M İ L L İ K İ T A B X A N A
____________________________________
28
«Heydər Əliyev yoldaş obyektiv olaraq üstünlüyə malikdir. Ən böyük
üstünlüyü ondadır ki, o, hələ cavandır. 1923-cü ildə anadan olub. Onun 46
yaşı vardır. Birinci katib vəzifəsinə üç il, beş il müddətinə yox, daha uzun
müddətə seçmək lazımdır...
Əliyev yoldaş bizim respublika partiya təşkilatında fəal iştirak edir.
Partiyanın Mərkəzi Komitəsinin tərkibinə daxildir, respublika Ali Sovetinin
üzvüdür. Əliyev yoldaş əməli fəaliyyətində yetkin siyasi savadlı işçi kimi
özünü göstərmişdir. Sov.İKP Mərkəzi Komitəsində də biz onu belə
qiymətləndiririk, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin
bürosunda da sizin yoldaşlar belə qiymətləndirir. O, yaxşı təşkilatçıdır,
adamlarla işləməyi bacarır, bununla yanaşı, özünə və başqalarına qarşı
tələbkardır.
Sizə məlumat vermək istəyirəm ki, yoldaş Əliyev Sov.İKP Siyasi
bürosunun iclasına dəvət edilmiş, onunla söhbət aparılmışdır».
1
Bütün bunları nəzərə alaraq, Sov.İKP-nin Siyasi Bürosu «Azərbaycan
KP-nin Mərkəzi Komitəsi Heydər Əliyevin KP MK-nın birinci katibi və
büro üzvü seçilməsi barədə təklifi plenumun müzakirəsinə verir».
2
Plenuma sədrlik edən S.V.Kozlov bu məsələ ilə bağlı heç kəsin sualı
olmadığını bildirdikdən sonra sözü sabiq birinci katib V.Axundova verir.
özünün xəstələndiyini, üç aya yaxın Moskvada xəstəxanada yatdığını qeyd
edir və səhhətinin kəskinləşməsi ilə bağlı vəzifədən azad edilməsi haqqında
xahişlə müraciət edərək, elmi işlə məşğul olmaq istədiyini bildirir.
Respublikaya 10 il başçılıq edən Vəli Axundov plenumda Heydər Əliyev
haqqında belə söyləmişdi: «Heydər Əliyevə xas olan bütün siyasi və iş
keyfiyyətləri söyləməyə imkan verir ki, o, respublikaya layiqincə rəhbərlik
edəcək, böyük və çətin işin öhdəsindən bacarıqla gələcək. O, Fond 1, siyahı
56, iş 5, vərəq 10
1
Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi. Fond 17, siyahı 105, iş 1238, vərəq 239; Azərbaycan Respublikası
Siyasi Partiyalar və İctimai-Siyasi Hərəkatlar Arxivi. Fond 1, siyahı 56, iş 5, vərəq 9
2
Yenə orada, vərəq 238-239; Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai-Siyasi Hərəkatlar Arxivi.
M İ L L İ K İ T A B X A N A
____________________________________
29
kifayət qədər savadlı, hərtərəfli hazırlıqlı, yüksək intellektə malikdir. O,
bütün kadrlara qarşı eyni dərəcədə düzgün mövqedədir, çünki kifayət qədər
obyektiv, vicdanlı və layiqli insandır. Dzerjinski demişdi ki, çekistin isti
ürəyi, aydın ağlı, təmiz əli olmalıdır. Bütün bu keyfiyyətlər Heydər Əliyevə
məxsusdur və mən əminəm ki, respublikaya başçılıq edərkən o, bu
cəhətlərindən istifadə edərək respublikanın gözəl adət-ənənələrini layiqincə
davam etdirəcək».
1
Plenum V.Axundovun xahişini təmin edir, səhhətini və elmi işlərlə
məşğul olmaq arzusunu nəzərə alıb, (artıq o, Respublika Elmlər
Akademiyasının vitse-prezidenti vəzifəsinə seçilmişdi) onu Azərbaycan KP-
nın rəhbərliyindən azad edir.
Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi və büro üzvü
seçilməsi məsələsi səsverməyə qoyulur. Onun eyni zamanda Azərbaycan
KP MK üzvlüyünə namizədlikdən MK-nın üzvü seçilmək məsələsinə də
baxılır.
Plenum yekdilliklə Heydər Əliyevə səs verir və MK-nın birinci katibi
vəzifəsinə seçilir. Plenumda çıxış edən Heydər Əliyev göstərir ki, o, tam
məsuliyyətlə qarşıda duran çətin və mürəkkəb vəzifələri anlayır və öz əməli
işində bunların həlli üçün əlindən gələni əsirgəməyəcək. «Mən bütün büro
üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, mehriban
əməkdaşlığımız gələcək uğurlarımıza gözəl zəmin yaradacaqdır».
2
Azərbaycan Kommunist Partiyası MK-nın 14 iyul 1969-cu il tarixli
plenumu yekdilliklə qərara alır:
1. V.Y.Axundovun səhhətinə görə və Azərbaycan SSR EA-nın vitse-
prezidenti seçilməsi ilə əlaqədar olaraq onun Azərbaycan Kommunist
Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən və büro
üzvlüyündən azad edilməsi haqqında xahişi təmin edilsin.
1
Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi. Fond 17, siyahı 105, iş 1238, vərəq 242; Azərbaycan Respublikası
Siyasi Partiyalar və İctimai-Siyasi Hərəkatlar Arxivi. Fond 1, siyahı 56, iş 5, vərəq 11
2
Yenə orada
M İ L L İ K İ T A B X A N A
____________________________________
30
2. Heydər Əliyev Azərbaycan KP Mərkəzi Komitəsinin üzvlüyünə
namizədlikdən üzvlüyünə keçirilsin.
3. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi və büro üzvü seçilsin.
4. Sov.İKP Mərkəzi Komitəsindən bu qərarın təsdiq edilməsi xahiş
edilsin.
1
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
seçilən Heydər Əliyev çıxışında ona böyük etimad göstərüməsinə görə, Sov.
İKP MK-ya, onun baş katibi L.İ.Brejnevə və Azərbaycan Kommunist
Partiyasının Mərkəzi Komitəsinə səmimi təşəkkürünü bildirir. Plenumda
Heydər Əliyev demişdi: «Bu vəzifəyə keçməklə mən üzərimə düşən
məsuliyyəti dərk edirəm, qarşımda duran vəzifələrin mürəkkəbliyini və
çətinliyini başa düşərək əmin etmək istəyirəm ki, bu böyük və yüksək
etimadı doğrultmaq üçün əlimdən gələn bütün imkanlarımdan istifadə
edəcəyəm. Bununla mən Azərbaycan Kommunist Partiyasının Mərkəzi
Komitəsinin bütün tərkibinə, MK-nın büro üzvlərinə, Respublikamızın
bütün rəhbər partiya, sovet və təsərrüfat işçilərinin köməkliyinə və müdafiə
sinə arxalanıram və ümid edirəm. Hesab edirəm ki, birgə səmimi fəal işimiz
bizim gələcək müvəffəqiyyətlərimizin rəhni olacaqdır».
2
Heydər Əliyevin ümidverici və səmimi çıxışı alqışlarla qarşılanmışdı.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi
seçilən vaxt respublika iqtisadiyyatı dərin iqtisadi böhran mərhələsinə
qədəm qoymuşdu. 60-cı illərdə iqtisadiyyatın inkişafında mənfi meyllər
özünü göstərirdi. Bir sıra obyektiv və subyektiv səbəblərə görə
Azərbaycanın sosial-iqtisadi inkişafdan geridə qalması artıq nəzərə çarpırdı.
Bir çox sahələrdə - milli gəlirin inkişaf templərinə, sənaye və kənd
təsərrüfatı istehsalının həcminə görə, elmi-texniki tərəqqinin nailiyyətlərinin
istehsala tətbiqinə görə, ictimai əməyin məhsuldarlığına
1
Rusiyanın Dövlət Sosial-Siyasi Tarix Arxivi. Fond 17, siyahı 105, iş 1238, vərəq 242; Azərbaycan Respublikası
Siyasi Partiyalar və İctimai-Siyasi Hərəkatlar Arxivi. Fond 1, siyahı 56, iş 5, vərəq 2
2
Yenə orada, vərəq 14
Dostları ilə paylaş: |