M İ L L İ K İ T A B X A N A
____________________________________
37
iyulun 23-də «Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək üzrə
tədbirlər haqqında» qərar qəbul etdi. Bu qərarda nəzərdə tutulan vəzifələrin
həyata keçirilməsi və bununla yanaşı, Heydər Əliyevin kənd təsərrüfatının
inkişafına daim qayğısı nəticəsində, artıq 1975-ci ildə Azərbaycan kənd
təsərrüfatı sahəsində ciddi yüksəliş baş verdi.
1975-ci ildə kənd təsərrüfatının ümumi məcmu məhsulu 1 milyard 572
milyon manat təşkil edirdi. 1969-cu ildə isə bu rəqəm 999 milyon manat
təşkil etmişdi. Deməli, 1969-cu ilə nisbətən artım 57 faiz olmuşdu.
Bu dövrə kimi toplanmış təcrübəni ümumiləşdirərək və qarşıdakı dövrdə
kənd təsərrüfatını inkişaf etdirmək imkanlarını təhlil edərək Heydər Əliyev
yenidən Azərbaycan KP Mərkəzi Komitəsi adından respublikanın kənd
təsərrüfatını daha da inkişaf etdirmək haqqında Sov.İKP Mərkəzi
Komitəsinə müraciət edir. 1975-ci il iyulun 9-da Sov.İKP MK və SSRİ
Nazirlər Soveti «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalının daha da
intensivləşdirilməsi tədbirləri haqqında» qərar qəbul edir.
1976-cı il iyulun 27-də Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin «1976-
1980-ci illərdə respublikanın ayrı-ayrı sənaye sahələrinin inkişafına dair
Azərbaycan Kommunist Partiyası MK-nm təkliflərinə baxılmasının
yekunları haqqında», 1979-cu il fevralın 22-də Sov.İKP MK və SSRİ
Nazirlər Sovetinin «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalının daha
da ixtisaslaşdırılması və üzümçülüyün və şərabçılığın inkişafı haqqında»
qərarı qəbul edilmişdi. Bu qərarların 1970-80-ci illərdə respublikanın sosial-
iqtisadi inkişafının əsas istiqamətlərinin müəyyən edilməsində mühüm
əhəmiyyəti oldu.
Heydər Əliyevin məqsədyönlü təşkilatçılığı və rəhbərliyi sayəsində
Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi sahədə, dinamik sıçrayışlı
inkişaf sürəti meydana gəldi və bu sürət plan tapşırıqlarının müvəffəqiyyətlə
yerinə yetirilməsini təmin etdi. Bunun nəticəsində də Azərbaycan
iqtisadiyyatının formalaşması və inkişafı başlandı.
Heydər Əliyevin rəhbərliyi, təşkilatçılığı sayəsində 1970-ci ildən
Azərbaycan həyatında əsaslı sıçrayış dövrü başlandı. Bu onun qızğın
fəaliyyətinin nəticəsi idi. 1970-ci il start ili oldu. Şəhər və kənd əməkçi-
M İ L L İ K İ T A B X A N A
____________________________________
38
ləri illik planı vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirdilər. 1970-ci
ildə respublikada milli gəlirin artım sürəti əvvəlki ildəkindən dörd dəfədən
də yüksək, 1966-1969-cu illərdəki göstəricilərdən təqribən iki dəfə artıq
olmuşdu. Respublika sənayesi 1970-ci ilin planını vaxtından əvvəl yerinə
yetirərək, plandan əlavə 10 milyonlarla manatlıq məhsul buraxdı. Sənaye
məhsulunun istehsalı 8,6 faiz artmışdı ki, bu da əvvəl ki dörd il ərzində orta
illik artım sürətindən bir dəfə yarım çox idi. 1970-ci ildə Bakı sənayesinin
müvəffəqiyyətli yekunları nəticəsində əvvəlki illərdə də yerinə yetirüməyən
tapşırıqlar ödənildi və sənaye istehsalının həcminə dair beşilliyin tapşırıqları
dekabrın 20-dək yerinə yetirildi. Respublikanın ikinci böyük sənaye şəhəri
olan Kirovabad (Gəncə) sənayesi 1970-ci il planını vaxtından əvvəl yerinə
yetirdi. Tapşırıqdan əlavə, 13,6 milyon manatlıq məhsul satılmışdı.
Respublikada dövlətə əsas kənd təsərrüfatı məhsulları satışına dair planlar
vaxtından əvvəl yerinə yetirildi. 1970-ci ildə 1969-cu ildəkindən 106 milyon
manatdan artıq məhsul istehsal edildi. 1970-ci ildə ümumi kənd təsərrüfatı
məhsulu 15,4 faiz artdı, halbuki 1966-1969-cu illərdə artım orta hesabla 1,9
faiz olmuşdu. 1970-ci ildə respublikada pambıqçılıq tarixində ilk dəfə
olaraq oktyabrın birinci yarısında pambıq tədarükü planı yerinə yetirildi.
Azərbaycan pambıqçıları 335 min ton pambıq təhvil verdilər. Pambığın
məhsuldarlığı hər hektardan 17,4 sentnerə, dənli bitkilərin məhsuldarlığı 12
sentnerə çatdırıldı.
1
Bu məhsuldarlıq respublikada son 13 ildə
pambıqçılıqda, son 20 ildə isə dənli bitkilər istehsalında olmamışdı.
Azərbaycanda heyvandarlığın inkişafı da geri qalırdı. Bunu onunla
əsaslandırmağa çalışırdılar ki, guya respublikanın spesifik şəraiti ilə
əlaqədar olaraq, heyvandarlıq sahəsində son illərdə geriliyi aradan
qaldırmaq qeyri-mümkündür. Heydər Əliyev bu fikrin əsassız olduğunu
təcrübədə sübüt etdi. Onun təşəbbüsü və rəhbərliyi ilə respublikada
heyvandarlığı inkişaf etdirmək üçün konkret tədbirlər müəyyən edildi.
Azərbaycan KP
1
Народное хозяйства Азербайджанский ССР к 50-летию СССР. Юбилейный статический ежегодник .
Bakı, 1972, səh. 92
M İ L L İ K İ T A B X A N A
____________________________________
39
MK-nın 1970-ci il dekabr plenumunda heyvandarlığın vəziyyəti ətraflı
müzakirə edildi. Heydər Əliyevin məruzəsində respublikada heyvandarlığın
inkişaf etdirilməsi üçün bütün imkanların olduğu əsaslandırıldı. 1970-ci ildə
Azərbaycan heyvandarları da sözlərinə əməl etdilər. Onlar 1970-ci il
noyabrın 1-dək ət, süd və yun tədarükünə dair, dekabrın 16-dək isə yumurta
tədarükünə dair illik planları yerinə yetirdilər.
Heydər Əliyev kənd təsərrüfatında geriliyin aradan qaldırılmasında və
onun inkişafını təmin etməkdə düzgün istiqamət, uzımmüddətli perspektiv
strategiya və taktika müəyyən etmişdi.
Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin
hazırladığı tədbirlər planı haqqında Heydər Əliyevin Sov.İKP Mərkəzi
Komitəsinə 1974-cü il fevralın 15-də göndərdiyi məlumatda kənd təsərrüfatı
istehsalının intensivləşdirilməsini ixtisaslaşma və təmərküzləşməsi, sənaye
əsasına keçilməsi yolu ilə daha da möhkəmləndirilməsini zəruri hesab
edirdi.
1
Kənd təsərrüfatmın daha səmərəli inkişafı üçün ilk növbədə istifadə
edilən və suvanlan torpaqlarm yenidən istismara verilməsi, eyni zamanda
xam və meliorasiya edilməsi lazım olan az məhsuldar torpaqlar hesabına
əkinçilik sahəsinin genişləndirilməsi nəzərdə tutulurdu. Bir sıra kənd
təsərrüfatı məhsulları istehsalının daha da təmərküzləşməsi və istehsalın
ixtisaslaşdırılması müəyyən edilirdi. Respublikanın ayrı-ayrı zonaları və
rayonlarında heyvandarlığın müəyyən sahələrinin daha da
ixtisaslaşdırılması, onun məhsuldarlığının yüksəldilməsi nəzərdə tutulurdu.
Heydər Əliyev göstərirdi ki, 1970-ci ilə kimi Azərbaycan kənd
təsərrüfatının geriləməsinin əsas səbəblərindən biri ondan ibarət olub ki,
planlaşdırmada torpaq, iqlim şəraiti nəzərə alınmır, buna uyğnn olaraq
əkinçilik və heyvandarlığın yerləşdirilməsi düzgün müəyyən edilmirdi.
Məhz Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ilə respublikada
kənd təsərrüfatının inkişafının torpaq-iqlim, suvarma şəraitinə və i.a. uyğun
planlaşdırılması, elmi-texniki tərəqqinin tətbiqinə əsaslanması, idarəçilik-
1
Rusiya Dövlət Ən Yeni Tarix Arxivi. Fond 5, siyahı 67, iş 337, vərəq 1-4
Dostları ilə paylaş: |