154
211-217). Dәrsliyin III hissәsindә ikincilәrdәn sinxronik müqyisәli-açıqlamalı lüğәt örnәklәri
olaraq әtrafı bәhs olunur.
2.2.3.3.3. Frazeologiya tәsviri-açıqlamalı vә müqayisәli-tәsviri frazeoloji lüğәtlәri ilә
birlikdә bir türkoloji dilçilik şöbәsi vә ya fәnni olaraq XX yüzildә formalaşmışdır (Musaoğlu
2002: 211-217). Ancaq hәlәlik türk frazeologiyasının ümumi linqvistik prinsiplәri vә
frazeologizmlәrin digәr hәmhüdud dil vahihlәri ilә konkret sәrhәdlәri türkoloji dilçilikdә dәqiq
olaraq göstәrilmәmişdir. Halbuki frazeologizmlәşmәnin qovuşma (фразеологические
сращения), uyuşma (фразеологические единства) vә ya bütövlükdә idiom vә birlәşmә adlı
semantik dәrәcәlәri dilçilikdә çoxdan müәyyәnlәşdirilmişdir (Винoгрaдoв 1977:118-161).
Hәmin semantik-frazeoloji dәrәcәlәrә görә frazeologizmlәrin konseptual-linqvistik tәsviri işi
türkoloji dilçilikdә qәnaәtbәxş sәviyyәdә aparılmamış, türk dillәrinin müqayisәli-açıqlamalı
frazeoloji lüğәtlәrinin tәrtib olunmasına isә başlanılmamışdır. Belә bir vәziyyәt frazeologizmlәrin
türk dilinin digәr şöbәlәri ilә müqayisәdә xarici türkoloqlar vә ya dilçilәr tәrәfindәn lazımi
sәviyyәdә öyrәnilmәmәsinә bağlı olaraq da izah edilә bilәr.
Bu hadisә, hәr şeydәn öncә, bütövlükdә bir dilin frazeologiyasının vә ya onun frazeoloji
tәbәqәlәrinin yalnız hәmin dilin daşıyıcısı tәrәfindәn hәrtәrәfli olaraq öyrәnilә bilmәsi gerçәkliyi
ilә şәrtlәnmәkdәdir. Çünki frazeologizmlәrin әmәlә gәlmәsi, istәr dil sistemindә, istәrsә dә
interaktiv danışıq әsnasında gerçәkliyin dillә ifadәsinә görә ilkin olan vә universal-tipoloji
fenomen olaraq da sadәcә sözlәrlә diferensiallaşan adi bir simmetrik adlandırma hadisәsi
deyildir. Sözügedәn hadisә dil sistemindә milli dәrk etmә, şüur vә tәfәkkürün ümumi inkişafına
bilavasitә
bağlı
olan
kommunikativ
xarakkterli
simmetrik-asimmetrik
sәciyyәli
frazeologizmlәşmә prosesidir. Başqa bir sözlә, hәmin linqvistik hadisә sözlәrlә, söz birlәşmәlәri
vә frazeologizmlәşmiş cümlәlәrlә mәcazi olaraq gerçәklәşәn ikinci bir dil vasitәsilә dәrk etmә vә
adlandırılma sәviyyәsidir. Buna görә dә frazeologiyanın vә yuxarıda göstәrilәn semantik
dәrәcәlәrinә görә frazeoloji vahidlәrin türkoloji dilçilikdә lazımi konseptual-linqvstik tәhlili
yalnız sözügedәn dilllәrin daşıyıcıları olan dilçi-türkoloqlar tәrәfindәn istәnilәn sәviyyәdә yerinә
yetirilә bilәr.
2.2.3.4. Dialektologiyaya dair türkoloji dilçilikdә aparılan linqvistik-dialektoloji
araşdırmalar әsasәn XX yüzilin ilk qәrinәsindәn etibarәn başlanılmışdır. XX yüzilin axırlarında
isә hәmin işlәr akademik bir filoloji-linqvistik vә areal sәviyyәyә gәlib çatmışdır. Sözügedәn
araşdırmalarda vә konkret dialektoloji işlәrdә yazısı olan vә olmayan vә ya әdәbi dili XX yüzildә
155
formalaşan bütün türk dialektlәri vә şivәlәrinin fonetik quruluşu, sintaktik özәlliklәri vә morfoloji
kateqoriyalarını tәşkil edәn linqvistik göstәricilәr tәsvir olunmuşdur. Türkoloji dilçilkdә
dialektoloji işlәrin aparılması XX yüzil boyunca getdikcә sürәtlәnmişdir. Bunun nәticәsindә bir-
birilә qohum vә yaxın vә әn yaxın qohum olan türk dillәri dialektlәrinin vә şivәlәrinin bir
çoxunun ayrı-ayrı dialektoloji lüğәtlәri tәrtib olunmuşdur. Bulqar, oğuz, karluq, qıpçaq, uyğur vә
s. etnik-linqvistik dil-dialekt qruplarının vә şivәlәrinin regional sәciyyәli dialektoloji vә tipolopji
dil özәlliklәrini ehtiva edәn vә tәfәrrüatlı olaraq göstәrәn dil xәritәlәri hazırlanmışdır.
Türkologiyada ilk dialektoloji dil xәritәlәri örnәklәrindәn biri Azәrbaycanda hazırlanmışdır. Bu
xәritә Azәrbaycan dialektlәrinin atlasından ibarәtdir Hәmin atlas mәşhur tütkoloq, dialektoloq,
akademik M. Ş. Şirәliyevin rәhbәrliyi ilә tәrtib olunmuşdur. Müxtәlif dialekt faktlarını vә
hadisәlәri ifadә edәn fonetik, morfoloji vә leksik özәlliklәr ayrı-ayrı regional xarakterli türk
dillәri dialektoloji dil xәritәlәrindә konkret olaraq tәsbit olunmuşdur. Dialektoloji biliklәrdәn,
mәlumatlardan vә bütövlükdә sözügedәn istiqamәtdә aparılan linqvistik işlәrdәn, hәr şeydәn
öncә, ümumtürk dili tarixinin konseptual olaraq öyrәnilmәsindә faydalanılmışdır. Bununla
bәrabәr, hәmin işlәrdәn bir-birilә qohum vә yaxın vә әn yaxın qohum olan türk әdәbi dillәrinin
tarixlәrinin araşdırılmasında vә ya türk dillәrinә aid müxtәlif dil tarixi dövrlәşdirmәlәrinin
müәyyәnlәşdirilmәsindә geniş istifadә olunmuşdur. Belәliklә, türkcә regional xarakterli fonetik,
fonoloji, qrammatik vә leksik göstәricilәri tarixi-coğrafi özәlliklәri ilә xәritәlәşdirәn vә XX
yüzilin axırlarında isә türkoloji dilçilikdә dә getdikcә coğrafi vә ya regional linqvistika olaraq
diferensiallaşan bir fәnn dә bu gün böyük bir ölçüdә dialektoloji işlәrin nәticәlәrinә
dayanmaqdadır (Кoнoнoв., Тeнишeв., Фaзылoв 1981:7-8; Aшнин., Бacкaкoв., Гaджиeвa.,
Кoрмушин., Лeвитcкaя., Муcaeв., Пoцeлуeвcкий., Тeнишeв., Чeчeнoв 1982:12-13).
2.2.3.5. Türkoloji dilçilikdә dil tarixi vә әdәbi dil tarixi anlayışları
Ümumtürk dilinin tarixi keçmiş zamanlardan bәri inkişaf edib gәlәn vә dәyişәn dil,
dialekt vә şivә özәlliklәrinә, etnik-coğrafi vә sosiolinqvstik xarakterli dil-danışıq işlәnilmә
bölgәlәrinә görә araşdırılır. Buna bağlı olaraq ümumtürkcә şifahi xalq әdәbiyyatının yayılması vә
bölgәlәrarası şәhәr danışıq dillәri proseslәri müәyyәnlәşdirilir. Müxtәlif yazı sistemlәri
kontekstlәrindә qәdim vә yeni әdәbi dillәrin fonetik, fonoloji, morfoloji, sintaktik, leksik,
leksikoqrafik, tekstoloji vә mәtnlinqvistik özәlliklәri öyrәnilir. Bu baxımdan müqayisәli-tarixi
dilçilik ilk türk vә ana türk mәrhәlәsi dönәmlәrinin fonetik, fonoloji, qrammatik vә leksik