M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 222,71 Kb.
səhifə8/57
tarix24.08.2023
ölçüsü222,71 Kb.
#120862
1   ...   4   5   6   7   8   9   10   11   ...   57
muhazirə felsefe 2021

M. 3.Antik yunan fəlsəfəsi
ş
Antik fələsəfə eramızdan əvvəl VII-VI əsrlərdə meydana gəlmiş, eramızm V-VI əsriərinə qədər davam etmişdir. Bu fəlsəfədə gələcək dünyagörüşünün bütün tipləri rüşeym halında mövcud olmuşdur. Qədim dovr fəlsəfəsi özünün klassik inkişaf formasına Antik ölkələr adı ilə tanınmış Yunanıstan və Roma quldar dövlətlərində çatmışdır (latın dilində «antiqus» - «qədim» deməkdir). Antik fəlsəfə o zaman mövcud olan elmi biliklər əsasında qərarlaşmışdir. Antik ölkələrdə də fəlsəfə bütün bilik sahələrini əhatə edirdi.
Antik Dövrdə həm idealist tə"limlər, həm də materialist məktəblər fəaliyyət göstərmişlər. Bu dövrün filosofları obyektiv idealizm, sadəlövh materializm və korləbii dialektika mövqelərindən çıxış etmişlər.
İlk yunan filosoflarının sələfləri əfsanəvi şair və mütəfəkkir Orfey, Homer, Hesiod, Ferikid və başqaları olmuşlar.
Antik fəlsəfənin inkişafı aşağıdakı dörd əsas mərhələdən ibarətdir:
Birinci mərhələ, Sokrata qədərki mərhələ adlanır. Bu mərhələdə Yunan fəlsəfəsinin formalaşdığı dövrdən (e.ə.VII-VI əsrlər) onun inkişafında kəskin dönüş əmələ gələnə qədərki (e.ə.V-IV əsrlər) dövrü əhalə edir. Birinci mərhələdə Milet məktəbi, Heraklit, Eley məktəbi, Pifaqor, Empedokl, Anaksaqor və Yunan atomistləri fəaliyyət göstərmişlər.
İkinci mərhələ, Klassik mərhələ adı ilə məşhurdur. Bu mərhələ e.ə. V əsrin yarısından başlayaraq e.ə. IV əsrə qədər davam elmişdir. Bu mərhələ, əsasən, Sofistlər və Sokrat, Platon və Aristotelin adı ilə bağlıdır.
Üçüncü mərhələ, Ellinizm mərhələsi adlanır. Makedoniyalı İskəndərin (e.ə. 356-323) dövründə Asiya və Qara dəniz sahillərindəki mədəniyyət şərti olaraq "Ellinizm" mədəniyyəti adlanırdı. Bu mərhələ eramızdan əvvəl VI əsrin axırından II əsrə qədər olan dövrü əhatə edir. Bu dövrdə klassik mərhələdən fərqli olaraq xeyli fəlsəfi sistemlər və məktəblər meydana gəlir. Özü də bunlar Platon və Aristotel fəlsəfəsinin tə"siri altında yaranırdı.
Dördüncü mərhələ, fəlsəfə tarixinə Roma mərhələsi kimi daxil olmuşdur. Bu, Antik fəlsəfənin inkişafında sonuncu mərhələdir. O, eramızdan əvvəl I əsrdən başlayaraq eramızm V-VI əsrlərina qədər davam etmişdir.
Antik fəlsəfənin nümayəndələri təbiətin, kosmosun, bütövlükdə dünyanın mahiyyətini tam, vəhdət halında, bütöv şəkildə dərk etməyə çalışımışlar.

Yüklə 222,71 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə