi ziddiyyətlər mövcuddur. Bir tərəfdən hər il kütləvi qırğın silahlarının istehsalına yüz milyardlarla dollar sərf edilir, digər tərəfdən hər il milyonlarla adam acından ölür.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təxmini hesablamalarına görə təkcə 2000-ci ildə yer kürəsində aclığı aradan qaldırmaq üçün bir trilyon dollardan çox vəsait lazım idi.
Nüvə müharibəsini təhlükəsinin aradan qaldırılması problemi. İndiki şəraitdə kütləvi qırğın silahlarının, o cümlədən də nüvə silahlarının və onları hədəfə çatdıran raketlərin təkmilləşdirilməsi və istehsalı elə bir həddə gəlib çatmışdır ki, nüvə müharibəsi hələ də bəşəriyyət üçün real təhlükə olaraq qalır. SSSR-nin süqutu ilə bir-birinə zidd olan iki müxtəlif ictimai sistem arasındakı qarşıdurma yox olsa da nüvə müharibəsi təhlükəsi tamamilə aradan qaldırılmamışdır. Alimlər hesablamışlar ki, indi mövcud nüvə silahlarının gücü planetimizdəki canlıları bir neçə dəfə məhv etmək üçün kifayət edər.
Bütün bunlar göstərir ki, atom bombası və ona bənzər digər kütləvi qırğın silahlarının istehsalı bəşəriyyətin özünə qarşı hazırladığı qəsddir. Bu cür silahların mövcud olduğu bir şəraitdə nüvə müharibəsinin olmayacağına təminat vermək çox çətindir.
“Nüvəsiz dünya” yaratmağın, Yer kürəsində sülhü və əmin-amanlığı təmin etməyin vaxtı çoxdan çatmışdır. Lakin çox təəssüflər olsun ki, bəşəriyyət hələlik buna nail ola bilməmişdir.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə