196
Sözügedәn elmi-praktik istiqamәtlәrdә morfoloji, sintaktik, leksikoloji vә leksikoqrafik
dil vahidlәrinin müxtәlif alqoritmlәri hazırlanmış vә görkәmli Türk dünyası yazıçılarının
әsәrlәrinin tezlik lüğәtlәri tәrtib olunmuşdur. Türkiyәdә isә әsas etibarilә bilgi işlәm vә
informasiya texnologiyalarına aid türk dilindә yaradılmış terminlәrlә, sistemlәrlә vә müxtәlif
proqram tәminatları vә ya yazılımı ilә tәdbiqi-praktik sәciyyәli müxtәlif işlәr görülmüşdür
(Köksal 1981). Günümzdә sözügedәn işlәr türkcә materiallarla hәm koqqnitiv vә kompüter-
mühәndis dilçiliyi (Bozşahin ve Zeyrek 2000: 41-48), hәm dә türk dillәri arası әdәbi mәtn
uyğunlaşdırması (Musaoğlu 2010: 11-60) kontekstlәrindә dә aparılmaqdadır. Gәlinәn nöqtәdә
Türk dillәri arası hәm yazılı, hәm dә şifahi mәtnlәrin birindәn digәrinә çevrilmәsi vә ya әdәbi
mәtn uyğunlaşdırılması proseslәri sürәtlә avtomatiklәşdirilmәlidir. Türk dillәrinin işlәnilmәsi vә
öyrәnilmәsinin konseptualaşdırılması vә müxtәlif texnoloji vasitәlәrlә on-line olaraq
informasiyalaşdırılması işi dә buna paralel olaraq aparılmalıdır. Bunlar türkoloji dilçiliyin әn
aktual problemlәrindәndir vә aşağıda onlardan da örnәklәrlә bәhs olunacaqdır.
1.2.1.2. Sosiolinqvistik-filoloji araşdırmalar
Sosiolinqvistik araşdırmalar dilçilikdә әsas etibarilә XX yüzilin 20-ci illәrindәn bәri
davam etdirilmәkdәdir. Sözügedәn araşdırmalarda “dil faktları ilә sosial faktorlar arasındakı
әlaqәlәr, bunların bir-birinә tәsiri vә bir-birinin variantı kimi ortaya çıxması, başqa sözlә, bu iki
növ fenomen arasındakı ekvivalentlik öyrәnilmәkdәdir” (Berge 1989: 204). Sosiolinqvistikanın
yöntәmlәri hәm dilçiliyin, hәm dә sosiologiyanın üslubları vә konkret imkanları әsasında
formalaşır (ЛЭC 1990: 482). Dil vә cәmiyyәt, dil vә etnik-demoqrafik mәdәniyyәt, regional vә
sosial dialektlәr vә ictimai sәciyyәli müxtәlif dil amillәri vә hadisәlәrinin bir-birinә diaqlostik
tәsiri nәticәsindә ortaya bir çox qeyri-mütәnasib hallar da çıxır. Mәsәlәn, ikidillilik vә çoxdillilik
ortamları nәticәsindә hәr hansı bir dili danışanların say etibarilә azalması vә hәmin dilin
işlәnilmәsinin funksional imkanlarının daralması (Bosnalı 2007: 144) kimi mәsәlәlәr hәmin
qeyri-mütәnasib hallara örnәk olaraq göstәrilә bilәr. Türk dillәrinin regional lәhcәlәri, ağızları,
sosial dialektlәri, әdәbi dillәrindәki norma vә normalaşmaları, müxtәlif mәkanlardakı birinci dil,
ikinci dil, әcdad dil, rәsmi dil, ana dili olma vә işlәnilmә problemlәri dә türkoloji dilçiliyin
sosiolinqvistika sahәsindә açıqlığa qovuşdurulmalıdır.
197
Sovetlәr Birliyi dönәmindә türk dillәrinә aid sosiolinqvistik araşdırmalar, әsasәn, rus dili
vә digәr milli dillәrin әlaqәlәri vә ikidilliliyi kontekstindә, rus dilinin millәtlәrarası bir ünsiyyәt
vasitәsi olaraq problemlәrinin çözümlәnmәsi istiqmәtindә aparılmışdır. Yalnız “yenidәnqurma”
(perestroyka) dövründә hәm ikidillilik, hәm dә çoxdillilik ortamlarında digәr milli dillәrin dә
millәtlәrarası ünsiyyәt dili olma statusuna vә azınlıq dillәrin isә sosiolinqvistik vәziyyәtlәrinә
toxunulmuşdur. Hәmin dillәrin praktik olaraq öyrәnilә bilmәsi üçün hәmin dövrdә müxtәlif
yayınlar, o cümlәdәn terminoloji sözlüklәr, danışıq kitabçaları, dәrs vәsaitlәri vә kitabları belә
hazırlanmışdır (Koрмушин 1984: 4-5).
198
Türkiyәdә isә sosiolinqvistik vәziyyәt digәr Türk Cümhuriyәtlәrindәn vә türk xalqlarının
yaşadığı digәr bölgәlәrdәki uyğun vәziyyәtlәrdәn fәrqlidir. Türk dili vә ya Türkiyә türkcәsi XI-
XII yüzillәrdәn etibarәn Anadoluda bir üst vә ya ortaq rәsmi dil sәciyyәsi daşımışdır. Hәmin dil
XIV-XIX yüzillәrdә Osmanlı türkcәsi olaraq da eyni funksiyada işlәnilmişdir. Türkiyәnin
әhalisinin әksәriyyәti müsәlmandır. Buna görә dә türk mәnşәli olmayan müsәlman әhalinin türk
kimliyini vә dilini müәyyәn bir ölçüdә Osmanlının mirası vә çağdaş milli unitar dövlәtin isә bir
atributu kimi qәbul etdiyi müşahidә olunur. Türk insanı әdәbi dil olaraq da öncә Osmanlı
türkcәsindәn istifadә etmiş, indi isә çağdaş Türkiyә türkcәsini işlәtmәkdәdir. Cümhuriyәt
qurulduqdan sonra ulu öndәr Atatürkün direktivlәri ilә başladılan dil inqilabı da Türk dilinә
әsasәn hәyata keçirilmişdir. Dil haqqında aparılan işlәrin çoxu, hәr şeydәn öncә, türk dilinin
әcnәbi elementlәrdәn tәmizlәnmәsi vә onların yerinә türkcә qarşılıqlarının işlәnilmәsi vә
yaradılması fәaliyyәtlәri ilә sıx bağlı olmuşdur. Yeni qavramların, anlayışların, elm vә
texnologiyanın inkişafına bağlı olaraq gündәlik işlәnilәn sözlәrin, terminlәrin düzәldilmәsi,
onların işlәnilmәsinin tәşviq edilmәsi dil fәaliyyәtlәrindә geniş yer tutmuşdur. Türkologiyada dil
tarixinә vә ona bağlı olaraq da müxtәlif türk şifahi vә yazılı mәnbәlәrinin tәnqidi mәtnlәrinin
hazırlanmasına, xalq dilinin vә ağızlarının öyrәnilmәsinә dair işlәr dә indiyә qәdәr әn çox
Türkiyәdә görülmüşdür. Türkiyәdә, әsasәn, ilk növbәdә türk dilinә görә müәyyәnlәşәn milli
dövlәtin bir simvolu sәciyyәsindәki tәkdilliliyә vә ya türkcәyә dayanan standart bir әdәbi dil
ortamı mövcuddur. Çoxdillilik ortamları isә әvvәllәr әn çox türkcә-fransızca, indiysә türkcә-
ingiliscә paralelli vә tәlim-tәdris sәciyyәli әdәbi dillәrin işlәnlimәsi durumu ilә bilinmәkdәdir.
Ancaq son illәrdә kürdcәnin vә digәr ana dillәrinin dә müәyyәn sosial vә tәdris ortamlarında,
Türkiyә türkcәsi ilә bәrabәr, milli dillәr olaraq funksionallığını genişlәndirdiyi müşahidә
olunmaqdadır. Belә bir vәziyyәt Türkiyәdә dә sosiolinqvistik araşdırmaların aparılmasının
zәruriyyәtini şәrtlәndirmәkdәdir.
Belәliklә, Türkiyә tükcәsi digәr türk dillәrindәn ümumi sosiolinqvistik vәziyyәti vә
funksional olaraq işlәnilmәsi baxımından çox fәrqlidir. O, hәr şeydәn öncә, birinci dil olaraq ana
dili daşıyıcılarının sayca çoxluğu vә Avrasiya türkcәlәri kontekstindә ortaq bir ünsiyyәt dili kimi
işlәnilә bilmәsi özәlliklәri ilә hәm türk dillәri, hәm dә çağdaş dünya dillәrindәn seçilir. Belә bir
seçkinlik aşağıda göstәrilәn amillәrlә birbaşa әlaqәdardır:
–700 il boyunca böyük bir coğrafiyada bu vә ya digәr şәkildә bir rәsmi dövlәt dili
statusunda olması;