207
sistemindәki struktur-semantik tipologiyası müәyyәnlәşdirilirsә, ikincidә onun predikativliyә vә
modallığa әsaslanan kommunikativ yükü vә bununla bağlı olaraq ünsiyyәtin ümumi
arxitoktenikasında yeri vә mәqamı başa düşülür.
Türkoloji dilçilikdә isә aktual üzvlәnmәdәn әsasәn sadә cümlә sәviyyәsindә bәhs
olunmuşdur (Амиров 1970: 34-38; Әlizadә 1983: 75-82; Абдуллаев 1983: 68-91; 1999: 89-124;
Джанибеков 1992). Yәni aktual üzvlәnmә sadә vә mürәkkәb cümlәlәr vә ya mәtn sәviyyәlәrindә
daha geniş bir tәdqiqata çәlb edilmәmişdir. Onun ayrı-ayrı sintaktik quruluşlarındakı milli-özәl
tәzahürlәri isә biri digәrindәn fәrqlәndirilmәmişdir. Bununla bәrabәr, türk әdәbi dillәrinin
sintaksisindә aktual üzvlәnmәnin mürәkkәb cümlә sәviyyәsindә öyrәnilmәsinin perspektivli
olduqu da qeyd edilmişdir (Абдуллаев 1983: 90-91). Polipredikativ vahidlәrin xüsusi-mürәkkәb
quruluşundan danışılanda onların informatik-semantik qütblәrә- tema vә pemaya bölündüyünә
toxunulmuş vә hәmin dil-nitq hadisәsinin mәtn-söylәmdә reallaşmasına dair konkret nümunәlәr
göstәrilmişdir (Мусаев 1987: 79).
Bu kontekstdә yuxarıda sadә vә mürәkkәb cümlәlәrin aktual üzvlәnmәsinә dair gәtirilәn
konkret örnәklәr ümumtürk dilinin konseptual-funksional qrammatikasının hazırlanmasında
sintaktik-kommunikativ sәciyyәli araşdırma-öyrәnilmә aspektinin nә qәdәr gәrәkli olduğunu
göstәrir. Aşağıda gәtirilәn mikromәtnlәrdә dә mәtnlinqvistik xarakterli tema-rema üzvlәnmәsini
komponentәrin tema vә remaya ayrılmasına görә asanlıqla müşahidә edә bilirik; mәsәlәn:
i. Ala qarğa//qoruğa da lazım deyil. //Onu// ovlamıırsınız, /ona görә dә iki yüz il yaşayır
(İ. Mәlikzadә. Yaşıl gecә).
Göstәrilәn cumlәlәr daha böyük bir mәtnin bütöv bir hissәsi kimi mikromәtn tәşkil edir vә
“vahid kommunikativ mәqsәd”(Шешукова 1972: 69) bildirir. Ona görә ki, hәmin sintaktik-
informatik konstruksiyanin vahid bir tema-pematik üzvlәnmәsi mövcuddur. Onu da aşağıdakı
kimi formullaşdırmaq olar: T [( T
1
s - R
1
v ) - ( T
2
s - R
2
v )] - asılı hissә; R-әsas hissә.
Sözügedәn söylәm çoxmәrhәlәli mәtnlinqvistik sәviyyәdә aktuallaşmışdır vә kiçik bir
mikromәtndәn ibarәtdir. Birinci komponent ikinciyә görә tema sәviyyәsindә özünü göstәrir.
Belәliklә, konkret bir koordinativ-nәticә quruluşlu xüsusi-mürәkkәb polipredikativ vahidin (Onu
ovlamırsınız, ona görә dә iki yüz il yaşayır) mәtndә işlәnmәsi özündәn әvvәlki cümlә ilә (Ala
qarğa qoruğa lazım deyil) şәrtlәnir. Mәtndә cümlәlәrin bu cür qarşılıqlı әlaqәsi haqqında
Vittmeps yazır: “Cumlә harada oldu, özünә yer tuta bilmәz, çünki onunla bağlı olan söylәmin
mәtnin müәyyәn bir yerindә gәlmәsi zәruridir” (Wıttmers 1970: 9).
208
ii. Sevil sakitcә oturub kitab oxuyurdu vә xәbәri yox idi ki, /cәmi yarımca saat bundan
әvvәl onun bu xurmayı saçları bütün dәnizin üzәrinә yayılmışdı; //xәbәri yox idi ki, Baladadaş
dәnizin üzәrinә yayılmış bu saçları cәmi yarımca saat bundan әvvәl öpürdü; //xәbәri yox idi ki,
onun bu xurmayı saçlarının şormәzә tәmini Baladadaş indi dә dodaqlarında hiss edirdi (Әylisli
2006: 256).
Yuxarıda gәtirilәn örnәk әslindә subordinativ-obyekt mәnalı mürәkkәb cümlәnin bir
islubi-sintaktik variantı olaraq işlәnilir. Әgәr klassik terminologiya ilә ifadә etsәk, hәmin cümlәni
tamamlıq budaq cümlәli qarışıq tipli tabeli mürәkkәb cümlә adı ilә adlandıra bilәrik. “Sevil
sakitcә oturub kitab oxuyurdu vә xәbәri yox idi ki” komponenti sözügedәn mürәkkәb sintaktik
vahidin baş cümlәsidir. Burada baş cümlәnin “xәbәri yox idi ki” parçası sintaktik tәkrar olaraq
işlәnilmişdir. Sintaktik paralellәrlә ifadә olunmuş hәmcins budaq cümlәlәr klassik qrammatik
üzvlәnmә baxımından baş cümlәnin “nәdәn?” sualına cavab verәn buraxılmış tamamlığını әvәz
edir. Cümlәnin aktual üzvlәnmәsi baxımından isә baş cümlә burada söylәmin temasını, sintaktik
paralellәrlә ifadә olunan hәmcins budaq cümlәr isә bütövlükdә onun remasını tәşkil edir. Yәni
burada tema olaraq bәlli olan vә bilinәn şey “Sevilin sakitcә oturub kitab oxuması vә hәr şeydәn
xәbәrsiz olması” olayıdır. Yeni olan vә ifadә edilәn hadisә isә “Sevilin xurmayı saçlarının
yarımca saat bundan әvvәl dәnizin üzәrinә yayılmasından, Baladadaşın yarımca saat bundan
әvvәl hәmin saçları öpmәsindәn vә xurmayı saçların şormәzә tәminin Baladadaşın dodaqlarında
indi dә hiss olunması”ndan ibarәtdir. Әlbәttә, budaq cümlәlәrdә müәyyәn bir zaman
ardıcıllığında gerçәklәşәn sәbbәb-nәticә kontekstindә Baladadaşın ilk mәhәbbәtini ifadә edәn
rema-cümlәlәr dә tema-rematik olaraq üzvlәnir. Belә ki, burada birinci vә ikinci budaq cümlәlәr
tema, üçüncü cümlә isә rema olaraq dәyәrlәndirilә bilәr.
Belәliklә, mürәkkәb cümlәlәrin aktual üsvlәnmәsi sadә cümlәdәki uyğun semantik-
sintaktik dil-nitq hadisisindәn iki cәhәti ilә fәrqlәnir:
-Aktual-informativ vahidlәrin mürәkkәb cümlәlәrdә yerlәşmәsi hәmin konstruksiyaların
özünәmәxsus xüsusiyyәti olub sözügedәn sintaktik vahidlәrdә tam predikativ mәrkәzin birdәn
çox olması ilә şәrtlәnmәkdәdir.
-Mürәkkәb cümlә komponentlәri informativ hissәlәrә bölünür, çoxmәrhәlәli xarakter
daşıyır, ayrı-ayrılıqda tema vә remaya ayrılır.
Mürәkkәb cümlә quruluşunda әsas hissә çox vaxt temaya uyğun gәlir. Asılı hissә isә
әksәr hallarda remaya uyğun gәlsә dә, lakin әksinә qütblәnmә dә istisna deyildir. Bundan başqa,
istәr әsas, istәrsә dә asılı komponentlәr ayrılıqda mәnalı informativ hissәlәrә, yәni qütblәrә bölü-
nür. Elә hallar da da olur ki, mükәkkәb cümlә özü bütövlükdә qütblәrә ayrılır: әsas komponentlә
asılı tәrәfin bir hissәsi, yaxud asılı komponentlә әsas komponentin bir hissәsi, yaxud da әsas
komponentlә asıslı hissәnin hamısı vә s. tema vә ya rema kimi diferensnallaşır. Mürәkkәb
cümlәnin özü bütövlükdә mәtnin aktuallaşmasında ya tema, ya da rema olur.
Bütün bunlar isә dilin predikativ-sintaktik sәviyyәlәrindә, elәcә dә onun sintaktik-
informatik vahidlәri olan frazadanböyük konstruksiyalarında ortaya çıxan aktual üzvlәnmәnin
linqvistik baxımdan ayrıca olaraq qiymәtlәndirilmәsini şәrtlәndirir. Daha doğrusu, hәmin dil-nitq