201
Türk әdәbi dillәri bu günә qәdәr әsas etibarilә tәsviri, tarixi-müqayisәli, müqayisәli-
tarixi vә müqyisәli-tutuşdurmalı dilçilik metodları ilә öyrәnilmişdir. 1970-ci illәrdәn etibarәn
türkoloji dilçilikdә dә, yuxarıda göstәrildiyi kimi, yeni linqvistik metodlarla aparılmış
araşdırmalar diqqәti çәkmәyә başlamış vә struktur-semantik vә -funksional qrammatika
anlayışları ortaya çıxmışdır. 1980-ci illәrdәn bәri formalaşan koqnitiv elm, koqnitiv linqvistika vә
kompüter-mühәndis dilçiliyi sahәlәri struktur-semantik vә funksional araşdırmalar әsasında yeni
bir konseptual-funksional qrammatika anlayışını da gündәmә gәtirmәkdәdir. Әslindә belә bir
anlayışın dilçilikdәki gündәmә gәlişini “çağdaş linavistikada funksional әnәnә ilә generativ
istiqamәtin birlәşdirilmәsi vә uyğun metodlarının bir yerdә tәtbiq olunması istәklәri” (Φëдoрoва
2008: 98-104) dә dәstәklәmәkdәdidr.
Qeyd olunmalıdır ki, dilçilikdә “funksional qrammatika” anlayışı 1920-1930-cu illәrdә
Praqa dilçilik mәktәbindә ortaya çıxmış, 1950-ci illәrdә isә aktual üzvlәnmә nәzәriyyәsi vә
praktik dilçilik araşdırmaları ilә daha yüksәk bir inkişaf mәrhәlәsinә qәdәm qoymuşdur.
“Generativ transformasional qrammatika” linqvistik qavramı isә struktur dilçiliyin bir davamı
olaraq 1950-ci illәrdә Amerikada ortaya çıxmışdır. Sözügedәn qavram H.Xomskinin 1957-ci ildә
yazıb tamamladığı “Sintaktik quruluşlar” adlı әsәri ilә bir linqvistik nәzәriyyә vә praktik tәlim
olaraq formalaşmışdır. Birincisi dili leksik-qrammatik vasitәlәr vә kontekstin vәhdәtindә
götürәrәk bunlarla bütövlükdә ifadә edilәn fikrә vә ayrılıqda reallaşan funksiyaya
dayanmaqdadır. Burada semantika vә funksiyanın bir-birinә bağlı olaraq reallaşması vә hәmin
kontekstdә fikrin konkret dil vasitәlәri ilә ifadәsinin öyrәnilmәsi daha geniş yer almaqdadır. İkincisi
isә dili daha çox müәyyәn formal transformasional modellәr şәklindә öyrәnmәkdә vә gәlinәn
metalinqvistik inkişaf mәrhәlәsindә onu beynin koqnitiv-konseptual bir funksiyası olaraq
dәyәrlәndirmәkdәdir (Φëдoрoва 2008: 98-104).
1960-cı
illәrdәn başlayaraq dilin semantikasına, funksiyasına, quruluşuna,
antropologiyasına vә işlәnilmәsinә dair yuxarıda göstәrilәn dilçilik mәktәblәrindә bir-birindәn
fәrqli fikirlәr irәli sürülmüşdür. Sözügedәn mübahisәlәr bu vә ya digәr şәkildә günümüzә qәdәr
davam etmәkdәdir. Ancaq bugünkü metalinqvistik açıqlanma mәrhәlәsindә yeni bir dönәmә
girilmişdir. Belә ki, hәm birinci mәktbә daxil olan işlәrin, hәm dә ikinci qrupda yer alan nәzәri vә
praktik dilçilik araşdırmalarının bir yerdә tәtbiq oluna bilәn funksional-konseptual cәhәtlәri
üzәrindә durulmaqdadır. Bizim “Türkoloji dilçilik kursu”muzda vә müvafiq dәrsliyimizdә dә
mәhz hәmin cәhәtlәrdәn hәrәkәt edilmәkdәdir.
202
Belәliklә, konseptual-funksional qrammatika anlayışının konseptual qisminin örnәklәrlә
açıqlanmasına keçmәdәn öncә, klassik “funksional qrammatika” qavramının әsas parametrlәri vә
prinsiplәrinin nә olduğunun qısaca olaraq bir daha aydınlaşdırılmasının faydalı olduğunu
düşünürük. Vә hәmin linqvistik parametrlәri vә prinsiplәri sadә cümlәnin, mürәkkәb cümlәnin vә
mürәkkәb sintaktik bütövlәrin aktual üzvlәnmәsi timsalında aşağıda göstәririk (Musayev 2011:
37-39).
1.2.2.1. Sadә cümlәnin qrammatik vә aktual üzvlәnmәsi
Cümlәdә vә mәtndә söz qrupları vә cümlә üzvlәri indiyә qәdәr әnәnәvi olaraq nitq
hissәlәrinә vә cümlә komponentlәrinin arasındakı sintaktik әlaqәlәrә görә öyrәnilmişdir.
“Mübtәda, tәyin, tamamlıq, zәrflik vә xәbәr vә ya baş cümlә-budaq cümlә” әnәnәvi-qrammatik
üzvlәnmәsi tәdris sistemindә әsas rol oynamışdır. Sözügedәn sintaktik vahidlәrin semantik-
funksional parçalar olaraq öyrәnilmәsi isә 1970-ci illәrdәn başlayaraq tәdris vә tәhsil sistemindә
getdikcә daha geniş yer tutmuşdur (Abdullayev 1999: 89-124). Sintaktik vahidlәr cümlә
üzvlәrinin aktual üzvlәnmәsinә görә yeni linqvistik terminlәrlә adlandırılmışdır: tema (thema:
yun. verilmiş, bәlli olan) vә rema (rhema. yun. kәlmә, söylәnilәn, diqqәtә aldırılan). Müasir
funksional qrammatikada sintaksis vә mәtn bölmәlәrinin tәrtib olunmasının әsas prinsilәrindәn
biri cümlәnin vә ya mәtn komponentlәrinin konkret bir sintaqmatik sistem tәşkil etmәsi ilә
bağlıdır. Belәliklә, dilin vә ya dillәrin sintaqmatik olaraq işlәnilmәsinә görә funksional bir
qrammatikanın hazırlanması dilçilikdә 1960-cı illәrdә ortaya çıxmış, 1970-ci illәrdә isә tәdbiq
olunmuışdur. Sadә cümlә әsasında ümumtürk dilinin hәm әnәnәvi-paradiqmatik, hәm dә yeni
sintaqmatik araşdırma-öyrәnilmә mәrhәlәlәri aşağdakı sxemdә göstәrildiyi şәkildә müәyyәn-
lәşdirilә bilәr.
203
SXEM 1
T R
Tәlәbә//kitabı oxudu
Paradiqmatik
1. Morfologiyaya görә:
2. Sintaksisә görә:
İ
1
M
İ
4
T
F
X
Sintaqmatik
3. Semantikaya görә:
4. Semantik-funksional
üzvlәnmәyә görә
S
T
O
P
R
“Tәlәbә kitabı oxudu” cümlәsindә morfologiyaya görә modellәşdirmәdә isimlәrin, yәni
adların hansı hal şәkilçilәri ilә işlәnildiyi “Nom. ‘adlıq’ + Gen. ‘yiyәlik’ +Dat. ‘yönlük’+ Akk.
‘tәsirlik’ +Lok. ‘yerlik’+Abl. ‘çıxışlıq’ sırası ilә işarәlәnmişdir:
İ
1
-adlıq halı;
İ
4
-tәsirlik halı;
F-feil.
Sonraki modellәşdirmәlәrdә isә M- mübtәdanı, T-tamamlığı, X-xәbәri; S-subyekti, O-
obyekti, P-predikatı; T-temanı, R-remanı göstәrir. Sözügedәn birinci vә ikinci modellәşdirmәlәr
hәr hanısı bir dilin sintaktik sisteminin paradiqmatik olaraq gerçәklәşәn semantik vә semantik-
funksional mәrhәlәlәrinin әsasını tәşkil edir. Birinci vә ikinci modellәşdirmәlәr dilin konkret
quruluşunu, üçüncü vә dördüncü modellәşdirmәlәr isә onun semantik vә funksional işlәnilmә
mahiyyәtini ehtiva edir. Sözün tam mәnasınada türkcәnin funksional bir qrammatikasının
hazırlanması birincilәrdәn ikincilәrә vә ikincilәrdәn birincilәrә keçidlәrlә yerinә yetirilә bilәr.
Funksional-konseptual vә ya konseptual-funksional qrammatika anlayışı bәlli
qavramlardan semantik-funksional sahәlәrә, oradan da dilin fonetik-fonoloji, morfoloji-sintaktik,
leksik-leksikoloji, lekskoqrafik-frazeoloji sistemlәrinә ierarxik keçişlәrә bağlı olaraq
açıqlanmalıdır. Daha doğrusu, hәr hansı bir dilin konseptulal-funksional qrammatikası günümüz-
dә vә gәlәcәkdә koqnitv vә kompüter-mühәndis dilçiliyi yönümlәri vә yöntәmlәrinin tәtbiq
olunması ilә hazırlana bilәr.
Ümumtürk dilinin Türkiyә türkcәsi әsasındakı yeni bir cümlә üzvlәri tәsniflәndirmәsi
isә atalar sözlәrimizin sintaktik-mәtnlinqvistik özәlliklәrindәn hәrәkәtlә sadә cümlә örnәyindә
mümkün ola bilәn bir semantik-funksional sıralanma ilә formullaşdırıla bilәr.