M İ L L İ K İ T A B X A N A
____________________________________
31
görə ümumittifaq göstəricilərindən geridə qalırdı.
1
1965-ci ildə 1940-cı ilə
nisbətən Azərbaycanda məcmu ictimai məhsul 3,6 dəfə, sənaye
məhsullarının həcmi 4 dəfə artmışdı. Lakin Ümumittifaq üzrə bu göstəricilər
müvafiq surətdə 5.7 və 7,9 dəfəyə çatırdı. Azərbaycan SSR milli gəlirin
həcminə görə ümumittifaq səviyyəsindən 2 dəfə, əsas fondlara görə 1,8
dəfə, kapital qoyuluşu üzrə 1,7 dəfə geri qalırdı.
Neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası
sənayesində işlərin fasiləsiz aparılması pozulur, bir çox sahələrin texniki-
iqtisadi göstəriciləri aşağı düşürdü.
Kənd təsərrüfatının istehsal səviyyəsi aşağı düşməkdə davam edirdi.
Meliorasiya və dəmyə torpaqların suvarılmasında, kənd təsərrüfatı işlərinin
mexanikləşdirilməsində nöqsanlar var idi. Kənd təsərrüfatında taxılın,
pambığın, tərəvəzin, üzümün, çay yarpağının və başqa bitkilərin
məhsuldarlığı aşağı səviyyədə idi.
2
Respublikanı belə bir ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolu axtarıb
tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsip etibarı ilə yeni konseptual
proqram işlənməsi, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri həyata
keçirilməsi, təsərrüfatçılıq işində yeni metodlar tətbiq edilməsi və i.a. zəruri
vəzifələr qarşıda durardu. Bu çətin və mürəkkəb işlərin həyata
keçirilməsində güclü, bacarıqlı təşkilatçı, cəsarətli bir rəhbərə ehtiyac var
idi. Belə bir rəhbər də Heydər Əliyev oldu.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçiləndən bir ay keçməmiş Azərbaycan KP MK-nın 1969-cu
il avqust plenumunda məruzə ilə çıxış edir. Məruzədə respublika
iqtisadiyyatında yaranmış acınacaqlı vəziyyət böyük prinsipiallıqla dərindən
və hərtərəfli təhlil edilir və xalq təsərrüfatına, mədəni quruculuğa
rəhbərlikdə buraxılmış ciddi nöqsanlar və çatışmazlıqlar aşkar edilir. Bütün
təşkilatları dövlət və əmək intizamını möhkəmlətməyə, respublika-
1
Heydər Əliyev. «Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında». Yeni 2001-ci il, yeni əsr və üçüncü
minillik münasibətilə Azərbaycan xalqına müraciət. «Azərbaycan» və «Xalq qəzeti», 30 dekabr 2002-ci il
2
Yenə orada
M İ L L İ K İ T A B X A N A
____________________________________
32
da mənəvi-psixoloji mühiti sağlamlaşdırmağa istiqamətləndirir. Heydər
Əliyev 1969-1970-ci illərdə keçirilən Azərbaycan KP MK-nın
plenumlarında, fəallar yığıncaqlarında, toplantılarda və başqa yığıncaqlarda
məruzə və çıxışlarında ardıcıl olaraq təsərrüfat və mədəni quruculuq
məsələlərini təhlil edir və yeni vəzifələr qarşıya qoyurdu. Həmin illər
Azərbaycanın iqtisadi və ictimai-siyasi həyatında dönüş mərhələsi oldu.
Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli
qoyuldu. Respublikamızın dinamik inkişafı üçün kompleks proqramların
işlənib hazırlanmasında Azərbaycan Kommunist Partiyası MK-nın birinci
katibi Heydər Əliyevin yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı və
böyük təşkilatçılığı bütün 1970-80-ci illərdə müvəffəqiyyətlərin rəhni oldu.
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin respublika
partiya təşkilatının XXVIII qurultayına (10-12 mart 1971-ci il) hesabat
məruzəsində respublikada vəziyyətin dərin təhlili verilmişdi. Təsərrüfat və
mədəni quruculuq təcrübəsində, kadrların seçilib yerləşdirilməsində bir sıra
ciddi çatışmazlıqlar və səhvlər meydana çıxarılmışdı.
Azərbaycan Kommunist Partiyası XXVIII qurultayının qətnaməsində
deyilirdi: «Partiya, sovet və təsərrüfat orqanlarının fəaliyyətində yol
verilmiş böyük nöqsanlar, təsərrüfat və mədəniyyət quruculuğu işlərində,
kadrların seçilməsində və yerləşdirilməsində respublikanın əvvəlki
rəhbərliyi tərəfindən buraxılmış ciddi səhvlər nəticəsində respublika
iqtisadiyyatı uzun müddət ləng, İttifaq üzrə orta sürətdən xeyli geri qalan bir
sürətlə inkişaf etmişdir; sənaye və kənd təsərrüfatı istehsalının tam bir sıra
əsas göstəriciləri üzrə Azərbaycan SSR ölkədə axırıncı yerlərdə olmuşdur».
1
Qətnamədə qarşıda duran vəzifələr müəyyən edilirdi. Hesabat məruzəsi
və məruzə ətrafında çıxışlarda, Azərbaycan KP MK-nın 1969-cu il avqust
plenumunun və şəxsən Heydər Əliyevin həmin plenumda, habelə sonrakı
çıxış və nitqlərində respublikanın iqtisadi inkişafında buraxılmış
1
Azərbaycan Kommunist Partiyası XXVIII qurultayının materialları, Bakı, 1971, səh. 92
M İ L L İ K İ T A B X A N A
____________________________________
33
səhvlərin səbəblərinin aşkar edilməsi və respublikamızın xalq təsərrüfatına,
ictimai-siyasi həyatına rəhbərlik edilməsi sahəsində yeni münasibət işlənib
hazırlanmasının çox mühüm əhəmiyyət kəsb etdiyi yekdilliklə bəyənildi.
Xüsusi olaraq qeyd edildi ki, Mərkəzi Komitənin avqust (1969-cu il)
plenumundan sonra Heydər Əliyevin rəhbərliyi ilə MK-nın prinsipial bir
xətt götürdüyü, kadrlara qarşı tələbkarlığın artırılması respublikanın
həyatında böyük canlanmaya səbəb olmuşdu.
Bu nöqsanların nəticəsində Azərbaycanda 1966-1970-ci illərdə
bütünlüklə sənaye üzrə müəyyən edilmiş vəzifələr yerinə yetirilməmişdi. Bu
dövrdə əmək məhsuldarlığının azalması hesabına məhsulun artım norması
xeyli aşağı düşmüşdü. Məsələn, yeddiillikdə Azərbaycan sənayesində əmək
məhsuldarlığı nəzərdə tutulan 48,7 faiz əvəzinə, 26,8 faiz artmışdı.
Heydər Əliyev tərəfindən bu nöqsanlar aşkara çıxarıldı və sənayenin
fasiləsiz, möhkəm və daha səmərəli inkişaf xətti müəyyən edildi. Kənd
təsərrüfatının inkişaf etdirilməsində heç də mövcud imkanlardan lazımınca
istifadə edilməmişdir. Bunun nəticəsində kənd təsərrüfatında planların
yerinə yetirilməsində nöqsanlara yol verilmişdi. 1966-1970-ci illər ərzində
ümumi kənd təsərrüfatı məhsulunun artımı nəzərdə tutulan 29 faiz əvəzinə,
vur-tut 23 faiz olmuşdu. Respublikada kənd təsərrüfatının geriliyinin
səbəbləri Azərbaycan KP MK-nm 1969-cu ilin avqust plenumunda
prinsipiallıqla aşkar edilmişdi.
Azərbaycan Kommunist Partiyasının XXVIII quraltayında MK-nın
birinci katibi Heydər Əliyevin hesabat məruzəsində respublikada kənd
təsərrüfatındakı geriliyin səbəbləri açıqlandı. Hesabat məruzəsində deyilirdi:
«Bu səbəblər, hər şeydən əvvəl, ondan ibarətdir ki, bir çox illər ərzində
respublikanın kənd təsərrüfatına rəhbərlik işində ciddi təşkilati və
aqrotexniki səhvlərə və qüsurlara yol verilirdi. Prinsipial məsələlərin, kənd
təsərrüfatı problemlərinin həlli elmi zəminə əsaslanmır, çox vaxt öz-başına
çıxarılan qərarların nəticəsi olurdu. Bunun nəticəsində kənd təsərrüfatı
istehsalının ixtisaslaşdırılması və onun sahələrinin yerləşdirilməsi işi kifayət
qədər düşünülmədən, tələsik və müvafiq hazırlıq aparılmadan görülürdü ki,
bu da bir sıra çox mühüm kənd təsərrüfatı məhsulları isteh-
Dostları ilə paylaş: |