152
fundamental dilçilik işlәri günümüzә qәdәr hәm sinxronik, hәm dә diaxronik olaraq davam
etdirilmişdir. Dilin leksik tәrkibi onun әdәbi-funksional müstәvidә işlәnilmәsi problemlәri ilә
bağlı olaraq işıqlandırılmışdır. Sözün tәbii quruluşu vә anlamlarına bağlı olaraq türk әdәbi dillәri
vә dialektlәrinin leksikasına dair türk mәnşәli vә alınma leksik tәbәqәlәr müәyyәnlәşdirilmişdir.
Bununla bәrabәr, dildәki ümumi inkişaf vә dәyişmәlәrә görә quruluş vә semantik mütәnasiblik
tәsbit edilmiş, çoxmәnalı sözlәrin vә digәr baş sözlәrin leksik-semantik inkişaf özәlliklәri diqqәt
mәrkәzindә olmuşdur. Termin problemi vә terminlәrlә bağlı olan qavramların qarşılıqlarının
yaradılması vә ya mövcud olanların türk әdәbi dillәrindә düzәldilmәsi vә kodlaşdırılması
gündәmdә hәmişә öz aktuallığını saxlamışdır. Vә türk onomastikasına dair dә bütövlükdә bir çox
iş görülmüşdür (Aшнин., Бacкaкoв., Гaджиeвa., Кoрмушин., Лeвитcкaя., Муcaeв.,
Пoцeлуeвcкий., Тeнишeв., Чeчeнoв 1982; Бacкaкoв 1986). Nәticәdә bir-birilә qohum, yaxın
qohum vә әn yaxın qohum olan türk dillәrinin sosial-mәdәni xarakterli dil әlaqәlәrinin keçmişә,
indiyә, gәlәcәyә vә “milli öz”ә görә daha geniş bir diskursiv aurada öyrәnilmәsinin yolu
açılmışdır.
Türkoloji dilçilik işlәrinin indiyә qәdәr әsas etibarilә әnәnәvi-tәsviri, tarixi-müqayisәli
vә müqayisәli-tarixi linqvistik yöntәmlәrlә aparıldığı artıq hamıya çox yaxşı mәlumdur. Ancaq
leksik vahidlәrin konseptual olaraq dәrinlәmәsinә öyrәnilmәsindә bu gün artıq yalnız sözügedәn
әnәnәvi sәciyyәli dilçilik metodlarının tәtbiq olunması qәnqәtbәxş deyildir. Hәmin әnәnәvi
yöntәmlәrin tәtbiqi ilә hәm әdәbi dil, hәm dә ümumi dil tarixi baxımından “Әn Yeni Türk Dili
dönәmi” ilә dәyәrlәndirәn ümumtürk dili fenomeninin çağdaş araşdırma-öyrәnilmә şәrtlәri bir-
birinә uyğun gәlmir. Buna görә dә nominativ adlandırmalı leksik vahidlәrin vә ad köçürülmәsi ilә
gerçәklәşәn frazeologizmlәrin öncә konseptual konponentlәrinin göstәricilәri vә ilk örnәklәri
tәsbit edilmәlidir. Bundan sonra isә onların qavramlaşdırılması vә leksik-leksikoqrafik
quruluşları vә frazeologizmlәşmә dәrәcәlәri ilә kateqoriyalaşdırılması lazımdır.
Türkoloji dilçiliyin leksika vә leksikologiya bölmәsindә bu günә qәdәr linqvistik-
leksikoqrafik olaraq görülәn әsas işlәrdәn biri xarici dillәrdәn türk әdәbi dillәrinә keçәn alınma
sözlәrә qarşılıqların tapılması vә ya düzәldilmәsi olmuşdur. Hәmin qarşılıqlar daha çox müxtәlif
türk dili mәnbәlәrindәn, dialektlәrdәn, ağızlardan alınmış vә ya dilin daxili imkanları hesabına
sintetik vә analitik üsullarla düzәldilmişdir. Qeyd olunmalıdır ki, xarici dillәrdәn ümumtürk
dilinә keçәn sözlәrә leksik qarşılıqların tapılması vә düzәldilmәsi işi әn çox Türkiyә türkcәsindә
aparılmışdır. Hәtta digәr türk әdәbi dillәrindә “nәnә” vә “baba” kimi işlәnilәn vә ümumiyyәtlә
153
ümumtürk dili leksikasında var olan sözlәrin qarşılıqları Türkiyә türkәcәsindә Avropa dillәrindәn
kalka yolu ilә alınaraq “babaanne” vә “büyükbaba” şәklindә düzәldilmişdir. Vә ya çağdaş
Türkiyә türkcәsindә Hind-Avropa dillәrinin sintaktik modellәrinә uyğun olaraq “ilxı” yerinә “at
sürüsü, “yüyәn” yerinә isә “at başlığı” da işlәnilir. Digәr türk әdәbi dillәrindә işlәnilәn bir çox
alınma sözlәrin leksikoqrafik modellәri çox zaman öz әsillәrinә uyğun olaraq, heç
dәyişdirilmәdәn, yәni kodifikasiya vә unifikasiya olunaraq işlәnilmişdir. Mәsәlәn, qrammatika,
morfologiya, sintaksis, faks vә s. sözlәr. Ancaq hәmin sözlәr çağdaş Türkiyә türkcәsindә “Dil
bilgisi, şәkil bilgisi, söz dizimi vә bәlgәgeçәr” şәkillәrindә dә işlәnilir. Әqrәbalıq, yaxın vә uzaq
qohumluq, heyvandarlıq vә s. bildirәn sözlәr, ifadәlәr vә terminlәr digәr türk әdәbi dillәrinin
leksikasında bu gün dә öz yerini qoruyub saxlamaqdadır. Belәliklә, müxtәlif alınma sözlәr vә ya
ifadәlәr hәm hәrfiyyәn, hәm olduğu kimi, hәm dә kalka yolu ilә vә semantik olaraq türk dillәrinin
sәs quruluşuna vә qrammatik özәlliklәrinә uyğunlaşdırılmış vә leksikoqrafik olaraq
kodlandırılmışdır. Bu kontekstdә türk dillәrini bir-birilә qohum vә yaxın vә әn yaxın qohum
әdәbi dillәr vә dialektlәr olaraq formalaşdıran leksikoloji, leksikoqrafik vә digәr oxşar
kateqoriyalaşdırmalara dair türkcә olaraq gәlişdirilәcәk metodologiyaya uyğun bir koqnitiv vә
leksikoqrafik prinsip müәyyәnlәşdirilmәlidir. Mәsәlәn, Türkiyә türkcәsindә hәm dil daxili, hәm
dә dil xarici faktorların tәsirilә diferensiallaşan tәyini söz birlәşmәlәrindәn mürәkkәb sözlәrin
әmәlә gәlmәsi prosesi müәyyәnlәşdirilәcәkdir. Hәmin prinsipә görә dә türk әdәbi dillәri vә
dialektlәrindә ayrıca bir sintaktik-leksikoqrafik kateqoriyalaşma işi tәsbit olunmalıdır. Sözügedәn
kateqoriyalaşma işi Türkiyә türkcәsindә işlәnilәn “söz dizimi, sözdizimi, sözdizim; dil bilimi,
dilbilimi, dilbilim; Türklük bilimi, Türklükbilimi, Türkbilim//Türklükbilim” örnәklәrinә vә digәr
oxşar qrammatik gәlişmәlәrә vә dәyişmәlәrә görә dә aparıla bilәr (Musaoğlu 2002: 178).
2.2.3.3.2. Leksikoqrafiyaya dair aparılan linqvistik xarakterli işlәrin tarixi türkoloji
dilçilkdә Mahmud Qaşqarlının “Divani-lüğәt-it türk” adlı әsәrinә qәdәr uzanıb gedir. Bu şöbә
әslindә türkoloji dilçiçilyin әn inkişaf etmiş sahәlәrindәn biri olaraq da diqqәti cәlb edir. Müxtәlif
lüğәtlәrin tәrtibi prinsiplәrinin inkişaf etdirilmәsi türk leksikoqrafiyasında bu gün dә tam sürәtlә
davam etdirilmәkdәdir. 1990-cı illәrdәn etibarәn türk leksikoqrafiyasında türk әdәbi dillәri vә
dialektlәrinin, yuxarıda da göstәrildiyi kimi, tәrtib olunmasında yeni bir elmi-linqvistik
mәrhәlәyә qәdәm qoyulmuşdur. İndi artıq, yuxarıda göstәrilәn digәr lüğәtlәrlә bәrabәr, yeni tipli
türkoloji lüğәtlәr dә tәrtib olunmaqdadır. Bunlar hәm ümumi müqayisәli türk dillәri lüğәtlәri,
hәm dә özәl atalar sözlәri, frazeologizmlәr, terminlәr lüğәtlәrindәn ibarәtdir (Musaoğlu 2002: