158
1.2.Ana karluqca
1.3.Ana qıpçaqca
1.4.Ana bulqarca
1.5.Ana altayca
2. Әn qәdim türk yazısı
2.1. Orxon-Yenisey yazısı-dili; VI-VII yüzillәr
2.1.1. Qәdim oğuz dili
2.1.1.1. Türkiyә türkcәsi
2.1.1.2. Azәrbaycan türkcәsi
2.1.1.3. Türkmәn türkcәsi
2.1.1.4. Gaqauz türkcәsi
2.1.2. Qәdim uyğur dili
2.1.2.1. Uyğur türkcәsi
2.1.2.2. Özbәk türkcәsi
2.2. Böyük Bulqarıstan yazısı-dili; VIII yüzil
2.2.1. Çuvaş türkcәsi
2.2.2. Qәdim qazax, tatar, noqay, qıpçaq vә ya dәşti-qıpçaq dillәri
2.2.2.1. Qazax türkcәsi
2.2.2.2. Qaraqalpaq türkcәsi
2.2.2.3. Balkar türkcәsi
2.2.2.4. Noqay türkcәsi (Qafqaz)
2.2.2.5. Tatar türkcәsi
2.2.2.6. Başqırd türkcәsi
2.2.2.7. Qumuq türkcәsi
2.2.2.8. Qaraçay türkcәsi
2.2.2.9. Karaim türkcәsi
2.2.2.10. Noqay vә ya Krım-tatar türkcәsi
2.2.2.11. Altay türkcәsi
2.2.2.12. Qırğız türkcәsi
2.2.2.13. Xakas türkcәsi
2.2.2.14. Tuva türkçesi
159
2.2.2.15. Şor Türkcәsi
2.2.2.16. Saqay türkcәsi
2.3. Yenisey yazılı abidәlәrinin dili
2.3.1. Saha (Yakut) dili” (Cулeймaнoв 2002: 316).
Türk dillәri tarixinin sözügedәn dövrlәşdirilmәsindә Dәşti-Qıpçaq dillәrinin bütövlükdә
Orxon-Yenisey vә böyük Bulqarıstan yazısının, ayrılıqda isә Yenisey yazılı abidәlәrinin birbaşa
xәlәfi olduğu göstәrilir. Tarixi Dәşti-Qıpçaq dillәrinin qәdim uyğur vә oğuz dillәrinә, çağdaş
Dәşti-Qıpçaq dillәrinin isә uyğur vә özbәk türkcәlәrinә bağlı olduğuna işarә olunur.
Dövrlәşdirmәdәn göründüyü kimi, Ana Türkcә üst qavramı Ana Oğuzca, Ana Karluqca, Ana
Qıpçaqca, Ana Bulqarca, Ana Altayca alt qavramları vә ya komponentlәri ilә birlәşdirilәrәk
qvramlaşdırılır. Orxon-Yenisey yazısı, böyük Bulqarıstan yazısı vә Yenisey abidәlәrinin dili isә
ümumi bir әn qәdim türk yazılı dili dönәmi olaraq sәciyyәlәndirilir. Qәdim oğuzca vә uyğurca
Orxon-Yenisey yazısına, Dәşti-Qıpçaq dillәri isә hәr üç qәdim yazı dilinә aid edilir (Cулeймaнoв
2002: 316). Türk dillәri tarixinin sözügedәn dövrlәşdirilmәsi nәticәsindә yuxarıda göstәrilәn
birinci vә ikinci fikrin sahiblәrinin birlәşdiyi ortaq nöqtә dә inkar edilir. Belә ki, qıpçaq vә bulqar
dillәrinin bu vә ya digәr şәkildә orta әsrlәrdә qәdim oğuz vә qәdim uyğur-karluq kontekstindә
şәkillәnmәsi (Cулeймaнoв 2002: 315) fikrinә qarşı çıxılır. Buna baxmayaraq, müәllif hәm
birinci, hәm dә ikinci fikrin sahiblәrini dәstәklәyir. Çünki Ana Türkcә Ana Oğuzca, Ana
Karluqca, Ana Qıpçaqca, Ana Bulqarca, Ana Altayca olaraq öz daxili layları vә ya komponentlәri
ilә tәbәqәlәşdirilir. Bu da әcdad dilin pra- vә prototürk mәrhәlәlәri ilә müәyyәnlәşdirilәn ilkin
yazısız dövrünün tәsbit olunması mәnasına gәlir.
Yuxarıdakı sxemdә göstәrilәn hәr üç yazı-dil kontekstinin runik vә runik sәciyyәli VI-
XI yüzillәr olaraq birinci mәrhәlәni tәşkil etdiyi ifadә edilir. Bununla da digәr vә özәlliklә әrәb-
fars yazısı xarakterli XI-XIV yüzillәrin birinci mәrhәlә ilә bәrabәr, bütövlükdә ikinci bir qәdim
türk әdәbi dili müstәvisindә dövrlәşdirilmәk vә ya qavramlaşdırılmaq istәnildiyi müşahidә
olunur. XV-XIX yüzillәrin isә ümumtürk dilinin dövrlәşdirilmәsindә bir tәrәfdәn әrәb-fars yazısı
vә dillәri istiqamәtli klassik әdәbi dillәr (Osmanlıca, Cağatayca) olaraq xarakterizә olunduğu
görünür. Digәr tәrәfdәn hәmin dövrün Oljas Süleymanov tәrәfindәn türk dialektlәri vә şivәlәri,
şifahi xalq әdәbiyyatı, şәhәr vә regional kәnd danışıq dillәri ilә bir yerdә öyrәnildiyi dә fәrz
edilir. Bunların isә bu vә ya digәr şәkildә hәm birinci, hәm dә ikinci fikri irәli sürәnlәr tәrәfindәn
dәstәklәndiyi bilinir. Qәdim oğuz, qәdim uyğur vә Dәşti-Qıpçaq dillәrinin milli vә ya әdәbi dillәr
160
olaraq formalaşmalarının qәdim türk dili dövrünün birinci dönәminә qәdәr uzandığı iddia edilir.
Hәmin dillәrin әnәnәvi türk dillәri kontekstindә sonrakı inkişaf mәrhәlәlәri ilә çağdaş Avrasiya
türkcәlәri olaraq tәsvir olunmaq istәndiyi dә müşahidә olunur. Ancaq belә bir vәziyyәtdә o da
qeyd olunmalıdır ki, ümumtürk dilinin tarixi sadәcә inkişaf mәrhәlәlәri bir-birindәn ayrı olaraq
tәsәvvür edilәn uzaq qohum dillәrin vә ya әdәbi dillәrin tarixlәri kontekstindә öyrәnilmәmәlidir.
Ümumtürk dilinin sözügedәn inkişaf mәrhәlәlәri tarixi kateqoriyalaşdırmalar sәciyyәli әdәbi
dillәri, dialektlәri vә şivәlәri ilә bir bütün olaraq qavramlaşdırılmalıdır. Çünki konseptual
xarakterli qavramlaşdırmaya görә deyil, müxtәlif tarixi kateqoriyalaşdırmalara әsasәn aparılmış
olan tәsniflәndirmәlәr vә ya dövrlәşdirmәlәr indiyә qәdәr türkoloji dilçilikdә bir açıqlıq qazana
bilmәmişdir. Çox vaxt hәm dil tarixi, hәm dә әdәbi dil tarixinin öyrәnilmәsindә vә
müәyyәnlәşdirilmәsindә eyni mәnbәlәrdәn vә әdәbi mәtnlәrdәn istifadә olunmuşdur. Hansının
“Dil Tarixi”, hansının “Әdәbi Dil Tarixi” fәnni olduğunu belә seçә bilmәk çәtin olmuşdur.
Sovetlәr Birliyi dönәmindә müxtәlif türk әdәbi dillәrinin tarixlәri çox vaxt ümumi
türkologiya vә ya türkoloji dilçilik elmi kontekstindә deyil, bir-birindәn qopardılmış müstәqil
dillәr müstәvisindә (Cәfәrov 2004: 553-557) işıqlandırılmışdır. Hәm dә bu iş rus dili vә ya rus
әdәbi dili tarixinin yazılması prinsiplәri әsasında görülmüşdür. Bunun nәticәsindә dil tarixinin
öyrәnilmәsindә dialekt vә şivәlәrin, әdәbi dil tarixinin öyrәnilmәsindә isә әdәbi mәtnlәrin rolları
retrospektiv vә prospektiv aspektlәrdә uyğun linqvistik sәviyyәlәr olaraq düzgün
göstәrilmәmişdir. Çünki ümumtürk dilinin vә ya türk dillәrinin tarixinә dair hәr hansı bir qavram
vә kateqoriya prospektiv, retrospektiv vә dinamik bir elmi fәnn olaraq dәyәrlәndirilә bilәn
türkoloji dilçiliyin üst vә alt qavramlaşdırılmaları vә kateqoriyalaşdırılmaları çәrçivәsindә
müәyyәnlәşdirilmәlidir. Tarixi bir kateqoriyalaşdırma olaraq müәyyәnlәşdirilә bilәn hәr hansı bir
әdәbi dil tarixinin isә belә bir keyfiyyәtә vә kәmiyyәtә malik olmadığı çox açıqdır.
Ümumtürk dilinin tarixi milli türk dillәri tarixlәrinin müәyyәnlәşdirilmәsi ilә, onların
özәlliklәri vә konkret dil faktları ilә öyrәnilmәli vә әcdad dilin ilk türk (pra- vә prototürk)
dönәmindәn bәri dövrlәşdirilmәlidir (Cәfәrov 2004: 557). İlk türkcә dönәminә qәdәr uzanan
oğuzca, qıpçaqca, karluqca, uyğurca vә s. orijinal dil özәlliklәri dә ümumtürk dilinin ilk
dönәmlәrinin müәyyәnlәşdirilmәsindә nәzәrә alınmalıdır. Ümumtürk dilinin tarixi ayrı-ayrı
klassik türk әdәbi dillәri, tarixi lәhcәlәri, şivәlәri vә çağdaş Avrasiya türkcәlәri ilә bir bütün tәşkil
edir. Bu tarixin müәyyәnlәşdirilmәsindә ilk, ana, qәdim türk dönәmlәrinә aid olan dil faktları vә
yazılı abidәlәrimiz, orta, yeni vә әn yeni türk dili dövrlәrindә yazılan mәtnlәrimiz fioloji-