M İ L L İ K İ T A B X A N A
____________________________________
34
salının həcminin xeyli azalmasına gətirib çıxarırdı.»
1
Respublikada kənd
təsərrüfatının əsas sahəsi olan pambıq, dənli bitkilər əkin sahələri əsassız
surətdə azaldılmışdı. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev
son 10-15 il ərzində respublikada pambıq istehsalının xeyli azaldığını
göstərirdi. Belə ki, 1961-1965-ci illərdə orta illik pambıq istehsalı 339 min
ton idisə, 1966-1970-ci illərdə 328 min ton olmuşdu.
1973-cü ilin sentyabrında Özbəkistanın paytaxtında - Daşkənddə Sovetlər
İttifaqının altı pambıqçılıq respublikasının fəallar yığıncağı keçirilir.
Heydər Əliyev çıxışında respublikada pambıqçılığın vəziyyətini təhlil
edir, imkanları bir də nəzərdən keçirərək 450 min ton pambıq istehsal etmək
imkanı olduğunu bildirir. Sov. İKP MK-nın baş katibi L.İ.Brejnev Heydər
Əliyevin pambıqçılığı inkişaf etdirmək məqsədilə həyata keçirdiyi tədbirlərə
yüksək qiymət verir. O, Heydər Əliyevin çıxışına cavab olaraq,
Azərbaycanın götürdüyü artınlmış öhdəliklə əlaqədar demişdi: «Hələ bu
yaxınlaradək Azərbaycanda əvvəl ki rəhbərlər pambığa xor baxmaq əhvali-
ruhiyyəsi yaradırdılar. İndi Azərbaycan bu işi yüksəyə qaldırmışdır...»
2
.
Respublikada geridə qalan təsərrüfat sahələrinin inkişaf etdirilməsinin
düzgün elmi yolları müəyyən edilir. Heydər Əliyev elmin nailiyyətlərinin və
kənd təsərrüfatında struktur dəyişiklikləri edilməsi, yeni ehtiyat
mənbələrinin meydana çıxarılması və istifadə edilməsi yolu ilə kənd
təsərrüfatında geriliyə son qoyulmasına, onun inkişaf etdirilməsinə nail olur.
O, kənd təsərrüfatı məhsulları istehsalında böyük imkanlara malik olan
pambıqçılığın geridə qalmasından ciddi narahat olur, bu sahənin inkişaf
etdirilməsi üçün əməli tədbirlər həyata keçirir.
Heydər Əliyev bu məsələdən danışarkən deyirdi: «... pambıq
sahələrindən səmərəli istifadə edilmədiyindən kəndli ondan lazımi mənfəət
götürə bümirdi. Bu işi alimlərlə, iqtisadçılarla götür-qoy etdim, məlum oldu
ki, Azərbaycanın bir neçə rayonunda pambıq istehsalı çox səmərəlidir.
1
«Kommunist» qəzeti, 11 mart 1971-ci il, səh.3
2
L.İ.Brejnev. Qardaş respublikaların böyük ittifaqına sədaqət. Bakı, 1973
M İ L L İ K İ T A B X A N A
____________________________________
35
Amma rayon da var ki, pambıq xeyir vermir, onu başqa bitkilərlə əvəz
etmək lazımdır. Məsələn, 1969-cu ildə 30-32 rayonda pambıq əkilirdi,
1982-ci ildə isə cəmi 18 rayonda».
1
Vəziyyəti elmi əsaslarla aydınlaşdırdıqda məlum olmuşdu ki, bəzi
rayonlarda pambıqçılıq səmərəli olmadığı üçün orada pambıq əkilməsi
məqsədəuyğun deyil, bəzi rayonlarda isə pambıqçılıq səmərəli olmasına
baxmayaraq, lazımınca istifadə edilmir, torpaqların hamısı əkilmir. Məsələn,
pambıqçılıq üçün daha yararlı, geniş torpaq sahəsi olan Sabirabad
rayonunda torpaq sahələrindən səmərəli istifadə edilmirdi. Ona görə də
1969-1971-ci illərdə bu rayonda 20 min ton pambıq istehsal edilirdi. Xeyli
boş torpaqlardan istifadə edilmirdi. Heydər Əliyevin göstərişi ilə istifadə
edilməyən boş əkilməyə başlayandan sonra 80-90 min ton pambıq istehsal
edildi. Yaxud Zəngilan və başqa rayonlarda isə pambıqçılıq üçün səmərəli
deyildi. Ona görə də həmin rayonlardan pambıqçılıq götürülüb, başqa
səmərə verən sahə ilə əvəz edildi.
Azərbaycan KP MK-nm birinci katibi Heydər Əliyev kənd təsərrüfatını
inkişaf etdirməklə Azərbaycanın ayrı-ayrı bölgələrində kənd təsərrüfatı
məhsulları becərilməsinə xüsusi əhəmiyyət verirdi. Məsələn, Lənkəran
zonasında ən tez yetişən, ən faraş tərəvəz məhsulları yetişdirilməsi
nəticəsində, bu cənub bölgəsi «Ümumittifaq bostanı» adını almışdı.
2
Bu,
zonanın inkişafında, əhalinin maddi-məişət şəraitinin yaxşılaşdırılmasında
mühüm rol oynayırdı.
1970-ci ilin oktyabr ayında Azərbaycan SSR-nin və Azərbaycan
Kommunist Partiyasının 50 illiyi münasibətilə təntənəli iclasında iştirak
etmək üçün SSRİ rəhbəri L.İ.Brejnev Bakıya gəlmiş, Bakıda Azərbaycanda
başlanan geniş miqyaslı işlərlə ətraflı tanış olmuşdu.
Sov. İKP MK-nın baş katibi L.İ.Brejnev 1970-ci il oktyabrın 2-də Bakıda
Azərbaycan SSR və Azərbaycan Kommunist Partiyasının 50 illiyi
1
Heydər Əliyev. Qətiyyətin təntənəsi. Bakı, 1995, səh. 69
2
Heydər Əliyev. Ötən kənd təsərrüfat ilinin yekunları, 1996-cı ildə görüləsi işlər, aqrar bölmədə iqtisadi
islahatların həyata keçirilməsi vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə yekun sözü. 2 aprel
1996-cı il. Müstəqilliyimiz əbədidir. VI kitab. Bakı, 1998, səh. 55
M İ L L İ K İ T A B X A N A
____________________________________
36
münasibətilə keçirilən təntənəli iclasda çıxışında 1969-1970-ci illərdə
görülən işlərə yüksək qiymət vermişdi. Bu dövrdə keçirilən Mərkəzi
Komitənin plenumlarında müzakirə edilən məsələlərin kəskin, prinsipial və
işgüzar xarakterini qeyd edirdi: «Böyük və gərgin işin başlanğıcı olub, qısa
müddətdə çatışmazlıqların aradan qaldırılmasını təmin edəcəkdir».
1
Heydər Əliyevin respublikada apardığı geniş miqyaslı quruculuq işləri
qısa müddətdə özünə böyük inam yaratdı. Mərkəzin diqqətini Azərbaycana
yönəltdi.
Beləliklə, Azərbaycanda kənd təsərrüfatı istehsalı get-gedə
ixtisaslaşdırılır və rayonlaşdırılır. Bu da kənd təsərrüfatının yüksəlişini
təmin edən əsas amillərdən olur. Bundan başqa, həmin dövrdə
mexanikləşdirmə, meliorasiya və kimyalaşdırma da kənd təsərrüfatının
inkişafında əsas amillərdən idi.
Məlumdur ki, 1969-cu ildən əvvəlki dövrdə Azərbaycanın kənd
təsərrüfatı olduqca geridə qalmış vəziyyətdə idi. Azərbaycan SSR istehsal
planlarının yerinə yetirilməsi, kənd təsərrüfatı bitkilərinin, heyvandarlığın
məhsuldarlığı, texnikadan və suvarılan torpaqlardan istifadə edilməsi, əmək
məhsuldarlığı, rentabellik cəhətdən SSRİ-də ən aşağı yerlərdən birini
tuturdu.
Hələ 1969-cu ilin avqustunda Heydər Əliyevin rəhbərliyi ilə keçirilən
Azərbaycan KP MK-nın ilk plenumunda respublika kənd təsərrüfatının
vəziyyəti hərtərəfli təhlil edildi, kənd təsərrüfatına rəhbərlikdə, aqrar
siyasətin həyata keçirilməsində böyük nöqsanlar və çatışmazlıqlar açıqlandı,
kənd təsərrüfatının inkişaf etdirilməsinin perspektiv planları müəyyən
edildi.
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev kənd təsərrüfatında
yaranmış vəziyyəti dərindən araşdırıb nöqsanların aradan qaldırılmasının,
planları həyata keçirilməsinin təxirəsalınmaz bir məsələ olduğunu önə
çəkərək, Sov.İKP Mərkəzi Komitəsinə müraciət etdi. Sov.İKP MK-nm baş
katibi L.İ.Brejnev Heydər Əliyevin təkliflərinə əsasən Sov.İKP Mərkəzi
Komitəsi və SSRİ Nazirlər Soveti 1970-ci il
1
Л.И.Брежнев. Ленинским курсом.3-й том, Москва,1972, səh.140
Dostları ilə paylaş: |