225
olmayan dillәrin işlәnilmә sferaları; aralarındakı ikidillilik, üçdillilik, dörddillilik ortamları nәzәrә
alınmalıdır. Burada türk dillәrinin yaxın vә әn yaxın qohum dillәr olaraq türk xalqları arasındakı tәdrisi
mәsәlәsi dә hәmin dillәrin xaricilәrә öyrәdilmәsindәn fәrqlәndirilmәlidir. Bütün bunlarun vә bütövlükdә
linqvistik qloballaşmanın tәsiri ilә bu gün türkoloji dilçiliyin gündәminә bir çox aktual filoloji-linqvistik
problemin öyrәnilmәsi vә yeni araşdırma-öyrәnilmә perspektivlәrinin açılımı xüsusları da gәlmәkdәdir.
Türk әdәbi dillәrindә yeni yaranan әdәbi dil normaları, normalaşmaları vә alışqanlıqlarının, e-dil
anlayışının, e-türkcә vә e-azәrbaycanca qavramlarının, tәrcümә vә әdәbi mәtn uyğunlaşdırmaları
proseslәrinin, Avrasiyada rusca-türkcә vә türkcә-rusca ikidillilik ortamlarının öyrәnilmәsi dә hәmin
xüsuslardandır.
2.2. Yeni әdәbi dil normaları, normalaşmaları vә alışqanlıqları
Ayı-ayrı türk әdәbi dillәrinin leksikonuna, danışıq sintaksisisinә, diskurs vә mәtn sәviyyәlәrinә
bu gün yaxın vә әn yaxın qohum dillәrin, qohum olmayan xarici dillәrin vә ümumiyyәtlә inkişaf edәn vә
dәyişәn sosiolinqvistik faktorların ciddi tәsiri müşahidә olunur. Hәmin tәsir sözügedәn dillәrdә müxtәlif
leksik vә qrammatik yeniliklәr, bәzәn dә qәlәti-mәşhur sәciyyәli gәlişmәlәr olaraq da özünü göstәrir.
Әslindә çağdaş türk dillәrindә özünü göstәrәn hәmin gәlişmә vә dәyişmәlәr, hәr şeydәn öncә, müxtәlif
sosiolinqvistik vә ekstralinqvistik tәsirlәrin nәticәsindә gerçәklәşәn yeni әdәbi dil normaları vә
normalaşmalarından başqa bir şey deyildir. Bu normaların gerçәklәşmәsi danışıq alışqanlığı vә ya vәrdişi,
ayrıca olaraq da dil-nitq yenilәnmәsi nәticәsindә getdikcә normalaşan dil-nitq variantlarının işlәnilmә
sıxlıqları ilә müşahidә olunur. Sözügedәn sıxlıqlar, hәr şeydәn öncә, dәyişmәz vә ya uzun müddәtli
dönәmlәrdә dәyişәn dil normalarının variantları kimi dә işlәnilir. Bunlar dildәki ierarxik, sistematik vә
ardıcıl inkişafı tәmin edәn fonem, morfem, sintaksem, leksem, frazem vә tekstem kimi dil; sintaqm, söylәm
vә diskurs olaraq da nitq vahidlәrinin statistik, struktur-semantik vә konseptual-koqnitiv tәsvirinә әsasәn
öyrәnilir. Dil variantlarının funksional işlәnilmә sahәlәrinin vә ya mәzmun vә ifadә özәlliklәrinin
müәyyәnlәşdirilmәsi işi isә “diskurs-mәtn yaradıcılığına, bu yaradıcılığın vә ya prosesin” (Seçdirmә-
M.M.) gerçәklәşdiyi gündәlik danışılan dilә vә kütlәvi informasiya vasitәlәrinә vә variantların konseptual-
koqnitiv olaraq dәrk olunmasına vә sosiolinqvistik ortamına әsasәn aparılmalıdır. Yeni sözlәr, ünsiyyәt-
işlәnilmә tәrzlәri, deyimlәr vә qәlib-ifadәlәr; asimmetrik gәlişmәlәr vә dәyişmәlәr müxtәlif dil-danışıq
variantları olaraq Avrasiya türkcәlәrindә әn çox 1970-ci illәrdәn başlayaraq özünü göstәrir. Hәmin
variantlar insanlarda gündәlik olaraq gerçәklәşәn әqli dәrk olunmaya vә ümumәn dә şüura söykәnәn
danışıq dilindә yuxarıda göstәrilәn “verici-göndәrilәn-alıcı kommunikativ dövrәsi”nә (Musayev 2011:
275) әsasәn müәyyәnlәşdirilir. Gәlinәn nöqtәdә sözügedәn variantalar vә ya yeni dil-danışıq normaları bu
gün artıq koqnitiv-funksional vә informasiya-kommunikativ ünsiyyәt vasitәsi kimi sәciyyәlәndirilә bilәn
e-dildә işlәnilmәkdә, seçilmәkdә vә dilimizә girmәkdәdir.
226
Әlbәttә, sözügedәn әdәbi dil normaları vә onların müxtәlif variantları bütün çağdaş türk әdәbi
dillәrindә bu vә ya digәr şәkildә müxtәlif linqvistik vә ekstralinqvistik tәsirlәrin nәticәsindә
işlәnilmәkdәdir. Tәbii ki, bunların müqayisәli-tutuşdurmalı olaraq öyrәnilmәsi dә türkoloji dilçiliyin әn
aktual problemlәrindәn biridir. Ancaq burada indilikdә görülәcәk әsas iş isә türk әdәbi dillәrindә
sözügedәn әdәbi dil normalaşmalarının әsas istiqamәtlәrinin, dil-danışıq normalarının vә onların
variantlarının sinxronik olaraq müәyyәnlәşdirilmәsindәn ibarәtdir. Mәhz bu baxımdan aşağıda
Azәrbaycan dilindә yeni yaranan bәzi dil-danışıq alışqanlıqları vә müxtәlif xarakterli alınmaları üzәrindә
durulur.
2.2.1. Azәrbaycan dilindә yeni dil-danışıq alışqanlıqları vә alınmaları
XX yüzilin son qәrinәsindәn etibarәn dünyada yeni siyasi, iqtisadi, etnoqrafik, demoqrafik vә
kulturoloji bir qlobal düzәn gerçәklәşmәyә başlamışdır. Bu proses Sovet İttifaqının dağılması vә Avrasiya
coğrafiyasında yeni müstәqil dövlәtlәrin, muxtar respublikaların vә federal gәlişmәlәrin meydana çıxması,
Avropa İttifaqının genişlәnmәsi, Çinin dünyaya açılması vә nәhayәt Yaxın Şәrqin yenidәn şәkillәnmәsi vә
“Әrәb baharı” ilә özünü göstәrir. Belә bir düzәnin gerçәklәşmәsi dünyada özü ilә bәrabәr yeni bir dil-
ünsiyyәt ortamı vә fәrqli sosiolinqvistik şәrtlәr dә gәtirmişdir. Bir çox dil; rәsmi dövlәt dili statusu vә ya
müәyyәn bir miqyasda isә yeni işlәnilmә, tәrcümә oluna vә ya çevrilә bilmә sferaları әldә etmişdir. Ortaq
ünsiyyәt vasitәsi olan dillәrin, özәlliklә dә ingilis, ispan, çin dillәrinin vә latın әsaslı әlifbaların işlәnilmә
funksionallığı vә sahәlәri genişlәnmişdir. Dünyada danışılan bir çox dil artıq sadәcә kütlәvi informasiya
vә tәlim-tәrbiyә vasitәlәri vә ya diplomatik әlaqәlәr vasitәsilә yayılmır. Hәmin dillәrin funksionallığının
genişlәnmәsi hәm dә daşıyıcılarının dünyanın iqtisadi olaraq inkişaf etmiş vә etmәkdә olan vә üçüncü
dünya ölkәlәrindә yayılması ilә dә özünü göstәrir. Bunun nәticәsindә yeni dil-işlәnilmә vә tәrcümә-
çevrilmә bölgәlәrinin tәşәkkül tapması ilә fәrqli sosiolinqvistik şәrtlәrin yaranmasına yol açılır. Bir-birinә
әn yaxın qohum dillәr olan Avrasiya türkcәlәri arasındakı әlaqәlәr dә yeni bir әdәbi vә danışıq dili
işlәnilmәsi vә çevrilmәsi müstәvisindә inkişaf etmәyә başlamışdır.
Belә bir konseptual kontekstdә 1950-ci illәrdәn başlayaraq Azәrbaycan dilindә dilimizin öz
daxili imkanları hesabına yaranan yeni ifadә vasitәlәrinin, özәlliklә dә ayrı-ayrı yeni sözlәrin işlәnilmәsi
prosesi getdikcә sürәtlәnmәkdәdir. Müstәqillik illәrindәn öncә vә sonra işlәnilmәyә başlayan hәmin yeni
sözlәrә dair artıq xarakterik leksikoqrafik örnәklәr dә göstәrilә bilәr.
Mәsәlәn: ilğım, şәfqәt bacısı, nәfәslik, işıqfor, әylәc, dincәliş, soyuducu, taleyüklü, yetәrsay,
çalar, çimәrlik vә s.
Elm vә texnikanın inkişafı, millәtlәrarası yeni iqtisadi, siyasi, mәdәni sahәlәrin vә әlaqәlәrin
yaranması nәticәsindә Hind-Avropa mәnşәli onlarla yeni sözün bu gün dilimizdә işlәnildiyi dә müşahidә
olunmaqdadır. Mәsәlәn: Nostalji vә ya nostalgiya, konsorsium, konsensius, mentalitet, aura,