193
Dördüncüsü sözügedәn araşdırmalarda tәdbiq edilәn linqvistik yöntәmlәrin bir ümumi
metodologiya olaraq müәyyәnlәşdirilmәsi istiqamәtindә türk dillәrindә, özәlliklә dә Türkiyә
türkcәsindә bir çox linqvistik terminin türkcә olaraq qarşılıqları yaradılmışdır (Berge 1989).
Hәmin növ terminlәr әnәnәvi türkoloji kontekstdә türk dillәrinә uyğunlaşdırılmış vә
kodlaşdırılmışdır (Исхакова 1987). Bu gün hәmin linqvistik terminlәrin ifadә etdiyi qavramların
köhnә әnәnәvi qrammatik istiqamәtlәrdә aparılmış olan tәdqiqatlarda işlәnilәn terminlәrlә
açıqlanması artıq mümkün deyildir vә ya sadәcә bir qismi onlarla işlәnilә bilәn bir sәviyyәdәdir.
Çünki sözügedәn terminlәr bütövlükdә dilçilik elminin inkişafına bağlı olaraq aparılan ümumi
linqvistik müşahidәlәrә vә kameral işlәrә bağlı olaraq yaradılmaqdadır. Onlar yenidәn
tәsniflәndirilәn, ümumi özәlliklәri vә tәfәrrüatları ilә şәkillәndirilәn linqvistik qavramlaşdırma vә
kateqoriyalaşdırmalara әsasәn dәqiqlәşdirilmәkdә vә kodlaşdırılmaqdadır. Mәsәlәn, Azәrbaycan
dilindә “sintaqm” vә “sintaqmatik üzvlәnmә”, Türkiyә türkcәsindә isә onların qarşılıqları olaraq
“sözcә” vә “sözcәlәmә” terminlәri kimi. Bizim Türkiyәdә yayımlanan “Türkolojinin Çeşitli
Sorunları Üzerine Makaleler-İncelemler” adlı kitabımızda türkcә olaraq işlәtdiyimiz
“tekbirleşimli (subordinativ), tambirleşimli (koordinativ), çiftbirleşimli (korrelyativ), parselyatik,
retprosperspektif, (2002: 105; 315-320) kimi terminlәrlә ifadә olunmuş qavramlar vә
kateqoriyalar da bu qәbildәndir. Bunun kimi Hind-Avropa dillәrindә әnәnәvi vә yeni dilçilik
istiqamәtlәrindә aparılmış olan araşdırmalarda işlәnilәn linqvistik terminlәr arasında da müәyyәn
fәrqlәr özünü göstәrmәkdәdir (ЛЭC 1990: 603-626; 627-650).
Belәliklә, keçәn әsrin 70-ci illәrindәn başlayaraq türkoloji dilçilikdә yeni linqvistik
yönüm vә yöntәmlәrlә aparılan araşdırmalar vә ayrı-ayrı türk dillәrinә dair görülәn konkret
praktik işlәr günümüzdә artıq müәyyәn bir elmi-metodoloji sәviyyәyә gәlib çatmışdır. Hәmin
araşdırmalar vә ya elmi-praktik işlәr әsas etibarilә semantik, funksional, riyazi, sosiolinqvistik,
statistik, korpus, mәtnlinqvistik, koqnitiv-konseptual vә s. digәr yeni araşdırma-öyrәnilmә
yönümlәri vә yöntәmlәri ilә aparılmışdır. Aşağıda sözügedәn araşdırmalardan bu vә ya digәr
şәkildә bәhs olunacaqdır.
1.2.1. Türkoloji dilçilikdә riyazi vә sosiolinqvistik istiqamәtlәr
194
XX yüzildә hәm riyazi, hәm dә ictimai elmlәrin yöntәmlәri ilә dillәrin sinkretik olaraq
araşdırılması vә öyrәnilmәsi prosesi getdikcә sürәtlәnmişdir. Riyazi-linqvistik yöntәmlәrlә
aparılan tәtbiqi dilçilikdә әn çox mәtnlәrin avtomatik tәrcümәsi vә müxtәlif dil-danışıq
çevirilәrinin avtomatiklәşdirilmәsi problemlәrinin hәll olunması üzәrindә durulmuşdur.
Sosiolinqvistik yöntәmlәrlә aparılan araşdırmalarda isә әn çox dil vә cәmiyyәt, dil vә etnoqrafiya,
etnolinqvistika, dil vә mәdәniyyәt әlaqәlәri, ikidillilik vә çoxdillilik ortamları işıqlandırılmışdır.
1.2.1.1. Riyazi-linqvistik araşdırmalar
195
Modern linqvistik yöntәmlәr vә ya yeni bir türkoloji dilçilik nöqteyi-nәzәri ilә aparılan
araşdırmaların sürәtlәndirilmәsi hәmişә bәlli bir ölçüdә riyazi-linqvistik istiqamәtin filologiya
elmindәki ümumi inkişafına bağlı olmuşdur. Dil mühәndisliyinin vә ya riyazi dilçiliyin әsasları
XX yüzilin 20-ci illәrindә qoyulmuşdur. Dillәrin hәm filoloji-linqvistik, hәm dә riyazi-hesablama
yöntәmlәri ilә bir yerdә öyrәnilmәsi XX yüzilin 50-ci illәrindәn bәri elmşünaslıqda tәtbiqi riyazi-
linqvistik bir metodologiya olaraq müәyyәnlәşmişdir. Söz konusu metodologiya vә ona bağlı
tәtbiqi metodlarla görülәn işlәrdә XX yüzilin 60-cı illәrindәn bәri öncә elektronik hesablama
maşını ilә (ЛЭC 1990: 14-15; 397), sonraları isә kompüterlә müxtәlif tәrcümә-çeviri
proseslәrinin avtomatiklәşdirilmәsi işlәri canlandırılmışdır. Bütövlükdә koqnitiv elmә,
linqvistikaya, informasiya texnologiyalarına söykәnәn kompüter-mühәndis dilçiliyinin әsaslarını
da böyük bir ölçüdә XX yüzilin 50-ci illәrindәn bәri getdikcә inkişaf edәn riyazi-linqvistik
istiqamәtdә görülmüş konkret işlәr tәşkil edir. İndi hәm koqnitiv, hәm dә kompüter-mühәndis
dilçiliyi ilә funksional-linqvistik bir istiqamәtdә aparılan işlәr sadәcә mәtn tәrcümәsinin
avtomatiklәşdirilmәsi proseslәrinin inkişaf etdirilmәsi vә nәticәlәndirilmәsi işlәmlәrindәn ibarәt
deyildir. Çünki, getdikcә sürәtlәnәn linqvistik qloballaşma nәticәsindә ortaq ünsiyyәt vasitәlәrinә
çevrilәn bәzi inkişaf etmiş dillәrin işlәnilmәsi vә öyrәdilmәsi işlәmlәri koqnitiv vә kompüter-
mühәndis dilçiliyi yöntәmlәri ilә dә aparılır. Başqa sözlә, indi artıq hәm mәtn dәstәkli dilin
(langue), hәm dә diskur ortamlı danışıq dilinin (parole) ortaq dünya dillәri materialları ilә
avtomatiklәşdirilәrәk vә informasiyalaşdırılaraq bütün dünyada işlәnilmәsi söhbәtin mözusuna
çevrilmişdir. Ortaq vә regional sәciyyәli dillәrin sözügedәn dil materialları ilә birlikdә müәyyәn
bir ölçüdә tәrcümә nәzәriyyәsi vә әdәbi mәtn uyğunlaşdırması praktikası kontekstlәrindә tәdrisi
vә tәlimi dә bu gün gündәmә gәlmәkdәdir. Sözügedәn elmi-praktik sәciyyәli işlәr 1960-cı
illәrdәn bәri bu vә ya digәr şәkildә türkoloji dilçilikdә dә öz әksini tapmışdır. Sovetlәr Birliyindә
hәmin işlәr daha çox nәzәri әsaslara dayanmaqla әsas etibarilә aşağıdakı istiqamәtlәrdә hәyata
keçirilmişdir:
–Mәtnin avtomatik analizi vә sintezi;
–Linqvistik tәdqiqatların avtomatiklәşdirilmәsi;
–Struktural-tipoloji tәdqiqatların aparılması (Муcaeв… 1972: 16-18).