M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə16/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   12   13   14   15   16   17   18   19   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

49 

 

onun avtomatlaşdırılması və mexanikləşdirilməsi sahəsində aparılan böyük 



işlərin nəticəsində  sənayedə dörd il ərzində  əmək məhsuldarlığı 21,5 faiz 

artmışdı, beş il ərzində isə artım 28 faiz təşkil edirdi ki, bu da nəzərdə 

tutulan plandan yüksək idi».

1

 



Sənayedə çalışan fəhlə  və mühəndis-texniki işçilərin yüksək  əmək 

fəallığı beşillik planın vaxtından əvvəl  yerinə yetirilməsini təmin edən əsas 

amillərdən biri idi. Hesablamalara görə 400-dən çox sex, briqada və sahə, 

15 minədək qabaqcıl 2 il yarım - 3 ildə onuncu beşillik planı yerinə 

yetirmişdi. 

Aqrar siyasətin həyata keçirilməsində  kənd təsərrüfatında da böyük 

müvəffəqiyyətlər qazanılmışdı. Belə ki, hələ 1978-ci ildə ümumi məhsul 

istehsalı 1980-ci ilə  nəzərdə tutulan səviyyəni ötmüşdü. Kənd təsərrüfatı 

məhsullarının artım səviyyəsinin müqayisəsi göstərir ki, onuncu beşilliyin 

dörd ilində bütün doqquzuncu beşillikdə istehsal ediləndən 10 faiz artıq, 

bütün səkkizinci beşillikdə istehsal ediləndən isə 50 faiz artıq məhsul 

istehsal edilmişdi. Beşillik plan taxıl, tərəvəz, meyvə  məhsulları üzrə dörd 

ildə yerinə yetirilmişdi. Pambıqçılıq ardıcıl inkişaf edirdi. Heyvandarlığın 

inkişaf etdirilməsi nəticəsində bütün növlər üzrə heyvanların sayı artmışdı.

2

 

Kənd təsərrüfatında məhsuldarlığın artımının mühüm şərti hələ ilk 



illərdən Heydər Əliyevin xüsusi fikir verdiyi kənd təsərrüfatı məhsullarının 

istehsalının təmərküzləşməsi və ixtisaslaşdırılmasının ardıcıl olaraq həyata 

keçirilməsinin nəticəsi idi. 

Bütün bu yüksək göstəricilərin  əsas səbəbi ondan ibarət idi ki

respublikamıza görkəmli rəhbər, səriştəli təşkilatçı, təsərrüfatçılıq və ideya-

siyasi işi yüksək səviyyədə  əlaqələndirən, bütün təşkilatların iş metodu və 

stilini səmərəli şəkildə təşkil edən Heydər Əliyev başçılıq edirdi. 

Kənd təsərrüfatının inkişafi bütün sahələrdə mümkün olmuşdu. 1969-

1979-cu illərdə  əsas kənd təsərrüfatı  məhsulları üzrə artım aşağıdakı 

cədvəldən aydın olur.

3

 

 



 

  

  



 

 

                                                 



1

 

Правда» qəzeti, 9 aprel 1980-ci il



 

2

 



Yenə orada

 

3



 

Heydər Əliyevin Azərbaycan KP MK plenumunda məruzəsi. 17 noyabr 1979-cu il. 

«Бакинский рабочий», noyabr 1979-cu il 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

50 

 

 



 

Doqquzuncu beşilliyin yekunlarına görə, respublikanın 12 min nəfəri 

orden və medallarla təltif edilmişdi. 16 nəfərə Sosialist Əməyi Qəhrəmanı 

adı verilmişdi. 1971-1975-ci illərdə respublikamızda 198 elmlər doktoru və 

1781 elmlər namizədi hazırlanmışdı. Elmi-tədqiqat institutları, ali 

məktəblər, elm və  tədris müəssisələri yüksəkixtisaslı kadrlarla təmin 

edilmişdi. Respublikada yeni ali məktəblər - Xarici Dillər  İnstitutu,  İnşaat 

Mühəndisləri  İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu açılmış, Dağlıq 

Qarabağda Pedaqoji İnstitut yaradılmışdı. 

Şəxsən Heydər  Əliyevin təşəbbüsü ilə SSRİ-nin Moskva, Leninqrad, 

Kiyev və başqa ali məktəblərində oxumağa göndərilən tələbələrin sayı hər il 

artmışdı. Bu faktı qeyd etmək kifayətdir ki, təkcə 1978-ci ildə Sovetlər 

İttifaqının 151 ali məktəbində Azərbaycandan üç mindən çox tələbə 

oxuyurdu. Doqquzuncu beşillikdə Azərbaycanın ali məktəblərində 80 min 

nəfərdən çox ali təhsilli, 95 mindən çox orta ixtisas təhsilli mütəxəssis 

hazırlanmışdı. Azərbaycan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji 

İnstitutu, Azərbaycan Dövlət Konservatoriyası  Qırmızı  Əmək Bayrağı 

Ordeni ilə təltif edilmişdi. 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

51 

 

Azərbaycan SSR-nin xalq təsərrüfatının bütün sahələrində tarixdə 



görünməmiş inkişafı Heydər  Əliyevin rəhbərliyinin nəticəsi idi. Heç də 

təsadüfi deyildir ki, Azərbaycan Kommunist Partiyasının XXIX 

qurultayında (28-30 yanvar 1976-cı il) çıxış edənlərin hamısı böyük 

minnətdarlıqla qeyd edirdilər ki, bütün bu yüksəlişi respublikamız Heydər 

Əliyevin rəhbərliyi nəticəsində qazanmışdır. Onlar iftixarla qeyd edirdilər 

ki, Heydər  Əliyev respublikanın kompleks inkişafı proqramının 

hazırlanması və həyata keçirilməsində özünün böyük şəxsi töhfəsini verir. 

Sözü ilə əməli vəhdət təşkil edən, Azərbaycanda siyasi rəhbərliyə gələn 

Heydər Əliyev respublikamızın yeni inkişaf strategiyasını hazırlayıb həyata 

keçirilməsini təşkil etdi. 

1970-1985-ci illər Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil edir. 

Bu dövrdə Heydər  Əliyevin rəhbərliyi ilə hazırlanan kompleks inkişaf 

planlarının həyata keçirilməsi respublikamızın tarixində misli görünməmiş 

dəyişikliklər, yüksəlişlə  nəticələnmişdir. «Baş verən dəyişikliklərin 

miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının 

xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə 

keçirilməsinə görə doqquzuncu, onuncu və on birinci beşilliklər 

Azərbaycanın yeni tarixində ən mühüm yerləri tutur.»

1

 Bu faktı qeyd etmək 



kifayətdir ki, doqquzuncu və onuncu beşilliklər ərzində 1945-ci ildən 1970-

ci ilə qədər dövrdəkinə nisbətən daha çox məhsul istehsal edilmişdi. 

Müharibədən sonrakı dövrdə ilk dəfə olaraq, doqquzuncu və onuncu 

beşilliklər üçün xalq təsərrüfatının inkişaf planları vaxtından  əvvəl  yerinə 

yetirilmişdi. 

Bunun nəticəsində  əvvəllər bütün əsas göstəricilər üzrə Ümumittifaq 

göstəricilərindən geri qalan Azərbaycan tezliklə keçmiş İttifaqın ən inkişaf 

etmiş respublikalarından birinə çevrildi. 1969-1982-ci illər  ərzində 

respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı, həmçinin 

əmək məhsuldarlığı 2 dəfə artmışdı. 14 ildə istehsal olunmuş 

                                                 

1

 



Heydər  Əliyev. «Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında». Yeni 2001-ci il, yeni əsr və 

üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciət. «Azərbaycan», 30 dekabr 2000-ci il 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə